Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:29

İqtisadiyyat

Azərbaycanın bölgələrində təbii fəlakətlər dalğası

Yağışlı hava üzüm sahələrinə qulluğa imkan vermir
x
Yağışlı hava üzüm sahələrinə qulluğa imkan vermir
Şriftin ölçüsünü dəyiş - +
Samux rayonunda fermer işləyən Nəriman Məmmədovun 25 hektar taxıl sahəsinin əksər hissəsinə pas xəstəliyi düşüb. Erkən çiçəkləmiş 100-ə yaxın meyvə ağacları isə şirələnib, yəni məhsuldarlıqdan söz gedə bilməz.

Nəriman Məmmədov: «Hazırda təsərrüfatlarda hansısa aqrotexniki becərmə aparılması qeyri-mümkündür. Demək olar ki, bütün işlərin aparılması iflic vəziyyətinə düşüb. Taxıllara pas xəstəliyi düşüb, qarşısını ala bilmirik, halbuki mümkündür. Əriklərə ziyan dəydi, 30 faiz məhsul gözlənilir».

YAZLIQ ƏKİNLƏRİN HAMISI MƏHV OLUR

Başqa bir fermer Mamed Ələkbərov isə əsasən üzümçülüklə məşğuldur. 25 hektar üzüm sahəsi var. Yem bitkiləri də əkib. Deyir ki, yağışlı hava üzüm sahələrinə qulluğa imkan vermir. Bundan başqa, yazlıq əkinlərin hamısı məhv olur:

«Üzümlərdə müalicə getməli idi, dərman çiləmə aparmalıydıq, yağış imkan vermədi. Yazlıq bitkilər səpmişik temperatur yoxdu, inkişaf yoxdur.
Ziyad Abbasov
Taxıllarda pas xəstəliyi var, qarşısını ala bilmirik. Xeyli alça ağacı var idi, müalicə edə bilmədik artıq qurdlayıb. Meyvələr demək olar ki, yox kimi bir şeydir».

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, yağışlar məhsuldarlığa ciddi ziyan vurub və bu vəziyyət qərb bölgəsinin bir neçə rayonunda mövcuddur:

YAĞIŞ 25 FAİZ MƏHSULDARLIĞA ZİYAN VURACAQ

«Əvvəllər yağış 1 həftə, 5 gün yağandan sonra hava mülayimləşirdi, torpaqda istilik olurdu. İnkişaf gedirdi. Amma uzun müddətdir ki, yağışlar ara vermir və bu taxılda xəstəliklərin əmələ gəlməsinə səbəb olub. Artıq nəmlik yüksəlir, havalanma olmur və pas xəstəliyinin yayılmasına zəmin yaranır. Müşahidələr göstərir ki, Yevlax, Goranboy, Samux rayonlarında fermer təsərrüfatlarında pas xəstəliyi yayılıb. Bu, 25 faiz məhsuldarlığa ziyan vuracaq. Ərik, gilas və alça çiçək açıb tozlanmışdı, yağış onu yuyur və tozlanma getmir, məhsuldarlığa ciddi ziyan vurur».

Azər Mehtiyev
Ziyad Abbasov deyir ki, bu il bölgədə 32 min hektar taxıl əkilmişdi və 110 min ton taxıl gözlənilirdi. Bu vəziyyətdə isə 20 min ton daha az məhsul əldə olunacaq.

QİYMƏTLƏR MÜTLƏQ QALXACAQ

İqtisadçı Azər Mehtiyev də deyir ki, yağışların təsərrüfata vurduğu ziyan mütləq bahalaşma ilə nəticələnəcək:

«Bu hava şəraiti kənd təsərrüfatı istehsalına ciddi ziyan vurub. Bu da ölkədə kənd təsərrüfatı məhsullarının azalmasına, dolayısıyla qiymətlərin artmasına gətirib çıxaracaq. Qiymətlər mütləq qalxacaq. Bu həm də ondan asılı olacaq ki, ölkəyə kənardan nə qədər məhsul gətiriləcək? Hər halda qiymətin qalxması qaçılmazdır».

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Şöbəsinin müdiri Sabir Vəliyev isə jurnalistlərə açıqlamasında deyib ki, subasma nəticəsində taxıl əkininə və pambıqçılığa ziyan dəyib. Hətta yağmurlu havadan meyvəçiliyə də ziyan dəydiyini söyləyən S.Vəliyev bunun aradan qaldırılması üçün işlər aparıldığını diqqətə çatdırıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: menden Haradan: baki
05.05.2010 19:59
xalg kyryn dasmagindan gorlmeyen tedbirden danisir siz meyveden hec henanin yeridi.

Kimdən: Mübariz Haradan: Almaniya
05.05.2010 18:12
''Erkən çiçəkləmiş 100-ə yaxın meyvə ağacları isə şirələnib, yəni məhsuldarlıqdan söz gedə bilməz''
Dogurdand belädirsä demäli indidän tädbir görmäk lazimdir. Bahalashmanin qarshisini almaq üchün indidän Brazilya dövlätiynän anlashmaya gedib oradan lazim olan mähsullari ithal''(xaricdäki herhansi bir şeyi içäriyä daxil etmäk) etmäk anlashmasi lazimdir. Brazilya qida satishi üzrä dünyada än ucuz dövlätdir. Yagish suyu vä yaxud su bizim häyatmizin ayrilmaz bir parchasidir. 1kq pomidor 350 litir, 1kq pambuq 600 litir, 1kq qarigdali 900 litir, 1 ton düyü 4 ton su, 1kq toyuq 4 ton,
bir inäyä belä gündä 50- 75 litir su lazimdir. Indi ortaya chox yaxshi bir sual chixir Azärbaycanda Kend tesarufati lazimi qädär suynan tämin edilirmi? Azärbaycan xalqi tükätdiyi mähsullar nä qädär keyfiyätlidir? Hamimiza bir misal verim. Oturursunuz yemäk yeyirsiniz lazimi qädär qida almishsiniz(yani qarniniz doymush) ancaq hiss edirsiniz ki acsiniz. Nädän chünki yediyniz yemäkdä lazimi qädäk koloryin yoxdur ondan.
Bu eynän heyvanlardada belädir. Süni yemlärnän bäslänirlär qarinlari doludur ancaq heyvanlar acdiq hiss edirlär. Bunun üchün süni yemlärin yerinä täbbi yemlärä daha chox üstünlük vermäk lazimdir. Yoxsa kimlärsä choxlu pul qazanacaq deylä kimyavi (süni) maddälärdän istifadä edäräk hämi heyvalari aldadirlar hämidä xalqi. Bu gün Avropada bio qida mähsullarina chox üstünlük verilir. Bir söznän süni qidalar än azindan minuma endirilir. Bäs Azärbaycanda bununla älaqädär nädän hech bir ish görülmür?
''dərman çiləmə aparmalıydıq'' hälä bu ishdä chox diqqätli olmaq lazimdir.

Kimdən: zəngin adam Haradan: bahalı ölkədən
05.05.2010 17:44
Lap elə bil qarğış tökülüb üstümüzə. Yenə də tamarzı qalan kasıb olacaq.