Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:42

Bloqlar / Qorxmaz Əsgərov

Cəsarətli bir nəfər...

«Azadlıq» Blokunun aksiyası, 26 aprel 2010
x
«Azadlıq» Blokunun aksiyası, 26 aprel 2010
Şriftin ölçüsünü dəyiş - +
ABŞ prezidentlərindən birinə - Endryu Ceksona aid edilən məşhur bir deyim var: «Cəsarətli bir nəfər əslində cəmiyyətdə çoxluq deməkdir». Deyimin yozumu ona gəlir ki, cəmiyyətdə bir xeyli adamın passivliyi fonunda ortaya cəsarət qoyan adam əvvəl axır onu cəmiyyətin digər üzvlərinə də qəbul etdirə bilir. Bu fikri adətən demokratik mübarizədən söz düşəndə yada salırlar, lakin təəssüf doğursa da, bu faktdır ki, anti-demokratik qüvvələr üçün bu fikir eyni effektivliklə işləyir. Cəsarətli, iradəli bir adam cəmiyyətin passivliyi fonunda gəlib diktator ola bilir və bütün cəmiyyəti də məcbur edə bilir ki, onun valideynlərinin doğum gününü ümummilli bayram kimi qeyd etsinlər, yaxud da, məsələn, ilin aylarına onun əzizlərinin adını qoysunlar.

Bu cəsarət məsələsini ona görə qeyd etdim ki, Azərbaycanda demokratik qüvvələrlə onların əleyhdarları arasında gedən mübarizədə qəribə bir dinamikanı təhlil etməkdə bizə yardımçı olsun.

SÜMÜKQIRAN İTLƏR MƏNTİQİ

Axırıncı dəfə Azərbaycan iqtidarı xalqı nəyəsə inandırmağa 1995-ci ildə cəhd edib – 17 Mart hadisələri zamanı Heydər Əliyevin xalqa müraciətində. 15 ildən çoxdur ki, iqtidar xalqı nəyəsə inandırmağa çalışmır, sadəcə öz gücünü nümayiş etdirməklə onun itaətinə nail olur.

Azərbaycanda hər dəfə siyasi atmosfer qızışanda ortaya eyni məzmunlu arqumentlər çıxır. Müxalifət göstərir ki, onu qanunsuz olaraq döyürlər, şərləyirlər, həbs edirlər və s. Hakimiyyət isə ortaya daha sadə arqument qoyur. Bu arqumenti təqribən belə ifadə etmək olar: «Elə qışqırmağı bacarırsınız!». Məsələn belə bir bəyanat: «Heç bir qüvvə tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulmasına imkan verməyəcəyik. Rəngli yuxular görən yoldaşlar elə yuxu görə-görə də qalacaqlar». Bu fikirləri Baş prokuror Zakir Qaralov Milli Məclisin tribunasından səsləndirir. Digər iqtidar deputatları da ona qoşulurlar və bəzən müxalifəti açıq lağa qoyurlar.

Bütün bu arqumentlər Azərbaycan vətəndaşlarının sadə bir hissinə - qorxuya ünvanlanır. «Sümükqıran itlərimiz var», «ölkədəki siyasi stabilliyi pozanları yerində otuzduracağıq», «ictimai asayişi təmin etmək üçün kifayət qədər qüvvəmiz var» arqumentləri müxalifətə çox sadə bir mesajı verir: bacara bilməzsiniz. Azərbaycanın qeyri-siyasi kəsiminə isə eyni mesaj onu deyir ki, bu hökumətlə bacarmaq olmaz, sakit oturub dözməkdən başqa əlac yoxdur.

TANIŞ DAİRƏ

Son 17 ilin siyasi mübarizə dinamikası həm iqtidarda, həm müxalifətdə, həm də xalqda müəyyən oturuşmuş reflekslər yaradıb. Hər üç tərəfin siyasi mübarizə dinamikasından gözləntiləri eynidir: Hər dəfə seçki öncəsi müxalifət bir neçə icazəsiz piket edir; ardınca bir neçə icazəli nümayiş edir; imkan olanda televiziyadan xalqa eyni məzmunlu müraciətlər edir; sonra seçkilər günü müxalifət nümayəndələri seçki məntəqələrindən qovulur (ehtiyac olanda); rəsmi nəticələr elan olunur; iqtidarın qətidən də bir az artıq qələbə qazandığı televizorlardan əhaliyə çatdırılır; müxalifət (gücü çatanda) seçki sonrası bir neçə nümayiş keçirir; iqtidar o nümayişləri dağıdır; müxalifət gedir yaralarını sarımağa, xalq da qayıdır öz gündəlik həyatına.

Bu dövrülük Azərbaycanda yaşayan və cəmiyyətlə elementar səviyyədə maraqlanan bütün insanlara tanışdır. Ölkədəki siyasi mübarizə əslində elə bununla da məhdudlaşır. Bir tərəf bütün davranışı ilə əhalini inandırır ki, bu il də hər şey əvvəlki kimi olacaq, özünü yormağa dəyməz və s. Digər tərəf isə məcburdur ki, əhalini inandırsın ki, artıq bu dəfə əvvəlki kimi olmayacaq.

Qorxudulmuş xalqı nəyəsə inandırmaq elə də asan deyil. Bu işi görmək üçün son 17 ildə ortaya qoyduğundan daha artıq cəsarət lazımdır. Cəsarətli bir nəfər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Meherrem Haradan: Qazax
19.05.2010 15:07
Cox gozel ifade olunmush yazidir,tebrik edirem,bey.Teesufki, bu gun milleti chorekle, imtahana chekir bunlar.Azerbaycan xalqi bu gun tapanda yeyir,olmayanda "yemek axtarishina cixir"-tabiri caizse,insanlari insan olmaqdan cixarib,diger yaratiklarla eyni seviyyeye dusurubler.Amma, vallah artiq coxu bu cur yasamaq istemir.

Kimdən: Seymur Haradan: Baki
05.05.2010 13:41
Qisa ve konkret ve mentiqli!!! Amam cox tessufki hamiz sadece yazaqlala sher bildirmekle kifayetlenirik neticede yoxdur!!! 15 ildir milletet eziyyet cekir Qarabagda hec 1-ce metir torpaqda laa bilmemishik milleti ele veziyyete salirlar ki ancaq oz corek pulusunu gudur!!!

Kimdən: kastro Haradan: kuba
03.05.2010 14:31
çevrilişi ağillilar hazırlıyır agılsizlar hayata kecirdir biclar faydalanir

bizda na iqtidarin na muxalifatin bir hadafi yoxdu hami pulu san sohrati fikirlasir millati ,vatani fikirlasan bir lider yoxdu balkada var zamanini gozluyur
Cavab

Kimdən: men Haradan: bura
04.05.2010 11:29
tamami ile raziyam gardas. istiyerdim burda ki serh eliyen insanlar da bununla razi olsunlar. azadligdan basga bir site a da girsinler, ve oz reylerini sonra bildirsinler. bir baxin gorun, azerbaycanda dogurdanda milleti xalgi fikirlesen birisi var? kim millet ucun neyse eleyir, hami oz sexsi menfeetini gudur, ele muxalifet de igitar da. Hamisi eyni sey isteyir, ne geder neft satib cibimizi doldurag ve gohum egrebani yer be yer eliyek. ama gonsum xalgim garabagim nece. mene ne, yegin o vaxti mirze elekber sabir deyende ne isim var indiki zamani nezerde tutub.

Kimdən: Telebe Haradan: Baki
03.05.2010 14:26
bu olkede ne azad yawayiriq ne de soz azadligi var a herfi ile bawlayan he4ne yohdi ve xalq buna hele de dozur hirslenirem bele weyler gorendeee sovet vaxti boyuklerimin dediyine gore bundan azad idikkkk .... bele azadliga\!!!!!!!!!!

Kimdən: Abdul Haradan: baki
03.05.2010 13:52
Azerbaycanda rejimi muxalif TV deyise biler. Bunu siyasi liderler niye derk etmirler anlamiram. Meselen norvecden peyk vasitesile yayim. Niye kurdler turkiye dovletine qarsi bir yox bir nece kanal aca bilirler bizimkiler aca bilmirler?

Kimdən: Abdulla Shaiq
02.05.2010 20:03
Azadliq Radiosu yoxsa mene qarsi senzura var.? Bezen yazilarim qeybe cixir monitordan))))))))

Kimdən: baran Haradan: bakı
02.05.2010 11:13
csarətli Əli Kərimli var, onu reallaqşdırmağa zəruri olan qüvvə-etirazçı elektorat yoxdurş

Kimdən: Vetendas Haradan: Odlar diyari
02.05.2010 11:07
Mence her sey goz qabaqindadir . Neshur bir kino var . V for Vendetta . O kinoya baxandan sonra mende olan fkirler daha da qabardi . hamiya meslehet gorurem baxmaqi . ..

Kimdən: ilham Haradan: baku
02.05.2010 10:39
qorxmaz bey aqilli ol.ele ele sanin basina oyun acmayaq.bunu sana YAP ci ilham deyir.isteyirsen dinc olasan dinc otur.
Cavab

Kimdən: Qorxmaz Əsgərov
02.05.2010 21:34
Səni axtarıb tapacağam.

Kimdən: Analitik Haradan: Bakı
02.05.2010 02:50
Söz yoxdur, əla yazıdır, qısa və konkret... Sağ ol, QormaŞ...
Səhifə (2)
    Növbəti