Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:29

Cəmiyyət

Azərbaycan tarixşünaslığında senzura...

x
Şriftin ölçüsünü dəyiş - +
“Azərbaycandakı tarixşünaslıq başqa sahələr kimi sərbəst deyil, həddindən artıq siyasiləşib. Belə bir şəraitdə elmi fəaliyyət heç cür mümkün deyil...”

Bunu Azadlıq Radiosuna müsahibəsində Almaniyada yaşayan gənc azərbaycanlı alim Zaur Qasımov deyir.

O hazırda Almaniyanın Maynts Universitetində dərs deyir. Təxminən 6 il qabaq Almaniyaya gedib və artıq tarix doktoru elmi dərəcəsi qazanıb.

O deyir ki, Azərbaycanda tarixşünaslıqda bir senzura var, bəzi dövrləri yalnız

BƏLLİ SİYASİ ÇƏRÇİVƏLƏR DAXİLİNDƏ QİYMƏTLƏNDİRMƏK OLAR

“Azərbaycanın 20-ci əsr tarixinin bəzi mərhələlərini obyektiv araşdırmaq mümkün deyil. Məsələn, 70-80-ci illər.

Həmin dövrdə bütün Sovetlər Birliyində durqunluq hökm sürürdü və ələlxüsus Azərbaycanda durğunluq dövrü idi. Amma bizim tarxşünaslığımızda nədənsə bunu inkişaf dövrü kimi göstərirlər”.

Zaur Qasımov deyir ki, təkcə 70-80-ci illər yox, Azərbaycan tarixinin ilk müstəqillik dövrü – 1918-20-ci illər haqqında da Azərbaycanda obyektiv tədqiqat aparmaq çətindir. 

“Bu məsələdə ən böyük problem Məhəmməd Əmin Rəsulzadə ilə bağlıdır. O, qərəzsiz tədqiq olunmur. Həmişə hansısa komtekstdə qiymətləndirilir.

Hətta adlar çəkiləndə Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının adları ondan qabaq çəkilir.

RƏSULZADƏNİN ADI YALNIZ KİMLƏRLƏSƏ BİR SIRADA ÇƏKİLİR,

onu müstəqil bir siyasətçi kimi görmürlər, yaxud görmək istəmirlər”.

Zaur Qasımov deyir ki, Azərbaycanın ikinci müstəqilliyindən təxminən 20 il keçsə də, hələ də sovet dövrünə demokratik ölkələrdə qəbul edilən münasibət formalaşmayıb.

O, Şərqi Avropa ölkələrini misal çəkir. Zaur Qasımovun özü Polşa tarixini araşdırır, Polşada sosialist respublikası dövrü tarixşünaslıqda sadəcə işğal dövrü kimi qəbul edilir.

Həmsöhbətim Azərbaycanda tarixşünaslığın ümumi səviyyəsinin ürək açan olmadığını da deyir.

O tək-tük sanballı alimləri çıxmaq şərtilə böyük əksəriyyətin dünya tarixşünaslıq elminin yeni nəzəriyyələrindən xəbərsiz olduğunu, yeni mənbələrlə tanış olmaq üçün ingilis və başqa Avropa dillərini bilmədiyini deyir.

ALMANİYADA OXUYAN AZƏRBAYCANLILAR HƏM ÇOXDUR, HƏM AZ...

- Bəzi məlumatlara görə, Almaniyada 300-dən çox azərbaycamlı tələbə təhsil alır. Bu ilk baxışda böyük rəqəm təsiri bağışlayır. Azərbaycanlı gənclər niyə görə Almaniyaya üstünlük verir?

- Əslində bu çox deyil. Bəlkə də burada təhsil alan Azərbaycan vətəndaşlarının sayı 450-yə yaxındır.

Amma müqayisə üçün deyim ki, Almaniyada oxuyan gürcü gənclərin sayı 3 minə yaxındır.

Yaxud Bolqarıstanı götürək. Onun əhalisi təxminən Azərbaycan qədərdir. Burada təhsil alan bolqar tələbələrin sayı isə 10 minə yaxındır.

Yəni Azərbaycandan gələn tələbələrin sayı bunlardan xeyli azdır. Əgər Azərbaycandakı varlı təbəqənin uşaqları əsasən Britaniyaya oxumağa gedirsə, kasıb və orta təbəqənin övladları Almaniyaya gəlir.

- Səbəb nədir?

- Çünki Almaniya hökuməti post-sovet məkanı üçün kifayət qədər təqaüd proqramları ayırır. 90-cı illərin əvvəlindən başlayaraq Almaniya Akademik Mübadilə Xidməti Bakıda Almaniyada təhsil almaq istəyən gənclər üçün proqramlar təklif edir və hər il 100-ə yaxın gənc bu proqramlarda qalib gələrək Almaniyanın müxtəlif universitetlərinə yollanır.

- Bəs alman hökumətinin keçmiş sosialist ölkələrində bu cür proqramların maliyyələşməsinə vəsait ayılrmaqda əsas məqsədi nədir?

- Bir tərəfdən Almaniya şərqi Avropada və keçmiş sovet ölkələrində demokratikləşmə və bazar iqtisadiyyatına keçid proseslərinə dəstək vermək istəyir. Digər tərəfdən burada Avropa Birliyinin öz yaxın qonşuları ilə yaxşı münasibətlər qurmaq, onları Avropaya inteqrasiya etmək istəyi var.

POLŞA VƏ AZƏRBAYCANIN TARİXLƏRİNDƏ OXŞARLIQLAR VAR

- Adətən xaricdə təhsil alan azərbaycanlı gənclər Azərbaycanla, Qafqazla bağlı temalarda araşdırma aparmağa meylli olurlar. Niyə məhz Polşa tarixini seçdiniz?

- Mən Polşanı tədqiq edərkən Azərbaycanı, Qafqazı düşünürdüm. Mənim magistr işim 80-ci illərdəki dissident hərəkatı – “Solidarnost” hərəkatı ilə bağlı idi, amma eyni zamanda Qafqazdakı dissident hərəkatlarını, Azərbaycanda Əbülfəz Elçibəyi, Gürcüstanda Zviad Qamsaxurdiyanı “Solidarnost”un rəhbərləri ilə müqayisə edirdim.

Doktorluq dissertasiyamda isə söhbət tarixin alətləşdirilməsindən gedirdi.

Və burada da Qafqaz ölkələrində bu sahədə olan vəziyyətə toxunulurdu. İndiki tədqiqatım isə Polşada keçən əsrin 20-30-cu illərində mövcud olmuş prometeizm hərəkatı ilə bağlıdır.

Bu hərəkat Qafqaz və Ukrayna ilə sıx bağlı idi. Sovet hökuməti qurulandan sonra Azərbaycan və Gürcüstandan Polşaya mühacirət edənlər olmuşdu.

O cümlədən Rəsulzadə. Rəsulzadənin polyak dilində yazdığı 20-yə yaxın məqaləsi var. Hətta 30-cu illərin sonunda onun Polşada “Azərbaycan istiqlal mücadiləsində” adında kitabı da çıxmışdı.

Prometezim hərəkatının əsas məqsədi vaxtilə zorla Rusiya İmperiyasına, daha sonra Sovetlər Birliynə daxil edilmiş xalqlara müstəqillik vermək idi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: tarixci Haradan: baki
03.05.2010 19:51
Men hemishe bir sheye fikir vermishem ki, eger bir azerbaycanli öz gücüne ireli gedirse, ele azerbaycanli adlanan nesneler bashlayirlar onun ayagindan cekmeye. Ayagdan cekmek ücün de sebeb tapmaga ne var ki, o ki olsun tarix kimi bir geliz elme, here bir cür yozmaga calishir. Bu gün Azerbaycan tarixinin bir böyük problemi var, o da hegigi, objektivliyi esas gayesi sayan tarixcilere ehtiyac var ki, nehayet tariximiz objektiv ishlensin. Mence Zaur bey kimi tarixcilerimiz bunu bacararlar. O ki galdi onun arashdirmalarinda arxiv materiallarinin olub-olmamasina ve ya ne cür yazilmasina, bunu yalniz oxuyanlar biler. Men Zaur beyin burada adi cekilen kitabina göz gezdirdim, orada ciddi faktlar var. Ciddi alimlerden sitat getirib ki, bu adamlarin objektivliyine dünya praktikasina shübhe galmayib ve ya menbe kimi gebul olunurlar. O hemin arashdirmasinda Azerbaycanla bagli Nesib Nesibzadeye ve digerlerine müraciet edib. Bu alimlerin eserleri Memmed Emin Resulzade ve ya gurtulush dövrü tariximizin öyrenilmesinde menbe kimi geyd oluna biler. Nesib Nesibzadenin deyeri de ondadir ki, tarixcinin Memmed Emin Resulzadeni ve ya ADRi öyrenmek ücün arxive getmeyineehtiyac yoxdur, ele Nesib beyin kitablarini oxusa yeter..

Ancag bir sheyi Zaur bey nezerden gacirmasin ki, arxivler bir sonsuzlugdur. Oradaki faktlari bezen tuta bilmirler tarixciler, menasini anlamirlar. Bunun ücünse bash lazimdir. Menimle tehsil alan tarixcilerden en geride galanlari bu gün Universitetde galib müellim kimi ishleyir. Men bu adamlarin arxiv melumatlariyla ishlemek gabiliyyetinin olduguna shübhe edirem. Hansisa geyri-elmi yolla galiblar orada. Zaur bey kimi savadli oglanlar da bu gün almana, ingilise xidmet edirler. Cünki alman, ingilis onun neye gadir oldugunu bizim göycek memurlarimizdan yaxshi anlayirlar. Yaxshi olardi ki, burada Zaur beyi tengid eden dostlar da catishmamazliglari dostcasina, peshekarcasina diggete catdirsinlar, yaramaz shekilde yox.

Zaur beyin tarixcesi hagginda men evveller eshitmishdim ki, MTN onu rus demish (lenet sheytana, bundan effektli kelme tapa bilmedim) "verbovat" etmek isteyib. Hemid dövrde de o Almaniyanin ölkemizdeki sefirliyinde ishleyirdi men bilen. O da razi olmayib ve buna göre de gacib gedib. Görünür bu adam MTNe ishlemeyi özüne sigishdirmayib, ölkeden cixib gedib. Bunu Azerbaycani satmag kimi giymetlendirenler, cox yanilirlar, hele 7 sülaleleriyle beraber. Bunu yazanlar da yegin ele "eyni shebekeden olanlardir.
Cavab

Kimdən: tarixci Haradan: kendistan
03.05.2010 23:06
yalan danishirsan, onun kitabinda azerbaycan aid hec ne yoxdur. kitab, polsha haggda yazilib.



Kimdən: Ilqar Haradan: Baki
03.05.2010 12:45
Salam ey menim Xalqimin Gozel ovlaqdlari.Niye biz hemiwe 1-1mize kinaye nifretle tenqid edirik.Men bilmirem Zaur Qasimov ne ve nece insandi,amma en azindan eger o orda ALMANIYADA doktor derecesi alibsa demeli bu insan ziyali ve oz iwini bilen adamdi.Hemde Alman xalqi cox deqiq milletdi.Orda inan miram kimse ona daydayliq edib,elmi derece versinler.@cisi qardawlar o adam tekce tarix yox azerilerin xaricde oxumasi problemini qabardir niye bu haqda yazmirsiz,fikir vermirsiz?Ewi Resulzade rehmetlik haqinda tedqiq eden AZerbaycanli elm adamlar az da olsa var .Wexsen men televiziya ve radiolardan o tarixcilerin musahibelerine susamiw insan kimi qulaq asib ve baxiram.Gelin burda 1-1mizi qirmayagin,Gelin real iwle mewgul olagin.Onsuzda bu milleti her yerde qirirlar.

Kimdən: Qurban Ələkbərov Haradan: Almaniya, Berlin
02.05.2010 23:55
Burda boşboğazlıqla məşğul olanlar gedib heç olmasa Zaurun elə Rəsulzadə ilə bağlı etdiyinin bir hissəsini edə bilsəydi, bir qədər hörmətə layiq ola bilərdilər. Birdə necə dəyərlər "it hürər, karvan keçər". Boş-boğazlara fikir vermək lazım deyil.

Kimdən: Xeste Turanci Haradan: Almaniya
02.05.2010 19:50
Salam ay Zaur, sag ol ezizim, seninle fexr edenlerin sirasinda meni de gormeyini isterdim!
Xeste milletimizin vicdan anlayishdan cox-cox uzaq olan numayendelrinin ve onlarin ozlrine benzer harin balalrinin senin barende burda söylediklerine ise qetiyyen bend olma!Bosh ver, ezizim, bunlari...Cünki bunlar ele bizim en ishiqli simalarimizi mehv eden, veremledib-cürüden hemen o nadanlarin davamcilaridir!!!
aLLAH BUNALRIN CEZASINI ÖZÜ VERSIN; AMIN!
Cavab

Kimdən: sahib Haradan: aghdam
03.05.2010 15:04
ey berlinli xeste, söhbet burada faktlardan gedir, faktlardan.. daha gargamaga ne ehtiyac. Allah haggdir ve o, her sheyi görür!

Kimdən: Sahib Haradan: Agdam
02.05.2010 05:05
Zaur, gerek gece-gunduz Tanriya dua etsin ki, o, arxivler bele berbad gundedirler. Yoxsa, bir gun bir delinin aglina sen Zaur-un Azerbaycandan nece ve neye göre gacmasi-ni, hansi sheraitde gacmagini, , ve. s. arashdirmag fikrine dusher...... Ve orada haggginda geribe hegigetler ortaya cixa biler.... Hem geribe, hem de meyusedici.... Bir de, axi ayibdir, Sen Zaur hec vaxt o arxivlerde olmamasan. hec vaxt. Sen hec arxivle ishlemeyn ne oldugunu da bilen adam deyilsen. Eger ele olsaydi, onda senin kitabinda birce yerde olsa da bir arxiv gostercisi olardi. Odur ki, utanmag yaxshi sheydir!
Cavab

Kimdən: Ramil Haradan: Baki
03.05.2010 05:22
Ey qeyrətdən dəm vuran məxluq bəlkə Ağdama gedib erməninin ayaqaltısı olan babanın qəbrinə sahib çıxasan?
Cavab

Kimdən: TURAN Haradan: NAXCIVAN
04.05.2010 11:02
Ramil , Agdami sadece agdamlilar azad etmelidirmi? Orada qalan mezarliq senin ucun muqqeddes deyilmi ?
Cavab

Kimdən: Rail Haradan: Halle
02.05.2010 23:06
He de, esas mesele yene qaldi qiraqda, yene de bashladiq shexsi davalarimiza. Bashqa deyesi sözüm yoxdur. Metlebden yazin, ay camaat.
Cavab

Kimdən: mer Haradan: baki
02.05.2010 16:29
Berekallah, cox "geyretli" oglansan. Senin agalarinin elinden gacib gedib de, canini gurtarib. Buna göre öyünürsense, yaziglar olsun sene ve sahiblerine....Nece-nece azerbaycanlini bu cür didergin salibsiz Azerbaycandan, Allah cezanizi versin
Cavab

Kimdən: sahib
02.05.2010 21:42
ELbet ki, Allah haggdir. Bu hökumetin ucbatindan didergin dushmush oglanlar hegigeten de vardir. AMma onlarindan adindan ve vetenperverlikden ele adamlar spekulyasiya edib danishrilar. Men de demek istedim ki, ele her xarice geden ve ya orad yashayan vetenperver ve ya gehreman deyildir.Zaur da bu kategoriya adamlardandir. O, AZerbaycana xeyanet etmish adamdir. Sadece, ozunu sigortalamag ucun memmed-emin filandan danishir ki, doiggeti yayindirsin. Onu tanimyanlar onun blefine inanirlar. Odur ki, gargish-soyushle ish bitmez

Kimdən: TURAN Haradan: NAXCIVAN
02.05.2010 03:11
Kimliyini bilmirem ,ancaq senen her yaziya cavab yazirsan,bundan yorulmadinmi? Insaf deyilen bir sey var .....

Kimdən: Mahmud Haradan: Almaniyadan
02.05.2010 02:42
Cexiyadan yazan Bakili cox dogru yazib. Almaniyada Universitetde calishan bir alim 2007 ilde Azerbaycanda dovlet arxivinde olub. Ve orada arashdirmalarla meshgul olub. Bu alim Almaniyaya gayidanda hansi teesuratlarla gayidib.
Baxin.Hemen tarixci alim burada soyleyib ki, bir gun onu arxivin direktoru kabinetine cagirib ve deyib ki, 100 dollar vermelisen.
Hemen alim direktordan Gebz isteyib . Sonra verereik deyen direktor gebz de vermeyib. Bu alman alim azerbaycan hagda nece musbet fikirde olsun? Azerbaycanda dovlet memurlari bizi bele rezil edirler.
Bad Hombachda Azerbaycanli yashamir. Goni sen yegin ki, Azerbaycanda varli elitanin evladlarindansan. Ona gore Avropada Azerbaycanlilarin naliyyetlerine sevine bilmezsen.

Kimdən: Coni Haradan: Bad Hombach
02.05.2010 01:39
Zaur, ayibdir. saxta adlara birada forumda ozunu terifleme. Bu boshbogaz shohretpersetlyin bir defe senin bashina bel oldu. Deysen, yene de gashinirsan...
Cavab

Kimdən: mer Haradan: baki
03.05.2010 19:55
EL cekin xahish edirem, biz bu forumda uzun müddetdir ki, yazirig, bizi taniyirlar ve hec birimizin de Zaur beyle elagesi yoxdur. Biz sadece senin kimi shere, böyhtana deyil, hegigete, objektivliye biet edirik...bele sheyleri de sen anlamazsan..
Cavab

Kimdən: Tamerlan Haradan: Almaniyadan
02.05.2010 22:36
Coni hele Zauru taniyanlarin coxuna demisik ki, bu cata gosulmayin. Yegin sen Zaur kimi insanlara badalag veren paxillardan birisen. Bu da cox eladi Coni senin kimiler olmasa regabet olmaz, YASASIN SABUN KOPUYU YAPPPPPPPPPPPPP!!!!!!!!!

Kimdən: Bakili Haradan: Cexiya
02.05.2010 01:34
Zaur beyin bir genc olaraq xaricde universitetde alimliq derecesi alaraq ders demesi ile her bir azerbaycanli kimi fexr edirem.Bu,basimizin ucaliqidir. Bakidaki arxivlere gelende,onu demek isteyirem ki,arxivlerimiz zengindir, sadece,onun basinda oturan memurlar ora girisi de rusvet yuvasina donderibler.Sexsen men ozum de oradan goturduyum bezi materiallarin suretini cixarmaq ucun mecburiyyet qarsisinda rusvet vermeli olmusam.

Kimdən: Yusif Abylov Haradan: Almaniya-Mainz
02.05.2010 00:17
Men Zaur Gasimovla fexr edirem. Onu cox yaxindan taniyiram. Zaur Mainz sheherinin fexridir. Burada yashayan butun azerbaycanlilar onunla fexr edirik. Baxin artig bizim gencler Avropada hansi pilleye yukselirler. Azerbaycandaki kimi elmi adlari pulla yox savadina gore alirlar. Bu gun Zaur Gasimov kimileri Avropada cox azdir. Ancag 5-8 ilden sonra onlarin sayi yuzlerle olacag. Cemiyyetin butun sahelerinde onemli yerler tutacaglar. Bu gun Almaniyada cox guclu Azerbaycanli hekim var ki, Azerbaycandan varli elita onun adini tutub bura gelirler. Sizler Zaur Gasimov kimilerin Avropada siyaset, igtisadiyyat idman,elm ve butun sahelerde yuksek nailiyyetler gazandiginin shahidi olacagsiniz. Beli bu gun Azerbaycanli gencler Azerbaycani Avropada layigince temsil edirler ve edecekler. Sabah onlarin adlarini daha yuksek tribunalardan eshideceyik. Men inaniram ki,bu genclerin naliyyetleri butun Azerbaycani sevindirecek. Onu da deyim ki, bu siyahida YAP- cilarin ovladlari cetin ki, olsun.
Səhifə (2)
    Növbəti