Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:16

Cəmiyyət

Mülki geyimlilər «Fatimeyi-Zəhra»nın məhkəməsində...

Mülki geyimlilər Ali Məhkəməyə yaxınlaşmaq istəyənləri avtobusa doldurub hadisə yerindən uzaqlaşdırıblar
x
Mülki geyimlilər Ali Məhkəməyə yaxınlaşmaq istəyənləri avtobusa doldurub hadisə yerindən uzaqlaşdırıblar
Şriftin ölçüsünü dəyiş - +
Ali Məhkəmə «Fatimeyi Zəhra» məscidinin dini icmasının kasasiya şikayətinə baxmağı təxirə salıb. Növbəti məhkəmə may ayının 7-nə təyin olunub.

***

Mülki geyimlilər Ali Məhkəməyə yaxınlaşmaq istəyən 50-yə yaxın adamı iki avtobusa doldurub hadisə yerindən uzaqlaşdırıblar. Hazırda Ali Məhkəmənin qabağında əsasən mülki geyimlilər gözə dəyir. Onlar məhkəməyə yaxınlaşmaq istəyənləri ordan uzaqlaşdırırlar. Nisbətən uzaqda isə onlarla dindar məhkəmənin qərarını gözləyir.

BÜTÜN FOTOLARA BURADA BAX

Aprelin 28-də Ali Məhkəmə Fatimeyi-Zəhra məscidinin dini icmasının kassasiya şikayətinə baxır.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, mülki geyimlilər Ali Məhkəmənin qabağına dindarların toplaşmasına imkan vermirlər. Müxbirimizə məhkəmənin qərarını eşitməyə gəldiklərini deyən 4-5 nəfəri mülki geyimlilər taksiyə və polis maşınına oturdurub ordan uzaqlaşdırıblar. Zorakılıq olmayıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Ali Məhkəmənin qabağında hazırda 10-a yaxın polis əməkdaşı, onlarla mülki geyimli gözə dəyir.

Aprelin 14-də Ali Məhkəmə «Fatimeyi Zəhra» məscidinin dini icmasının kasasiya şikayətinə baxmağı texniki səbəblərdən təxirə salmışdı.

Məscidin dini icması ümid edir ki, məhkəmə məscidin sökülməsi ilə bağlı apelyasiya məhkəməsinin qərarını ləğv edəcək.

Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.

«Fatimeyi-Zəhra» məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə məscidin tikintisinə verilən icazə Bakı meri Hacıbala Abutalıbov tərəfindən ləğv edilib.

Dini icmanın sədri Mirtofiq Rəsizadə dindarlara müraciət edib ki, məhkəmənin qərarından asılı olmayaraq təxribata uymasınlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: adil Haradan: gurcustan
03.05.2010 17:12
men hecne yox bu basiz xalqin sakit icasina ureyim agriyir...basin qaldirani vururlar soz azaligimiz,yox,, bune dovleti,, polis iscileri yaziq issiz qalamasin deye isin yerine yetiri,,bir olub bir yerde qalxmagimiz lazimdi tek elden ses cixmaz....

Kimdən: Vuqar Haradan: Moskva
29.04.2010 22:04
Bu polislerin ushaqlari da deyir "atamiz ishe qedib".Allah kessin bele ishi.Bir ishde ki insanlara sher atacaqsan,rushvet alacaqsan,ozunden zeifleri aliyev rejimi xatirine doyeceksen,bu peshini sherefli peshe adlandirmaq olmaz.

Kimdən: ehli Haradan: baki
29.04.2010 17:31
Fotodaki polis adlananlarin bir insanlarla davranishlarina fikir verin. Onlar sanki lotu kimi davranirlar. Bu adamlar polis deyiller, Fövgelnazirin ganunsuz silahli destelerinin üzvleridir, bu üzden de insanlarla bu cür kobud davranirlar. Bu davranisha göre normal ölkede polis hemen organdan atardilar. Azerbaycan ne normal ölkedir, ne de polisi normal. Menim Azerbaycanda en cox cekindiyim polisdir, sanki bir guldur, mafioz bir teshkilatdir bu teshkilat

Kimdən: ramin Haradan: baku
29.04.2010 01:12
Salam. Diqqətinizə çatdırım ki, Azərbaycan millətinin birliyini və vəhdətini istəməyənlər dindarı qeyri dindarla üz-üzə qoyur. Müxalifətdən yazılanda hökümət yaxşıdır, filankəs mavidir və s. deyilir. Dindar haqqında olanda isə bura İran ve ya turan deyil. Sanah həkimləri döyəndə deyəcəklər dədə baba qaydası ilə müalicə etmək lazımdır. Müəllimləri döyəndə deyəcək şair demişkən- Oxutmuram əl çəkin. Bu şərhləri yazanlar daima xalqın birliyinə maneə olanalrdır. Mən dindaram amma xalqımın, müxalifətin, medianın, insan haqlarının tapdalanmasına göz yumum deyirsiz? Bəlkə ağız dolu şərh yazanlar. yazasınız hansı nazirlər nə iş görür? Və ya nazir qardaşı bir kokteylə 7 min dollar ödəyirsə, bu ədalətdirmi? 100 minlik portsiqar. milyonlarla dollarlıq malikanələr, təyyarələr, çox bahalı maşınlar. Bəs xalq necə olsun. Tutaq ki, sənə də bir iki qabağıva atdılar. Gəlin kişi kimi danıçaq qarına görə yaşamayaq. Dinimiz olmursa. xalqımızı, işğal altında olan torpaqlarımızı fikirləşək. Bu qədər də olmaz da. XALQ cana doyub. Bəs deyil? Polşa, Qırğızıstan dərs olmadı? Bişkekdəkilərə inanmırsınızsa, Polşadakını diqqətlə izləyin. Vallah Allahın bəlası gələndə belə hallarda çox pis gəlir. Mənim bu sözümü yadda saxlayın, həm mənim yazıma pis münasibət göstərənlər. həm yaxşı münasibət göstərənlər. Bir vaxt gələcək, deyəcəksiniz hə bu da yıxılarmış. Səddamlar, Hitlerlər, Fironlar, Stalinlər və bütlər bütlər.... Axırı necə oldu? Stalinin nəvəsi ilə indi üzr istəyirəm "prikol" tuturlar. Amma vaxt var idi, onun adını eşidən rəngi saralırdı, ən azı. İnşəallah ümid edirik, xalqı vecə qoymayanların axırı elə beləcə qurtaracaq. Sağ olun başınızı ağırtdığıma görə halal edin.
Cavab

Kimdən: kamush
29.04.2010 02:26
qaqaw polwanin bura ne dexli var ki onu qirgizistanla muqayise edirsiz?plwa prezidenti xalqi ucun olurdu eee.onun sayesinde polwa dirceldi.ama burad ele daniwirlar ki guyam kacinski polyaklara zulm eliyirdi
Cavab

Kimdən: ramin Haradan: baku
29.04.2010 10:26
Söhbət Kaçinskinin zülmündən getmir, söhbət hər kəsin başına o işin gələ bilməsindən gedir, yəni həm prezident, həm nazir, həm də "xan". Bizim dediyimiz budur ki, əgər Polşadakı məsələn bir qəzavü qədər idisə, onu kimi bəlada ola bilər. Yəni bir kəs eyni döyüşdə şəhid də ola bilər, adicə ölüdə. Niyyətə görədir. O ki, qaldı zülmə, mən çox ölkələrdə olmuşam amma buradakı kimi harınlamalar görməmişəm, Vallah görməmişəm. Səddamı eşitmişəm, Stalini eşitmişəm, Qırğızıstanı gözümlə görmüşəm, amma buradakılar lap ağdır qardaşım. Məktəb, polis, həkim, hökümət idarələri və s. Hrə yerdə rüşvət. Xırdalanda forma 1-ə 3-4 min manat istəyir, dövlət məmuruna dedim, yəni belə şeylərlə mübarizə edən qurumun əməkdaşına, güldü... Bəli xalqımıza gülürlər.

Kimdən: Allahin qulu Haradan: ALLAH mekanindan
28.04.2010 23:31
Bunlar mescdidi sokurler ki,guya momunlerin gozunu qorxutsunlar ve haksizlik olanda tek dinen momunlerdir.onlarda sussunlar.Ama bilmirler ki,momunler tek ALLAHdan qorxur.dunyada uzagi ya olumdur,ya isgence,Oda ALLAH ucun olarsa,Gozeldir.

Kimdən: Ramin Haradan: Baku
28.04.2010 21:32
Azərbaycan dünyəvi olsa belə məscidlərin sökülməsi səhv bir addımdır. Türkiyə sekulyar olsada hər 1 km-dən bir məscid var. Bu insanların ehtiyacı olduğuna görə tikilir. İndi sənin və ya səni kimilərin xoşuna gəlmirsə bu o demək deyil ki, sən məscidi sökməlisən. Azərbaycan dünyəvi kimi dünyəvi deyil, İslami kimi islami deyil. Şuşada məscidin bərpasını istəyirik, Bakıda erməni kilsəsinin təmir ediləcəyi söz verilir amma başqa yerdə məscid sökülür. Qardaşlar dünyəvi dedikdə o demək deyil ki, insanların vicdan və inanc azadlığını tapdaq altında qoyasan. Bunu heç bizim qanunlarda demir axı. Hər kəsin ibadət etmək hüququ var. İndi bu gün məscid sökəcəklər, sabah istədikləri yeri. Bu isə zalımlığın son həddidir.

Kimdən: mega Haradan: shimaldan
28.04.2010 20:35
ALLAHA qarshi olanlar nece de yaziq ve rezildirler!

Kimdən: Anar
28.04.2010 17:26
Şerh yazan adamlara melum olsun ki, Azerbaycan dünyevi dövletdir.
Ve dunyevi dovletde her iki addimdan bir mescid ola bilmez.
Azerbaycan ne irandir, ne de ki seudiyye.
Cavab

Kimdən: Anonymous
29.04.2010 17:12
Sənə verilən cavaba uyğun olaraq, dünyəvi dediyin dövlətlərdəki məscidlərin sayına baxsan yaxşı olar
Cavab

Kimdən: Kim ise Haradan: Uzaqdan
29.04.2010 10:46
"Dunyevi dovlet" termininin menasini deqiq arashdirmaginizi meslehet gorurem. Dovletin dunyeviliyi ile mescid sayinin addimlara nisbeti arasinda elaqe gormurem.
Cavab

Kimdən: haji
28.04.2010 22:54
dunyevi dovletin ulu onderi ustune ag parca salib oglunu da boyrune alib Mekkeye getmir. Ne deyirsen indi benzokonkami olsun her teref senin ag garnin doysun deye
Cavab

Kimdən: Sade Haradan: BAKI
28.04.2010 22:19
Qardash,dunyevi olmur Qalaktik dovelt olsun..Mescidin sokulmesi kimi ayib,gunah bir ish yoxdu.sokmek isteyirler 2 addimdan 1 shadliq evleri var soksunlerde..?gerek mescid sokeler?birdeki hardadi o qeder mesqid bakida?3 milyon ehali uchun nece mescidimiz varki?
Cavab

Kimdən: mega Haradan: shimaldan
28.04.2010 20:32
Elbette dunyevi devletde iki addimdan bir restoran,gece klubu,shadliq evi,heykel ve muzey olmalidir.

Kimdən: ALLAH bendesi Haradan: !!!
28.04.2010 17:16
Salam. Azerbaycanda mescidin sokulmesine men inanmirdim amma indi shahidi oldum bu hadiselerin. eger Azerbaycan dovleti Muselman dovletidirse bele bir ishin artiq bash tutmayacaghina eminem. cun ki kimler sokmekde isteseler momin dindarlar allahin komeyile buna icaze vermeyecekdir.Azerbaycanda paqon olmaq yaxshi, ve ya momin insanlara yarashmaz. cunki qurunun oduna yashda yanir.

Kimdən: ramin Haradan: baku
28.04.2010 16:42
Ali Eski.eherden sen ne yaziyorsun? Bunu demiyorlar ki baska yerde tikilecek-diyorlar sokulmelidir ve yeniden tikilmeyecek- Sen turkiye ile Azerbaycani qarishdirmisan deyesen
Səhifə (2)
    Növbəti