Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:03

Siyasət

Müxalifətin növbəti aksiyası da dağıdıldı...

«Azadlıq» blokunun aksiyası
x
«Azadlıq» blokunun aksiyası
Şriftin ölçüsünü dəyiş - +
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, saxlanılanlardan 10 nəfəri cəzalandırılacaq:

«Məndə olan məlumata görə, polis bölməsində aksiya iştirakçılarının bəziləri ilə izahedici söhbət edib buraxırlar. Amma 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib olunub, məhkəməyə göndərilib».

***

Aksiya ilə bağlı son məlumatlara görə, ümumilikdə 80 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb. Onlardan bəziləri şəhərin müxtəlif yerlərdə buraxılsalar da, 52 nəfər Səbayel rayon Polis şöbəsinin müxtəlif bölmələrinə aparılıblar. Onlardan 33 nəfəri Səbayel rayon 8-ci Polis Bölməsində, 12 nəfər 9-cu Polis Bölməsində, 7 nəfər isə 39-cu Polis Bölməsində saxlanılırlar.

FOTO:


AKSİYADAN BÜTÜN FOTOLARA BURADA BAX


Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sürücüsü Kərim Mehdiyev Bakının Binəqədi rayonu ərazisində saxlanaraq polis idarəsində dindirilib. AXCP sədrinin köməkçisi Faiq Əmirov «Media forum» saytına bildirib ki, sürücünü aprelin 26-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin olunmuş piketdən əvvəl saxlayıblar:

«Sürücü sərbəst buraxılsa da, maşını cərimə meydançasına salıblar».

***

AXCP-dən verilən məlumata görə, 80-dək fəal saxlanılıb, sərnişin avtobuslarına mindirilib şəhərin müxtəlif yerlərində buraxılıb. 8-ci polis bölməsində saxlanılanlardan başqa, 15 nəfər başqa polis bölmələrinə aparılıb. Yerləri dəqiqləşdirilir.

***

Saxlanılanlardan «Azadlıq» qəzetinin yazarı Natiq Ədilovun verdiyi məlumata görə, Səbayel rayon 8-ci bölməsində hazırda 50-dək aksiya fəalı var.

Bölmənin növbətçisi isə AzadlıqRadiosuna deyib ki, ora cəmi 30 nəfər gətirilib.

***

Aksiyanın dağıdılmasında iştirak edən mülki geyimli şəxslər jurnalistləri ərazidən uzaqlaşdırırlar. Onlar AzadlıqRadiosunun müxbirinə özlərini sıravi vətəndaş kimi təqdim ediblər.

***

Bakı Şəhər İcra Hakimiyyəti qarşısında təxminən 20-dən artıq aksiya iştirakçısı polis maşınları və sərnişin avtobusları ilə ərazidən uzaqlaşdırılıb.

Aksiyanın dağıdılmasında iştirak edən polis nümayəndəsi bildirib ki, onlar Səbayel rayon 8-ci polis bölməsinə aparılıblar.

Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov AzadlıqRadiosuna bildirib ki, aksiyada iştirak edənlər saxlanılmır, onlar sadəcə olaraq ərazidən kənarlaşdırılır. Kamal Vəlişov aksiyanın dağılmasında polislərlə birgə iştirak edən mülki geyimli şəxslərin kim olması barədə suala cavab olaraq bildirib ki, o belə bir adamları görməyib.

ATƏT-in Bakı ofisinin əməkdaşları da aksiyanın gedişini izləyirlər.

***

AXCP sədrinin müavini Nurəddin Məmmədli və daha 5 nəfər saxlanılıb. Aksiya nəzərdə tutulan yerə toplaşanlar şüarlar səsləndirməyə başlayıblar.

***

Aprelin 26-da «Azadlıq» blokunun Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcəyi gözlənilir. Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimovun verdiyi məlumata görə, aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, bloka cavab verilməyib.

Azadlıq blokuna AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir. Blok şəhər rəhbərliyinə «Azneft» meydanı, «Teleteatr»ın qarşısı, Parlament prospekti, Cavid bağı,
«Nərimanov» kinoteatrının qarşısı, Cəfər Cabbarlı heykəlinin qarşısı və ya Sahil bağının ərazisində mitinq keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdi.

Onlar əsasən sərbəst toplaşma azadlığının pozulmasına etiraz edir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında polis və mülki geyimlilər gözə dəyir. Ərazidə 8 polis polis maşını var.
Təxminən 30 xidməti geyimli, 50 mülki geyimli şəxs aksiya keçiriləcək yerə nəzarət edir.

Hazırda İcra Hakimiyyəti istiqamətində gediş-gəliş məhdudlaşdırılıb.

İçərişəhər metrosundan və İqtisad Universiteti tərəfdən piyadaların hərəkəti dayandırılıb. Metrodan çıxanları keçidə yönəldirlər.

 
 
 

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (8)
    Növbəti 
Kimdən: Kamil Haradan: Nardaran
28.04.2010 19:33
Eziz dostlar bu rejimin sonuna az galib.Buna hami ämin ola bilär. Bu yaxinlarda MITINGLÄRÄ baslayacagig . Burdadaki bir iki tärxäkä fikir vermäk lazim deyil.Atalar sözü va It hürär karvan kecär .

Kimdən: Abbas
28.04.2010 18:18
Yırtıcılardan nə vaxt xalgımın canı gurtaracag. YAŞASIN azadlıg sevənlər.

Kimdən: ilham
28.04.2010 13:28
Gelen Gedeni aratir. indikiler getse sanki onlardan daha yaxshisi gelecek??? bunlara hec olmasa ogreshmisik
Cavab

Kimdən: Afig
28.04.2010 17:04
Sen daxilən gullsan get kortoşkanı sat. Yaşasın Azadlıg sevənlər.

Kimdən: Azadliq+Qan Haradan: Baki
28.04.2010 10:57
AY CAMAAT ALMANIYADAN BIR DOST YAZIB KI HABS OLUNANLARIN AD FAMILIYASINI YAZIN ORDA SHIKAYAT ETSINLAR KIM BILIRSA XAHISH EDIRAM YAZSIN!!!

Kimdən: Ulviyye Haradan: Baki
27.04.2010 23:55
bu dq hakimiyyetdekine razi olmaga mecbursuz sozsuz sertsiz. eger rahat yasamaq istiyirsizse. sizin kimilere bekar insan kimi baxiram ki gelib bura yazir ve ya mitinge cixirlar. mence iqtidar elinden geleni edir bizim ucun sadece gormek ucun gozunuzu acmalisiz

Kimdən: Arzu Haradan: Xirdalan
27.04.2010 23:46
Eliyev rejimi Dagilmalidir ! Bu diktatura rejiminin Xalgdan ogurladigi milyardlar geri gaytarilmalidir ! REDD olsun diktatura !

Kimdən: Xaricdä yasayanlar Haradan: Deutschland
27.04.2010 23:39
Salam ! Häpistä olanlarin dägig adlarini vä saylarini bizä deyin ki bizdä burada xaricdä onlar , Azärbaycanda häpis olunanlarin azad olmaglariycin lazimi instanciyalara müraciät vä täläblär göndäräk ! Buz här zaman sizinlä olacagig !!!!!!!!

Kimdən: musviq Haradan: Azerbaycan
27.04.2010 20:52
Goren bizim millet ne vaxtsa qirgizlar kimi qeyretli olub kuchelere chixib oz haqlarini teleb ede bilecek..............

Kimdən: ANAR Haradan: ITALIYA MILAN
27.04.2010 19:15
LIBERTA LIBERTA LIBERTA AZADLIQ AZADLIQ AZADLIQ

Kimdən: ANANIMUSUUN QEHNIMI :)
27.04.2010 18:52
BƏH BƏH NƏ SÜRÜYÜRLƏR
Cavab

Kimdən: mega Haradan: shimaldan
27.04.2010 22:51
Adil ALLAHIN son ve edaletli mehkemesinden sonra cehenneme suruklenenler beh beh yox,vay vay deyecekler! INSHALLAH!
Səhifə (8)
    Növbəti