Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:14

Verilişlər / 14-24

Bakıda 50-dək gənc aksiya təşkil edib

FLASHMOB - Azərbaycan qrupu səhnələşdirilmiş aksiyası insanları monoton həyata qarşı çağırış mahiyyəti daşıyıb

Yüklə

Bir qrup gənc Natavan heykəlinin qarşısında «Avatar» filmindən bir səhnəni canlandırıblar.

Şriftin ölçüsünü dəyiş - +
Aprelin 25-də Bakıda FLASHMOB -Azərbaycan qrupu səhnələşdirilmiş aksiya təşkil edib.

İştirakçılar Natavan heykəlinin qarşısında «Avatar» filmindən bir səhnəni canlandırıblar. Ssenariyə görə, təyin olunmuş vaxtda insanların çox olduğu bir yerdə bir nəfər peyda olub və onun ətrafına digər aksiya iştirakçıları yığılıb, daha sonra hamısı əllərini bir-birinin çiyninə qoyub. Birdən-birə hamısı əllərini qaldırıb və heç nə olmamış kimi hərəsi bir tərəfə dağılıb.

Cəmi 5 dəqiqə çəkən aksiyaya onlarla toplaşmışdı.

Ətrafda polis gözə dəysə də, aksiyaya müdaxilə etməyib.

Tədbir iştirakçılarından Samir Qədirov deyir ki, bu aksiya sırf əyləncə mahiyyəti daşıyıb. Onun dediyinə görə, aksiya ilə ötürmək istədikləri mesaj monoton həyata qarşı çağırışdır.

Flaşmob – improvizə edilmiş, kollektiv bir oyun növüdür. Bu oyunun əsas məqsədi ətrafdakıların diqqətini absurd və qeyri-adi hərəkətlərlə cəlb etməkdir. Belə aksiyalar internetdə, sosial şəbəklər tərəfindən təşkil edilir.

"FLASHMOB - Azərbaycan" isə internetdə yaradılan qrupdur.


Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Bakili Haradan: Bakidan
13.05.2010 00:51
Allah agil versun...

Kimdən: vetendash Haradan: ele buralardan
28.04.2010 16:59
yaxshi olardi ki gencler ciddi bir sheyle meshqul olub bashq gencleride ora devet ederdiler.cox heyifffff.bize bele veziyyetde bu yarashmadi

Kimdən: Tesisci Haradan: FLASHMOB Azerbaijan
28.04.2010 11:58
Butun sherhlere chox sagolun!

1. Flashmob siyasetden uzagdir
2. Flashmob aksiya deyil

Istirakcilarin hamisini minnetdarligimi bildirirem! Siz artig ozunu mober adlandira bilersiz ;)

Bizim gruppamiza burada goshula bilersiniz:
http://www.facebook.com/group.php?gid=116246315053769
Cavab

Kimdən: Lara
28.04.2010 15:02
Dalğa gənclər təşkilatı dəfələrlə flash-mob keçirib, özü də ictimai-siyasi məzmunda.

Siz deyə bilərsiniz ki, sizin qrup siyasətdən kənardır, amma flash-mob ideyasına bunu aid edə bilməzsiniz.

Kimdən: CONSTANTİNE SCHERZİNGER Haradan: BAKI
26.04.2010 21:23
EEEHHH.... SAMIRden hec gozlemezdim telefonum ola-ola mene xeber etmedi(((((

Kimdən: Anonymous
26.04.2010 15:06
novbeti defe dostlarimla birge gosulmaq isterdim, cox maraqlidir mene. yagin ki bezi gerideqalmis YAPofiller bunu basa dusmez, oz problemleridir.

Kimdən: Tukezban xala
26.04.2010 11:47
Heyat monotondursa, "Emmanuel" filminden de bir sehnecik gosterersiniz, sizi emin edirem, onlar yox, 100 ler yigishacaq sizin "sehneciye" baxmaqa.
Cavab

Kimdən: Rashid Haradan: Burdan
26.04.2010 15:00
Eminem ki, siz ozuvuz ailevi shekilde bu sehnede ishtirak edersiniz, ozude bash rollarda .

Kimdən: Anonymous
26.04.2010 11:45
avara gencler
Cavab

Kimdən: Anonymous
27.04.2010 21:51
avaraye sen oxshayirsan... ishun yoxtu? ged ishiynen meshkul ol...

Kimdən: azeri Haradan: baki
26.04.2010 11:00
butun ermeniler bu saat aksiyalar kecirir dunyanin her yerinde olmayan sheyleri subut elemeye calishir amma bizimkiler eylence axtarir.bu sayta minlerle insan baxir dunyanin her yerinden onlar bakida bele sheyler kecirildiyini gorende hec shubhe etmezlerde ki ermeniler hakliymish cunki bizimkiler hec neye reaksiya vermir.erdogan orda ozune el qatib nese elemek isteyir bizimkilerde filim seyr edir.

Kimdən: speechless Haradan: Marsdan
26.04.2010 10:34
Umumiyyetle muxbir gozel geyd etdi ki, sheherde 3-4 nefer bir yerde gezende artig organ ishchilerinde shubhe yaranir....Mentignen fikirleshsek eger, bir shey ki, bu geder xofludursa bashbilenler, demeli buna esas var...bir de ki, od olmayan yerden tustu chixmaz....O ki, galdi bu sehneye. Men shexsen buna aksiya adi vermezdim, bu daha chox oyuna oxshayir...

Kimdən: Zamig Haradan: Praha/CZ
26.04.2010 03:33
FLASHMOB AVROPADA ÇOX GENİŞ YAYILIB, BIR ÇOX TƏŞKİLATLAR VƏ QRUPLAR CƏMİYYƏTIN FİKRİNİ HƏR HANSI BİR MƏSƏLƏYƏ CƏLB ETMƏK ÜÇÜN BU ÇOX MARAQLI VƏ QEYRİ "OYUN"DAN İSTİFADƏ EDİRLƏR. MƏN DƏ DƏFƏLƏRLƏ BƏZƏN ÖZÜM BELƏ BİLMƏDƏN FLASHMOB-un "QURBANI" VƏ İŞTİRAKÇİSİ OLMUŞAM :))
ÇOX MARAQLI BİR ÜSULDUR. ALQIŞLAYIRAM! AFƏRİN SİZƏ!
Səhifə (3)
    Növbəti