çərşənbə axşamı, Oktyabr 21, 2014 Bakı vaxtı 10:18

Siyasət

Mehriban Əliyeva «100 min dollarlıq portsiqar» xəbərini təkzib etdi

x
Bir çox mətbuat orqanları prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanın adından təkzib məktubu dərc ediblər. Məktubda Mehriban Əliyeva aprelin 15-də Türkiyənin «ATV» telekanalında onun 100 min dollarlıq portsiqar alması haqda məlumatın böhtan olduğunu bildirib. Bu haqda day.az saytı yazır:

«Mehriban Əliyeva bu məsələ ilə bağlı «ATV»-nin direktoru Ərdoğam Aktaşa və Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıca da müraciət edib».

(ATV-də efirə gedən süjetlə aşağıdakı videoda tanış ola bilərsiz)



Məktubda deyilir ki, Azərbaycan prezidenti və onun ailə üzvləri haqqında böhtan xarakterli materiallar birinci dəfə deyil ki, bəzi mətbuat orqanlarında yer alır:

«Birinci xanım haqqında bu cür məlumatlar hədsiz dərəcədə mənfi qarşılanır əgər gələcəkdə bu cür hallar təkrarlansa, günahkar şəxslərin və təşkilatların qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunması üçün bütün tədbirlər görüləcək. Prezident Aparatından daxil olan məlumatda o cümlədən, yayılmış məlumatın təkzib olunması və birinci xanım Mehriban Əliyevadan üzr istənilməsi tələb olunur».

«Azadlıq» qəzetinin aprelin 23-də yaydığı xəbərə görə isə, qəzetin redaksiyasına prezidentin Protokol Xidmətinin Azərbaycan Respublikası birinci xanımının işlərinin təminatı sektorunun müdiri Altay Həsənovun imzası ilə məktub daxil olub. Məktubda deyilir:

«Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin məlumatın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada təkzib olunmasını və Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevadan üzr istənilməsini Sizdən tələb edirik».

«Azadlıq» qəzeti isə bildirir ki, onlar Mehriban Əliyeva böhtan atmayıblar:

«Qanuna istinad edən Altay müəllimə Azərbaycan Cinayət Məcəlləsinin 147.1 maddəsini xatırladaraq bildiririk ki, böhtan – kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan kütləvi çıxışdı. «Azadlıq»ın heç bir vətəndaşı, eləcə də, millət vəkili Mehriban xanım Əliyevanı böhtana məruz qoymaq kimi məqsəd məramı, niyyəti yoxdur. Sözügedən məlumat ilk olaraq Türkiyənin «ATV» kanalında yayımlanıb, sonradan bir neçə internet portallarında paylaşılıb və «Azadlıq» həmin materialı dərc edən günə kimi təkzib olunmayıb. Odur ki, kimsənin bizə böhtançı deməyə haqqı yoxdur. Yayılan informasiya qeyri-dəqiqdirsə, Prezident Aparatının birinci növbədə həmin reportajı hazırlayan telekanala təkzib verdirməli, sonra başqa KIV-dən üzr tələb etməlidir».

Azərbaycanda yerli telekanallar da Türkiyə telekanalının Mehriban Əliyeva haqqında böhtan xarakterli reportajlar yayması haqda məlumatlar verirlər.

Bir müddət əvvəl ABŞ–da dərc olunan «The Washington Post» qəzeti isə prezident İlham Əliyevin ailə üzvlərinin adına Dubayda 75 milyon dollarlıq mülkün olması barədə məqalə dərc etmişdi. Bu məqalə rəsmi səviyyədə təkzib olunmamışdı.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (7)
    Növbəti 
Kimdən: fatime Haradan: baki
07.05.2010 21:54
ne yaxshi da tez telesik el-ayaga dushub tekzib de verirler. Yegin ki, bu portsigar bashgasinin adina (YAP cilardan birinin) adina senedleshdirilib. Amma yerin de gulagi var ve Azerbaycanda her bir korrupsioner malini-mulkunu gizletmir ve her shey deyilir. Amma efire chixan melumatdan sonra "agillanib" ve el ayaga dushubler ve tekzib vermk gerarina gelibler. Bes 44 milyonlug mulke niye tekzib vermir hormetli Mehriban xanim??

Kimdən: Bakili Haradan: Bakidan
07.05.2010 13:43
Bu gun "yeni musavat" qazeti yazib; "Ən başlıcası isə, Mehriban Əliyeva cəmiyyətdə müsbət işarə ilə qəbul olunan ictimai-siyasi fiqurdur. Onun son 6 ildəki fəaliyyəti, xüsusilə də humanitar layihələrə rəhbərlik etməsi, milli dəyərlərə həssas münasibəti, muğam və aşıq sənətilə bağlı atdığı addımlar Azərbaycan ictimai rəyində böyük rəğbətlə qarşılanır."
Eger M. A. bele yaxsi imici varsa onda burda bu qeder adam niye onun haqqinda menfi fikirdedi?

Kimdən: Samir Haradan: Moskva
04.05.2010 11:32
Hesablayin:75 milyon choxdur,yoxsa 100 min?Bele hirda paraya gore turklere uzr istedirler!

Kimdən: ilhame Haradan: baki
29.04.2010 22:39
varliga ne darlig, eceb edir alir, siz kimsiniz ey?

Kimdən: H.O.S.T ALLIANCE Haradan: SUMQAYIT
28.04.2010 15:52
he de birce bu qalmishdi.her sheyimiz duz idi birce saqqal daragimiz catmirdi.men basa dushmedim eger sher atirlarsa niye ermenistanin 1-ci xanimina sher atmirlar?ozu de qardas,qardas dediyimiz turkiye?bilirler axi ermeni xanim acindan olur...turkler de dushunubler ki kime atag kime atag cox uzaga yox cemi 11km kenara...mesel var.od olmayan yerden tustu cixmaz men her sheyi gozleyirdim birce bunu yox. menim artiq sozum yoxdu.onsuz da yalanlar denizinde artiq bogulurug.

Kimdən: tarixchi Haradan: kitabxanadan
27.04.2010 06:02
Azerbaycandan 1975ci illərdə İranda olan abu havanın iyi gəlir:

Xalqadan uzaq düşmüş, xülyalar ilə yaşayan, neftin puluna arxeyin olan rəhbər və bəzənib düənməyi sevən xalqına yuxarıdan aşağı baxan rəhbər ailəsi!

Allah bizi pisindən saxlasın!
Cavab

Kimdən: Məndən Haradan: Vətəndən
05.05.2010 02:48
Tam doğru deyirsiniz. 1975-lərin İranını da ötüb keçmişik. Fərəh Pəhləvi də hökumətdə olan yüksək vəzifələrə öz qohumlarını yerləşdirmişdi. Ölkə parlamentini də əmiuşağları ilə dolduruşdu. Nəticəsi də bəllidir. İndidə gözümüzün önündə bizim xanım öz qohumlarını əsabələrinə çevirib. Bax elə "Azadlıq" qəzetindən üzr istəməyi tələb edən Prezidentin Protokol Xidmətinin Azərbaycan Respublikasının birnvci xanımının işlərinin təminatı sektorunun müdiri Altay Həsənov xanımın dost-doğma böyük bibisi Elmira Paşayevanın oğludur. Bu hələ dərdin yarısıdır! Deyin görək hansı ölkənin Prezident aparatında ölkə prezidentinin xanımı üçün ayrıca ştat ayırıb, sektor açırlar? Vallah, deyiləsi dərd deyil! Görünür tarixlə marağlanıblar, ancaq axıra qədər yox. Çünki acı nəticələr onlara dərs olmayıb. Qorxasan ki, bizim xanım da bəhsə-bəhs qurmanı ola!
Cavab

Kimdən: ilqar Haradan: baki
01.05.2010 13:39
ne olursa olsun birce islam rispublikasi olmasin ele bir dovletde yashamaq cox cetindir.

Kimdən: azer Haradan: baki
27.04.2010 02:36
men bir sheyi yaxshi bilirem ki, bu adamlar özlerini Azerbaycan xalgindan artig sayirlar, milleti de reiyyet, o üzden de dövleti talayirlar...millet özü de bir sesini cixarmir, ona göre de il ilden pis gelir...bir de gördün ILham pishiyine de gizildan süd gabi aldi...belke de artig varidir...varliga ne darlig, öz pullari deyil ki, dash yarib, bellleri agrimayib

Kimdən: Lufthansa
27.04.2010 00:38
Əşi alıb alıb da...qeribe adamlarsınız...burada sensasion nə var ki ? Olmasın 10 deqiqelik axan neft...böyük iş olub...gərək millətə verilə o da miting eləyib qalxa ayaga demokratik quruluş yarada ? kimə lazımdır ? milləti yedirtmək olmaz ... istəyir ŞİR olsun istəyir Pələng sal qəfəsə özünə də yemək vermə görüm necə nərildəyir...tezliklə nərilti yerinə pişik kimi miyoldayacaq...bax daxili siyasətin əsasını bu təşkil edir.

P.S. SİQARET ÇƏKMƏK SAĞLAMLIĞINIZ ÜÇÜN TƏHLÜKƏLİDİR ! < Oqtay Şirəliyev >
Cavab

Kimdən: Məmmədnəsir
29.04.2010 04:02
İndi guya siz "kənd kişisi" obrazında ironiya edirsiz...
Vəziyyət faciəvidir. İroniya zamanı bitib.

Kimdən: Psixoloq Haradan: xosh meramli qizil yiqan
26.04.2010 11:07
Azerbaycan demokratiya doqru yohx diktator rejmine cevrilir.Shexsen men prezident ilham eliyev onun heyat yoldashi mehriban eliyeva ve yap hakimiyyeti televiziyada veten torpaqdan danishanda onlarin mimikasindan bilirem ki,onlar yalan danishir milleti aldadirlar onlar veteni yohx pulu sevirler.Ne deyesen bu hakimiyyete kasibin ushaqlari cebhe xettinde shexid olur ,bunlar ozlerine ziynet eshyalari yiqir,birce onu deyirem shexid olan esgerlerin anasinin, atasinin, ailesinin goz yashlari sizi ....

Kimdən: speechless Haradan: Marsdan
26.04.2010 10:57
Eshi her shey bir yana galsin...ele danishirsiz ki, guya ATV-de o verilishde deilmese hech kes bilmir ki, memleketde korrupsiya nece lazimdi inkishaf eliyir...guya bilmirik ki, gara milletin haggi yeyilir, tapdanir....guya bilmirik ki, Washington Post "dubay mulkleri" hagginda bu yaxinda megale yazib....ne oldu ele hami dushmen kesilib Azerbaycana?!
Neyi goyub neden danishirsiz . . .
Səhifə (7)
    Növbəti 

Oxuyan gərək...