Cümə, Aprel 25, 2014 Bakı vaxtı 02:34

Verilişlər / Can Bakı

Məşhur milyonçunun saytı açıldı

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Musa Nağıyev
Bakı milyonçusu Ağa Musa Nağıyevin saytı açılıb. www.musanagiyev.az ünvanında yerləşən sayt milyonçunun nəvəsi Dilarə xanim Nağıyevanın sayəsində yaranıb. Xəbəri «Can Bakı» proqramına Dilarə xanımın özü verib. Onunla müsahibəni həm dinləyə, həm də oxuya bilərsiniz:

- Dilarə xanım, babanız haqqında sayt yaratmaq ideyası necə yarandı?

- Siz bilirsiniz ki, mən 18-19 ildir bu yolda çalışıram. Ağa Musa Nağıyev babam olduğuna görə, ən əsası da xalqın oğlu olduğuna görə onun qaranlıq taleyinə işıq saçıram. Bu il martın 4-də onun vəfat etməsinin 91 ili tamam oldu. Düşündüm ki, kitab yazmışam, saysız tədbirlər keçirmişəm, əlçatmaz yerlərə əlim çatıb, onun haqqında informasiyalar, məlumatlar hazırlamışam. Bir halda ki, Ağa Musa bu qədər işlər görüb, gələcək nəsillərə onu tanıtmaq mütləqdir, vacibdir. Müasir tipli insan olduğum üçün mən internetlə maralanıram. Ona görə də, bu qərara gəldim ki, sayt yaradım.

DÜNYA YAXŞILARSIZ DEYİL

- Sayt yaratmaq çətin oldu?

- Əlbəttə, çətin oldu. Amma yaxşı insanlar var. Dünya onlarsız deyil. Bax, o insanlar mənə kömək etdi. Ən başlıcası, bu ideyanı mənə verənin adını çəkməliyəm. İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva dedi ki, Dilarə xanım, siz indiyədək bu qədər iş görmüsünüz, nə əcəb sayt açmamısınız? O xanım elə bil mənə cığır açdı. Yeri gəlmişkən, onu da deyim ki, keçən ilin noyabrında o institutda «Şəxsiyyətin fenomeni» adlı elmi konfrans keçirildi. Bu, üçüncü elmi konfrans idi. Birincisi, Mir Mövsüm Ağaya, ikincisi ulu öndər Heydər Əliyevə, üçüncüsü isə Ağa Musa Nağıyevə həsr olunmuşdu. Konfransdan sonra mən saytın üstünə düşmək qərarına gəldim.

BƏXTİ FONTAN VURUB!

Bilirsiniz ki, Ağa Musa təbiətcə dəqiq və hər şeyi ölçüb-biçən olub. İllərlə çətinliklərə sinə gərib. Qazdığı quyudan su yerinə neft çıxıb. Və mən həmişə deyirəm ki, onun bəxti fontan vurub. Var-dövləti artıb. Ağa Musanın çəkdiyi əzabı mənim atam da bütün həyatı boyu çəkib. Sürgünlük dövrü və s. Odur ki, düşündüm ki, bunların hamısını göstərmək üçün Ağa Musa Nağıyev haqqında sayt yaratmaq lazımdır.
Dilarə Nağıyeva
Məncə, bu saytda babamın həyatının bilinməyən, görülməyən səhifələrinə, hislərinə, düşüncələrinə yer verə bilmişəm.

SİMİC YOX, QƏNAƏTCİL OLUB

- Dilarə xanım, nələr var saytda?


- Saytın təqdimatı babamın oğlu İsmayılın eşqinə tikdirdiyi «İsmailiyyə» binasında oldu. Onun keçdiyi çətin həyat yolu, hətta oğurlanması, qoçularla alver etməsi də saytda əks olunub. Ağa Musanı həmişə simic kimi tanıdırlar. Amma o qənaətcil olub. Bu söz məni həmişə ağrıdıb, amma əksini sübut etdiyim üçün indi asanlıqla təkrar edirəm ki, o simic yox, qənaətcil olub! Qəpiyin qədrini bildiyi üçün o qədər bina tikib. Özüylə aparmayıb ki? Xalq üçün qoyub gedib. Əslində, tariximizi yaratmaq baxımından Ağa Musanın simasında bütün tarixi materialları ora daxil etmişəm. Onun tikdirdiyi imarətlər, zavodlar, 4 xəstəxana binası, hətta haqqında yazılan məqalələrəcən saytda yer alıb.

TİKDİRDİYİ XƏSTƏXANADA ADI YOXDUR…

Məsələn, 2002-ci ildə yazılan bir məqalə vardı, rusca «Ağa Musanın ruhuna müraciət» başlıqlı. Müəllif Aydın Babayev onun tikdiyi xəstəxanadakı rüşvətdən söz açmışdı. Mən müraciəti sayta yerləşdirdim və axırda yazdım ki, siz nə qoyub-nə axtarırsınız? Bu gün Musa Nağıyevin tikdirdiyi xəstəxanada adı yoxdur.

AzadlıqRadiosu olaraq siz də bilirsiniz ki, mən 2005-ci ildən bu yolda mübarizə aparıram. Amma hələ də bir nəticə yoxdur. Halbuki Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi 342 saylı sərəncam qüvvədədir.

2-3 GÜNƏ RUS DİLİNDƏ DƏ OLACAQ

Qoy rusdillilərimiz də məlumat ala bilsinlər. Dünyanın hər yerindən girsinlər. Saytda 11 Azərbaycan milyonşusu haqqında məlumat vermişəm. Qoy bilsinlər ki, vaxtilə Azərbaycanın 11 milyonçusu olub. Amma ən varlısı, dövlətlisi, ən çox mülk tikdirəni (98) Ağa Musa Nağıyev olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: fatime Haradan: Baki
05.05.2010 19:54
he, Dilara xanim yaman "berk gedib" ve chox adami yamanca gezeblendirib. Gezeblenmish insan kutlesi de reportyor Sevda Ismayillini da ittiham ateshine tutublar. Dilare xanim, sozle ehtiyatli olmag lazimdir, eks halda neticesi xoshagelmez olur. Sayt achmisiniz, xeyirli olsun!

Kimdən: Absurdistan Haradan: Baki
03.05.2010 18:31
Amma Azerbaycan adli ilk fikir yazanin proqnozu doqruldu. Dediler, yoruldular. Gulmelidir. Her kes oz ampulasindaydi. Azadliq, onlara qonorar ver!

Kimdən: pervin Haradan: Baki
28.04.2010 00:57
men sizi tebrik edirem cox qesnq fikirlesmisiz bu internet saytini

Kimdən: Samed Haradan: Bonn
25.04.2010 15:05
Musa nagiyev kim olub-behayi,xesis, oz ushaini istemeyen kimi isteyecek, bunu hami bilir. Bu raskrutka ozune lazimdir ki, teqaud, mashin, ev alsin. Bilirsiz ne qeder bu kimdir ki, budan yuz qat mehshur soyadlarin dashiyicilari agir veziyyetde yashayir. Azadliq onlari tap-goster, belke kimlerinse qeyreti oyandi. Ele yapishmisiz bundan. Dogurdanda hec kim yoxdur beyem???

Kimdən: anar Haradan: niderland
25.04.2010 15:00
Dogurdanda,beledir-Azadliq ferli-bashli adamlari cixardin da.
Men ozum utaniram bu qadinin yerine.Bu ne danishiqdir,bu ne davranishdir,uzunuzde yazilib ele...
Men daha yazmiyacam-etim tokuldu.

Kimdən: heqiqet Haradan: Baki
25.04.2010 14:35
Zaur bey,onda bu qadin filmstudiyada oturub,partiyaya,KGB-ya ishleyirdi.Bu qadin kadrlar sobesinde isleyirdi,onlarda o vaxtlar oralara ish verirdi.Onda buna ne eceb deymirdiler,familiyasina gore hec ishe goturmemeli idiler.Sara x.gorun ne veziyyetde idi,cunki o vaxt Baki Milyoncularinin usaqlari incidilirdi.Bu qadinin hec babasi yadina dusmurdu,Sara x. ne edir.Gormursuz deyir menim babam "en"-dir,"yek"dir.Sanki bu scyotcik qoyub,olcub,butun tarixi el ici kimi bilr-tarixi qiymet verib netice soyleyir.Musaya da camaat oglunu diri iken olduren ata kimi baxir,xesisliyinden ona pul bele vermeyib-mualiceye,osetinle neinse qarisqi arvadina verib-ogluna yox.
Indi bu qadin ozunu muasir "mugenniler" kimi aparir.Yaxsi kmi ALLAH buna qanad vermeyib,hele olsaydi...

Kimdən: osman Haradan: Turkiye
25.04.2010 14:18
Dogurdan bu qadna qulaq asdim-ne ozunden razi danisir,hec "mehsur soyadi dasiyan" indiye kimi bele danismayib.Sevda x,kartof satan bundan seviyyelidir heqiqetende.

Kimdən: Zaur Haradan: sankt-peterburg
25.04.2010 02:57
Bu movzunu oxuyanda ister-istemez Zeyalabdin Tagiyev yadima dushur. Dovrunun ekser milyoncularini xeyriyyeciliye mecbur edan mehs o, olub. Taninmish diktator H.Eliyev ve onun tor tokuntulerinin fealiyyeti neticesinde Tagiyevin yegane yadigari Sara xanim baximsizlig ucbatindan kimsesiz vefat etdi. Dilare xanim goresen ne fikirleshirdi o vaxt goresen? Niye Sara xanima yardim eda bilmedi? bu suallari ona vermak lazim idi.

Kimdən: ELMAN Haradan: bAKI
24.04.2010 14:51
Dilare xanim, seklinizden gordum ki, siz ahil bir qadinsiz. Bu cavanlar niye sizin ustunuze bele dusubler, basha dusmedim. Allah size omur versin, babanizi yasatmaqa davam edin. Sollara gelende, hamida bele fikir var ki, onu Baki milyonculari cekdirib. Sen deme, bele deyilmis. Burda cinayet-zad yoxdur. Xanimi da tehqir etmeyin.
Cavab

Kimdən: Eldar Haradan: Cemberekendden
24.04.2010 20:13
Elman-siz ve hami duz bilir-Baki milyonculari cekdirib-amma Nagiyev yox,onun orda hec adi yoxdur,bu bunu bile-bile,reqemleri yuxuda gorur,bizlere danisir,sizlerde inanib-alqislayirsiniz.Nagiyevin 98-yox-1198 binasi var.O ki qaldi kohne azerilere,bu qadin ucun ele bunlarda hec pis deyil-ev veribler,teqaud,mashin,indiki hakimiyyet bunlara her sey edib.yene de goz doymur.Biz oz gunumuze aglayaq,"o vaxti"bizim gozlemeyimize ehtiyac var.Aydindir?
Cavab

Kimdən: dilare Haradan: Bakidan
24.04.2010 16:49
Hormetli Elman!
Men sizin hissleriniz,o obaza olan hormetinizi anlayiram,ozumde 68 yasindayam.Bu siz deyen deyil.Is orasindadir ki,bu qadin digerlerin etdiklerini babasinin adina cixardir,hec ne bilmediyi halda-tarix "yazir",ozunden reqemler uydurur,ozunu reklam edir,o qeder yalanlar var-bilseniz.Baki Milyonculari hamimizin fexridir,amm"yekdir","endir"-bunlar ne demekdir,buna ne deyersiniz,"ahila" yarasar bu sozler?Musadan da artiq tarixi sexsiyyetler var,yoxdur?Sixlinskiler,Saxtaxdtilar,Muxtarovlar,Bakixanovlar,Memmedeminler-yoxdur,Bakinin tarixini yaradan.Hani onlarin neveleri-bu dusub ortaliga.Adam yoxdur da respublikada.

Kimdən: dilare Haradan: Bakidan
24.04.2010 12:43
Salam Sevda xanim!
Sollar suyunu eslinde men shexsen sizin gormenizi isteyirdm,o zaman yaman bu qadini mudafiye edirdiz.Mehsur soyadagelende esl bakililar Musa Nagiyevin kim olmasni bilir,bize eqdimatciya ehtiyac yoxdur.Siz Nagiyev movzusuna gorun ne qeder yer verirsiz,(basa hec ne yoxdur)hercend ki,Sollar size bizim hormetimizi gosterdi,bu qadinin ise-esl uzunu.
O, ki qaldi Azdliga o haminindir-duz demirsiz, mende gelmisdim-amma meni hec dinleyen olmadi. Seytan zemanesidir, ayaq tutub yeriyir-yalana bu qeder yer verirsiz, vermekde ona komek edirsiz, size istinad edib, istediyi oyunlari aparacaq. Eyri gorunurse-basqa eyrilerini de gosterin. Siz ise onu raskrutka etmekdesiz. Ozunuz bilin, amma bir defe ele pesman olacaqsiniz ki...
Respublikada basqa adam yoxdur, bundan basqa, basqalarin bize gosterin. Ozude haminindir Azadliq - hami istemir bunu gormeye.
Səhifə (3)
    Növbəti