Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:42

Verilişlər / İslam və demokratiya / Başqa dinlər

Kilsə zənginin sədaları altında cümə namazı

Yerusəlimin «Köhnə Şəhər»i
x
Yerusəlimin «Köhnə Şəhər»i
Şriftin ölçüsünü dəyiş - +
... Çatma qaşlarını səhra günəşinin yandırdığı mis rəngli alnında bir az da düyünləyib, diqqətlə üzümə baxır. Ərəblərə məxsus ləhcə ilə ingilis dilində soruşur:

- Müsəlmansan?

- Bəli.

- Gəl, gəl sənə ucuz verəcəm.

Fadi Ömər də Qüdsün - Yerusəlimin «Köhnə Şəhər»indəki başqa müsəlman ərəblər kimi satdığı malın qiymətini deməmiş, müştərinin dinini xəbər alır - müsəlmansansa, güzəşt edəcək qiymətdə. (İslam dünyası bu şəhərə «Al-Qüds», yəhudilər «Yerusəlim» deyirlər. Şəhərin statusu danışıqlar predmetidir)
...Boynuna müsəlman ərəblərin çoxunun taxdığı «arafat» adlanan şərf dolayıb. Cürbəcür çeşnili, şərq üslublu sırğalar asdığı divarın qarşısında dayanıb danışır.  

ƏRƏBLƏRLƏ YƏHUDİLƏR BİR YERDƏ NECƏ YAŞAYIRLAR?


Dediyinə görə, beş ildən çoxdur ki, Qüdsün «Qədim Şəhər» hissəsində ərəb üslublu zinət əşyaları satır. Altı uşaq atasıdır. 42 yaşı var.

Soruşuram ki, 60 ildən çoxdur ki, İsraillə - Fələstin arasında münaqişə davam edir, ərəblərlə yəhudilər bir yerdə Qüdsdə -Yerusəlimdə necə yaşayırlar?

«Onlar bizə insan kimi baxmırlar, heyvan kimi davranırlar. Biz şəhərin şərq hissəsində yaşayırıq, onlar isə əsasən qərb hissəsində. Daha çox iş yerində görüşürük. Adətən, sakitçilik olur, amma bir də gördün ki, bir dəstə gəldilər, başladılar bizim uşaqlarla savaşmağa».

İsa peyğəmbər burada zühur edib
Qüds - Yerusəlim 1967-ci ilə qədər Fələstin torpağı olub. 1967-ci ilin iyununda 17 günlük müharibədən sonra İsrail İordan çayının Qərb sahilindən daha 70 kv. km öz ərazisinə qatıb və fələstinlilərin yaşadığı Şərq hissə də İsrailin nəzarətinə keçib.

Yalnız Qəzza zolağına nəzarət edən - bir sıra beynəlxalq təşkilatların «terrorçu» kimi tanıdığı, bir çoxlarının isə «azadlıq mücahidi» hesab etdiyi «Həmas» qruplaşması indi Qüdsün –Yerusəlimin bütövlükdə Fələstinə qaytarılmasını – yəni, Fələstinin 1948-ci ilə qədər olan sərhədlərinin bərpa olunmasını, İsrail dövlətinin ləğv olunmasını tələb edirlər. İordan çayının Qərb sahilinə nəzarət edən «Fəth» partiyası isə 1967-ci il sərhədləri ilə kifayətlənir və hazırda ancaq Qüdsün-Yerusəlimin Şərq hissəsinin Fələstinə qaytarılmasını istəyir. Odur ki, BMT sənədlərində Qüdsün ancaq Şərq hissəsi mübahisəli sayılır.

İndi şəhərin qərb hissəsində əsasən yəhudilər, şərq hissəsində fələstinlilər yaşayırlar. Qüds –Yerusəlim üç dinin – yəhudu, xristian və islam dininin müqəddəs şəhərdir deyə, İsrail – Fələstin münaqişəsi ilə bağlı danışıqlarda Yerusəlimin –Qüdsün statusu məsələsi ən həssas məqam sayılır.

Həm İsrail, həm də Fələstin muxtariyyəti bu şəhəri özünə paytaxt hesab edir. Rəvayətə görə, islam peyğəmbərinin merac etdiyi ərazi, o cümlədən, «Məscidi-Aksa» Qüdsdədir («Köhnə Şəhər»də), xristianlar isə inanırlar ki, İsa peyğəmbər məhz Qüdsdə zühur edib. Yəhudilərin müqəddəs saydıqları «Göz yaşı» divarı bu şəhərdədir. Bir çox iddialara görə, yəhudilərin dini kitabı «Tövrat»da Yerusəlimin adı 600 dəfədən çox çəkilib.

«Göz yaşı» divarı
Bələdçimiz - İsraildə yerləşən «İr Amim» («Millətlər şəhəri») qeyri-hökumət təşkilatının üzvü Ehud Uziel danışır ki, Yerusəlimin –Qüdsün fələstinli sakinləri İsraildə qeydiyyat sənədi ilə yaşayır, onların vətəndaşlığı yoxdur. Bu sənədlə isə fələstinlilər yalnız bələdiyyə seçkilərində iştirak edə bilirlər, ölkə miqyaslı seçkilərdə yox. Yəhudilərdən fərqli olaraq onlar bir mərtəbədən hündür ev tikə bilməzlər.

QORXURUQ BİZ ONLARDAN


«Köhnə Şəhər»in o biri başında, şəhərin yəhudi hissəsində isə yəhudilər müsəlman məscidindən gələn «Allahu-əkbər» sədaları altında «Köhnə şəhər»də, müqəddəs saydıqları məşhur «Göz yaşı» divarının qarşısında ibadət edirlər. Başını sol tərəfə döndərsən, məscidin minarəsini görərsən. «Köhnə Şəhər» yəhudilərlə müsəlmanların – şərqlilərlə qərblilərin istəsələr də, istəməsələr də üz-üzə gəldikləri məkandır.

«Köhnə Şəhər»in Qərb hissəsinə - yəhudi məhəlləsinə daxil olmaq üçün qədim şəhərin ruhuna heç uyuşmayan, əli avtomatlı İsrail əsgərlərinin dayandığı xüsusi yoxlama məntəqəsindən – «rentgen»li yoxlama məntəqəsindən keçmək lazımdır.

Ucaboylu, başında şlyapası, şəvə saqqalı sinəsinə düşən, uzunsaçlı ravvin şübhəylə soruşur ki, bu müsahibə mənim nəyimə lazımdır. İzah edirəm. Sonra fələstinlilərlə bağlı hər hansı bir problemlərinin olub-olmadığını soruşuram.
Əli avtomatlı İsrail əsgərləri
O deyir:

«Qorxuruq biz onlardan. Hər an onlardan hər şey gözləmək olar. Mümkün qədər uzaq gəzməyə çalışırıq».

Həmsöhbətim özünü təqdim etmək istəmir...

DİNLƏRİN QOVUŞDUĞU, YOXSA AYRILDIĞI YER?


«Köhnə Şəhər»də Qüdsün – Yerusəlimin özəlliyini – dinlərin qovuşduğunu - bəlkə də necə ayrıldığını hər addımda görmək mümkündür. «Köhnə Şəhər»in dar, dolanbac küçələrində bu mənzərəylə tez-tez rastlaşa bilərsən - çadralı müsəlman qadını uzun ətəkli, şlyapalı ravvinə yol verir, sinəsindən uzun xaç asılmış rəngbərəng geyimli, dünyanın hər yerindən gəlmiş xristian zəvvarlar dini mahnılar oxuya-oxuya yəhudilərə məxsus suvenirlərin satıldığı piştaxtaların yanından etinasız ötüb, öz kilsələrinə tərəf gedirlər. Amma deyəsən, ticarətin qaydaları öz işini görüb. Bəzi dükanlarda hər üç dinə aid suvenirləri görmək mümkündür.

Görünür «Köhnə Şəhər»dəki bu müxtəliflikdəndir ki, burada mühafizəçilərin sayı İsrailin başqa şəhərlərinə (biz Sderot, Aşkelon və Təl-əviv-də olmuşduq) daha çox idi. Addımbaşı İsrail əsgərləri ilə rastlaşırdın.

«AZAD FƏLƏSTİN» ARZUSU

Qüdsdə -Yerusəlimdə yaşayan xristianların çoxu fələstinli ərəblərdir, müsəlman fələstinlilər danışırlar ki, onlarla əsasən problemləri olmur və xristianları da, müsəlmanları da «Azad Fələstin» arzusu birləşdirir.

«Məscidi –Aksa»
... Mühafizəçilər "Məscidi –Aksa»ya daxil olmaq istəyənlərin dinini xəbər alırlar. Qrupumuzdakı xristianları içəri buraxmadılar.  Oradakılar danışırlar ki, belə ayrı-seçkilik əsasən cümə günləri-camaat namazına görədir, adi günlərdə qeyri-dindən olanlara içəri girməyə icazə verirlər. 

Çadrada olmayan qadınların isə "müsəlmanam" deməsi azdır, onlar məscidə daxil olmaq üçün çadra geyinməlidirlər.  İki addımlıqda çoxlu bər-bəzəkli çadralar satılır. Alırıq...

...Yüzlərlə müsəlman müqəddəs saydıqları «Məscidi-Aksa»da eyni zamanda səcdəyə gedirlər, namaz qılırlar. Xütbə səsi bir neçə metr aralıdakı kilsə zənginin sədalarına qarışıb..

Növbəti yazıda:

Yeni Berlin divarı? Divarın hər iki üzündə qalanlar

Yəhudi ilə müsəlman bir-birinə aşiq olarsa...

Küçəyə atılmış fələstinlilər...

İsraildə ifadə və toplaşma azadlığı

Ramallahdakı «sehrli açarlar»

Fələstinin qaçqın şəhərciyi

«Məscüdil–ksa»dan bəzi qeydlər
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Cavid Haradan: Zaqatala
25.04.2010 14:44
Qüds*ü Yerusəlim adlandırmaq müsəlmana haramdır!
Cavab

Kimdən: Fuad Haradan: UAE
28.04.2010 15:10
Harda yazilib bu?

Kimdən: Fuad Haradan: UAE
25.04.2010 09:32
Felestinleleri (sonradan oxu bayraqsiz) men ereb emirliklerine kochenden sonra daha yaxshi tanimaga bashladim. Felestinliler var ki, adlarini deyishib xristian adi goturubler ve boyunlarinda iri xach asaraq ozunu felestinli kimi yox bashqa 1 dovletin vetendashi kimi aparir. Ne dovletlerine sevgisi var, ne milletlerine nede ki, ozlerine. Biz bu tipden olan felestinlileri ve livanlilari BAYRAQSIZ adlandiririq.
Saygilarimizla:
Cavab

Kimdən: Rodgio Haradan: U.A.E
27.04.2010 11:01
Fuad bey men de uzun muddetdir Ereb emirliklerinde yashayiram ve burda en cox rastlashdigim milletlerden biri de Felestinlilerdir. Siz dediyiniz insanlar movcud ola biler, ancaq bu o qeder azdir ki men bu neche ilde gormemishem. Tam eksini ye'ni veten sevgisini, her qazandigi qepiyi bir yol tapib Felestine gondermek cehdini,Felestinden danishanda gozleri dolan insanlari her addimda gormushem. Bir dene Rusun Ermeniye himayedar olmasi, biri Qarabag meselesinde diz cokdurub (Gizletsek de bu bir heqiqetdir, Her Felestinli real shekilde Felestinin azadligi ugrunda vurushmaga hazirdir, inan ki butun Bakini elek-felek ele bir nefer real Qarabagda vurushmaq isteyi olan genc tapa bilmezsen.)
Cavab

Kimdən: mudmat Haradan: Abu Dhabiden
28.04.2010 01:48
Men Fuad beyin sozlerine goshuluram ve teklifim var Israil Felesini geri versin evezinde Livan torpaglarini alsin vebunulada Yaxin Sherg problemi chozulejek bu jiddi sozum du
Sevgilerle
Cavab

Kimdən: Fuad Haradan: UAE
28.04.2010 01:21
Men done done sizden uzr isteyirem.Dediyim bayraqsiz sohbetinden size de bir az pay dushur.En azi bizim milletde bele 1 ad (Rodgio) olmadigi uchun.
Saygilarimizla:
Cavab

Kimdən: Fuad Haradan: UAE
28.04.2010 01:19
Dediyim insanlarin 95% eledir,bayraqsizdilar.Bizim milletimizin bayraqina hormeti var,koku var,irsi var,tarixi var.Qarabagda vurushmaq isteyen coxdur nece ki, 18 il bundan qabaq vurushan ogullar kimi.Hech bir bayraqsizdan eshitmedim ki, getsin olkesine vurushsun,torpagini qorusun,bayraqina hormet elesin.Misal olaraq deye bilerem ki, menim ve menim kimi neche neche azeri-turk ogullarinin mashininda azeri bayragi var daha onlar kimi bashqa olkenin bayraqini vurub onu ozlerine sheref bilmirler.Emirlikde (I love UAE) bayraqini mashinlarina vuranlarin 99% soylediyim bayraqsizlara aiddir.Gorunur siz onlari hele yaxshi tanimirsiz.
Saygilarimizla:

Kimdən: Qızılüzən Haradan: Bakı
24.04.2010 17:14
Qüdsdə olmuşam. İnsanlar orada bir-birinin qanını içməyə hazırdırlar, gözlərindən nifrət oxunur. Yaşadıqları şəhərdən gəlir mənbəyi kimi istifadə edirlər, müqəddəsliyi-filanı düşünən yoxdur. İnsan elə hər yerdə insandır

Kimdən: Azad
23.04.2010 22:04
Heqiqeten Quds haqqinda oxumaq cox maraqlidi.Redaksiyaya minetdaram.

Kimdən: Seba Haradan: Berlin
23.04.2010 20:24
Heqiqeten de gozel yazmisiz. Ozumu lap oralarda hiss etdm Sag olun

Kimdən: Cavid Haradan: Bakı
23.04.2010 18:32
Biz tolerantlığı gərək öyrənək. Azərbaycan da kilsə,sinaqoq və məscidin bir yerdə yanaşı olduğu yerdədir. Fələstinə gəldikdə isə,mən tarixdə indiyə qədər FƏLƏSTİN adlı dövlətin varlığını oxumamışam. Yalnız Roma`nın bir vilayəti olduğunu bilirəm.
Cavab

Kimdən: Cavid Haradan: Zaqatala
25.04.2010 15:04
Adaş ,yəhudilərin Fələstinə köçü haqda oxu: "Məkkəyə gedən yol"
müəllif-Məhəmməd Əsəd (mənşəcə yəhudi)

Kimdən: Meherrem Haradan: Qazax
23.04.2010 15:38
Lale xanım neye kıme nıfret edırsen.Azerbaycanamı yehudıyemı yoxsa erebemı? acıq yazsana

Kimdən: oxucu Haradan: bakı
23.04.2010 10:50
biz mübarizəni, səbri, vətən sevərliyi, Allaha təvəkkülü onlara baxıb öyrənəliyik . ən son model silahlarla təchiz olunan israil əsgərlərinin ürəyində öz cihad eşqilə qorxu yaradan əli daşlı fələstin körpəsindən məncə hələ çox geridəyik. çünki geridə qalmış erməniləri biz hələ qorxuda bilməmişik, biz torpaqlarımızın itirilməsi ilə artıq barışmışıq!

Kimdən: LALƏ Haradan: QAZAX
22.04.2010 16:20
MƏN AZƏRBAYCANLİ OLDUGUMA GORƏ NİFRƏT EDİRƏM
Cavab

Kimdən: TURAN Haradan: NAXCIVAN
26.04.2010 15:17
Agilsiz kopekler ulduza hurer ...
Cavab

Kimdən: Mezlum
23.04.2010 12:57
HARAM OLSUN SENE AZARBAYCANIN COREYI!!!
NAMERD QADIN.
Cavab

Kimdən: Bayandur Xan Haradan: Derdli Baku
23.04.2010 10:13
Niye ay Lale xanim? Azerbaycanli olduquna gore qurur hissi kecirdin yoruldunmu? Besh-uc gede-gudeye gore adam oz milliyetini, dovletini eslini danarmi? Bele qelet eleme birde. Yoxsa sen de Dubaya, Turkiyeye ve Pakistana meyillisen? Belke onlarin dadini gorub bele qerara gelmisen? Ayib olsun sene ve senin terbiye verenlerine. Azerbaycan torpaqi, Azebaycan dili, Islam dini ve qeyretli Azerbaycanlilar dunyanin hec bir yerinde yoxdur. sadece olaraq hakimiyyet bashinda ve cemiyyetimizde sen aqilda olanlar coxdur deye bu gunlere qalmishiq. Lenet olsun qelbimdeki qadin sevgisine.
Cavab

Kimdən: Mezlum
23.04.2010 12:55
Bayandur Xan,sebirli ol ve unutma ki,Azarbaycanimizda 30 min(helel bu bilinenidir) ermeni yasayir.Onlar bizdende yaxsi yasyayir ve mudafiye olunurlar.Tarixinde gosterdiyi kimi,onlar yuksek yerlerde oturub bizleri idare edibler.Men hemise burda yazanlarin coxunu Azarbaycanimizin,dinimiznin,milletimizin pisliyine ve eleyhine danisan gordum.Artiq mende subhe qalmayib ki,bunlar bize qarsi olan insanlardi.BIZ ISE HELE AYILMAMISIQ!
Cavab

Kimdən: Azer Haradan: Amerika
23.04.2010 05:43
Siz heqiqetende azerbaycanli deyilsiniz.

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı