Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:33

Verilişlər / 14-24

Gənclər həmrəylik mitinqi keçirəcək

Şriftin ölçüsünü dəyiş - +
Müsavat Partiyası Gənclər Təşkilatı gənclərin və tələbələrin həmrəylik mitinqinin keçirilməsi ilə bağlı Meriyaya müraciət edib.

Bu barədə AzadlıqRadiosuna təşkilatın sədri Tural Abbaslı məlumat verib.

Gənclərin mitinqi Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliamın ildönümünə həsr edilir.

Tural Abbaslının deyir ki, müsavatçı gənclər mitinqin təşkilatçısı kimi çıxış etmir:

«Onsuz da həmin gün gənclər – bitərəflər, siyasiləşmiş gənclər, siyasiləşməmiş gənclər həmin tələbələrin anım gününü qeyd edəcəklər və böyük ehtimal ki, hamısı həmin əraziyə - Neft Akademiyasının qarşısına yığışacaqlar. Və çox böyük güman ki, oda da polislə üz-üzə gələcəklər. biz də bunun qarşısının alınması üçün ən azı rəsmi müraciət ünvanladıq. Biz bu mitinqin texniki tərəflərini öz üzərimizə götürməyə hazırıq, təşkilatçı kimi çıxış etmirik. Biz bunun Müsavat Gənclər Təşkilatının mitinqi kimi qəbul edilməsini istəmirik».

AKSİYANIN FORMASINI İŞTİRAKÇILAR MÜƏYYƏN EDƏCƏK


Tural Abbaslının dediyinə görə, anım gününə qədər müxtəlif gənclər qrupları ilə müzakirələrə başlayacaqlar:

«Həm internetdə, həm görüşlərdə tələbələrlə, partiya gəncləri ilə söhbətlər aparacağıq ki, həmin tədbirdə hansı formada iştirak etmək istəyirlər. biz də bu tədbirdə adi tələbələr, gənclərdən biri kimi iştirak etməyin tərəfdarıyıq».

Mitinqin baş tutması Müsavat Gənclər Təşkilatının «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna istinad edərək Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubuna cavabdan asılı olmayacaq.

Mitinqdə gənclər «30 aprel tələbələr günü elan edilsin», «ADNA-da qurbanların xatirə abidəsi ucaldılsın» şüarları səsləndirəcəklər.

Tural Abbaslı əlavə etdi ki, bu mitinqdə ADNA-da qətlə yetirilən gənclərlə bağlı cinayət işinin şəffaf, cəmiyyətə açıq aparılması tələbilə də çıxış edəcəklər:

«Burda heç bir siyasi, firqə maraqları yoxdur».

Ötən il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb.

HƏMÇİNİN OXU: ROKERLƏR ADNA-DAKI HADİSƏLƏRƏ ALBOM HƏSR EDİBLƏR
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ceza Haradan: Baki dovlet universteti.
30.04.2010 13:08
30 aprel kimler terefindense unutdurulmaq isteyir.

Kimdən: Tələbə
29.04.2010 15:31
Salam sabah ADNA-daki faciənin ildönümüdür. Hər kəsin bu dinc aksiyada iştirakını vacib hesab edirəm.Bu bizim hamımızın faciəsidir Gənclər təşkilatlarınınının yaratdıqları komitənin verdiyi məlumata əsasən sakit bir yürüş olacaq. Onu da xatırladım ki burada heç bir qanun pozuntusu yoxdur və bu tədbirdə iştirak etmək hər bir Azərbaycanlının vətəndaşlığ borcudur.

Kimdən: Müəllim Haradan: Baki
22.04.2010 10:43
Eşq olsun azadlıqsevər GƏNCLİYƏ!
Bu cəmiyyəti bizim nəslin saldığı "zibildən" GƏNCLİK çıxarmasa, bu millət batdı!
Bütün namuslu insanlar gəlin, GƏNClərimizə dəstək verək, onların yanında olaq, qorumağa çalışaq onları. Bunu da etməsək, 30 il Azərbaycana zülm etmiş bir adamın oğlunun da hakimiyyətə gəlməsinə, bu zülmü daha da artırmasına şərait yaratmağımızın lənətindən qurtulmayacağıq!

Kimdən: nazim Haradan: gence
21.04.2010 19:05
Gencler haqqinizi teleb edin.Eyer ede bilmirsinizse onda haqsizliqla barishin.Haqq+gozellik Haqsizliq-chrikinlik.....sizce hansi daha gozeldir?

Kimdən: Elmar Haradan: Salyan
21.04.2010 12:33
Niye qorxursuz??? Gelin istenilen yolla bu hakimiyyete qarshi mubarize aparaq, nece ki, onlar istenilen yolla oz hakimiyyetlerini qoruyurlar. Gelin ADNA-nin qabaqinda hami birlikde hokumete qarshi etiraz sesini qaldirsin, lazim gelerse polisle de elbeyaxa olaq, Bu muxalifetler once birleshmeli sonra da tez-tez mitinqler hazirlamalidir. Biz artiq bu korrupsionerlərdən bezmishik. Ancaq bir qrup insan yaxshi yashayir. Eger onlarin qazandiqi milyonlarca pulda men bir vetendash kimi haqqim, payim varsa men bu payi onlara halal etmirem!!! Men muxalifeti birleshmeye caqiriram, VAHID BLOK, VAHID NAMIZED, VAHID MUBARIZE!!!

Kimdən: xalq Haradan: sumqayit
20.04.2010 15:59
Mence xalqini seven her bir genc bu mtinqde ishtirak etmelidir.

Kimdən: Ziyalı Haradan: Bakı
20.04.2010 13:12
Milli azadlıq hərəkatının ikinci əsas mərhələsi başlayır.Biz Rus qoşunlarını ölkəmizdən çıxardıq və müstəqill dövlət qurduq.Lakin hakimiyyəti ruspərəstlərdən,Rusiyanın əlaltılarından təmizləyə bilmədik. Rusiyaya və onun xüsusi xidmət orqanlarına arxalanan avtoritar Əliyev rejiminin tarixin arxivinə göndərilməyinin vaxtıdır.
Məlumatlara görə oliqarx məmurlar artıq ailə üzvülərini və sərvətlərini ölkədən gizlin yollarla çıxarmağa başlayıblar. Mövcud vəziyyət ən yüksək səviyyələrdə müzakirə olunsada, artıq başlamış mərkəzdən qaçma prosesinin dayandırılmasının mümkün olmayacağı qənaətinə gələn rəhbərlik həmin məmurlara qarşı represiya tədbirlərinin görüləcəyi ilə hədələyib.
Bütün avtoritar rejimlər, xalqın öz hüquqları uğrunda ehtiraz mitinqlərinə başlaması ilə məhf olub gedirlər.
Gənclər bizim göz bəbəyimizdir. Biz qocalar 1988- 1992 cü illərdə Rus imperiyası ilə vuruşduq ki indi bizim övladlarımız dünyanın mütərəqqi olkələrinin gəncləri kimi azad, ədalətli, demokratik olkənin vətəndaşı olsunlar.Əfsuslar ki, 2010 cu ildi biz bu avtoritar YAP-ın repressiv rejimi ilə vuruşuruq.
Çox tezliklə Ziyalıların möhtəşəm mitinqi olacaq.

Kimdən: Didergin Haradan: COLLER
19.04.2010 20:01
Cox gozelde.Amma Tural bey, cox risqli bir ishe qol qoymusunuz .Aciqlamalarinizdanda gorunur ki,ozunuzde ferqindesiniz.Birinci ne qeder desenizde buna icaze verilmemesini Sizinle elaqelendirib ictimaiyyeti sizin ustunuze istiqametlendirecekler. Hansiki onsuzda icaze vermeyecekdiler.Ikinciside ictimaiyyetinde bezi hissesi heqiqeten de Sizi qinayacaq.Pis veziyyetde qalmamaqinizi arzu ederdim.

Kimdən: qisas
19.04.2010 19:05
Mne musavatchi deyilem.Amma bir azerbaycan vetendashi olaraq bir genc olaraq,genclerin bu dushunceleruyle raziyam.Menim kimi musavatchi olmayan hech bir partiyada ishtirak etmeyen siravi gencler var ki onlarda bu addimi destekliyirler.
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
19.04.2010 23:57
Dininden,irqinden,cinsinden,vetendashligindan asili olmayaraq terror eden ve yaxud terrora destek veren,onu destekleyen her bir kes lenetlenmeli,qanunun en sert cezasi ile cezalandirilmalidir.Genclerin kecirtmeye planlashdirdigi bu aksiya teqdirelayiqdir.Azerbaycan genci her bir haqsizliga oz sesin qaldirmalidir.Azerbaycanimizin geleceyi sizlerdedir,eziz gencler.Haqsizliqla barishmayan,oz sesin ucaldan genclerimize eshq olsun.

Kimdən: qisas
19.04.2010 19:02
Chox gozel olar.Gnecler bu addimlarinda 100% haqlidirlar.