Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:20

Verilişlər / Kontekst

Muzeylərə giriş haqqı nə qədərdir?..

Dövlət Tarix Muzeyi
x
Dövlət Tarix Muzeyi

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Dövlət Tarix Muzeyində Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin xatirə otağında tavanın hazırlanmasına 15 kiloqram qızıl sərf edilib. Ancaq bu möhtəşəm görüntüyə tamaşa etmək hər ailəyə nəsib olmur.

Bakı sakini Nurəddin Əhmədov deyir ki, 4 nəfər ailə üzvünü hansısa bir muzeyə aparmaq üçün 200 manatlıq aylıq məvacibindən 20 manat giriş haqqı verməlidir. Çünki muzeylərə giriş haqqı adambaşına 5-10 manatdır:

ONDA NECƏ DOLANIM 200 MANATLA

- Muzeylərə necə getmək olar ki? Bugünkü maaşla hansı muzeyə getmək olar? 5 manata deyir bileti, mənim ailəmin 4 üzvü var. Bir dəfə getmək üçün 20 manat verməliyəm. Onda necə dolanım 200 manat maaşla? Pul məsələsi həm də maariflənməyə görədir.

Tarixini öyrənmək istəyən bir çox gənclər, xüsusən də tələbələr muzeylərə girişin baha olduğunu deyirlər:

- Bu yaxınlarda Tarix Muzeyinə getmişəm.

- Bilet neçəyə idi?

- Biz gedəndə 6 manat idi.

- Tələbələr üçün bahadır. Eləsi var, rayondan gəlib imkanı çatmır.

Ancaq bundan başqa, bəzi tələbələr muzeylərə getməməklərinin səbəbini həm də onunla izah edirlər ki, universitetlərdə muzeylərə ekskursiyalar təşkil olunmur:

MARAĞIM YOXDUR

Dövlət Tarix Muzeyinin eksponatı
- Təşkilatçılıq zəif olduğu üçün universitetdə ekskursiyalar az təşkil olunur. Ona görə da gənclərdə maraq yoxdur.

- Biri mənim övladım, institutda oxuyur, eşitməmişəm desin ki, muzeyə getmişəm.

- Mənə miniatür muzeyi maraqlı gəlir, dünyada heç yerdə olmayan kitablar var idi.

- Muzeyə gedirsiz?

- Yox getmirəm.

- Nə üçün?

- Marağım yoxdur.

- Gənclərin heç bir maraqları yoxdur muzeyə, nə də teatra getməyə.

Bəs gənclərin muzeylərə marağını artırmaq üçün nələr edilir? Məsələn, giriş qiymətlərində onlara hansısa güzəştlər varmı? Dövlət Tarix Muzeyinin bələdçisi Sənubər Qasımova:

MUZEYİ GƏZƏNDƏN SONRA HEÇ KİM HEYFSLƏNMİR

- Bizdə gənclərə güzəştlər var. Şagirdlər üçün qiymət yarıbayarı azalır. Məktəblərlə xüsüsi müqavilələr olur. Tələbələr, şagirdlər üçün giriş haqqı 2, boyüklər üçün 5 manatdır. Əcnəbilər çox gəlir, onlar üçün də 5 manatdır.
Dövlət Tarix Muzeyinin eksponatı
Bilirsiz bəziləri deyir ki, giriş haqqı çox bahadır, amma muzeyi gəzəndən sonra heç kim heyfslənmir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyir ki, muzeylərə diqqəti artırmaq üçün əlavə işlər görülür:

XARİCDƏKİ MUZEY TƏCRÜBƏSİNİ AZƏRBAYCANA GƏTİRMƏK NİYYƏTİNDƏYİK

- Xaricdəki muzey təcrübəsini Azərbaycana gətirmək niyyətindəyik. 2009-cu ilin göstəricilərinə görə, Azərbaycanda 106 min 967 nəfər muzeyə gəlib. Xalq susayıb, incəsənət hadisələrinə hamı gəlir.

Biletlərin qiymətilə bağlı Zöhrə Əliyeva deyir ki, muzeylər təsərrüfat hesablıdır və giriş haqlarından maliyyələşir.

Müqayisə üçün deyək ki, paytaxtdan kənarda, məsələn, Gəncədə tələbə və şagirdlər üçün muzeyə biletin qiyməti 50 qəpik, adi vətəndaşlar üçün 1 manat, əcnəbilər üçün isə 2 manatdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: NAZILE Haradan: RUSYA
20.04.2010 19:25
AZADLIQ SALAM! Millet muzeyi neynesin,millet parki neylesin millet heykeli neylesin millet acdi evden cixanda eve nece corek pulu getirim onu fikirlesir.Siz bir kerede is elani yazin isci axtarilir millet acdir corek pulu nece gazanilir onu yazin xahis edirem,onlara baxmaqla qarin doymaz.

Kimdən: azerinden Haradan: Ele Bakinin ozunden
20.04.2010 13:27
Hormetli Azadliq!
Yene tarix muzeyi Zeynalabdin Tagiyeve -sagolsun Naile velixanli,hech olmasa bunu edib,Xatire otago duzeldib,Rafail Huseynov ise-Nizami muzeyinde hech bu binani tikdiren,Baki milyoncusu,boyuk xeyriyyechi-Haci Haciaga Dadashova bunuda giymir.Rafaile ele gelir ki,bu muzeyi ele ozu tikdirib,onun kimilerine tarix,tarixi shexsiyyetler deyesen lazim deyil.
Yegin ki sizin de atdan dushen gunleriniz gelecek!

Kimdən: Memmedeli Haradan: Corat
20.04.2010 11:36
Bir var gedesen Istanbulda Topgaiya ve veresen $10 girish haggi, 1 gun gezesen yene de doymayasan. Bu yaxinlarda Kremlde eksursiyada olmusham. Biletin giymeti 150 rubl idi -yeni $5 ve ya bizim pulla 4 manat. Oralarda baxmali ve yadda saxlamali minlerle eksponat var axi? Bes bizim Tarix Muzeyimizde ne var ki, ora girish 6 manat olsun? En mugeddes eksponatlari Hacinin yatag otagidir...Siz hech Edebiyyat Muzeyinde olmusunuz? Hormetli deputat-yazar Rafael muellim de orani ozunuteserrufat gaydasi ile idare edir. Sadece muzey direktorlari onlara hevale edilen yere bir ticaret obyekti kimi yanashir - gazanc goturur ve tebii ki, nazirlikle de bolushurler, yoxsa kimdir onlari orada birce gun de saxlayan. Bu da MUASIR ve ... AZERBAYCAN. Sonra da agzigoychekler deyirler ki, bes Shergde olan medeniyyet day Galaktikada yoxdur. Azerbaycana baxanda dogrudan da analogu yoxdur. Rehmetlik duz deyirmish - bizim alternativimiz yoxdur.

Kimdən: Məmiş
20.04.2010 05:38
Gedərəm H.Əliyev muzeyinə gündə o kişidən doymuram ey doymuram .Mən kənddə yaşayıram inkanım yoxdu yaxşı olardı kəndlərdədə o kişiyə muzeylər acılsın.
Cavab

Kimdən: xalq
20.04.2010 12:29
Cox gozel,evin sabah sokulur,evezine polis dubinkasi zerbesi verilir,evinin yerine ise analogu olmayan muzey tikilir. :)

Kimdən: Firudin Haradan: Keshlaburg
20.04.2010 03:59
2 manat olsaydı, Tarix muzeyinə gedib, baxardım...

Kimdən: Turgut Haradan: Baki
20.04.2010 01:12
15 kilo qizil texminen 50 min avrodur, inanmiram ki, bu qeder pulu tavana israf etsinler. Belke kagiz uzerindeki tavana - beli. Amma hansisa kecmish milyonerin xatiresine? Heyder Aliyev olmeyib ki...

Kimdən: ORdubadliXAN Haradan: Bakı
19.04.2010 19:58
5 manat? Bəlkə yazıda səhf gedib? 0.5 manatdır bəlkə
Gülməlidi vallah. Bu dəqiqə muzeylər yerli camaat üçün "havayı" olmağı əvəzinə.
Təbrizdə olanda AZƏRBAYCAN muzeyinə girdim. Giriş haqqı olaraq 600 tümən istəyəndə açığı bir az gülməyim gəldi. (600 tümən təqribən 50 qəpik edir) Soruşdular niyə gülürsən ağa? Dedim ki bu boyda Muzeyə giriş yarım dollaradırsa o muzeydə nə olacaq görən baxmalı?

3 mərtəbəli muzeyi təqribən 2 saatdan çox gəzib dolaşandan sonra sözlərimə görə peşiman oldum.

Biz də isə Muzeylərə bir az bilirsiz niyə az adam gedir?
Çünki ən azı bir gün istirahət günü olur cmaatin onda da muzeylər bağlı olur.
Ara günlər isə rəhmətlik Ordubadi Məmməd Səid demişkən
İşə çağırırlar günəş çıxmamış
İşdən buraxmazlar şəhər yatmamış...

Dərin təşəkkürlər.

Kimdən: Anonymous Haradan: Baki
19.04.2010 18:57
Yemek tapmiram emeye muzeyi neyme lazimdir.Bir insan ki,gunorta nahar ede bilmirsa ona muzey maraqlandirar?Ele maash verirler ki,muzeyi yalniz turistlar ve ixtidarcilar ucun nezere tutulub,xalq ucun yox.Amma cox sterdim gorem.

Kimdən: Pronobis Haradan: Napoli
19.04.2010 18:35
Tavanin hazirlanmasina 15 kilo ne serf edilib? Zehmet olmazsa aydinlasdira bilersiniz?