Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:39

Cəmiyyət

Şimal rayonlarında genişmiqyaslı əməliyyatlara başlanılıb

Əməliyyatlar Rusiya və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2007-ci ildə bağlanmış qarşılıqlı əməkdaşlığa əsasən həyata keçirilir
x
Əməliyyatlar Rusiya və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2007-ci ildə bağlanmış qarşılıqlı əməkdaşlığa əsasən həyata keçirilir
Şriftin ölçüsünü dəyiş - +
Aprelin 6-dan başlayaraq Azərbaycanın Rusiya ilə sərhəd olan şimal rayonlarında – Quba, Xaçmaz və Qusarda genişmiqyaslı əməliyyatlara başlanılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən «Sərhəd-2010» adlı əməliyyatlarda hər üç rayonun Rusiya ilə sərhəd zonaları, rayonlara giriş-çıxış nəzarətə götürülüb.

Qusar-Quba yolunun 25-ci kilometrliyində Şirvanovka və digər kəndlərdə post məntəqələri qurulub, rayona girib-çıxan bütün avtomobillər və vətəndaşlar yoxlanılır.

Əməliyyatlarda əsas məqsəd beynəlxalq axtarışda olanların, banditizm və terrorçu qrupların və digər cinayətkarların axtarışını həyata keçirmək, qanunsuz silah və sursatların yığılması və digər səbəblərdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna faktı təsdiqləyib: «Hər il qonşu dövlətlərlə sərhədlərdə cinayətkarlığa qarşı belə tədbirlər keçirilir. Əməliyyatlar təzə başlayıb. Tam başa çatandan sonra nəticələri barədə mətbuata açıqlama verərik».

Əməliyyatlar Rusiya və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2007-ci ildə bağlanmış qarşılıqlı əməkdaşlığa əsasən həyata keçirilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ismailov Haradan: Avropa
08.04.2010 01:07
Türkiyyenin Obamadan gözlemediyi cavablarindan sonra -Türkiyye Bunun kichik xalglar teesiri olacag"i barede siyasi info buraxmishdi".Bu da helelik Az-dan shimalda görünür.Yeni Az.Amerika siyasetini Türk siyasetinden ilhamlanib (Rusdan Yox)davam edir ve operativliyi Türkiyyeden alir.Vallah Rus kanallarina olan ehtiyac,Rus gatari,Rus mashini,Rus.Kalshnikovunu,Tankini Metrosunu düshünende...Menim hegigeten de Artistliyimize shübhem yoxdur.Incesenet heyatimizin vacib sahesidir!!Razilashmayib ne edek?
Cavab

Kimdən: Anonymous
09.04.2010 12:02
ozun yazindan ne bas dusdun
Cavab

Kimdən: ismailov Haradan: Avropa
10.04.2010 04:14
Anonimus-yazi temasina uygun yerde deyil.Izvenenie,Pardon,Entschuldigung.

Kimdən: Afat Haradan: Ukrayna
06.04.2010 23:52
Təgdirəlayig işdir.Terrorçulug getdikcə sərhədlərimizə yaxinlaşir.Onu yuvasinda boğmasag, Moskva partlayişlarinin əks-sədasi tezliklə Bakida eşidiləcək...Din pərdəsi altinda millətin başini yeyib günahsiz əhalini girdirirlar...Fikir vermisinizmi, son bir ildə Baki istigamətində hərəkət edən neçə gatari partlatmag cəhdləri olub...Terroristlərə garşi ölkələrin təhlükəsizlik organlarinin əlbir işləməsi vacibdir və bu iş çeviklik tələb edir.

Kimdən: Mübariz Haradan: Bonn
06.04.2010 16:43
Quba, Xaçmaz və Qusarda genişmiqyaslı əməliyyatlara başlanılıb.
Bäs göräsän bu bölgälärmizdä hakimiyyät nä zaman vätändashdarmizin häyat säviyyäsinin yüksälmäsi üchün qalxinma proekti bashdadacaqdir?
Bizim vätänmizin än säfali bölgälärindän olan Quba, Xaçmaz və Qusar Alp daglarinin ätäyindä yerläshän Avstriya,Almanya,Italya, Isvech birib-birindän yaxshi vä yüksäk häyat säviyyäsinä sahib olan dövlätlärä baxanda adam düshünür ki hakimiyyät düzänlik bölgälärmizdä xalqimiza dogru-dürüst häyat tärzi qurub inkshaf ettirä bilmäzkän bu ucqar dag bölgälärmizdä nä edä bilär göräsän ?
Sizdär mäni biraz säf basha düshmüyün. Män Quba'daki villalardan bdanishmiram. Istiyirsiniz hälä Alp daglarinin ätrafinda yerläshän ölkälärin daglarda nälär qurub yaratdigini bir arashdirin ondan sonra mänim nä demäk istädiyimi chox yaxshi anlayacaqsiniz.