Cümə, Sentyabr 19, 2014 Bakı vaxtı 12:47

Verilişlər / Təhsil

Misir Mərdanov: «Meydanda tək qalmışam»

x
«Çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir.

Ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamların heç biri bu hücumlara qarşı heç nə demir. Respublika rəhbərliyində də, dünyada da belə fikir yaranır ki, deyilənlər düzdür. Mən buna çox təəssüflənirəm».

APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiyada bildirib.

O, Azərbaycanda yüksək təhsil almış kifayət qədər qabiliyyətli şəxslərin olduğunu deyib:

«Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub. Mən şəxsən ölkənin təhsil naziri kimi bu fikirlərin hamısını təkzib edirəm və bəyan edirəm ki, bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var».

Nazirin sözlərinə görə, hazırda azərbaycanlı tələbələr ən yüksək balla Amerika və Kanada universitetlərində təhsil alırlar. Hətta Alman Akademik Mübadilə Proqramı çərçivəsində təhsil alan Azərbaycan tələbələri arasında Almaniyanın ən məşhur klinikasında işə dəvət olunanlar var:

«Belə gənclərin sayı minlərlədir. Kim yetişdirib bu gəncləri? Yerdən bitib? Onlar Azərbaycan müəlliminin və məktəbinin hesabına yetişib. Təəssüf ki, çoxlarının gözü bunları görmür. Təəssüf ki, heç bir ali məktəb rəhbərinin bu görməməzliklərə qarşı çıxdığını görmədim. 15 ildir biz hamımız bir yerdə gecə-gündüz çalışıb Azərbaycan təhsilini öz çiynimizdə irəliyə doğru aparmışıq və aparırıq. Əlbəttə ki, bu işləri prezidentin dəstəyi ilə həyata keçirmişik. Amma bizim bu sahədəki fəaliyyətimizə qara yaxırlar. İmkan verməyin ki, kimsə, təhsilin səviyyəsi barədə həqiqətə uyğun olmayan fikirləri həqiqət kimi ictimaiyyətə təqdim etsin. Demək olar meydanda tək qalmışam, heç kəs təhsilə qara yaxanlara cavab vermir».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: tehsile misir bombası dus Haradan: Baki
06.04.2010 15:06
misir muallim kimi insanalar hele bir durub danisir, eslinde tehsilde rushvetyumsaq sozdur tehsili bit bire bas;b e

Kimdən: Asif Haradan: Bakı
05.04.2010 11:42
Misir müəllimin dilindən səslənən səmimi etirafları ictimai həyatımızın daha bərbad sahələrinə məsul olan vəzifəli şəxslərdən də eşitmək istərdik.
Bu gün eyforiyaya qapılıb Azərbaycanda da Avropa səviyyəsində təhsil sistemi xəyal etməyimiz və ya tələb etməyimiz sadəcə olaraq gülünc görünür. Çünki bu sistemə uyğun bizim heç bir resursumuz (texniki təchizatdan tutmuş təhsil kontingentinədək) yoxdur. Bizim geriliyimiz təkcə təhsil sistemində deyil, kompleksdir. Hətta təhsil sistemi nisbətən yaxşılardandır, ən azı müəyyən islahat təşəbbüslərinin şahidi oluruq.Yaddan çıxarmayaq ki, bu tələbi qoyan vətəndaşımızın özü də mütəxəssis olduğu sahədə (sıravi fəhlədən akademikədək, sadə vətəndaşdan vəzifəli şəxsədək) öz Avropalı həmkarından çox-çox geri qalır.
Mən Azərbaycan təhsilinin səviyyəsinin yüksəldilməsinin açarını sosial təminatın yüksəldilməsində görürəm və Misir müəllim yaxşı olar ki, bütün imkanlarını bu istiqamətdə sərf etsin. Sistem buna adekvat reaksiya verəcək: yaxın da olmasa, uzaq gələcəkdə.

Kimdən: NOVXANILI Haradan: BAKI
04.04.2010 18:56
SIZ MENIM HEYATIMDAN DUZ BESH IL ALDINIZ.BUNU SIZE HALAL ETMIREM.BAKIDA UNIVERSITET OXUDUQUMA GORE O GEDER PESHMANAM KI ONU BIR ALLAH BILIR. SENIN KIMI LAGEYD INSANLAR BIZI BU GUNE GOYUB. O XARICDE GEDIB OXUYAN TELEBELER SENIN VEYA PREZIDENTININ HESABINA GETMEYIB. EVDE OTURUB OZU OXUYUB OYRENIB HER SHEYI. UTANMIRLAR HELE DANISHIRLAR.HECH OLMASA ICHINIZE SALIN O DILINIZI DANISHMAYIN. HANSI TEHSILDEN DANISHIR BU ADAM. 5 IL UNIVERSITET 10 ILDE MEKTEB HAMISINI ALMISIZ MENDEN. UTANIN VICDANINIZ SIZLASIN DA BIRAZ. MENIM MEKTEBIMDE 2O NOMRELI MUELLIMLERIM HECH DERSE GIRMIRDILER.GIRENLERDE GANDIGI GRAFASI YOX IDI.MESELEN FIZIKA MUELLIMEM SENUBER MADDENIN HALI VE XASSESI NEDI BILMIRDI.5 IL ONA BASHA SALA BILMEDIM KI CIVE METALDI.DEYIRDI YOX MAYEDI:). BIZ BELE MEKTEBLERDEN CIXIB XARICDE TEHSIL ALMISHIG.NORMAL XARICDE YASHAYAN INSANLAR KIMI NORMAL MUELLIMLERDEN DERS ALMAMISHIG.ALSAYDIG BELKE INDI DAHA YAXSHI YERLEDE IDIK.DEHSHET NETER BU SENUBERE DIPLOM VERIBLER BILMIREM CIVENIN METAL OLDUGUNU GANMIR.HUSEYN MUELLIMDE (RIYAZIYYAT) BIZI SALLAMIRDI BUTUN GUNU TELEBELERINE(OZEL) DERS KECHIRDI, BIZIM DERSLERE GELMIRDI.BIZIM MUELLIMLER BUNLAR IDI AY MISIR. BELKE GEDIB BU FIKIRLERINI BASHGA YERLEDE DIYESEN BELKE INANALAR. MEN BAHSA DUSHMUREM BUNLAR NYE BUTUN GUN BELE DANISHIRLAR.ELE BIL DEYIRLER AY CAMAAT MENI BIRAZDA SÖY.DOYMURDA BUNLAR NEYNEYESEN AY CAMAAT SÖYUN GETSIN.KEF ELEYIN

Kimdən: Bakili Haradan: Bakidan
04.04.2010 16:27
Misir muellim size cox hormet edirem, ama veziyyet dogrudanda gergindi...Turklere deyende ki, Azeri muellimi 200 manat en yaxzsi halda alir inanmirlar...bu meseleni duzeltmek lazimdi...

Kimdən: Naıle Haradan: Bakı
04.04.2010 08:25
Bizde orta mekteb tehsili ali mekteb tehsilinin yaninda toya getmelidir. Ali mekteblerin rehberlikleri getsinler oz verdikleri tehsile , tehsil proqramina baxsinlar , ne seviyyededir. Orta mekteblerinden gelen bilikli usaqlar ali mektebi bitirenden sonra kor veziyyetinde qalirlar .

Kimdən: Musteqil Haradan: Baki
04.04.2010 07:04
Hörmetli:Misir Merdanov "Meydanda tək qalmışam» mövzusunu oxuyanda insan ister istemmez buna munasibetini bildirmek ucun hec de qirqada qalmaq istemir.Cunku insanin esebleri,cilovlanmir.Siz ne ucun bu qeder yalan,uydurma,sözler danishirsinz.Sizin yshinizda buna yol vermir yalan danishmaqa.Bir de ki, sizde gunah yoktur,siyaset daimi olub yalan.Men hecde inanmiram tehsil sistemine yalandan qara yaxsinlar.Biz de bu tehsil sisteminin,daxilinden böyuyerek bu yasha catmishiq.Azerbaycanin tehsil sisteminde rushvetxorluq var,olacaqdir cunku bu haqda hec kim dushunmur.Siz bir nazir kimi meydanda tek qalmamisiniz,siz rushvetxorluq mekaninda tek qalmisiniz.Hörmetli:
nazir Misir Merdanov o geder faktlar getirerdim, burda lakin buna bir dastan yazmaq olar.Bu gun bir tehsil nazirliyinde bu rushvet olsaydi,yenede bunun öhdesinden gelmek olardi. Derd budur ki, butun Azerbaycani burumush bu rushvet,sadece qana yerimish.
Bunun da qarshisini almaq ucun,bir program tertib etmek lazimdir.Bunun da neden ibaret oldugunu,hakimiyyet özu tertib etmeli.Muxalifet bu gun hakimiyyetin deyishdirilmesini ,xalqi mitinqlere cagirmaq hecde bu cixish yolu degil.Azerbaycanda bu gun hakimiyyet deyishikligi ,Azerbaycan xalqina xeyir getirmeyecek.Azerbaycanda hakimiyyet deyisherse,xalqin sosial veziyyeti bundan qat-qat cok pis olacaq.Azerbaycan xalqi öz hakimiyyeti etrafinda six birlesherek,muxalifetin uydurma sözlerine inanarq onlarin arxasica getmek,her bir vetendash özunu,ister istemez ucuruma yuvarladacaq.
Azerbaycanda xalqin veziyyetini yaxshilashdirmaq ucun daha da hakimiyyet öz seylerinden istifade etsede,buna daxili dushmenlerimiz imkan vermeyecek.Azerbaycanin daxili ve xarici siyaset sisteminin programi ister -istemez özu öz yerini gelecekde tutacaq.Men demirem Azerbaycanda xalq yaxshi yashayir,yok eksine xalqin bezi tebeqesi,sizi inandirim belke hec et,meyve ve.c alib doyunca yemirler.Bunu götursek menim özumde cok kasib yashayiram.Lakin hakimiyyeti deyishmek bu o demek deyil her shey duzelecek.Eksine daha da pis olacaq.Azerbaycan xalqi bu gun öz iradesi ile öz haqqlarini teleb etmegi bacarmali.Bu gun butun orta ve ali mekteblerde,Azerbaycanin xalqina huququ qanunlar esasinda ,Azerbaycan Konstitusiya ve ondan kenar butun qanunlar mecburi öyredilmeli.Bu gun Misir Merdanov kimi yalan danishmaqdansa ish görmek lazimdir.Bu menim sexsi fikirimdir.
Cavab

Kimdən: Anonymous
05.04.2010 02:32
Hormetli musteqil sherhle yazan shexs,bu hakimiyyet yalan ve rushvet ustunde qurulub.Onlarin var dovleti bunlara esesen yaranib,indi deyirsen el ceksinler,mumkun shey deil.mene bagishleyin iki misal cekim,hevesle agzinda bir sumuk sindiran ite el uzada bilersiniz?Ikincisi ise mumkun olsaidi Gurcustanda Shevarnadze kalardi da?
Cavab

Kimdən: Rufet
04.04.2010 20:33
Ay musteqil olmayan "musteqil".Ne burda nala-mixa vurub cammati chashdirmaga chalishirsan?
Cavab

Kimdən: Musteqil Haradan: Baki
05.04.2010 22:39
Hörmetle:Rufet cunku senin savadin yoktur ona göre ki, menim yazdigim sherhi oxuyub derk ede bilmirsen.Yaxshi olar gedib,Eli Kerimliden ders alasan.

Kimdən: B
03.04.2010 12:20
Azerbaycan Tehsiline Misir MERDAOVDAN BETER ZERBE VURAN OLMAYIB Ermeniler bele elemezdi Her vasieteye el atib SMS le qiymet yazmaq Ne bilim mektebde meyve satdirmaq Rushvet alan direktor muellime haqq qazandirib - Hani gosterin mene demekle
Bele nazir neinki meydanda haqq qarshisinda bele tek qalacaq Her gun bulvarda Ismet Abbasovla o bash bu basha getmek deyil ey Ara bir vaxti olanda tehsile de oz ishind yer ayirsin

Kimdən: Anonymous
03.04.2010 00:52
Istedadli muellime pul vermirsen,sene rushvet qetiren rehberlerini besteleyirsen,onlar ise bir nece yaxshi rushvet yigan muellimleri besteleyirler,insafli vicdanli muellimler ya isdan cixarirsan,yada aciz veziyyete dushur.

Kimdən: Zaur Haradan: sankt-peterburg
02.04.2010 19:20
Birinci defe deyilki,M.Merdanov Azerbaycanin tehsil nazirliyinim unvanina deyilen fikirlere bu cur munasibet gosterir.Evvela onu geyd edimki,tehsil nazirliyinde olan dehshetli derecede korrupsiya faktlarina M.Merdanov hemishe bimenali ve gisa tekzible cavab verib.O,<yazigin>bashga yolu yoxdur.Faktiki bir sheyi inkar etmek ve bu ishde ciddi israrli olmag onun ozunu ciddi engele salar.Buna gorede bu cur itdihamlara o,uzden cavab vermayi daha megsedeuygun hesab edir.Bashga bir terefden M.merdanovun minlerle azerbaycanli telebenin xaricde ishe devet almasi fikri xeyli shishirdilib.Evvela onlarin sayi minlerle dyil.Ikinciside ki,ishe devet alan telebelerden azerbaycan terefi xeyli migdarda rushvet teleb edir unvanlara gonderilmek ucun.Bu gacilmaz faktdir ve bunu hec kimin inkar etmeye haggi catmir.O ki,galdi Merdanovun ozunu meydanda tek hesab etmeyine bu ancag shoudur.O,ozunu ela gosterirki,guya korrupsiya cirkabina batmasini bu sozlerle inkar etdirecek.

Kimdən: Nuray Haradan: Bakı
02.04.2010 18:04
Yalnız bir faktı qeyd etmək istəyirəm. Ucar rayonunun bütün kəndlərində ali məktəbə hazırlaşan 10-11-ci sinif şagirdləri il ərzində BİR GÜN DƏ DƏRSƏ GETMİRLƏR! Ucar rayon təhsil şöbəsinin rəhbərinə cəmi 100 manat verməklə illik bütün dərslərdən azad olunurlar. Təbii ki, adları da sinif jurnalında qalmaq şərtilə. Dərsə getməyən yuxarı sinif şagirdləri kəndlərdən gəlib, rayon mərkəzində kirayə ev tutub qalır və şəhər məktəbində dərs deyən müəllimlərlə ali məktəbə hazırlaşırlar. Əgər hörmətli Misir müəllimin söylədiyi kimi məktəblərdə dərs keçilsəydi, belə hallar baş verməzdi. Kim istəsə, gedib yoxlaya bilər.
rkəzon
Səhifə (2)
    Növbəti