Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:22

Rubrikalar / Mətbuat icmalı

«Tarixin sonu»na lap az qaldı

Əli Kərimli
x
Əli Kərimli
Şriftin ölçüsünü dəyiş - +
«Yeni Müsavat»:

Bakının terrora həssas nöqtələri necə mühafizə olunur?

Martın 29-da Moskva metrosunda həyata keçirilən və 39 nəfərin ölümü ilə nəticələnən faciə Azərbaycanın daxilində təxribatlar, hətta terror aktları həyata keçirilməsinin mümkünlüyü məsələsini gündəmə gətirdi.

MTN-nin keçmiş əməkdaşı, politoloq Ərəstun Oruclu, Azərbaycandakı hüquq-mühafizə orqanlarının, o cümlədən terrorla bilavasitə mübarizə aparmalı onların peşəkarlıq səviyyəsini qənaətbəxş hesab etmir: «Neft Akademiyasında baş verən dəhşətli terror MTN-in Nəsimi rayon şöbəsindən cəmi 10 metrlik məsafədə baş vermişdi. Amma hadisəyə reaksiyalar fərqli idi».

«Azadlıq»:

Əli Kərimli: «Tarixin sonu»na lap az qaldı

Demokratiyanın bərqərar olması prosesin sonudur.

İraqda da seçkilər demokratik keçdi.

İraq faktiki işğal altındadır, terror hücumları demək olar i, hər gün, hər həftə insanların ölümünə, yaranılıb şikəst olmasına səbəb olur. Ancaq demə, belə bir ağır şərtlər altında da İraqda demokratiya inkişaf edirmiş.

Yaxşı xatırlayıram, 90-cı illərdə bizim demokratik düşərgədə belə bir fikir çox populyar idi ki, islam dünyasında Azərbaycan Türkiyədən sonra demokratiya qurmaq şansı ən yüksək olan ölkədir. Əliyevlərin sülalə hakimiyyəti bizi cəhalətə apardıqca, görün islam dünyasında nə qədər xalq yanımızdan ötüb demokratiyaya qovuşub.

«Yeni Azərayacan»

Aydın Mirzəzadə: «Seçki Məcələssinin indiki forması seçkilərin yüksək səviyyədə keçirilməsinə imkan verir»

Seçki Məcəlləsinin parlament seçkilərinə kimi dəyişdirilməsi məsələsinə toxunan A.Mirzəzadə belə bir addıma ehtiyac olmadığını deyib. O, Seçki Məcələsinin indiki formasının hər üç – prezident, parlament və bələdiyə seçkilərinin yüksək səviyədə keçirilməsinə imkan verdiyini bildirib.

«Bizim yol»:

Elektron hökümətin fiaskosu. Virtual aləmədə bələdiyyələr yoxdur

Ölkənin əksər özünüidarə qurumları internertdən istifadə edə bilmir

Bir neçə il öncədən elektron hökumət yaradılması nəzərdə tutulur. Bu məqsədlə 2004-2008-ci illəri əhatə edən «Elektron Azərbaycan Dövlət Proqramı» da qəbul olundu. Bütün bunlar rəsmi strukturların, məhkəmə orqanlarının və bələdiyyələrin informasiya baxımından cəmiyyətə açıq olmasını təmin etməyə, hər bir təşkilatın rəsmi internet saytının, blokunun, portalının yaranmasına hesablanmışdı. Artıq 12 ildir ki, Azərbaycanda bələdiyyə institutu yaranıb.
İnternet Forumun prezidenti Osman Gündüz isə bu sahədə vəziyyətin çox acınacaqlı olduğunu bildirib: «Biz dövlət proqramının icrasının monitorinqini aparmışıq. Burada ən aşağı nəticə bələdiyyələrə məxsusdur. Cəmi 7-8 bələdiyyənin saytı var».

«Azərbaycan»:

Bu günlərdə «Əcəmi» nəşriyyatı «Azərbaycan folkloru antologiyası» seriyasından «Naxçıvan folkloru antologiyası»nın birinci cildini oxuculara hədiyyə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin hazırladığı bu cildə dünyanın ən qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanın zəngin folklor mühitindən toplanılmış qiymətli və əvəzsiz folklor örnəkləri daxil edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ali Haradan: Eskişehir
31.03.2010 18:50
Bir ülkenin İktidarı ve Devlet Başkanı, seçime giren partiler içinde en çok oyu alan partinin milletvekilleri ve parti başkanıdır. Gücünü halkın çoğunluğundan almalıdır-alır....demokrasi(=Cemaatın çoğunluğunun oy'unu, reyini alma esasına dayanan yönetim sistemi) bu demektir. Seçim yapıldıktan sonra Devlet Başkanı seçilen şahıs meşru yönetici (=ulül-emr) olduğu için herkesin günahıyla sevabıyla o yöneticinin arkasında durması önerilir. Seçim zamanı istişareler yapılır, yeni durumai halkın onayına bakılır...buna göre karar verilir....Halkına sevgisi-saygısı olan, demokrasiye inancı olan herkes, seçilmiş Hükümete saygıda kusur etmemelidir....Bir dahaki seçimde sizin desteklediğiniz parti, daha fazla oy alırsa aynı durum sizin partiniz için de geçerlidir....Tabiki değişik fikirler-görüşler olacaktır-tartışılacaktır....sonuçta Halkımızın -Yüce Halkımızın- -Saygıdeğer Halkımızın- sağduyusuna-iradesine saygı gösterilmelidir....Seçimde hile yapmak Halka Saygısızlığın en kötü şeklidir....

Kimdən: azər Haradan: şirvan
31.03.2010 16:15
Əli bəy Sizin və təmsil etdiyiniz partiyanın qəzeti həqiqətən cox fədakqr yazarlardan ibarətdir lakin əliyevlərin hakimiyyətə gəlməkdə fövqəladə rolu olmuş, lider saydıgınız əbülfəz əliyevin adamları yenidən oyun oynamadıqlarına kim zəmanət verə bilər.Əyər xalq qarşısında etıraf olmasa xalqı inandırmaq cətin olacaq

Kimdən: Seymur Həziyev Haradan: Bakı
31.03.2010 15:42
Vüqar bəy sizin kim olduğunuzu bilmirəm. Yaxşı olar ki, özünüzün kimin hansı tərəfi olduğunuzu araşdırasınız. İnsanlara bu qədər zülm olunur və əli kərimli də bu zülmü ifşa edib, ona qarşı mübarizə təşkil edir. "siz nə edirsiz" anlamında demirəm bunları Bəlkə də siz də zülm edənlərdən birisiz. Bəılkə də haqqı tapdanıb bundan ləzzət alan sadistlərdənsiniz. bu məni narahat eləmir və bir insan kimi siz seçim edirsiz.. Amma Əli Kərimli haqqında dediyiniz fikirləri gəlib mənə sübut etsəniz sizi mənəviyyatlı və cəsarətli biri kimi tanıyaram... Başqa halda susmaq pis deyil....

Kimdən: vuqar Haradan: bakidan
31.03.2010 15:14
Eli Kerimlinin bele aciq danismalarin qiymetlendirmek olar amma efsuslar olsun Eli Kerimli iqtidarin gorunmeyen terefidir
Cavab

Kimdən: taleh Haradan: Bak;
04.04.2010 21:29
Bəy, bu fikri özünüz fikirləşdiniz ya..? izah edə bilərsinizmi?
Cavab

Kimdən: Zaur Haradan: gurbetden
31.03.2010 18:45
eliyev ramiz-dubbelem duz.men seninle raziyam!