Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:59

Rubrikalar / Mətbuat icmalı

«Misir Mərdanova ittiham»

Misir Mərdanov
x
Misir Mərdanov
Şriftin ölçüsünü dəyiş - +
«Bizim yol»:

Nərgiz Paşayevadan Misir Mərdanova şok ittiham

Təhsil Nazirliyi erməni rektoru olan universitetə havadarlıq etməkdə suçlandı

N.Paşayeva Təhsil Nazirliyini rektoru erməni Eduard Ovanesoviç Saturyan olan Moskva Dövlət Açıq Universitetinin Bakı filialına himayədarlıq etməkdə ittiham edir.

Rektor bildirib ki, son zamanlar onlara həmin universitetdən şikayətlər daxil olur, adamlar gəlir və Açıq Universitetin filialında baş verən çoxlu neqativ hallar haqqında danışırlar:

«Hesab edirəm ki, bu nəinki pisdir, hətta bizim universitetin müəllimlərinə, tələbələrinə və statusuna qarşı əsl cinayətdir. Mən insanlara çatdırmaq istərdim ki, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti başqadır, Moskva Dövlət Açıq Universiteti isə başqa. Heç olmasa, ona görə ki, birincinin rektoru Viktor Antonoviç Sadovniçiy, ikincinin rektoru isə 2005-ci ildən Eduard Ovanesoviç Saturyandır. İkinci, bizim universitetin Bakı filialının dövlət statusu var, ancaq MDAU-nun Bakı filialı Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi tələbi ilə 2006-cı ildə məhkəmə tərəfindən bağlanılıb. Ən maraqlısı odur ki, bu filial 2007-ci ildə məlum olmayan səbəblərdən Təhsil Nazirliyindən nəinki öz fəaliyyətini davam etdirməyə icazə almış, hətta Azərbaycanın dövlət ali məktəbləri siyahısına da daxil edilmişdir».

Qəzet Təhsil Nazirliyinin məsələ ilə bağlı mövqeyini əks etdirməyib.

«Azərbaycan»:


Azərbaycan yenə MDB–nin lideri oldu

Bu dəfə ölkəmiz Dunya İqtisadi Forumu tərəfindən şəbəkə hazırlığı indeksinə görə birinci yerə layiq görüldü.

Proseslərin cərəyan etdiyi məcra, hələ də öz fəsadlarını aradan qaldırmayan qlobal maliyyə-iqtisadi böhranın təsirlərindən uğurlu müdafiə, zamanın tələblərinə cavab verən və sürətli tərəqqini təmin edən strategiya, əslində qarşıdakı dövr ərzində də Azərbaycanın bir çox sahələr üzrə inkişaf göstəriciləri baxımından MDB-nin lideri tatusunu daşımaqda davam edəcəyini göstərir.

«Azadlıq»:

«QAİ»yə yenə mən nəzarət edəcəm»

Həsən Şirinov: «Ötən ilin sentyabrında Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin olunmuşam. Lakin həmin vaxtdan iki gün əvvələ kimi eyni zamanda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini də icra edirdim. İki gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi Idarəsində yeni rəis təyin olundu. Indi mən öz işimlə məşğulam. Şəhər «QAİ»sinin rəisi vəzifəsindən azad olunmağımı isə «vurulmaq» kimi yox, əksinə vəzifədə irəli çəkilmək kimi qiymətləndirmək lazımdır. Yəni məni yeni və daha yüksək vəzifəyə təyinat aldığıma görə təbrik etmək lazımdır. Çünki mən adi vəzifədən general səlahiyyətində olan vəzifəyə təyin olunmuşam. İnanıram ki, bu yaxınlarda general rütbəsini də alacağam».

«Yeni Azərbaycan»:

Bəzən könüllü olaraq həyata keçirilən xeyriyyəçilik fəaliyyətləri sırf reklam xarakteri daşıdığı üçün cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilmir. Çünki bu xeyriyyəçiliyi edən subyektlər hansısa məqsədi güddüyündən onların bu işi davamlı xarakter daşımır və çox məhdud olur. Amma dövlət istəyir ki, bu gün imkanı geniş olan biznes subyektləri həm maddi, həm də müxtəlif istiqamətli xeyriyyə tədbirləri həyata keçirsinlər. Bununla da, dövlətin sosial siyasətinə müəyyən mənada kömək etmiş olsunlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Orucova Jale Haradan: Bakidan
02.04.2010 15:09
Gerek ozumuzu orda oxuyan genclerin yerine qoyaq. Hec neden xeberi olmayan genclerin axi ne gunahi? Hec olmasa orda tehsil alan gencleri diplomla temin etdikden sonra Universitet baglana biler. Orda eminem ki, en azi 6000 genc tehsil alir. Onlara ziyan vurmaq ne derecedi duzgundur? Bu meseleye her terefden bir daha baxilsin.

Kimdən: Bahar Haradan: Baki
01.04.2010 15:45
Siz bir baxin mekteb rehberlerin ve bezi muellimlerin mulkune ve ev sharaitine,paxilliq cekmirem,amma rushvet yolu ile elde edilmeyi 100% Eminem.Azerbaycanda orta tehsil pulsuz oldugu ucun muellimlerin pulla eleve ders kecirilmesi duzgun hesab etmirem esasen oz shaqirtlerine ve dovlete rusum kecirmemekle.

Kimdən: Malik Haradan: Baki
01.04.2010 14:37
Indiki mektebler mektebe yox,bazara oxshayir.Savadsizliqdan ve rushvetdan hec ne gormurem.

Kimdən: hava od su torpaq Haradan: bakidan
31.03.2010 16:23
soz qanundursa oxumaqda qanundu. bu gun tehsil yoxdu yoxdu. tehsil baldan cox peteyi coxdu. a kisi bu qeder kitab olar ele bil milli meclisdi.
men hostun adamiya ve ozumde narko biznesde isleyirem men dostum oxuyur 11 sinifde turqutdu deyir tehsil cetinlesdiribler buna gore oxumaq olmur
Cavab

Kimdən: Anonymous
01.04.2010 21:54
tehsilimiz oqeder zeifdir ki kucenin ortasinda sahatda 6 reqemin VI evezine IV yazilir.
Cavab

Kimdən: Anonymous
01.04.2010 14:17
Bile-bile edibler ki,kasibin ushagi oxumasin,men shexsen bele fikirleshirem.

Kimdən: OMA Haradan: Vatandan
31.03.2010 05:13
Təbiidir ki, Misir bu hakimiyyətin bəhrəsidir. Bəlkə də alim kimi layiqlidir, amma? Hər şeyi itirdi.
Amma Nərgiz haradan çıxdı, o kimdir? Neçə professor oldu, neçə əməkdar elm xadimi oldu və s. Bunlar .... ? Bilmirlər ki, vətəndaşlar hər şeyi görür və qiymətləndirir?

Kimdən: Əli müəllim
30.03.2010 16:05
Ay bizim ölkənin 3-5 vətəndaşı! Nə oldu, bir informasiya ilə qızıb özünüzdən çıxdınız. Həmin institutu məgər Misir gətirib Bakıya? Bir də axı məhkəmənin qərarı ilə tanış deyilsiniz. Ən nəhayət, Misir Prezident Aparatının əmrini yerinə yetirən adamdır.
Həmişə "çay gəlməmiş hopp eləyirsiniz". .Cəmi 3-5 mübariz vətəndaşımız var, onlar da hamısı teztov, belə olmaz axı.
Cavab

Kimdən: Anonymous
01.04.2010 14:41
bizim olkenin 3-5 vetendashi kimdir ve Mubariz 3-5 vetendashimiz kimdir?

Kimdən: Mübariz Haradan: Bonn
30.03.2010 15:33
Närgiz Pashayevanin iddiyalari arashdirilsin äyär bu dogurdanda belädirsä
Təhsil Nazirliyi erməni rektoru olan universitetə havadarlıq etmishsä bunun belä getmäyäcäyini hakimiyyät etmäsädä xalqimiz etirazini ciddi bir shäkildä bildirmälidir. Demäli ermäni rektoru olan univerisitet azärbaycanda hä. Väziyyät o yerä chatib ki artiq ermänilär istädikläri här pis ämmälärinä chatmaq üchün vätänmizdä rahatliqla havadarda tapa bilirlärmis.

Kimdən: dağılmış genafond
30.03.2010 14:51
Qurban sizə misirin şəkilinə diqqətlə baxın da nə olar - Şərhə ehtiyac yoxdur )))))
P.S. Maraqlıdır hə - Misiri prezident təyin edir. Baldızı da yıxıb sürüyür ))) Sən ALLAH bunun simasını baxın da nə olar ))))
Cavab

Kimdən: Naxcivanli Haradan: Naxcivandan
30.03.2010 15:13
Misir muellimde bele getdi.Yeni ki,ona bir qush.Allah Nergiz xanima insaf versin,nolardi coxdan danishsaydi da be.
Cavab

Kimdən: Anonymous
01.04.2010 15:59
Agdamlidan sherh yazan o qerbi Azerbaycanlidir ozude bir kendde boyumushuk,o oxumurdu men ise oxuyurdum onun ucun onun bexti qetirib,o nazir olub men ise bomoj.
Cavab

Kimdən: agdamlidan Haradan: naxcivandan
31.03.2010 15:41
sen de duz deyirsen naxciovanli misir merdanov butun telebeleri bezdirib
men meleyke abbasova ucun hemin seyleri gozleyirem