Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:40

Bloqlar / Qorxmaz Əsgərov

Belə də çörək olar?

x
Şriftin ölçüsünü dəyiş - +
1963-cü ildə Hanna Arendt «Ayxman Yerusəlimdə» kitabı ilə dünyaya səs saldı. Kitab Almaniyada yəhudi qırğınının əsas təşkilatçılarından olan Adolf Ayxmanın Yerusəlimdəki məhkəməsinə siyasi nəzəriyyəçi baxışını əks etdirirdi.

Həmin dövrdə faşist Almaniyasının törətdiyi vəhşiliklər açıqlandıqca dünyaya belə bir fikir hakim kəsilmişdi ki, bu cinayətləri törədənlər insan deyillər, vəhşi, yırtıcı insanlıqdan kənar, əxlaqsız bir varlıqlardırlar.

Hanna Arendt bu fikri hədəf seçərək darmadağın etdi. Arendt yazırdı ki, məhkəmə çox çalışdı ki, Ayxmanı cəmiyyətə vəhşi kimi təqdim etsin, amma bu alınmadı. Ayxman vəhşi deyildi.

Həyatın digər sahələrinə dair normal baxışları olan Ayxman, məsələn, İmmanuil Kantın fəlsəfəsini çox bəyənirmiş, öz fikirlərini normal məntiqlə əsaslandırmağa çalışırmış, amma... Bu insan həm də milyonlarla insanı yer üzündən silmək planının müəllifliyini edirmiş və öz fikrincə, bir dövlət məmuru kimi ölkə qanunlarının icra edilməsinə öz töhfələrini edirmiş.

ZÜLM NECƏ ADİLƏŞİR?

Bu fenomeni «masa qatilliyi», yaxud «məmur qatiliyi» adlandıran Arendtin fikrincə burada söhbət vəhşiləşmiş varlıqların törətdiyi qeyri-insanı hərəkətlərdən getmir. Məsələnin mahiyyəti cəmiyyəti bürümüş zülmün adiləşməsindədir. Arendtə görə, cəmiyyətdə total qorxu hökm sürəndə bir çoxları baş verənlərə etiraz etmək yolunu seçsə də, əksəriyyət cəmiyyəti idarə edən yeni oyun qaydalarına tabe olur və zülm adiləşir. Normal cəmiyyətdə normal işlərlə məşğul ola biləcək məmurlar yeni şəraitdə iri dövlət mexanizminin vinti kimi öz qatil funksiyalarını canla-başla icra edirlər.

İddia etmirəm ki, Azərbaycanda baş verənlər Almaniyada baş vermiş dəhşətlərlə eyniyyət təşkil edir. Lakin bu nəzəriyyə, hər halda, bəzi suallara cavab tapmağa kömək edə bilər. Dostlarımdan biri gileylənirdi ki, Azərbaycanda bu qədər vəhşilikləri törədənlər axı haradan peyda olur?

Bloqqerləri döyən, sonra da məhkəmədə onların üzünə dayanıb onların məhkumluğunda iştirak edən iki nəfər gənc, bu istintaqı bilərəkdən əyri aparıb iki nəfərin həyatını sındırmaq üçün əməlli-başlı səy göstərən prokurorluq işçiləri, ədalətsiz hökmü oxuyan hakimlər – onların hamısının yəqin ki, normal şəxsi həyatı, ailəsi var.

YƏQIN Kİ, BƏZİLƏRİ HƏTTA İNANCLI İNSANLARDIR

– namaz qılırlar, oruc tuturlar, gündəlik həyatda savab qazanmağa çalışırlar. Amma onlar həm də hər gün işə gedirlər – adam şərləməyə, günahsızın üzünə durmağa, istintaq dəlilləri saxtalaşdırmağa, nahaq hökm oxumağa və s.

Diqqəti ancaq bloqqerlərin işi üzərində cəmləmək istəməzdim. Sadəcə konveyerin iş üsulunu göstərmək üçün bir prosesi əvvəldən axıra təsvir etməyə ehtiyac var idi. Belə nümunələr həddən artıq çoxdur. Elə bu yaxınlarda medianın diqqət çəkdiyi insanların evlərinin sökülməsi probleminə baxın: Bakı Şəhər İcra Hakimiyyətində kimsə bir sənədə imza atır, kimlərsə əmrin icrası üçün insanların evinə gedib onları çölə atır, adi fəhlələr, yenə də kiminsə əmri ilə, bu evləri canla-başla sökürlər; ah-nalə göyə dirənir və insanlar etiraz edir; polis çağrılır və onlar insanları döyüb qovurlar. Bənənyardakı dini ayinlərin icrası kiminsə xoşuna gəlmir; o adam qərar verir ki, tədbir dağıdılsın; polisdə işləyən adi insanlar gedib bu adamları döyürlər; xarici diplomatlar kəndə gəlib camaatın dərdini öyrənmək istəyəndə, yenə kimsə qərar verir; bəzi adamları kəndin girəcəyinə düzürlər; onlar da canla-başla diplomatları təhqir edib qovurlar. Siyahını uzatmaq da olar. Amma bir epizodu da diqqətə çəkib bu təsviri tamamlamaq istəyirəm. Keçmiş Laçın batalyonunun komandiri Arif Paşayevin məhkəməsi gedəndə hakim verilən əmrə uyğun şəkildə Paşayevi məhkum etmək üçün əlindən gələni edirdi. Hələ güllələnmə cəzası ləğv edilməmişdi və hakimin keçmiş Qarabağ döyüşçüsünün üstünə yaxmaq istədiyi şər ölüm cəzasının verilməsi ilə nəticələnə bilərdi. İndi hakimiyyət düşərgəsinə qulluq edən bir dostum o vaxt təəccüblə mənə bunları demişdi:

«BELƏ DƏ ÇÖRƏK OLAR?!»

«Arif Paşayevi ən ağır cəzaya doğru itələyən hakim Arif Paşayevn ailə üzvlərinə deyir ki, ağsaqqal, neyləyim, çörəyim bundan çıxır. Belə çörək olar?»

Gerçək budur ki, ölkəmizdə zülm adiləşib. Bu zülmü yaşayanlar minlərdirsə, onun icrasında iştirak edib öz həmvətənlərinə qan udduranlar da minlərlə adi insanlardır. Azərbaycanda baş verənlərin Almaniyada baş verənlərlə ən azı miqyas baxımından xeyli fərqləndiyini vurğulayıb bəzi məsələləri dartışmaq olar. Lakin mənimlə bu mövzuda mübahisəyə girmək istəyənlər gərək əvvəlcə növbənöv beynəlxalq təşkilatların Azərbaycanda sənədləşdirdikləri saysız-hesabsız hüquq pozuntularına nəzər salsınlar və bir suala cavab versinlər:

Doğrudanmı baş verən bunca hüquq pozuntuları ayrı-ayrı fərdlərin təşəbbüsünün nəticəsidir? Və əgər belədirsə, onda Azərbaycan xalqı bu qədər zalımı necə yetişdirir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
29.03.2010 12:35
"Azadlıq!" hayqıraraq küçələrdə azadlıq uğrunda mübarixə aparanlara əl qaldıran dünyanın ən bədbəxt məxluqudur. Törətmədiyi cinayətə görə kimisə sifarişlə azadlıqdan məhrum edən hakim dünyanın ən zəlil, iyrənc məxluqudur! Belələri sifarişçinin əlində istifadə olunmuş əski rolunu oynayırlar! Bunun başqa adı yoxdur.

Kimdən: Analitik Haradan: Bakı
28.03.2010 03:23
Dərindən analiz olunsa, görmək olur ki, indiki hakimiyyət və onun yaradıcılarının qara qəpik qədər də bacarığı və dahiliyi yoxdur. Olsaydı taladıqları milyardlardan çox yox, cüzü bir hissəsini də xalqa yedirdərdi ki, hakimiyyətlərini narazılıq və qorxu olmadan sürsünlər. Bunların hakimiyyəti Stalinin məşhur sözləri ilə sürür: "Bir nəfərin ölümü faciədir, minlərin ölümü isə statistika".
Heydər Əliyevin hakimiyyəti əslində bir çox hallarda tükdən asılı olub. Yadınıza salın, Rövşən Cavadovun qiyam qaldırdığı zaman o qorxudan Türkiyədən qayıtmaq da istəmirdi, onu Rəsul Quliyev inandırıb ölkəyə qaytarmışdı. Ona görə də darıxmayın, bir gün bu hakimiyyət də çox köpdürülmüş şar kimi partlayacaq...

Kimdən: Ayxanli
27.03.2010 13:45
Neqeder qebul etmek istemesenizde bu bele olacaq.Insanlara ozlerine gore bascilar gondererik.Insanlara etdikleri emellere gore cezalandirariq.Allahi asagilayanlari Allahda zelil eder.Allahi Qurani saymayanlarin qelblerini bir birine qarsi qoyar onlar biri birine zulm ederler.Mende sizin kimi dusunurdum artiq gorduklerim bunlari subut etdi.
Hec kim basqa olkede zulmun olmamasini iddia etmesin.Her yerde var.Adlari basqa curdur.Hormetle.

Kimdən: Meherrem Haradan: Qazax
27.03.2010 10:07
Qorxmaz bey, deyerli yazidir. buradaki sherhler, yaziya olan ilgi bunun en bariz gostergesidir,tekrar tebrik edirem.Vehshi kapitalizmin,memur kapitalizminin hokm surduyu yerde, sahlarin qanun oldugu yerde elbettedeki zulmkarliq olacaq.Birde men, bizim olkede,insanlarda Allah qorxusunun olmamasinin altini cizerim.Bu olkede padisahdan, nacalnikden qorxarlar, Allahdan qorxmazlar. sozde her kes muslumanim deyer, Amma buna Allahsiz muslumanlik denir.
rehmetlik B.Vetenoglu deyirdi: "pul Allah olubdu,A

Kimdən: azer Haradan: almaniya
27.03.2010 01:22
bizim yüksek medeniyyet yasayan ölkeler basga zeif ölkelere silah va basga seyler satmagla varlaniblar ve o paydan bir az da incesenete pul ayiriblar.sabah o ölkelerde kasibcilig olsun ,görün neler bas verecek.adem övladi hec bir yerde hele ki,insan olmag ideali seviyyesine geder yetismeyibdir.bizm derdimiz yene de öz ve ailemizin garni problemidir.men ALLAH olsaydim bu geder menasiz insan yaratmazdim,amma biz insan olmag istedik deye coxlu allahlar yaratdig.ve bu gün de bir birimizi onlara göre öldürürük.

Kimdən: azer Haradan: almanya
27.03.2010 01:13
Allah Darvine rehmet elesin. ademin övladi adam olmasi asandir, insan olmasi cetin. ayxmanin nevesi 5 ilden sonra yene hemen isleri ede biler. amma bu defe sebebkar (günahkar) türk ve ya rus ola biler. adam cetine düsende , sebebkari axtarir. bütün insanlar orangutan ve ya shimpanzeden cox da uzaga getmeyibler, efsus ki. bizim bir uzag gohum vardi , 600 dollar verenden sonra 6 ay hazirladilar, indi polis olub. düsünürem ki , avropadaki itler de bizimkilerin tayidir. onlarin sümüyü bir az etlidir, ve agizlarina namordnik taxiblar. insan milyon il gabagki ecdadindan cox da gabaga getmeyibdir hele ki. teessüf.

Kimdən: azeriden Haradan: rusiyadan
26.03.2010 23:35
evvela azadliq radiosu oz seyfini ba$a du$ub meqalenin ba$ligini deyi$di. bu ozu musbet haldir.sonra da mene ele gelir ki,her adam ozunden ba$lamalidir. men de TURAN BEYLE raziyam.bu i$leri goren bizim qohumlarimiz,dostlarimiz,tani$larimiz ve qon$ularimiz deyilmi?muellim i$leyir bir tani$im,ru$vet goturur,amma devletden $ikayet edir.ozu de muxalifeti beyenir.bu ne demekdir?men ozum haqqda yaza bilerem,menem,menem dediyime gore bagi$layin.AZERBAYCANDA vezife i$leri teklif olunur.birinci sualim o olur ki,ru$vet goturmek lazimdir?hamimiz bilirik ki,AZERBAYCANDA ru$vetsiz mumkun deyil(bunu daha duzgun KORRUPSIYA adlandirmaq lazimdir).vezifede oturub xalqimin choreyini elinden ala bilmerem.dediyim odur ki,ru$vet goturmek,milisde i$lemek istemeyen adam oz vicdanindan ve ALLAHDAN qorxur.menim fikirimce her $ey aile seviyyesinde hell olunmalidir.haram choreyi yemek olmaz,yeyeni de ALLAH geci-tezi pis gune qoyur.insan oz VICDANI qar$isinda CAVABDEH OLMALIDIR.

Kimdən: Birader
26.03.2010 15:35
Qoxmaz bey, yazinizi maraqla oxudum. Tehlilleriniz hemishe seviyyeli olur. Bu yazi da xoshuma geldi. Heqiqeten de bizde polisler, mustentiqler, prokrorlar menevi deyerleri tapdaq altina aliblar, sanki insanligi itiribler kimi davranirlar qarshi terefe. Amma Hitler Almaniyasi ile muqaisede bir boyuk ferq var. Hitleri xalq sechmishdi, arxasinda da dururdu. O bir totalitar rejim idi. Irtica rejimi qol zoruna deyil, ideoloji tebligatla yashayirdi. Insanlar inanirdilar. Daha dogrusu, o vehshilikleri eden dovlet strukturlari, bunu mecburi yox, seve-seve, dogru hesab edib, xalqi ucun ish gorduyunu dushunerek edirdi. Bizde ise ideoloji esas yoxdu. Avtoritar, dubinka rejimidi. Yani bizim vehshi strukturlar etdiklerinin murdar emel oldugunu bile-bile edirler ve bunu yalniz ozunun shexsi maddi maraqlari namine edirler.

Kimdən: Mobil Haradan: Gəncə
26.03.2010 13:44
Xalqı müqvimət gösterməyə, bir-birinin arxasinda durmaqa öyrətmək lazimdir!

Kimdən: Anonim Haradan: Uzaqdan
26.03.2010 03:03
Shexsen men yazini beyendim. Muellife teshekkurumu bildirirem.
Bir meqama toxunmaq isterdim ki, o da coxdandir mubahise obyekti olan 'dartishmaq' feilidir. Guman edirem ki, bu feil Turkiye turkcesindeki 'tartishmak' sozunun bizim dile adaptasiyasidir. Amma ve lakin, turklerdeki 'tartishmak' sozu kokunu 'tartmak' feilinden alir, yani tereziye qoymaq. Ona gore 'tartishmak' - fikirleri tereziye qoyub 'tartmak' demek olur. Dartishmaq ise mene bu prosesin 'azerbaycansayagi' tezahuru kimi gorunur.
Cavab

Kimdən: Namiq
06.04.2010 12:25
Menim ozum de nece defe bildirmisem ki, turk dilindeki sozleri agina-bozuna baxmadan dilimize getirmeyek.Mesele muellif inanc sozunu yazir ve anlasmazliq olur. Halbuki etiqadli yazsaydi her sey aydin olacaqdi. Cunki hemin soz bizde inam kimidir ve basqa menalari bildirir. Yeni,bizim dilimizde baximli sozu var amma baxincli sozu yoxdur.Bu da onu kimidir.
Səhifə (4)
    Növbəti