Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:44

Rubrikalar / Qarabağ

Serj Sarkisyan İlham Əliyevə müraciət edib

Serj Sarkisyan
Şriftin ölçüsünü dəyiş - +
«Mən Azərbaycan prezidentini güc tətbiq etməmək barədə saziş imzalamağa çağırıram».

Bunu Ermənistan prezidenti Serj Sarkisyan «Euronews» kanalına müsahibəsində deyib.

S.Sarkisyan bildirib ki, beynəlxalq ictimaiyyət münaqişəni beynəlxalq hüququn üç prinsipi əsasında həllini təklif edir - öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü və güc tətbiq etməmə .

O hesab edir ki, bu sazişin imzalanması Ermənistan və Qarabağ əhalisində Azərbaycanın münaqişənin dinc yolla həllinin tərəfdarı olduğuna inam yaradardı:

«Sonra isə biz detallar üzərində iş apara bilərik».

Londonda verdiyi «Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb» bəyanatına münasibət bildirən S.Sarkisyan bir daha deyib ki, Dağlıq Qarabağ Azərbaycana regionun sovetləşməsi zamanı verilib. O, dünya ictimaiyyətinə bir sual da ünvanlayıb:

«Niyə dünya ictimaiyyəti SSRİ-nin dağılmasını alqışladı? Niyə bəyan etmədi ki, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan SSRİ-nin tərkib hissəsidir? Amma Qarabağla bağlı dünya ictimaiyyəti təkid edir ki, o, Azərbaycanın tərkib hissəsidir. Sizə elə gəlmirmi ki, bu, məntiqli deyil?».

«Münaqişənin dinc yolla həlli üçün hansı kompromisə hazırsınız» sualını cavablandıran S.Sarkisyan deyib ki, münaqişənin səbəblərini aydınlaşdırmadan onun nəticələrini aradan qaldırmaq olmaz:

«Səbəblərə gəldikdə, biz öncə Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsindən danışırıq. Bu, həll olunan kimi, regional problemlərin həlli ilə bağlı digər proseslər asan və tez gedəcək. Məlumdur ki, biz - ermənilər münaqişənin həllində daha maraqlıyıq. Onun uzunmüddətli olmasını - regionda sülh və təhlükəsizliyin bərqərar olmasını istəyirik, sadəcə, Dağlıq Qarabağı Azərbaycana hədiyyə etmək yox. Bu, Dağlıq Qarabağın mövcudluğunun sonu demək olardı». / APA /
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Azərbaycan əskəri Haradan: Baki
22.03.2010 23:46
nə oldu serjik , uje? yoxsa konturun qurtarır ?
sən Azərbaycan prezidentini güc tətbiq etməmək barədə saziş imzalamağa çağırırsan,darixma , Xocali,Şuşa,Daşaltı və digərlərinin cavabını alandan sonra hələ yalvaracaqsan da.
Cənab Prezident, Sizdən çox xahiş olunur ki, ona inanmayın, erməni hərtərəfli məğlubiyyətini başa düşüb qabağdangəlmişlik edir, bu məsələdə Azərbaycan Sizinlədir, Allah köməyimiz olsun.
C A N I M S Ə N Ə F Ə D A V Ə T Ə N - AZƏRBAYCAN !

Kimdən: Anonim
22.03.2010 23:17
Fikir vermeyin siyasi manevrdi...

Kimdən: nigar
22.03.2010 21:05
Bu ne soz bu ne fikir serjik kimi aldadir.Bu ermeni meseleni uzadib var olar durumu oldugu kimi saxlamag isteyecek . chunki onlara serf edir. .Bulari top tufanga tutmasan Qarabagdan chixan deyiler.

Kimdən: Samil Haradan: Baki
22.03.2010 21:01
Fikrimce artiq Ermenistan geri addim atmaga baslayib.Cunki bugunki Azerbaycan Ermenistandan her sahede qat qat gucludur.Birce diasporadan basqa. INSHALLAH torpaqlarimiz tezlikle geri qayidar. AMIN!

Kimdən: azira Haradan: paris
22.03.2010 17:17
serj sarkisyan kimdir niya adlarni çekdikleri devlati rusun terkibinda sayir o
niya basqasina yol gostarir basqasina yol gostarmak lazim deyil o ozu getsin
ruslarin alinin altinda ... elasin. azerbaycanin turklardan basqa qardasi
yoxdur yasasin turk dili turk birliyi.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
22.03.2010 14:42
Bu müraciet deyil,sadece ele salmaqdır.

Kimdən: Saahib Haradan: Moskva
22.03.2010 01:26
Bizim hakimmiyet yenede yazig sifetini gösterir onlara ! Bäsdirin kisi olun .

Kimdən: demokrat Haradan: avropa
21.03.2010 22:26
ay,camaat,siz inanirsiniz,ki ilham nevaxtsa qarabagi geri alacaq???unutmayin ki bu hakimiyyetle hech vaxt torpaqlarimizi geri ala bilmeyeceyik.bunlar gözden perde asib,özlerine pul yigirlar.azerbaycanda her shey yalandi!!!!!!!!!!!bunu men eminlikle deye bilerem!bunu sizde yaxshi bilirsiniz.biz her zaman vetenimizin müdafiesine haziriq,ancaq bu hakimiyyete hechkes etibar etmir.kasib -kusubu qirdirib,öz yaxalarindan medal asacaqlar.onuda deyim ki,narahat olmayin....bunlar müharibe edesi deyiller..!!!!xalqima bir sualimda var...SIZ hansi rehberimize müharibe bashlasa etibar edrsiz???? 1)Ilham Eliyev 2)Beyler Eyyubov 3)Ramiz Mehdiyev 4)Ziya Memmedov 5)Sefer Ebiyev 6)Ramil Usubov 7)Artur Resizade 8)Hacibala Abutalibov 9)rayon icra bashchilari????????????

Kimdən: azeriden Haradan: rusiyadan
21.03.2010 20:39
gorunur bu ermeni digasi hesab edir ki,gucu ancaq digalar tedbiq ede biler.RUSIYA ILE YAPONIYA arasinda bu gune qeder SULH muqavilesi yoxdur.sebebi de 4 kichik adadir.gorunur serjik ermenistandan qachan digalari daha saxlamaga soz tapmir.

Kimdən: Naıle Haradan: Bakı
21.03.2010 17:10
Bu ' mezlum ermeni ' variantidir. Sorusmaq lazimdir niye guc tetbiq etmek olmaz ? Gucu birinci siz tetbiq etdiniz bizim eliyalin ehaliye qarsi . Bes bilmirdiniz ki, qarsi terefin de eli -qolu var? Bilmirdiniz arxanizdaki kopeye arxayinlasib ustumuze silah cekende , torpaqlarimizi zebt edende biz de silaha sarilacayiq. Biz hec vaxt hec bir isgalcidan qorxmamisiq, bunu bizim tarix subut edir ,en guclu dusmene qarsi da biz guc tabmisiq. Ancaq hec inanmiram ki, indiki Azerbaycan hakimiyyeti nese bir ciddi is gorsun , her sey 20 ildir aci bagirsaq kimi uzanir.
Ermeninin biu muracieti ise dunyani bizim ustumuze qaldirmaqdir , yalandan hay -kuy qaldirmaq , bunlarin kohne xasiyyetidir.
Səhifə (3)
    Növbəti