Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:03

Cəmiyyət

50 il qabaqkı qəzetlərdə Novruz bayramı

«Kommunist» qəzeti
x
«Kommunist» qəzeti
Şriftin ölçüsünü dəyiş - +
Bu həftə 50 il bundan qabaqkı qəzetlərdə Novruz bayramının izlərini axtardıq.

«Kommunist» qəzetinin 1967-ci il 21 mart sayında Novruz adına rast gəlmirik. Qəzetdə Bahar bayramı ilə bağlı iki məqalə yer alır.

«XOŞ BAHAR GƏLİR»

Bakı şəhər Ticarət İdarəsi zəhmətkeşlərə gözəl bayram hədiyyəsi hazırlayıb. Dənizkənarı parkda yerləşən böyük pavilyonda bahar bayramı yarmarkası açılmışdır. Yarmarkaya gələnlərin nəzərini ilk növbədə pavilyonun ortasındakı bayram süfrəsinin bəzəyi olan yamyaşıl səməni, müxtəlif xuşgəbarla doldurulmuş səbətlər, gözəl baharı əks etdirən plakatlar nəzəri cəlb edir. Bakı biskvit və karamel fabrikinin hazırladığı şirniyyatlar, şəkərbura, şəkərçörəyi, paxlava şübhəsiz alıcıların xoşuna gəlmişdir. Bakının «Oktyabr», «Nərimanov», «Şaumyan» rayonlarının bir neçə mağazasında da bahar bayramı süfrələri üçün satış təşkil olunmuşdur.

«BAHARA ALQIŞ»

«Kommunist» qəzeti - 22 mart 1967

«Azərbaycan xalqı baharı mehribanlıq rəmzi olan odla, gözəllik rəmzi olan tər çiçəklə, bolluq rəmzi olan yaşıl səmənilərlə qarşılayır. Azərbaycan xalqı ən gözəl adət-ənənələri göz bəbəyi kimi qoruyur. Bu il biz, yəni bütün sovet xalqı yer üzündəki milyonlarla dostumuzla bir də böyük Lenin dühasından işıq almış Oktyabr günəşinin, bu əsl bahar günəşinin 50 illiyini qeyd edəcəyik. Bu insanlığın xoşbəxtlik baharı, azadlıq baharıdır. Bu insanların yüksəliş baharıdır, əbədi baharıdır!

«BAKIDA ŞƏNLİK»

«Kommunist» qəzeti - 21 mart 1968

«Martın 20-də saat 17.22-də Azərbaycan torpağına bahar gəlib. Minlərlə Bakılı baharı qarşılamaq üçün Qız qalasının ətrafına toplaşıb. Qız qalasının zirvəsində günəş və baharın simvolu alov şölələnməyə başladı. Radio vasitəsilə zəhmətkeşləri bahar münasibəti ilə salamlayır, onlara xoşbəxtlik, Sovet vətənimiz naminə əməkdə müvəffəqiyyət arzulayan təbrik sözləri eşidildi. Üzeyir Hacıbəyovun «Koroğlu» uvertürası səsləndi.

«Kommunist» qəzetinin 1968-ci ildən sonrakı – 1969, 1970-ci il nömrələrini vərəqləsəm də, bir daha Bahar bayramı ifadəsinə rast gəlmədim.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azer Haradan: baki
22.03.2010 12:31
Allah Sixeli Qurbanova rehmet etsin.Novruz bayraminin xalqimiza resmi sekilde qaytarilmasinda o kisinin boyuk emeyi olub.Amma sragagun lider tv de hec rehmetliyin adi da cekilmedi.umummilli liderimiz qaytaribmis bu bayrami bize bizim de xeberimiz yox.tarixi saxtalasdirmaq olmaz cenablar

Kimdən: Moshu Haradan: Goyezen
22.03.2010 11:17
Bu 40-50 ilde hechne deyishmeyib.Yene dushuk dushuk Novruz sehnecikleri,yalanchi gulushler,yaltaqliq,yalanlar,bedbext millet.

Kimdən: Dəyanət Haradan: Bakı
21.03.2010 15:08
«Kommunist» qəzetinin 1968-ci ildən sonrakı – 1969, 1970-ci il nömrələrini vərəqləsəm də, bir daha Bahar bayramı ifadəsinə rast gəlmədim.” deyən müəllifin fikrinin təsdiqi haqda “Proza.ru –saytında «Гасым Абдул-ın «Ясновидец» romanında ətraflı yazılışdır. Əfsuslar olsun ki, indi bu bayramı ilk dəfə dövlət səviyyəsində keçirən və həyatını bu bayram yolunda fəda verən insanların adı çəkilmir. Şıxəli Qurbanov və Məsud Əlizadə kənarda qalıb, Novruz bayramını ləğv edən, tələbə və gəncləri Novruz şənliyini keçirtdiyinə görə ali məktəblərdən və işdən qovlatdıran adamın adına çıxarırlar. Bu hər şeydən əvvəl ən böyük günahdır, çünki gələcəyimizi yalan üstündə qururlar. Rusun sotrapını. yaltağını ululaşdırırıq? Bu ağıl və düşüncə ilə uzağa getmək olmaz. Çünki biz yaxşını pisdən ayırmağı unuduruq. Hamı həqiqəti dərk etməsə biz Allahın bəlasına gələcəyik.
. Azərbaycan xalqının bütün bəlaları 1969-cu ildən başlayır. Yerlbazlıq və yaltaqlıq – Azərbaycan rəhbərliyinin siyasi xətti olub və indi də bunu davam etdirirlər. Nəticə isə acınacaqlıdır. Nə eim var, nə səviyyə. nə də tarixi keçmişimizə verilən düzgün qiymət. Yalan üzərində qurulmuş karta bənzəyir Azərbaycan. Onlar Azərbaycan xalqına ermənidən də çox zərər vurublar. Oğurladığı pulları bir yerə yığsaydıq min dənə Qarabağ almaq olardı –onlar isə xalqından qorxduqları üçün Dubay, Türkiyəyə, London və İsveçrədə evlər alırlar. Anlamırlar ki. Şahənşahın 55 milyardı. Səddamın qızıldan avtomatları köməyinə gəlmədi. Hamısını əllərindən aldılar. Heykəllərini ayaqlarının altına saldılar. Baxmayaraq ki. bizim çinovliklərlə müqayisədə Vallah ağıllı-başlı adamlar idilər.
Bu bayramı bizə qaytaran və bu yolda canını qurman verən ŞIXƏLİ QURBANOVU gəlin bu bayram günü yad edək, bayramı ləğv edənlərə isə lənət oxuyaq. Onda biz vicdanımız qarşısında suvab iş görmüş olarıq. .


Kimdən: Natiq Cavadli Haradan: Baki
21.03.2010 12:34
Shixali Qurbanovu Anaq!
Cavab

Kimdən: Anonymous
22.03.2010 01:19
OMRUNU NOVRUZ QEDEMLERINE QURBAN VEREN SXELI QURBANOVUN YERI NURLA DOLSUN

Kimdən: özümüzünçüdən Haradan: özümüzdən
21.03.2010 02:32
burda bir maraqlı məsələ var.... görəsən o vaxtkı rəsmi qəzet olan kommunist, indiki rəsmi qəzet olan Azərbaycandan nə ilə fərqlənir.....
inanın ki hər ikisi eynidir... sadəcə iki şey dəyişib... 1--bahar bayramı yerinə indi novruz bayramı yazırlar... 2-- Lenin yerinə indi ................. yazırlar.

Kimdən: Quzeyli Haradan: Ankara
20.03.2010 18:44
Yuxarıdakı yazılardan aydınca anlayırıq bu bayramın farsca adı (Novruz) sonradan bizim dilimizə yeridilib. Öncələri bu bayram el arasında, `Yeni il`, `Yaz bayramı` deyə adlanırmış.
Cavab

Kimdən: Rza Haradan: Tebrizden uzaqda
20.03.2010 19:37
Sozun tam dogrudur ay qardash, Men basha dushmurem , bizim bu Turkler -

xususile Baky , Fars kelemelerin menim edebiyatima qablamaq isteyiller.

En gobudu " Azarkesh" sozudur , ve ha bele.. Menim bu yazida , ereb sozu var , lutfen sehv etmeyin ky Farsidir. Azerbicanca turk dily qat qat
Farsidan "Vocabulary" qudret lahazindan , gucludur.
Cavab

Kimdən: moqabe
21.03.2010 17:54
Dil ele bir seydir ki isletmedikce sozler arxaiklesir, yeni sozleri isletdikce dusur luget terkibine...
Biz de o sozleri isletmeyek cixib getsinler dilimizden...
Cavab

Kimdən: Turk diline hormet Haradan: Isvec
20.03.2010 21:13
Dilimizde islahatlar aparmaga ehtiyac duyulur,özumuzun o cur gozel turk sozlermiz var ki,arxaivleshib ve ishletmirik,yerini ise fars,ereb ve qismen rus sozleri tutub.Indi basha dushulendir ki,butun dillerde alinma sozler vardir,amma o dillerin coxunda ehtiyac duyuldugu ucun alinmishdir.Amma bizim turk dili zengin ola-ola ,farsin "Xudahafiz" ve s.. hele de ishletmekdeyik.Bu islahatlar gec-tez olmaldir.

Kimdən: Nemesida Haradan: Baku
20.03.2010 18:05
Shixali Qurbanova allah rehmet elesin. 69-dan sonra ise Heyder Aliyev hakimiyete gelmishdi
Cavab

Kimdən: isgender Haradan: Mingechevir
20.03.2010 21:04
Qardash duz deyir,69-da Shixali Qurbanov bu yolda chox chalishdi,amma bir de 89-da Vezirovun fermani ile bu bayram yeniden Azerbaycana qayitdi.Eger duz adamlariqsa,Vezirovun adini niye xatirlamiriq?Amma bu bayrami bize yasaq edenlerin adini elə hörmətlə çəkirik ki...