Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:55

Xüsusi layihələr / Panorama

Əfv fərmanları siyasi məhbus problemlərini həll edirmi?

Emin Fətullayev, Rəşid Hacılı və Sahib Məmmədov

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Bu dəfə «Panorama» verilişində hüquq müdafiəçiləri Sahib Məmmədov, Rəşid Hacılı və hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev prezident İlham Əliyevin əfv fərmanını dəyərləndirirlər.

Rəşid Hacılı:

«Prezidentin əfv fərmanı heç şübhəsiz ki, humanist bir addımdır. Ancaq əfv fərmanları siyasi məhbus problemlərini həll etmək, jurnalistlərə olan təzyiqlərin qarşısını almaq üçün çoxsaylı vasitələrdən biridir. Əslində, bu, daha çox hakimiyyətin iradəsindən, qanunların işləməsindən, məhkəmələrin müstəqilliyindən asılıdır. Siz fikir verirsiniz, bu vaxta qədər hələ Azərbaycanda bir siyasi məhbus da əfv fərmanlarından kənar azadlığa qovuşmayıb…».

Sahib Məmmədov:

«Bu məsələdə hakimiyyətin iradəsindən başqa amillərə də diqqət verilməlidir. Əslində, bir çoxları üçün siyasi məhbus problemi alver mövzusuna çevrilib. Bundan hökumət də, daxildə və xaricdə olan hüquq müdafiə təşkilatları da bəhrələnirlər. Baxın, on minlərlə insanın mülkiyyət hüququ tapdalanır. Ancaq onlar heç yada düşmür. Yəni, 3-5 siyasi məhbusun daim gündəmdə qalması total pozuntuları yaddan çıxarıb. Üstəlik, siyasi məhbusların dairəsi də dəqiq müəyyən edilməlidir. Narkomanlar, qatı cinayətkarlar bu siyahılara daxil edilməməlidir...».

Emin Fətullayev:

«Mən oğlumun əfv siyahısına düşməməsinə təəccüblənmirəm. Ötən ilin dekabrında Eynullaya qarşı uydurma cinayət işi açılanda bəlli idi ki, onu azadlığa buraxmayacaqlar. Əslində, hakimiyyət istəsə, bir fərmanla bütün siyasi məhbuslara, vicdan məhbuslarına azadlıq verə bilər. Ancaq mən o fikirlə razıyam ki, hüquq-müdafiə təşkilatlarının hərəsi bir siyahı tərtib etməməlidir. Bu, daxildə də, xaricdə də çaşqınlıq yaradır…».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Bayandur Xan Haradan: Derdli Baku
20.03.2010 21:34
Əvvəla bildirmək istəyirəm ki, Azərbaycanda nə hüquq var, nə də hüquq müdafiəçiləri. Əgər səhv deyirəmsə onda xahiş edirəm, hüquqdan və şəffaflıqdan dəm vuranlar mənim suallarıma cavab versinlər. Əgər mənimlə razılaşmayanları olarsa heç şübhəsiz ki, mən onlara hər şeyi sübut edə bilərəm. bayandur_xan@box.az
Suallarım bunlardır:
1. Hansı hüquq müdafiəçisi fəaliyyətə başladığı gündən indiyə qədər ardıcıl olaraq cəzaçəkmə müəssisələrində ümumi məhkumlarla görüş keçirdib və məhkumların problemlərini əlaqədar orqanların diqqətinə çatdırmaqla məhkumları sonradan nəticə ilə tanış edib? (Hamısı gəlib, yalandan yataqxanalara baxıb və sonrada rəisdən rüşvət alıb gediblər. Hətda hansı məhkum problemlərdən danışıbsa sonradan həmin məhkum xüsusi represiyanın qurbanı olub və qanı batıb.)
2. Hansazırda cəzaçəkmə müəssələrində kifayət qədər günahsız məhkumlar ordusu var. Hansı hüquq müdafiəçisi bu günə qədər bir nəfər kasıb, lakin günahsız məhkumun problemi ilə maraqlanıb? Buyursunlar desinlər. (hamısı ya varlı, ya ictimayi- siyasi fiqurlardan olmuş, ya da rezonanslı məhkumların dalınca qaçırlar. Hansıki həmin məhkumların yəni sadaladıqım təbəqələrdən olan məhkumların heç birinə hüquq müdafiəçisi lazım deyil. sadəcə olaraq ortada qrantlar və pullar söhbəti var)
3. Siyasi Məhbus deyəndə bizim bu hüquqmüdafiəçilərimiz hansı meyarları əsas götürürlər?
4. Hüquq müdafiəçilərimizin gəlir mənbələri və gəlirləri nədəndir, haradandır və nə qədərdir?