Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

Köşə yazarları Ərdoğanın BBC-yə açıqlaması barədə

19.03.2010
Ahmet Hakan Coşkun («Hürriyet»)

Yeni başlayanlar üçün erməni məsələsi

Erməni məsələsində başınızın rahat olmasını istəyirsinizmi? O vaxt yubanmadan bu resepti həyatınıza tətbiq edin:

Bir: Özünüzü heç vaxt dövlətin yerinə qoymayın.

İki: Heç vaxt dövlət diliylə danışmayın. Məsələn, «İqtisadiyyat sahəsində yeni qərarlar qəbul etdik» şəklində sözlər deməyin.

Üç: Millətin yekdilliklə bir bütöv olduğuna dair tezisə inanmayın.

Dörd: Dövləti idarə edənlərin qəbul etdikləri qərarların məsuliyyətini bölüşməyin.

Beş: Özünüzü dövlətinizin içində əritməyin.

Əgər bunları etsəniz, çox rahat olarsınız.

Almanlara baxın. «Almanlar yəhudiləri qətl etdi» dedizdirmək əvəzinə «Faşistlər yəhudiləri qətl etdi» dedizdirmirlərmi?

Yaxşı, elə isə biz niyə «Türklər erməniləri qətl etdi» deyək ki? 1915-ci ildə dövləti idarə edən «İttihadçı zümrə»nin qəbul etdiyi qətliam qərarına görə niyə bütün millət məsuliyyət daşısın ki? Niyə «Biz bu işi etmədik, biz bu işi etmədik»deyə təlaşa düşək ki?

Niyə tariximizin bir səhifəsində hakimiyyətdə olmuş bəzi adamların qəbul edib həyata keçirdikləri səhv qərarlara, «Bizim tariximizdə ən xırda bir qara ləkə də yoxdur»deyə sahib çıxıb o qərarları təmizə çıxaraq ki?

Əgər illah da «Babam mənim üçün önəmlidir. Arkadaş, mən babama sahib çıxıram» deyirsinizsə, sizin Ənvər paşa və Talat paşadan da başqa babalarınız var.

Məsələn, erməni köçü vaxtı erməni qonşularını gizlicə evlərində saxlayaraq onları qətliamdan və köçdən xilas edən babalarınız.

İllah da babanıza sahib çıxmaq istəyirsinizsə, onlara sahib çıxın.

Yılmaz Özdil («Hürriyet»)

Qaçaq

Erməniləri qovmadığımızı sübut etmək üçün erməniləri qovacağımızı açıqladıq.

Qovdunuzmu?

Qovmadıq.
Əgər «Qovdunuz» desələr?

Polklarla qovarıq.

Bu məntiqlə soyqırımı yapmadığımızı isbat etməyə çalışsaq - Allah saxlasın!

Əhali işsiz ikən qıraqdan gələnlərə niyə iş verilir? Buna heç toxunmuram. «Kunta Kintəyəm»-deyən baş nazir ölkəsində qaçaq işləyən «müasir kölə»lərin «iş yeri sahibi» olmurmu?

Qəbahət qaçaq işləyəndədir, yoxsa qaçaq işlədəndə?

98 min yox, 103 min yox, artığı yox, dəqiq 100 min imiş. Əlazığda 3 dənə kənddə neçə adamın öldüyünü 3 gün saya bilməyən dövlət qaçaq işçiləri necə olur ki, bu qədər dəqiq saya bilir?

Qaçaq ermənilərin çoxu qadındır. Çünki xəstələrə baxmaq üçün asan iş tapırlar. Zəhmət çəkib öz ata-anasına baxmayan, onları qeyri-qanuni çalışan işçinin vicdanına əmanət edən millət atalarının haqqını hansı haqla müdafiə edir?

Tutaq ki, qaçaq ermənini yaxaladıq; pasportu yoxdur. «Gürcüyəm» dedi. Gürcüstandan soruşacağıq, «tanımıram» deyəcəklər. Bu durumda nə edəcəyik? Hansı ölkəyə qovacağıq?

Məsələn, siz «Vallah doğru söyləyirsiniz» deyə mənim sözümü təsdiq edən xanım. Evinizdə moldovalı qadın işləyir, sığortası ödənmədən, qeyri-qanuni. Hardan bilirsiniz onların moldovalı olduğunu? Göstərdiyi pasportun həqiqi olduğuna arxayınsınızmı? Pasport mütəxəssisinizmi? Siz qeyri-qanuni adam işlədəcək qədər ağıllısınız, o, saxta pasport tapa bilməyəcək qədər axmaqdırmı?

Tullanıb-düşdük; Vaşinqtondakı səfirimizi geri çağırdıq. Afərin. Diasporanın paytaxtı Kaliforniya da soyqırımı tanıyır, Los-Ancelesdəki baş konsulumuz niyə hələ də ordadır?

20 ölkə soyqırımı tanıyanda səsimiz çıxmadı. İsveç tanıdı, var gücümüzlə bağırırıq. Acığımız İsveçədirmi? Əgər elədirsə....Qərarı İsveç qəbul etdi, erməniləri qovuruq, isveçlilər niyə qalır?

«Bir ölkə də tanıyarsa, 100 min ermənini qovarıq» deyirik. Fərz edək ki, bir ölkə də tanıdı və 100 min ermənini qovduq. Cəbhəxana bitdi. Bir ölkə də tanısa, nə olacaq? Barı, 10-10 qovsaq, ən azı 10 ölkəyə də cavab vermiş olmarıqmı?Yoxsa 5-5 qovaqmı?

Sözü uzatmayaq.

«Kürd açılımı» yapdıq. Partiyalarını qapadıb yasaqladıq.

«Erməni açılımı» yapdıq.

Erməniləri qovuruq.

Qaraçıların nəzərinə!
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Firudin Şəhər: Keshlaburg
02.04.2010 01:41
Təşəkkürlər, Azadlıq Radiosu!
Bunları yayımlamasaydınız, xəbərimiz olmayacaqdı.

Kimdən: Fariz Şəhər: ABSh
01.04.2010 09:08
Azadliq radyosu, bu ne yazidir bunu yayinlayirsiniz??? Yayinlayacaq basqa yazi tapmadinizmi ki, bu ermeniperestlerin yazilarini yayinlayirsiniz??? Ozunuzu ele alin!

Kimdən: Namiq
31.03.2010 16:15
Baxin , asagidaki fikirleri turkiyenin en meshur yurnalisti M.A.Birand yazibdir.Moderator arxadas fikirler turkce olsa da, yeqin ki, saytda yerlesdireceksiniz.Evvelceden tesekkur edirem.
KARABAĞ OLAYI NEDİR ?
Yukarı Karabağ sorunu ile bizim Kıbrıs sorunu arasında ilginç benzerlikler vardır.
Karabağ, Sovyetler Birliği döneminde Stalin tarafından, Azerbaycan toprakları içinde Özerk Bölge ilan edilmişti. Ermenilerin yaşadıkları bu bölge hep sorun yaratmıştır. Azeriler, bu toprakların kendilerine ait olduğunu ileri sürmüşler, Ermeniler ise kendilerine ait görmüşlerdir.
Gelişmeler sonradan şöyle gelişti:
- 1988’de Haydar Aliyev, Karabağ’ın özerk statüsünü iptal etti ve toprakları Azerbaycan’a bağladı.
- 1988’de bu kararın ardından, Azerbaycan Sumgait’deki Ermenileri evlerinden sürdüler.
- 1991’de Yukarı Karabağ bağımsızlığını ilan etti.
- 1993’te Ermenistan hem Karabağ’ı, hem de Azerbaycan’ın yüzde 20’si kadar toprağını işgal etti.
- Erivan şimdi, Karabağ’ın self determinasyonuna izin verilmesi karşılığında, diğer 7 bölgeden asker çekebileceğini söylüyor. Azerbaycan ise reddediyor.

Jurnalist meselenin megzini bilmir, oxucularina yanlis melumatlar verir.Beleleri teessufki Turkiyede coxdur.

Kimdən: Mirze Celil Şəhər: Baki
23.03.2010 23:03
bunun dedikleri asagida qardasim qeyd elediyi kimi hamisi cefengiyatdi.sadece bir seyi basa duse bilmiremki bunu niye Azadliq radiosu sehifeye yerlesdirib??Beyem dogru yalani ayird elemek cetindi??

Kimdən: Yasir
21.03.2010 17:35
Ahmet Hakan Coşkun («Hürriyet»)
bu adamdan köshe yazari yox,yaxshi ushag baxcasinda nagil danishan olar.
Cavab

Kimdən: h.kaan Şəhər: bakü
22.03.2010 19:00
Haklısın kardeş bu sahsıyetlerden köşe yazarı falan olmaz. Siz belki duymamıs olabilirsiniz ama biz bunlara dönme diyoruz. İsimlerinin türk olduguna bakmayın kökeni araştırıldıgı zaman kim olduklarını ve neye hizmet ettiklerini görebiliyosunuz... Bu insanlar türk milletinin düsündüklerinin tersini söylerler ,Eger Türk milletinin herhangi bi konu hakkında ne düsündügünü merak ediyosanız bunların yazdıklarının tersini fikirlesin...

Kimdən: Qızılüzən Şəhər: Bakı
20.03.2010 13:07
Yumuşak huylu isem kim demiş uysal koyunum; kesilir belki ama çekmeye gelmez boyunum... Eskişehirli Ali ən gözəl cavabı vermiş. Azadlıq Radiosu yeni sindroma tutulub - "TEHÇİSE" sindromu, yəni "Türkiyədə erməniləri hamının çox istədiyini sübut etmək" sindromu.
Cavab

Kimdən: ali Şəhər: Eskişehir
25.03.2010 13:27
İltifatınız için teşekkür ederim. Tekrar ediyorum, Dünya ülkelerinin meclisleri hayırlı işler yapmak istiyosalar, ermeni teröristlerin Qarabağ'da yaptığı katliamları, sırpların Bosna'da yaptığı katliamları tanısınlar......ÖNCELİKLE....Önyargılı ecnebinin, bilinçaltındaki "Türk Korkusu" yüzünden olaylara tarafsız gözle bakmasının imkan ve ihtimali yok...Ey ecnebiler, tarafsız olun, 1918 yılında ermeni teröristlerce yakılıp-yıkılan, camilere doldurulup katledilen insanların olduğunu GÖRÜN....
Cavab

Kimdən: azeriden Şəhər: rusiyadan
20.03.2010 22:41
azadliq radiosunun ermenilere xususi mehebbeti var.HARDASAN,AY MIRZE XEZER?
Cavab

Kimdən: Deniz
21.03.2010 21:32
@azeriden Mirze Xezer dedin yadima Melahet Agacanqizi dushdu. Siz onu tanimirsz tesadufen?

Kimdən: Arif Şəhər: London
20.03.2010 06:12
Erdogan boyuk adamdir, o bilir nagarir. Eshg olsun ona !

Kimdən: AZERIDEN Şəhər: rusiyadan
20.03.2010 01:46
1 million azerbaycan turku senedleri qaydasinda ola-ola oz tarixi dede-baba torpaqlarinda ya$aya bilmir,amma 100 min ermeni digasi qeyri-qanuni turkiyede ya$ayir.bu ne siyasetdir?turkiyenin bele yumu$aq siyasetine gore hele chox devlet eldeqayirma soyqirimi taniyacaq.bu 2 qazet yazarlari ise ermeni qabaginda quyruq bulamaqdansa,qoy qachqin du$mu$ 1 million AZERBAYCAN TURKUNDEN yazsin.BELE GETSE TURKIYENI PARCHALAYACAQLAR.

Kimdən: ali Şəhər: Eskişehir
20.03.2010 01:41
Mevzu kendimizi savunmak, hayatta kalmak, insan gibi yaşayabilmek mevzusudur....Bunun için de savaşmamız gerekiyosa savaşırız...şerefimize dil uzatılıyosai toprağımıza göz koyuluyosa....bu yönde şüpheler oluşturuluyosa....elbet önlem alınmalıdır....ABŞ Felluce'de niye camideki silahsız insanları katletti...""terörist olabilirler"" diye...şüphelendiği için...bana karşı bir tehdit varsa, kendi mal, can güvenliğimi tehdit altında hissediyosam, benim soydaşlarım Hocalı'da dünyanın gözü önünde terörist ermenilerce katledildiği halde herkes bunu görmezden geliyosa....Ben can korkusu duyduğumda kendimi savunmak için birşeyler yaparım....Bosna'da sırp teröristler müslümanları çoluk-çocuk katlederken, kadınların ırzına geçip öldürürlerken, niye kimse sesini çıkarmadı da ....ta bilmemkaç sene önce olduğu varsayılan olaylar için meclislerinden karar çıkarma gereği duyuyolar bunlar.....Yumuşak huylu isem kim demiş uysal koyunum; kesilir belki ama çekmeye gelmez boyunum....

Kimdən: Mübariz Şəhər: Bonn
20.03.2010 00:39
Ahmet Hakan Coşkun («Hürriyet»)
Danishdiqlari cäfängiyyatdir.