Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:41

Dünya

Britaniyanı narahat edən ölkələr arasında Azərbaycan yoxdur

Devid Milibend hesabatı təqdim edir
x
Devid Milibend hesabatı təqdim edir
Şriftin ölçüsünü dəyiş - +
İnsan haqlarının durumuna görə Büyk Britaniyanın ən çox narahat edən ölkələr Birma və İrandır. Böyük Britaniyanın Xarici İşlər naziri Devid Milibend 2009-cu il üçün dünyada insan haqlarıyla bağlı hesabatı təqdim edərkən belə deyib.

Xarici İşlər Nazirliyinin 200 səhifəlik bu hesabatında insan haqlarının vəziyyətinə görə Britaniya hökumətini narahat edən məsələlərdən və dövlətlərdən, eləcə də, hökumətin gördüyü işlərdən söz açılır. Ümumilikdə siyahıda 22 ölkə var:

Əfqanstan, Belarus, Birma, Çin, Kolumbiya, Kuba, Şimali Koreya, Konqo, İran, İraq, İsrail və işğal olunmuş Fələstin torpaqları, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Somali, Şri Lanka, Sudan, Suriya, Türkmənistan, Özbəkistan, Vyetnam və Zimbabve.

200 səhifəlik hesabatda Azərbaycanın adı ancaq 3 dəfə, 3 cümlədə xatırlanır. Bir dəfə Avropa Birliyi ilə Şərq Tərəfdaşlıq planına qoşulduğu bildirilir.

İkinci dəfə Azərbaycanda iki gənc fəalın - Emin Milli və Adnan Hacızadənin xuliqanlıq ittihamıyla həbsiylə bağlı Avropa Birliyinin narahatlıq ifadə etməsi xatırlanır.

Üçüncü dəfə isə 2009-cu ildə Cənubi Qafqazda söz və mətbuat azadlığının vəziyyətinin pisləşməsindən, jurnalistlərin sıxışdırılmasının ümumi hal olmasından söz açılır. Vurğulanır ki, «Azərbaycanda 5 jurnalistin Cinayət Məcəlləsinin böhtan ittihamıyla həbs edilməsi ifadə azadlığı və ədalətli məhkəmə hüququnun pozulması kimi qiymətləndirilir».

Britaniyanın Xarici İşlər naziri Devid Milibend sənədi təqdim edərkən deyib ki, bu illik hesabat Britaniya hökuməti və vətəndaş cəmiyyəti qurumlarının konkret hallar və ölkələrlə bağlı siyasətinin formalaşmasında mühüm rol oynayır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Salam Haradan: Baki
23.03.2010 02:25
Salam bu AVROPA bizi tanimaq istemir!

Kimdən: Jurnalist Haradan: London
23.03.2010 02:19
Azerbaycan haradiki?Bu suali mene verende deyirem neft xezer denizi ancaq bundan taniyirlar.Bashda korrupsiya olmaqla.

Kimdən: ktulxu
19.03.2010 12:47
93den evvelki sertler olsaydi narahat ederdi belke de... 93 den sonra paylari artdi

Kimdən: ali Haradan: Eskişehir
19.03.2010 11:24
Türkiyeni narahat eden ülkeler arasında ingilislerin devleti (=ingiltere) vardır...İngilisler, ABŞ ile birlikte Irak'ı ve Iraktaki petrol ve diğer zenginlikleri işgal etmedi mi...men bundan narahat oluyom.....

Kimdən: Afat Haradan: Ukrayna
19.03.2010 11:20
Bunu başa düşməyə nə var ki...Neftin işiğina gələn ingilislər guya nəsə başga söz deyəjəkdilər...Onlara bizdəki söz yox, neft azadliği lazimdir.Deyirəm, birdən dünyanin alti üstünə çevrilə və bizimkilər tələb edə ingilislərdən ki, balam, sərvətimizi yeyirsiniz, bəs bizim hagg işimizi niyə müdafiə etmirsiniz? Vay dədə vay...Kef onda başlayar e...

Kimdən: Şəhriyar Haradan: bp
19.03.2010 09:28
Nəyə görə ki olsun? Ölkəmizin sərvətinin böyük hissəsini sakitçə mənimsəyir. Burada oğurlanmış qara pulları sərmayə kimi öz olkəsində yatırdir. Londonda elə küçələr var ki, onların adını daha Yap street adlandirmaq olar. Hə, bir də, bu siyahıda Nigeriyanında adı yoxdur...

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
19.03.2010 09:21
Mənim fikrimcə, dünyada gedən proseslərə ən çox təsir edən xalqlardan biri də ingilislərdir. Azərbaycanda BP kimi nəhəng transmilli korporasiya oturub və Azərbaycanın neftini sümürüb aparır. Üstəlik də bu iqtidarı bu xalqın canına bəla edən BP olub. İndi bunlar, nə qədər narazı olsalar da, əliyevlər hakimiyyətini biabır etməzlər, ən azı nefti daşıyıb qurtarana qədər.