Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:26

Xüsusi layihələr / Eurovision-2010

Azərbaycanın «Eurovision-2010» mahnısı seçildi

Şriftin ölçüsünü dəyiş - +
Bu ilin mayında Olsoda keçiriləcək 55-ci «Eurovision» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın «Drip Drop» mahnısını ifa edəcək.

Bu açıqlamanı www.itv.az saytına «Eurovision» müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, «Drip Drop» üç mahnı arasından seçilib.

A.Kərimli bildirib ki, mahnı nümayəndə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi olaraq təqdim olunacaq.

Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsbaiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: Ceyla Haradan: Baki
06.04.2010 11:30
Salam, Mahnida millilik yoxdur chunki bu son versiya deyil... olacaq.... Gelin ruhdan salmaqdansa biraz destek olaq Safuraya...

Kimdən: sevda Haradan: eliyeva
01.04.2010 00:14
Inanmiram. Inanmiram ki, bir gozel netice elde edek. Bu defe ilk onluga bele duse bileceyimize subhe edirem.

Kimdən: Yannick Haradan: Bakı
31.03.2010 11:41
Bərbad maxnıdı....Orta yerləri tutsa böyük şeydi...Sonra diskussiyalar aparacaqlar görəsən niye belə oldu: performans mı pis idi, Səfurə mi pis oxudu, qeyim mi yaraşmadı, Ermənilər oratlığı qarışdırdı, və s...

Kimdən: Isgender Haradan: Baku
30.03.2010 21:47
Adamin gerek adami olsun daaaaaaa...... ))

Kimdən: TURAN Haradan: NAXCIVAN
30.03.2010 20:55
Mahni deyil, sanki qezet oxuyur !

Kimdən: ozum Haradan: baki
30.03.2010 17:15
men bawa duwmurem Azerbaycanda bestekar yoxdu ki? ele bestekarlarimiz var ki neinki eurovisiona,hetta istenilen dunyamiqyasli festivallara mahni cixaracaq istedada malikdiler,sadece bizde ozumuze qiymet cox zeifdi. ona gore de kimseden hec ne gozlemeyin sonuncu yer bizimdi

Kimdən: Alik Haradan: Azerbaycan
30.03.2010 10:34
Cox tessufler olsun ki bizim bu defeki secimimiz olduqca zeifdir. Bu zeiflik iki istiqametde movcuddur. Birincisi mahnida sustluk olmaqla yanasi milli deyerlerimizi eks etdiren bi seye rast gelinmir. Ikincisi uzr isteyirem nedense biz bu musabiqede ele bil ki, qizlarimizi xususen lut soyundurmaqla nese elde etmek niyyetindeyik. Halbuki bu musabiqede ishtirakci olan avropali xanimlar soyunmaga deyil oz musuqilerini ve milli medeniyyetini insanlara catdirmaq isteklerindedir. Tessufler olsun. Deyesen buna uygun bir mesel de var: deyirler ORDEK ISTEDI QAZ KIMI YERISIN AMMA CHASIB OZ YERISHINI DE ITIRDI.

Kimdən: ORdubadliXAN Haradan: Ordubaddan
27.03.2010 16:47
Heyif, səd heyif...
Cavab

Kimdən: AZERBAYCAN BALASI Haradan: BAKI
30.03.2010 01:54
BU NEDI?UMUMIYYETLE EUROVISIONA GETMEYINE DEYMEZ!BIYABIR4ILIQDI YEEE.AZERBAYCANIN MILLI MENTALITETI,TARIXI MEDENIYYETINDEN ESER ELAMET YOXDU.4OOOOOOOOOOOOOOOXXXXXXXXXXXXXXXX TEESSUF.......

Kimdən: Eldar Haradan: Rusiya
26.03.2010 21:31
Azərbaycanın burada yer tutması baş ucalığı olardı. Keçən il Aysel-Araş duetində millilikdən nəsə bir şey (yəni musiqidə) var idi, amma indi təssüf ki, oxuyanın Azərbaycanlı olduğu deyiləcək. Başqa çıxışçılara baxıb nəticə çıxarın. Ruslar,ermənilər, gürcülər və digərləri özünün və mədəniyyətinin mədəniyyətlər içində yeri olduğunu göstərir. Amma bizimkilər necə dövləti idarə edirlər eləcədə milliyimizi, qədimliyimizi nümayiş etdirirlər. Mən oxuyan xanımın, qızımızın, bacımızın zəhmətinin hədər getməsini istəməzdim. O, bir müğənni kimi buna layiqdir. Amma təssüflər ki, bizim baş bilənlərimiz (soyad sonluğuna az şəkilçisi fikirləşənlərdən bundan artıq nə gözləyəsən) harada hansı ifаdəni işlətməyi, hansı addımı atmağı və necə davranmağı bilmədiyindən hələ başımız çox bəlalar çəkəcək. Çünki, yol verilən hər bir nöqsan asanlıqla əleyhimizə çevrilir. Ermənilər hətta belə tədbirlərdə Qarabağın onlara məxsus olduğunu dünyaya çatdırmaq istəyirlər. Amma biz başqasına məxsus musiqi ilə qalib olmaq və öyünmək istəyirik.

Kimdən: Sefer Haradan: Moskva
26.03.2010 11:36
Eziz doslar, Eurovision'da bir mahni soylemekle is bitmir, o sehnede show gostermek lazimdir, Sefura gelinlik geymi ile yuksek yer alamaz.

Cox berbat.....!
Səhifə (4)
    Növbəti