Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:49

Siyasət

YAP yetkilisi «The Washington Post»u korrupsiyada ittiham edir

Şriftin ölçüsünü dəyiş - +
Mübariz Qurbanlı
«The Washington Post» qəzeti güya nüfuzlu qəzetdir, özü də ABŞ-da əsasən Demokratların mövqeyini ifadə edən bir qəzetdir, amma həmin qəzet 5 milyard dollar məbləğində korrupsiya və rüşvət qalmaqalı ilə bağlı bu gün istintaq altındadır».

Bu fikirləri YAP icra katibinin müavini Mübariz Qurbanlı martın 17-də AZTV-nin «Günün nəbzi» proqramında deyib.

Mübariz Qurbanlı qəzetin ünvanına digər ittihamlar da səsləndirib:

«Pulunu verib, həmin mətbuat orqanlarında deyə bilərsən ki, türklər erməniləri qırıb, istərsə də sabah deyə bilərsən ki, filan siyasətçi , filan hərəkətə yol verib. Belə bir məsəl var, «pulu kim verirsə musiqini də o sifariş edir». Bu cür qəzetlərin belə korrupsioner əməllərinin nəticəsidir ki, bu gün həmin qəzetin özü korrupsiya qalmaqalında iştirak edir».

Mübariz Qurbanlı bildirib ki, xarici mətbuata diqqət yetirəndə sağlam düşüncə ilə çirkabı görməyi bacarmalıyıq.

«Ayırd eləməliyik ki, o yazılarda nə həqiqəti, nə yalanı ifadə edir. Yazılan həmin məqalənin arxasında nə dayanır və bu yazını yazanların istəyi nədir?»

«The Washington Post» qəzeti bu yaxınlarda Dubayda Əliyevlərin 75 milyon dollarlıq mülkləri ilə bağlı yazı dərc eləmişdi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: mer
20.03.2010 10:35
kor kora lag elemese, bagri catlayar...nece deyerler, dag daga rast gelmese, demiri isti isti döyerler

Kimdən: Murad
19.03.2010 20:21
:) deyirəm daa, bu Vaşinqton Postdan əvvəldən gözüm su içmirdi. ...rüşvətxormuş sən demə ! (nçi nçi nçı , başını yırğalayaraq kənara çəkilir)

Kimdən: Zaur Haradan: sankt-peterburg
19.03.2010 15:48
Mubariz Gurbanli adi cekilen gazet barede ela danishir ki,ela bil o karrupsiya adlandirdigi galma-gal hagda etrafli melumati var.Mubariz mueellimin nezerinize catdirimki, Vashington Post gazeti barede adi cekilen korrupsiya meselesi artig oz guvvesinden dushub.O mesele barede artig aciglamalar butun mediyaya catdirilib.O korrupsiya meselesi subut olunmadi.orada tamam bashga bir movzu var .

Kimdən: Eldar Haradan: Rusiya
19.03.2010 08:45
Bir adam ki, bütün fəaliyyətini şəxsi maraqları çərçivəsində qura ondan bundan artıq nə gözləyəsən. Mübariz heç özü-öz dediyinə inanmır.

Kimdən: Musteqil Haradan: Baki
18.03.2010 22:40
Mubariz Qurbanli teze tenika icat edib.Özude cibinde gezdirir,her hansi insanin rushvet almasini uzaqdan teyin edir.Mubariz istese deyer Obamada rushvetxordur.Ona göre Mubariz YAP-cidir.

Kimdən: Musteqil Haradan: Baki
18.03.2010 22:30
Insan bele bir mövzunu oxuduqdan sonra ister istemez isteyirsen uregini boshaldasan.Mubariz ilk önce burda etika qaydalarini pozaraq,The Washington Post» qezitin numayendelerini korrupsiyada ittham edir.
Mubariz eger dogurdanda haqq edaletin terefdaridirsa,Azerbaycanda rushvet alan memurlarinda adlarini aciqlasin.Men bashqa bir yerde bu qezetin yazdigi meqaleye öz munasibetimi bildirmishdim.Qezitin yazdiglari fakt deyil,bu yalandir,Xarici dushmenlerimiz ve daxili dushmenlerimiz bundan istifade edirler.Azerbaycanda qarishiqliq salsinlar.Lakin Mubariz bu qezetin rushvet almasini isbat etmeli.
Men dushunurem Mubariz önce Milli isiqlal partiyasin uzvu ve orada vezife tutmushdur.Onun cixishini men dinlemishem,Milli Istiqlal partiyasinin nizamnemesine ve onun rehberliyine sedaqetle xidmet etdiyini beyan etmishdir.Lakin bir nece vaxt sonra Mubariz öz eqidesine naxelef cixaraq,YAP-siralarina daxil olduqdan sonra ,partiyaya xidmet edeceyini,eqidesinden hec zaman dönmeyeceyini beyan etmish.
Burda deyerler ey fani dunya bu insanlarda nece dene uz,sifet varmi.
Hec narahat olmayin gelecekde her hansi partiya qelebe calarsa Mubariz hemin partiya siralarina tez bir zamanda ,lori dille desem xod tapacaq.Mende The Washington Post» yazdiglarini fakt kimi qebul etmirem.Lakin Mubariz kimi qezeti korrupsiyada ittiham etmirem.

Kimdən: Vätändän Haradan: Vätänsiz
18.03.2010 22:10
Ay kisi get özünä yuva axtar !! Siz vä sizin partiya YAP mühakimä olunmalidir !Xalgin pullari geri gayitmalidir ! Siz indi normalda türmädä olmalisiz!

Kimdən: Täranä Haradan: Baki
18.03.2010 22:06
Get o , sözläri basgalarina söylä ! Bir azdan sonuvuz gälir ! Basiniza carä gilmaga belä imkan vermirlär ! Cün ki hami bilir siz bu diktator rejimi kimsiz !! Haminiz bu iktidar bu halgin pulunu gayataracagsiz !

Kimdən: Polad Haradan: Küləklər şəhəri
18.03.2010 19:04
ABŞ deyir: Ayə, qaçın üstümüzə iRasim,(bağışlayın), Mübariz gəlir..

Kimdən: Nergiz
18.03.2010 18:29
Mubariz muellim! Deyirsiniz ki, pul verib Vashinqton Postda yazdira bilersen ki turkler ermenileri qirib.Bes eksini nece Mubariz muellim, yazdirmaq olarmi? Yazdirmaq olarmi ki ermeniler turkleri, azerbaycanlilari qirib?(Bu dogrudan da bele olub.)Olarsa, bes niye pul veri yazdirmirsiniz?
Cavab

Kimdən: Ilqar Abdullah
19.03.2010 21:58
Chunki, bunlar nese vermeyi yox ,almagi xoshlayirlar,Nergiz xanim.El meseli var,deyerler, adimi sene qoyum,seni de yana -yana qoyum.Yaxud,meymun baxar guzguye, adin qoyar ozgeye.Birini de deyim,oz gozunde tiri gormur,bashqasinin gozunde tuk axtarir.
Səhifə (3)
    Növbəti