Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:46

Verilişlər / İşdən sonra

«Tıxac - harınlığın problemidir»

Zöhrab İsmayıl
x
Zöhrab İsmayıl

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Beş ildən sonra şahidi olacağıq ki, qoymağa pul da yoxdur, heç nə də dəyişməyib».

Milli Büdcə Qrupu Koalisiyasının üzvü Zöhrab İsmayıl «İşdən sonra»da belə deyib.

Bu gün qonaqlar verilişdə bitməyən təmirlərə büdcə investisiyalarının pərdə arxasından danışıblar. Zöhrab İsmayıl:

- Artıq beş ildir ki, Azərbaycanda dövlət investisiyaları həyata keçirilir. Bunun təsirlərini qiymətləndirmək vaxtı gəlib çatıb. Beş ildir təxminən 15 milyard manat vəsait qoyulub. Bu beş ildə qoyulan investisiyaların effekti nədən ibarət oldu? İndiyə kimi şahidi olmadıq ki, hökumət desin ki, infrastruktura qoyduğumuz bir manat iqtisadiyyata hansısa təsir göstərəcək. Qoyulan investisiyaların son məqsədi iqtisadi inkişaf olmalıdır.

Millət vəkili Nazim Məmmədov isə bunun əksini iddia edib:

- Ümumilikdə təbii ki, dövlət büdcəsinin vəsaitlərinin xərclənməsinə nəzarət mexanizmi var. Xərclərin özünü doğrultması məsələsi mürəkkəb prosesdir. Bu gün bunu hesablamaq qeyri-mümkündür. Yolların çəkilməsi də, körpülərin salınması da Azərbaycan əhalisinin həyat şəraitinə təsir edən məqamdır. İnsanların daha az məsrəflə öz həyat şəraitinin irəliləyişini təmin etməsi yaranacaq, dolayısı yolla ölkə gözəlləşəcək

Zöhrab İsmayıl hesab edir ki, Gənclik meydanında tikiləcək tunellər o qədər də vacib əhəmiyyət daşımır:

Nazim Məmmədov
- Bu gün Azərbaycanın rayon və şəhərlərinin su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi neçə illərdir ki, təxirə salınır. Gənclikdə tıxac var, velosipedlə getsinlər, piyada getsinlər, amma su problemi daha ciddi problemdir. Tıxac - harınlığın, bolluğun problemidir. Amma su sisteminin təkmilləşdirilməsi yoxsulluğun problemidir.

Nazim Məmmədov isə belə deyib:

- Biz zaman çatacaq, necə ki, Valyuta Fondunu kənarlaşdırdıq, eləcə də Dünya Bankına ehtiyacımız qalmayacaq. Su problemi, kanalizasiya problemi bizim necə ki, deyirlər bu, bizim təhlükəsizlik məsələsidir. Amma buna ölkənin imkanları yavaş-yavaş çatır. Biz neft amilini insan amilinə keçiririk. Bütün bunların hamısı müasir standartlara gətirib çatdırılmalıdır.

PROQRAMI DİNLƏYİN.

/Hazırladı Gülər Qasımova/
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azer Haradan: ev
18.03.2010 14:54
bezen filmlerde bele sehneler olur:qefleten xezine ustune cixan qehreman qizillarin ustunde atilib dusur,sevincle onlari qaldirib basindan asagi tokur.indi bizim hokumet ozunu bu cur aparir.bir ferq odur ki, artiq bizimkiler pulu xercleyirler,amma eyni cosqunluqla

Kimdən: Ilham Shaban Haradan: Baki
18.03.2010 12:58
Fikir verirsinizmi, cenablar, dovlet varlandigca vetendashlarin uzleshdikleri problemler de artir. Bu neyin elametidir? Dovletin vetendashlarina yuxaridan baxmasina. Meselen, Baki aeroportunda yere enirsen ve PASPORT KONTROLa yaxinlashirsan. 4 mentegeden en yaxshi halda 2-si ishleyir. Bazuburtlu (dovlet resurslarina chixishi olanlar) kishilerin pasportlarini ise pillekendaca alib "levi" buraxirlar. Men daha demirem ki, bir dovlet idaresi diger dovlet gurumunun arayishi uchun VETENDASI neche defe NOTARIUSa yollayir ve 20-30 gepiklik dovlet rusumu olan bir kagiza 5-10 manat alirlar. Bu yaxinlarda cebhe bolgesinde gullug eden polkovnik-leytenant rutblei bir herbchi cemi 1500 AZN kredit goturmek uchun (ev temiri) duz 20 gun vaxt serf edib ve 3 nefer diger hebchi de ona zamin durublar. Onlar Mudafie Nazirliyinden arayish tegdim edibler ki, ust-uste 2680 AZN ayda emek haggi alirlar. Bundan sonra hemin arayisha 1 hefte Bankin ekspertler shurasinda baxiblar ve sonra 40 AZN bank xercleri kimi ilkin odenish teleb edibler ve 12 aylig krediti yalniz 30%-le vere bileceklerini beyan edibler. Indi bir anliga fikirleshin: vetendash 2 aylig emekhaggi geder kredit almag uchun hansi "yoxlamalara" meruz galir, ancag son 2 ilde Neft Fondundan budceye transfer edilen 9 milyard AZN vesait ele verilir, ele bil hech 9 manat deyerinde deyil. Bunun neticesidir ki, 2007-ci ilde tikilen infrastrukturun temire baglanmasini ve ya yeniden gurulmasini dovlet gullugchulari "plana gore ele bele de olamliydi" kimi dile getirirler ve neticede Novruz bayrami zamani yerli TV-lerin ekseriyyetinin gosterdiyi kimi Azerbaycan vetendashlari oz olkesi daxilinde biletin uzerindeki giymete menzil bashina chatmag umidini itirmish olurlar... Bayramdan sonra ise demir yolunda giymetler 2 defe artmasi gozlenilir. Goresen ne vaxtsa Azerbaycan vetendashi Bakidan Qazaxa ve ya Astaraya komfortlu vagonda (yeni Hitler Almaniyasinin vaxtindaki komfortu nezerde tuturam) getmek imkani olacagmi?

Kimdən: Ramil Haradan: Qazax
17.03.2010 22:43
Hansi rakursdan baxsaq her iki kspertin movqeyinle razilashiram,lakin Stalinden sitat getirmek istemesemde- Kadirlar her sheyi hel elleyir fikri tam yerine dusher. Azerbaycanda kadr catishmamazligi var,ve bele olan halda gundelik heyatimizda choxlu bele problemler. Birde arzu edekki dogrudan da Azerbaycan yaxin zamanda hech bir Beynelxalq Qurumlardan kredit ve ianelere ehtiyac duyulmayacaq.Eshq olsun bele fikirleshenlere..