Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:54

Cəmiyyət

Astara sakini çay vasitəsilə İrana keçib və geri qayıtmaq istəmir

x

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Martın 17-i səhər saatlarında Astara şəhər sakini Loğman Bağırov Astara çayı ilə İran ərazisinə keçib. Balıq tutmağa gələn Loğman Bağırov çaya düşəndən sonra əlini qaldıraraq İrana tərəf keçib. O, Azərbaycana qayıtmaq istəmədiyini bildirib.

Loğman Bağırovun həyat yoldaşı Vəsilə Bağırova AzadlıqRadiosuna bildirib ki, ailə vəziyyətləri ağırdır. Həyat yoldaşı 3-cü qrup Qarabağ əlilidir və heç bir yerdə işləmir. Ailə kirayədə yaşayır. Dəfələrlə əlaqədar qurumlara və prezidentə işlə və mənzillə təmin olunması üçün məktublar göndərsə də cavab almayıb:
«Ərimin bütün dükanlara, işığa, qaza borcu var. Dedi ki, mənim işimə burda baxmırlar, mən qaçıb gedəcəyəm».

Astara Şəhər İcra Hakimiyyəti başçısının müavini Məzahim Hüseynov AzadlıqRadiosuna faktı təsdiqləyərək hazırda məsələnin araşdırıldığını bildirib.

1965-ci il təvəllüdlü Loğman Bağırov iki azyaşlı uşaq atasıdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ali Haradan: Eskişehir
19.03.2010 10:43
Allah kolaylık versin....adam ne yapsın? geçim şartları ağır...ermenistandan gelip Türkiyede işleyen 100 min ermeni varmış...niye azerbaycandaki insanlar Türkiyeye gelmiyo? ermeninin dili bile bize benzemezken Türkiyede nasıl barınabiliyo bunlar? hayret? men Azerbaycandaki insanları öz halkım olarak görüyom....

Kimdən: Ibadat Haradan: Russia
17.03.2010 18:49
Allahin badbaxt bandasi yer tapdin getmaya!!!!!!!!!!!!!!

Kimdən: Anar Agalar-zade Haradan: Baki
17.03.2010 17:25
Guya Irana kecmekle neye nail olacaq. Iran firildaq bir olkedir. ne cixsa ele bizimkilerden cixacaq. Dovlet indi elillere hec de pis baxmir. Amma baxir nece muraciet edirsen.

Kimdən: Lara
17.03.2010 17:20
Heydər Əliyev-xalq, xalq-Heydər Əliyev birliyi əbədidir, sarsılmazdır, dönməzdir, fırlanmazdır!
Cavab

Kimdən: Azer Haradan: Baki
18.03.2010 23:10
Halal olsun bunu yazanda lap yadima Stalin ve xalq birliyi tarixden yadima dushdu. Amma onunda sonunu gorduk. Inshallah bizdeki bu saxta birliyin sonunu gorerik.
Hormetle