Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:32

Siyasət

Eynulla Fətullayevin ailə üzvləri ölümlə hədələnib

Emin Fətullayev
x
Emin Fətullayev

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin ailəsi ölümlə hədələnib.

Bu barədə AzadlıqRadiosuna jurnalistin atası Emin Fətullayev məlumat verib:

«Bu gün saat 1-in yarısında evə zəng oldu, hədə-qorxu gəldilər ki, oğluna de danışmasın, özün də çox danışma, yoxsa ailəniz üçün pis olar. Oğlunu da təhlükə gözləyir, bütün ailənizi təhlükə gözləyir, məhv edəcəyik sizi».

Emin Fətullayev naməlum mənbədən gələn hədəli telefon zəngi barədə polisə məlumat verib.

Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, ərazi sakini Emin Fətullayev mənzilinə hədələyici zəng olması ilə bağlı bölməyə ərizəylə müraciət edib. Hazırda onun ərizəsi araşdırılır.

Eynulla Fətullayev 2007-ci ildə terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin dekabr ayında ona qarşı üzərindən geroin tapılması ilə bağlı ittiham irəli sürülüb və o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Jurnalist özü ittihamları qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bir sıra beynəlxalq təşkilatlar da onu vicdan məhbusu sayaraq azadlığa buraxılmasını tələb edirlər.

Avropa Məhkəməsində isə Eynulla Fətullayevin Azərbaycan hökumətinə qarşı iddiası üzrə iş yekunlaşmaq üzrədir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: MTN
18.03.2010 00:17
Elbette zeng vurmali idiler. axi onlari biyabir eledi Eynulla. indi onun sesini kesmek isteyirler!!!

Kimdən: azer
17.03.2010 18:45
yekelik cixmasin men ele bu zengin olacagini bilirdim.cunki bizde bu ele bele de olur.

Kimdən: Abdulla Shaiq
17.03.2010 17:07
Azerbaycan hokumeti ne qederki cinaytkarlari hebs etmeyib (bu su icmek kimi bir seydi) butun subheler ele onun uzrinde olacaq. Bunu dusunmeye bizim tam haqqimiz var!!!

Kimdən: Insan Haradan: USA
17.03.2010 16:33
Men tamamiyle eksine dushunurem. Milyonlarla xalqi esarete surukleyen besireti tutulmush, imperialistlerin elinde oyuncaga cevirilmish keslerin bu xalq arasinda yashamaga haqqi yoxdur. Men azerbaycan dovletini tam destekleyirem ve hadiseleri kenardan seyr edirem. Dushunurem dovlet tam olaraq xalqa xidmet edir. Bashqalari ise xalqi yox vezifeni, qarinlarini dushunurer. Qoy xalq ucun ne ise etsinler, gorek dovlet yox deyirmi?
Cavab

Kimdən: Vuqar Haradan: Moskva
18.03.2010 00:36
O zaman sen neden imperialist devletde yashayirsan?Bu hakimyyet oz cinayyetini ort-bastir etmek uchun her bir chirkinliye el atir.Azerbaycanda movcud olan hakimyyet cinayyetkar bir hakimyyetdi ve senin kimi dar dushunceli insanlar bu hakimyyeti terfleyir,xalq ise nefret edir onlara.
Cavab

Kimdən: bedibext Haradan: USA
18.03.2010 00:15
aye senin hech dunyadan xeberin yoxdur.. amerikada olmaq helem insan olmaq demek deyil.
Cavab

Kimdən: Bakili Haradan: Xaric
17.03.2010 21:33
Ay INSAN,sen dogurdan da gorunurki Amerikada yasayirsan,gel bir Azerbaycana bir iki aylig,tam basga komment yazarsan.Aztv baxirsan mi,?Adam bilmir baxanda ya aglasin ya gulsun.
Cavab

Kimdən: Moshu Haradan: Goyezen
17.03.2010 18:49
O gun olsun Azerbaijana qayidib bu insanlarin ichinde yashayasan,ozude bu hakimiyyetin dovrunde.Sonra gorek ne fikirlsheceksen:-))
Cavab

Kimdən: Rail Haradan: Budapest
17.03.2010 17:58
Oturmusan, isti ABS-de danishirsan da.... Gözleri ach, yaxshi bax. 8 milyon heqiqeti bashqa görür. Sen camaatdan aghillisan demeli?!
Cavab

Kimdən: Abdulla Shaiq
17.03.2010 17:04
Mene deye bilersinizmi Birlesmis Statlarda Jurnalisti eqidesinden asli olmayaraq ferqi yoxdu ya iktidardi ya muxalifeti oldururler?
Cavab

Kimdən: Arzu
17.03.2010 16:58
Bu "Insandan" sorushan lazimdir ki vezifesini dushunen hebsxahada ne gezir? Vezifesini dushunenler vezufe bashinda oturub senin yazdiglarini heyata kechirirler. Hech kesin gozu kor deyil, hegigeti hami yahshi bilir.
Cavab

Kimdən: Insan Haradan: USA
17.03.2010 17:09
Men sizin haminizi cox sevurem. Amma nashi insanlar gerek ki, Sakashivilinin gurcularin bashina getirdiyini xalqin bashina getire bilerler. www.youtube.com bu sehfede acin gorun gurculer M. Sarkashviliye qarshi neler yazirlar.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
17.03.2010 16:32
Bəli, budur ümummilli liderin analoqu olmayan idarə üsulu! Yavaş-yavaş öz iç üzlərini açırlar. İnsanın adi vəziyyətlərdə içinin dərinliklərində gizlətdikləri extremal vəziyyətlərdə üzə çıxır: qəfil varlanma, qəfil yoxsullaşma, qəfil şad xəbər, qəfil pis xəbər, təhlükə ilə üzləşmə və s.

Kimdən: Zaur Haradan: sankt-peterburg
17.03.2010 15:54
..Beli bela bir xeberdarlig E.Fetullaevin ailesine olmaliydi.Cunki,movcut hakimiyyet hiss etdiki,Fetullaevin bir azda sixishdirilmasi onun bu hakimiyyet hagda bezi vacib megamlari aciglamasina sebeb ola biler.Movcut hakimiyyetden istenilen geyri ganuni iyrenc hereketleri gozlemek olar.
Cavab

Kimdən: Wah Ismayil Haradan: Sankt Peterburq
17.03.2010 17:08
Butun bu kimi meselelerin arxasinda,rejimin ozunemexsus oyun qaydalari durur.Ne beynelxalq teshkilatlarin,ne Azerbaycanin xalqinin etiraz eden tebeqesinin tenqitleri,naraziliqlari indiki reyimin eyninede deyil.Cunki 93-cu ilden hakimiyyet ancaq hucumdadir.(ele bilersiniz Qarabag nezerde tutular,esla bele deyil,reyimin hucum taktikasi,ancaq Azerbaycan xalqina hesablanib) Indiki hakimiyyet mudafiye movqeyine cekilse,demeli bunlarin sonudur.Ona gorede Emin Fetullayeve anonim zanglerin edilmesi gozlenilendir.Ancaq bu xeste reyim basha dushe bilmir ki,Eynulla kimi insanlari susdura bilmeyecekler.