Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:30

Siyasət

15 mart qiyamının pərdəarxası qəhrəmanı ilə müsahibə

Şriftin ölçüsünü dəyiş - +
Fərman Fəmirqol
Fərman Dəmirqol – İstanbul Unversiteti Hüquq fakultəsinin Konstitusiya hüququ müəllimi. 1995-ci ilin mart hadisələrindən sonra onun adı Rövşən Cavadovun yaxın adamları sırasında hallanırdı. Hazırda İstanbulda yaşayan və İstanbul Universitetində dərs deyən Fərman Fəmirqolla 15 il əvvəlki hadisələrə qayıdırıq.

Fərman bəy, Rövşən Cavadovla nə vaxt və harada tanış oldunuz?

Mən Rövşən Cavadovla mart hadisələrdən bir qədər əvvəl tanış olmuşdum. İlk dəfə Kənan Gürel adlı bir türk var idi, Rövşən Cavadovun dostu idi, onun toyunda görüşdük.

Sizin adınız mart hadisələrinin əsas iştirakçıları arasında hallandırılırdı...

Hadisələrdən sonra mənim əleyhimə mətbuatda çıxış edən adamlar – elm adamları, jurnalistlər - Türkiyəyə gələndə onlarla görüşüb soruşurdum ki, niyə belə danışırsız? Uzrxahlıq edirlər ki, Fərman bəy, sən bizə icazə ver – sənin əleyhinə danışaq, cünki bu, bizə xeyr gətirir.

Bu necə olur? - Deyirdim. Cavab verirdilər ki, bu saat Azərbaycanda sənin əleyhinə danışmaq xeyirdir - vəzifəmizi artırırlar, prorektor oluruq və sair. Sənin əleyhinə olmaq iş görmək baxımından bizi hökumətin qarşısında yaxşı göstərir.

Sizi çevriliş cəhdinin aktiv iştirakçısı kimi qələmə verirdilər. Bəs siz özünüz öz rolunuzu necə qiymətləndirisiz?


Bu hadisələrə münasibəti belə bir sualdan başlamaq lazımdır ki, 15 il əvvəl çevriliş var idi, yoxsa yox? Əgər çevriliş yox idisə, nə idi bu? Bu hadisələrdə Rövşən Cavadov nə etmək istəyirdi, hökümət nə etmək istəyirdi, Türkiyə nə etmək istəyirdi?

Gəlin, sizin rolunuza qayıdaq...


O vaxtlar hiss olunurdu ki, Heydər bəyə qarşı olan qüvvələr stabilliyi pozmaq istəyirlər. Bu məqsədlə də Rövşən Cavadovdan istifadə etmək istəyirlər.

Ona görə Rövşən Cavadova dedim ki, Rövşən bəy, istəmirəm şpionluq kimi olsun, ona görə təklif edirəm ki, Türkiyə səfirliyi vasitəsilə Heydər Əliyevlə danışaq. O, sizi yanına alsın, birgə işləyin. Qarşıdurma olmasın, stabillik pozulmasın.

Qarşıdurma məhz Heydər Əliyev və Rövşən Cavadov arasında idi?

Yox, sadəcə olaraq, Heydər Əliyevdən narazı olan bütün qüvvələr üz tutmuşdu Rövşən Cavadova. Ay Rövşən bəy, sən qəhrəmansan, sən böyük adamsan, bu Heydər Əliyevi devirmək lazım, biz də sənə kömək olacağıq – deyirdilər ona.

Mənsə fikirləşirdim ki, Heydər Əliyev Rövşən Cavadovu özünə yaxınlaşdırsa, onu ətrafındakı bütün bu adamlardan qurtara bilərdi. Mən ona açıq deyirdim ki, onun yanına gələn adamlardan gözüm su içmir.

Kim idi bu adamlar?

Kimlər gəlmirdi onun yanına? Gəncədən gəlirdilər, müxalifətdən gəlirdilər, zabitlər gəlirdi, millət vəkilləri gəlirdilər və deyirdilər, ay Rövşən bəy, bu Heydər Əliyev neyləyir belə? İndi ad çəkmək istəmirəm, amma ağlınıza gəlməyən adamlar var idi.

Bəs Rövşən Cavadovun bu adamlara münasibəti necə idi?

Deyirdi, onların dərdi var, kömək istəyirlər, sənsə, Fərman bəy, mənə mane olursan. O haqlı idi, mən istəyirdim ki, Heydər Əliyev onu müşavir təyin eləsin, bununla da qarşıdurrma yox olsun. Rövşən bəy razılaşdı. Mən də Türkiyənin səfirinə bu təklifi çatdırdım.

Türkiyə səfiri, xarici işlər müşaviri və əsgəri müşaviri ilə birlikdə Heydər Əliyevin qəbulunda oldular. Mən bu görüşdə yox idim. O səfirə Rövşən Cavadovun qardaşından şikayət etdi. Cavabında da dedilər ki, Mahir Cavadov ayrı, Rövşən Cavadov ayrı. Söz verdi ki, Rövşən Cavadovu qəbul edəcək. Lakin bu görüş baş tutmadı. Dedi səfəri var, səfərdən sonra zəng edəcək, lakin zəng eləmədi.

(Müsahibənin davamı tezliklə saytda yerləşdiriləcək, bizi izləyin)
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Samir Haradan: Bonn
20.03.2010 15:13
Azadliq radiosunun kollektivinnen cox xahish edirem ki Rövşən Cavadovl haqqinda ne video ve melumat varsa sayta yerleshdirsinler.

Mumkunse..

Kimdən: Atilay Haradan: RF
18.03.2010 13:07
http://www.eurovision-2010.com/category/eurovision-2010-azerbaijan BU SAYTDA HAZIRDA SESVERME GEDIR VE AZERBAYCAN ERMENISTANDAN 2 DEFE GERIDEDIR. GELIN HAMIMIZ SES VEREK
Cavab

Kimdən: Anonymous
19.03.2010 18:47
Aciq aydin gorunur ki bizim xalq oz qehramanlarini bilmir.

Qehremandan danishlilan movzuda "Eurovisionu" reklam edir.

Utanin!
Cavab

Kimdən: Qafqazli Haradan: Qafqazdan
18.03.2010 17:34
Hec henanin yeridir? Movzu bir Rovsen kimi bir igid haqqindadir sizde baslamisiz evrovision. Allah sene rehemet elesin Rovsen. Seni tarixden silmek olmayacaq. Lacin Cavadovunda qebri nurla dolsun yeri Cennet olsun. Bu sozler urekden gelir, sizlerin cismen oldurubler, qelben YASAYACAQSIZ.
Cavab

Kimdən: Sona Haradan: Bakı
18.03.2010 16:59
Дай Бог, чтобы мы проиграли Eurovision, надоело шоу.
И дай Бог, чтобы мы выиграли в важных делах:
КАРАБАХ стал нашим !!!

Kimdən: Salman Haradan: Nahcivan
17.03.2010 23:44
ALLAH OMONculara Rehmet Etsin ve onara garsi olanara Lehnet Etsin! ALLAH OMON ahilda olan insanari Azerbaicanda coh etisn ve bizi halqin 44 miliyon pulunu ohruyan taifadan AZAD ETSIN INSHALLAH!

Kimdən: Məhəmmədhəsən əmi
17.03.2010 18:39
Bu adamı o dövrdə Türkiyə Milli Kəşfiyyat Təşkilatı qanunsuz şəkildə İstanbul Universiteti Hüquq Fakultəsinə müəllim təyin etdirmişdi... Ara sakitləşən kimi də oradan qovdular. Hələ də İUHF müəllimiyəm deyə ortalıqda gəzir...
Cavab

Kimdən: Menden Haradan: Uzaq sahillerden
19.03.2010 12:44
Sehviniz var, IUHF-de hele de ishleyir, sadece hech sevilmeyen birisidir, konkret Turkiye yetishdirmesi ve adi MIT (Milli Istihbarat Teshkilati) agenti kimi chekilir. IU-de fakulteni altini ustune cheviren, telebeleri terefinden protestolarla qarshilashan bir shexsiyyetdir.
Cavab

Kimdən: Məhəmmədhəsən əmi
20.03.2010 17:22
İşlədiyi yer İUHF yox, Adalet Meslek Yüksekokulu-dur.

Kimdən: İnsan
17.03.2010 18:31
ALLAH RÖVŞƏN CAVADOVA və oğlu LAÇIN CAVADOVA RƏHMƏT ELƏSİN.

Kimdən: Vuqar Haradan: Moskva
17.03.2010 16:22
15 martdan once oktiyabr hadiseleri olub ve Heyder Aliyevin 8 km OMONA qarshi qonderdiyi ordunu, OMON-chular chox rahatliqla zerersizleshdirirdiler,men bunun shahidi olmusham.Rovshen Cavadovun en boyuk sehvi o oldu ki,o Heyder Aliyeve inandi ve neticede mart ayinda Heyder Aliyevin hiylesi bash tutdu.Men shehid olan OMON-chulara rehmet,onlara qarshi xainlik edenlere lehnet dileyirem!!!!!!!!!!!!!!!!!!!!

Kimdən: Zaur Haradan: sankt-peterburg
17.03.2010 15:42
15 mart hadiselerinin perdearxasi bir xeyli gehremanlari var.Ferman Demirgolunu men o gederde ciddi bir figur hesab etmirem o hadiselerde.Esas ona digget yetirmeliyiki,15 mart hadiselerinde Turkiyenin o dovurki hakimiyyetinin rolu ciddi oldu.Sonradan hakimiyyete gelen diktator H.Eliyevi Suleyman Demirel ciddi destekledi.Umumiyyetle Suleyman Demirel men deyardimki,Turkiyenin preziden usul-idare tarixinde en nankor prezident oldu...Rovshen Cavadovun merhum ruhu hemishe gelbimizde yashayacag.Heyder Eliyevin nefesi duyulan yerde onun kimi ogullarimizin yashamasi geyri mumkun idi...