Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:41

Özü yıxılan ağlamaz


Martın 16-da ATƏT-in təmas xəttində planlaşdırıldığı monitorinq baş tutmayıb. ATƏT nümayəndələrini aparan nəqliyyat vasitələri bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Monitorinq baş tutmayıb.

Müdafiə Nazirliyi bildirir ki, monitorinq planlaşdırılan ərazinin bataqlıq olması barədə ATƏT rəsmilərinə xəbərdarlıq edibmiş…

Prezident niyə sağına-soluna baxmır?

«Azərbaycan prezidenti nə sağına baxır, nə soluna. Öz müstəqil siyasətini aparır. Öz xalqı ilə öz siyasətini aparır. Heç bir kənar güclər, heç bir «Washington Post»lar, heç bir yazılar, heç bir şərlər ona yapışan deyil. Bunu hamı, o cümlədən də deputatlar bilməlidir».

Bunu spiker Oqtay Əsədov parlamentin martın 16-da keçirilən iclasında deyib. Bəzi deputatlar «Washington Post»da Əliyevlərin Dubay mülküylə bağlı dərc olunmuş yazıdan danışıblar.
«The Washington Post» qəzeti mart 5-də yazdığı məqalədə qeyd edib ki, Azərbaycandan olan, adları, soyadı və doğum tarixləri prezidentin uşaqları ilə eyni olan 3 Əliyevin Dubayda 75 milyonluq mülkü var.

Yağma yağış, yağma yağış....

Vaxtilə dövlət idarəsində işləmiş Oruc Orucov AzadlıqRadiosuna etiraf edib ki, həmin idarədə işlədiyi müddətdə hər ay leqal maaşla yanaşı ona zərfdə əlavə pul verilirmiş. Dediyinə görə, son artımdan sonra 240 manat maaş alırmış, hər ay da ona zərfdə 300 dollar əlavə pul verilirmiş. Zərfdə verilən pulun paylanıb-paylanmadığını öyrənmək üçün paroldan istifadə edirmişlər:

- Maaşı alandan sonra hər ayın 5-10-u aralığında zərflər verilir. Hətta bir-birimizə zəng edib soruşurduq ki, nə var, nə yox, «yağış yağır?». Zərfdə verilən pulun parolu «yağış»dı. Soruşurduq ki, «yağış yağır», misal üçün cavab verilirdi ki, hələ sakitlikdir, axşama bəlkə yağdı. Və yaxud bizə dünən «yağdı», yəqin bu gün də sizə «yağış yağar». Birinci mərkəzi aparat, sonra şöbələr alır.

Bütün işsizlər, Dəvəçiyə!

«Bu gün Dəvəçi rayonunda iş axtaran yoxdur, işçi axtaran sahibkar var».
Bunu Dəvəçi rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov deyib. Bölgələrin inkişafına həsr olunmuş dövlət tədbirində danışan Novruz müəllim onu da qeyd edib ki, respublikanı tərəqqiyə aparan yolda dəvəçililər də öz səy və bacarıqlarını əsirgəməyəcəklər.
XS
SM
MD
LG