Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:48

Siyasət

ABŞ-ın Azərbaycana yeni səfirinin gecikməsi sırf daxili proseslə bağlıdır

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson
x
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson
Şriftin ölçüsünü dəyiş - +
ABŞ-ın Azərbaycana yeni səfirinin təyin edilməsində yaranmış ləngimə sırf daxili proseslə bağlıdır.

Bunu səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson jurnalistlərə müsahibəsində deyib.

O, bildirib ki, bəzi mənbələrdə yeni səfirin təyinatında yaranan yubanma ilə əlaqədar yanlış məlumatlar yayılır:

«Bu, belə deyildir. Səfir üçün namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halının yoxlanılması uzun zaman tələb edir».

Terri Devidson qeyd edib ki, ABŞ səfirliyinin fəaliyyəti təkcə səfirlə məhdudlaşmır, hazırda səfirlikdə 80-dən artıq amerikalı işləyir.

O, həmçinin vurğulayıb ki, ABŞ Azərbaycan ilə təhlükəsizlik, enerji, demokratiya və digər sahələrdə uğurla əməkdaşlıq edir. Səfirin təyinatında yaranan gecikmə ikitərəfli əməkdaşlığa xələl gətirə bilməz. /AzərTac/
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Adem Haradan: Hamburg
17.03.2010 19:10
Ne ucun siz Zor Balayanin cavabini vermirsiniz? En azindan bir dene komentar yaza bilerdiniz. Bu qeder gunahsiz insani oldurub, adini da qoyub qarabag azadliq teshkilati. Sizin meqsediniz yalniz ABS in maraqlarina xidmet etmekdir!!!
Cavab

Kimdən: azeriden Haradan: rusiyadan
18.03.2010 03:26
seninle tam raziyam,ELOGLU.

Kimdən: Adem Haradan: Hamburg
17.03.2010 16:29
Men ABS i azerbaycan ucun boyuk bir tehluke menbesi gorurem. Cunki her zaman tamahkiri yalanci aldadib.

Kimdən: Lara
17.03.2010 15:28
ABS-a bağlı olan bircə ürəyimi açan layihə var - Azadlıq radiosu.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
17.03.2010 13:39
ABŞ "azadlıq!" və "demokratiya!" kimi cəlbedici şüarları atıb ortalığa müsəlman ölkələrində azadlığın və demokratiyanın "anasını ağlada-ağlada" yeni "nizam qurur" dünyada. Sözün açığı, bir zamanlar bu azadlıq və demokratiya məslələri məni də yaman şirnikdirmişdi. Amma "Əkiz binaların" partladılmasından və İrak xalqının başına gətirilən faciələrdən sonra sanki yuxudan ayıldım. Mənim fikrimcə, ABŞ siyasətçiləri kovboy paltarı geyinmiş ruslardır. Başqa fərqləri yoxdur. Çox təəssüf...

Kimdən: Ədalət Haradan: Baki
17.03.2010 13:06
Azadliq radiosu araşdırsın görək, hansı ölələrdə səfirlər gec təyin edilib, bunun səbəbləri nə olub? maraqli olar məncə
Cavab

Kimdən: arzu Haradan: london
17.03.2010 13:55
sefire ne ehtiyac var ki kim ne dese onun dalina dusub gedir de birce ona deymesinler ona gore de ekonom edir de ABS oz camaatinin pulunu yoxsa bizimki kimi xerclemir de oz ailesine
Cavab

Kimdən: Insan Haradan: USA
18.03.2010 00:34
Siz ele yazirsiniz ki, ele bil yeni xarice kocubsunuz. Cine butun texnologiyani, kapitallari aparan ABS kapitalistleri deyilmi?

Kimdən: Abdulla Shaiq
17.03.2010 12:28
indi geler bu saat geler))))