Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:29

Siyasət

Jurnalistlər MTN-ə cağırılıb

Martın 16-da “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən R.Arifoğlu bildirib ki, ona "Yeni Müsavat" qəzetində dərc olunan yazı ilə bağlı sullar verilib.

x
Şriftin ölçüsünü dəyiş - +
Onun sözlərinə görə, söhbət həbsdə olan jurnalist Eynulla Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN-in əli olması barədə son açıqlamasından gedir.

“Müstəntiqlər üç saat ərzində Fətullayevin bəyanatının qəzetimizdə yerləşdirilməsinin səbəbləri və motivlərini aydınlaşdırmağa çalışdılar”, - deyə Arifoğlu MTN-ə çağırış haqqında "Turan" informasiya agentliyinə bildirib.

“Xüsusi xidmət orqanı təmsilçiləri mənə təzyiq edərək, dedilər ki, bu mövzunu davam etdirməyim, çünki jurnalist yazıları MTN-i nüfuzdan salır və Elmar Hüseynovun qətlinin üstünü açmağa mane olur” - deyə “Yeni Müsavat” redaktoru əlavə edib. 

Xəbərdə həmçinin deyilir ki, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də martın 17-də MTN-ə dəvət edilib.

"Gündəlik Azərbaycan" qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətuillayev bugünlərdə mediaya  Elmar Hüseynovun qətlində MTN əməkdaşlarının əli olduğunu iddia edən məktub göndərmişdi.

MTN-dən baş verənlərə münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qaldı
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Mahmud
17.03.2010 14:48
Bu da elə hey özündən deyir,məmləkətin bütün güc strukturları işin gücün buraxıb Rauf beyin olmayan kölgəsi ilə savaşırlar.Bu adam psixolji olaraq müalicə olunmalidir vəssalam.İtdən soruşurlar ki,niyə hürürsən? Deyir qorxuduram.Soruşurlar ki,bəs quyruğun niyə titrəyir?Deyir ki;bəs özümdə qorxuram.

Kimdən: W
17.03.2010 14:37
Siruz Təbrizlidən sitat: - Simasız quldurlar

Kimdən: Zaur Haradan: gurbetden
17.03.2010 12:50
rauf bey deputat olmag arzusuna duwub,ona gore ozunu millete gosterir,guya igtidarnan elbir deyil?men onda ona inanaram ki,deputatliga namizedliyini ya mehriban eliyeva ya celal eliyev yada siyavuw novruzov olan daireden ireli sursun deputatliga namizedliyini!

Kimdən: Anonymous
17.03.2010 12:49
Rauf Arifoglu kimi muxalifetchiler bu xalqin bashna yastiq qoyanlardir. Illerle muxalifet adiyla min bir oyundan chxirlar. Chekilin-gedin, xalq sizlerden sozun esl menasinda bezib. Imkan verin vicdanli, merd, milletini seven shexsler muxalifetchlik etsinler.Ofisleriniz, mensheyi bilinmeyen maliyye yardimlariniz.Siz ozunuzu muxalifetchi adlandiranda adamda ikrah hissi bash qaldirir.Baxin yaxin qonshulariniza. Esl muxalifet onlardir. Insanlari ele salmaq olmaz. Bu gun mitinq, sabah mitinq, bir aydan sonra mitinq.Anlamaq istemirsiniz ki, sizin limitiniz basha chatib.Allahi sevirsinizse gedin ayri ishlerle meshgul olun. MTN-e qelince ise bu nazirlikde peshekarliq 2004-cu ilin yayindan yoxa chixib. Merhum Heyder Eliyevin peshekarliqla yaratdigi, Z.Yusifzade, N.Abbasov kimi nazirlerin rehberlik etdiyi bu nazirlik chox qisa bir muddetde oz funksiyalarini itirdi. Atalar demishken- choreyi ver chorekchiya birinde artiq.
Cavab

Kimdən: azeriden Haradan: rusiyadan
18.03.2010 03:38
daha sen bunlara deyirsen yixil acindan ol.ne i$ gelir bunlarin elinden?ne baliq deyil,ne et,rus demi$ken.

Kimdən: Abdlla Shaiq
17.03.2010 12:23
Ne qederki Azerbaycanda Vetandas cemyeti yoxdu ictimai qinaq yoxdu onun basina geenler ferqi yoxd kim diktatorluq edecekler

Kimdən: Heqiqet Haradan: Baki
17.03.2010 12:19
Rauf bey, uqurlar!
ne yaxshi ki, sizler varsiniz! Qezetiniz bir tarixdi, indi qiymetini almasa da gelecekde alar...

Kimdən: receb
17.03.2010 11:22
turk, yehudi,rus, britaniya ve amerika mtnsiklere baxsinlar gorsunler MILLI MENAFE ve DOVLETI TEHLUKESIZLIYI nece qorumag lazimdi...daha bizimkiler kimi agac kesib torpag satmagnan yox, shadlig evleri ve cay evlerinden pul yigmagnan yox..UGURLAR MTN!

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
17.03.2010 11:02
2003-cü il. 15 Oktyabr. Seçkilər başa çatandan sonra şəhərdəki narahat insanlar ora-bura vurnuxur. (Oktyabrın 13-də Qələbə k/t meydanında qərara alınmışdı ki, seçkilər saxtalaçdırılsa, səhəri gün (16 oktyabr) yenə mitinq keçiriləcək və səhv etmirəmsə, Bakı şəhər İcra Hakimiyyəti də buna razılıq vermişdi.) Axşam xəbərlərində polislə narazı insanların qarşıdurması göstərilir. Kadrda göstərilir ki, Rauf Arifoğlu "Müsavat"ın binasının yuxarı mərtəbəsindən aşağıdakı insanları qırıq stol ayaqları ilə "silahlandırır". Bununla da o, polisə bəhanə vermiş oldu ki, "silahlı etirazçıları" "zərərsizləşdirsin". Rauf Arifoğlunun şəklini gördüm, yadıma o kadr düşdü...

Kimdən: Bayandur Xan Haradan: Derdli Baku
17.03.2010 10:55
Hacibala Abutalibovun yerine olsaydim, Azerbaycani sokub yerinde AZADLIQ VE DEMOKRATIYA FANTANLARI tikerdim. Bu millet ezilmeye layiqdir. Ona gore ki, yatmish bir adamin arxasinda bash verenlerden xeberi olmadiqi kimi, yatmish milletinde bashina deyenlerden xeberi olmaz. Bu milletin azad metbuatina Rauf Arifoqlu ve Qanimat Zahid, Muxalifetine ise Isaynan Ali Karimli bashciliq edirse, dovlat bashcisi Ilham Aliyevdirse onda millet ezilmeye layiqdir. Rauf Arifoqlu DIN-e gedende ele bil qardashinin toyuna gedir, MMTN-e gedende ise ele bil Lezginin belinden xenceri dushub iten kimi olur. Bunun sebebi nedir?

Kimdən: Salamat Haradan: Bakidan
17.03.2010 09:56
Kimi görurem........ Rauf muellim.........
Bir şeyi öyrənmək olar rauf muəllim niyə yazmır...... Hemişə sülalə, rejim, qaniçənlər, playboy oglan daha nələr nələr yazardı kəskin.......... indi daha yazmır.............. bu il deputat olmaq düşməyib ki, könlünə
Mən onun məhkəməsində dəstək olmaq üçün Daşkəsəndən gəlib Bakıda yaşayardım....... nə isə..........
Cavab

Kimdən: s
17.03.2010 14:34
İndi də ailənə dəstək olmaq üçün köç Daşkəsənə )
Cavab

Kimdən: Salamt Haradan: Bakidan
18.03.2010 11:07
Ailem hemishe yanimda olub yene de yanimdadi.
Hele vaxt tapib s-nin ailene de destek verirem, emin ol!
Səhifə (2)
    Növbəti