Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:28

İqtisadiyyat

NABUCCO özünə gəldi...

x
Şriftin ölçüsünü dəyiş - +
Bu kəmər layihəsi reallaşsa, Azərbaycan həm öz qazını Avropaya yaxşı qiymətə sata biləcək, həm də Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropanın enerji təhlükəsizliyində vacib halqaya çevriləcək, strateji əhəmiyyəti artacaq.

Azərbaycandan başlayıb Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanacaq NABUCCO qaz kəməri layihəsini çoxları ölmüş sayırdılar, amma kəmərin reallaşmasına ümidlər yenidən artıb və kəmərlə ilk qazın artıq 2014-cü ildə axacağı haqqında danışılır.

ANKARA DA NƏHAYƏT "HƏ" DEDİ

Əvvəla, martın 4-də Türkiyə parlamentinin NABUCCO qazının nəqli haqqında dövlətlərarası sazişi təsdiq etməsi belə nikbinliyə əsas verir.

Həmin sazişi 5 dövlət - Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalamışdı, amma indiyəcən sənədi təsdiqləməyən yalnız Türkiyə idi.

Azadlıq Radiosuna verdiyi eksklüziv müsahibədə NABUCCO layihəsinin direktoru Raynhard Mitşek deyir ki, Türkiyənin bu addımı çox vacibdir.

"Bu dövlətlərarası saziş çox mühüm sənəddir, çünki qazın 5 ölkə boyu nəqli üçün vahid rejim müəyyən edir. Bu, bir dövlətlərarası saziş olduğu üçün onun hüquqi qüvvəsi sözügedən ölkələrin yerli qanunvericiliyindən üstündür. Sazişin müddəti 50 ildir, bu da sərmayəçilər, banklar və daşınma ilə məşğul olanlar üçün rahatlıq, təhlükəsizlik və etibarlılığın təmin olunması deməkdir".

AZƏRBAYCAN VƏ TÜRKİYƏ ANLAŞIB

Türkiyənin sazişi təsdiqləməyi ləngitməsi Ankara ilə Bakı arasında mövcud olan narazılıqlarla bağlı idi.

Roma Universitetinin geopotika və enerji üzrə mütəxəssisi Federiko Bordonaro deyir ki, artıq bu maneə də aradan qalxıb.

Raynhard Mitşek
“Əvvəlcə türklər və azərbaycanlılar arasında qiymətlə bağlı razılıq yox idi. Amma indi, mənim başa düşdüyümə görə, Ankara Azərbaycanın Şahdəniz yatağından çıxarılmış qazın nəqli üçün tranzit vergisi alacaq, amma qazın Türkiyə ərazisinə daxil olmasına görə Azərbaycan Türkiyəyə heç nə ödəməyəcək. İndi iki ölkə arasında bütün qiymətlərin, vergilərin dəqiq ifadə olunduğu saziş var. Bu o deməkdir ki, artıq NABUCCO layihəsinin işə düşməsi üçün münbit hüquqi zəmin var”.

NABUCCO-nun baş tutacağına inanmağa əsas verən bir hadisə də bu günlərdə baş verdi. Almaniyanın RWE şirkəti – NABUCCO-nun 6 səhmdarından biri olan RWE şirkəti Azərbaycanla anlaşma memorandumu bağladı ki, Xəzərdəki Naxçıvan qaz yatağını istismar edəcək. Həmin yataqdan çıxarılacaq qaz şübhəsiz ki NABUCCO üçün nəzərdə tutulub.

Bu, kəməri işə salmaq üçün yetərincə qazın olmaması haqda narahatlıqları azalda bilər.

Keçən il RWE şirkəti Türkmənistanla da oxşar saziş bağlamışdı. Türkmənistan da Azərbaycanla yanaşı NABUCCO üçün iki əsas qaz mənbəyindən biri sayılır. Bu isə o deməkdir ki, indi Azərbaycan və Türkmənistan arasında NABUCCO ilə bağlı sazişləri bağlanması istiqamətində işləri yekunlaşdırmaq üçün heç bir hüquqi maneə yoxdur.

SƏHMDARLAR AXTARIŞDADIR

Azadlıq Radiosuna verdiyi məxsusi müsahibədə NABUCCO-nun direktoru Mirşek deyir ki, RWE şirkətinin Azərbaycanla müqaviləsini yüksək qiymətləndirir.

“Xoşbəxtlikdən NABUCCO-nun səhmdarları çox fəaldırlar. Onlar Azərbaycan, Türkmənistan və İraqda qaz tapmaq üçün aktivlik göstərirlər. Mən əminəm ki, kəmər işə düşəndə bizim 8-10 milyard kubmetr qazımız olacaq. Daha sonra biz bu rəqəmi – kəmərin tam daşınma gücünə - yəni 31 milyard kubmetrə çatdıra biləcəyik”.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Brunno Haradan: baku
17.03.2010 14:12
haramlari olsun, gözelrinden gelsin. Bitzi adatdilar ki, nefti verin garabagi size geri alacayig.. Indi ise.. ip de getdi.. it de....

ALmanlarin bura ayag acmasi ise yaxshi hal deyil. Berlinde dagliq garabag respublikasinin resmi numayendelyi acilib. Bizim hökumet ne geder etse de onu baglatdira bilmedi...
Butun bunlardan sonra biz onlara bizim tebii servetlerimizden behrelenmeye icaze verdik.....

Kimdən: salim Haradan: baki
17.03.2010 11:59
100 dana da bela layihe olsa yena acindan olacayik.villalarin sayi artacaq.deyisen bir sey ilmayacaq.

Kimdən: Samir Haradan: Bakı
17.03.2010 11:24
Nefti əcnəbilərə satdıq - xalqın əli "yağa" batdı.
Qazi satdıqdan sonra isə xalqın əli "bala" batacaq.
Hər il neft-qaz hasilatı artdıqca əhalinin həyat səviyyəsi aşağı düşür, prezident başda olmaqla korrupsioner məmurların varidatlarının dəyəri isə milyonlardan milyardlara keçir.
Bunun sonu necə olacaq? Məlum deyil. Allah bu xalqa səbr verməsin.

Kimdən: Mübariz Haradan: Bonn
17.03.2010 01:38
Män Azärbaycandaki iqtidarin Azärbaycanda illik istesal olunan neft-qaz hasilat bäyanatini sämimi olaraq qabul etmiräm. Yalniz bunu bashdan söylüyüm ki Sanqachal terminali dünyadaki än böyük qaz terminalidir.
Dünyada än yüksäk yasham standartina sahib Norveqyanin illik istesal ettiyi qaz vä neft hasilatini bizim dövlät mämurlari täräfindän söylänän(cüzü) miqdarlarla arada chox böyük färqlär var. Färz edälim bunu dövlät sirri olaraq belä bäyan edirlär. Ancaq xalqimizin yasham shärtlärinä näzär yetirdiymizdä bunlar bir-biriynän hech cür örtüshmür.
Dünyanin än böyük qaz terminali vä äsrin neft müqaviläsi.
Bäs bu necä olur ki Norvech illik adam bashina 25-min dollarla dünyanin än yaxshi yasham standartina sahib olur?
Män gärchäk cavabi arashdirmaga dävam edäcäyäm. Bunuda bashdan söylüyüm ki Azärbaycan xalqi hakimiyyätin verdiyi bäyanatlarin dogru olmadigini täsbit edärsä bu bir nechä milyon dollarin vätändän getmäsinä hech oxshamaz. Mänim tanidigin Azärbaycan xalqi bunun hesabini hakimiyyätdän sormadigi müddätcä äsla äl chäkmäzdär.

Kimdən: azeriden Haradan: rusiyadan
17.03.2010 01:01
qarabag AZERBAYCANIN xeyrine hell olunduqdan sonra bu layihe i$e du$melidir.qoy yaltaq ve ikiuzlu avropa hemi$e rusdan asli olsun.

Kimdən: Olmush Haradan: Qebirden
16.03.2010 23:02
Hec xeyirli olmasin>>>>>>>>>>>
Cavab

Kimdən: Fuad Ismayilov Haradan: Cexiya Respublikasi
17.03.2010 04:25
Ele deme qardashim.

Kimdən: Teymur
16.03.2010 22:12
Hörmətli Rövşən Qənbərov NABUCCO hakında məlumat vermənizə görə təşəkkürlər edirik..Bu günə kimi neftimizin gəlirini görmürük. Amma hər bir Azərbaycan vətəndaşının boynuna 800 ABŞ dolları borc yazılır. Bəs HABUCCO qaz kəməri öz niyyətinə catsa nə qədər hər bir vətəndaşa borc hansı ölkədə isə yeni bahalı mülkün alınması olacaqdır.