Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:16

Siyasət

Oqtay Əsədov: «Azərbaycan prezidenti nə sağına baxır, nə soluna»

Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycan prezidenti nə sağına baxır, nə soluna. Öz müstəqil siyasətini aparır. Öz xalqı ilə öz siyasətini aparır. Heç bir kənar güclər, heç bir «Washington Post»lar, heç bir yazılar, heç bir şərlər ona yapışan deyil. Bunu hamı, o cümlədən də deputatlar bilməlidir».

Bu fikirləri spiker Oqtay Əsədov parlamentin martın 16-da keçirilən iclasında deputatlar Pənah Hüseyn və Qüdrət Həsənquliyevin bu günlərdə «Washington Post» qəzetində prezident İlham Əliyevlə bağlı dərc olunmuş yazı barədə fikirlərinə cavab olaraq deyib.

Qüdrət Həsənquliyev hesab edir ki, Amerika belə vasitələrlə Azərbaycana təzyiq etmək istəyir.

Pənah Hüseynə görə isə, məsələyə aydınlıq gətirməsi prezident İlham Əliyevin özünün maraqlarına xidmət edər.

Oqtay Əsədov deyib ki, «dövlət başçısına deyilən və yazılan hər bir gədə sözünə dövlət başçısı cavab vermir».

«The Washington Post» qəzeti mart 5-də yazdığı məqalədə qeyd edib ki, Azərbaycandan olan, adları, soyadı və doğum tarixləri prezidentin uşaqları ilə eyni olan 3 Əliyevin Dubayda 75 milyonluq mülkü var.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: vetendaş Haradan: vetenden uzaq
30.03.2010 12:58
Bilirem harınlıyıblar. Bu bellidi. Ama heç olmasa özlerine de hörmet qoymullar? Bir parlament sedrine bele bir ifade yaraşarmı?: "prezident her gedeye cavab vermir". Bes bu prezident dememişdimi her azerbaycanlının prezidenti olacaq. olmuya azerbaycanlılar "gedeler" ve "gede olmayanlar" deye iki qrupa ayrılıb, xeberimiz yoxdu.

Kimdən: Shahin
29.03.2010 23:38
Allah olsaydım bunları yaxşı cəzalandırardım.Hardan alax allahı,hardan alax ədaləti,hardan alax insanlığı,hardan alax Zorronu,Koroğlunu, yazıx azərbaycan xalqı, nələr cəkirik, cox bədbəxtik,yazıqlar olsun bizə.Bunlarnan mübahisə etməyə dəyməz hər şeyi bizdən yaxşı bilirlər.Sadəcə boğaz dərdinnən boğaz olublar.

Kimdən: Duz Adamdan Haradan: Bakidan
29.03.2010 16:04
soleri ora-bura yozmayin, esedov demek isteyirki, Prizident hec bir xarici quvvererin elinde oyuncax deyilki, saxa sola baxib onlarin dediklerin etsin. ozunun fikri ve siyasi kirsu var, ve oz milli maraxlarimizi hec bir tezyiqlere baxmayaraq deyishmeyecek.

Kimdən: Lolita Haradan: NYU-York
29.03.2010 15:12
Hormetli Penah bey , Men tesevvur edirem , Prizident Milli Meclisde bu meseleye nece aydinlig getirerdi. Meselen bele : Men etmishem , Duz etmishem !!!!!

Kimdən: Teymur
18.03.2010 16:08
Hörmətli Parlament spikeri Oktay Əsədov SİZ cox doğru bildirirsiniz. (Prezident nə soluna baxır nə də sağına) Həmişə yalan mürtəce qanunlara göz yumub qəbul edirsiniz. Bunun ücün dilim-dilim olsun zorakılığın əsarətindən azad olan dilim. Dilinizdə əsarəti qəbul etməyib. Özünüzdən aslı olmayaraq diliniz də AZADLIĞ istəməsini təsdiq edib bildirir ki, ay millət sizin Prezidentiniz nə sağından qorxur nə solundan. Necə gəldi elədə addım atır !...

Kimdən: azer Haradan: elden
18.03.2010 15:25
bu boyda analoqu olmayan suretle inkisaf eden,"iqtisadi inkisafina gore dunyada 1ci yerde olan(I.E)"olkenin prezidenti ele bele de olmalidir.O bizi yalniz ireliye aparir ona gore de saga,sola baxmir.5-6 ile qalaktikanin en inkisaf olkesi olaq ondan sonra zati alileri dayanib arxaya-tozumuzda qalan olkelere baxacaq

Kimdən: men x Haradan: China
18.03.2010 10:38
gor ne gundeyik,milli meclisin sedrinin danishigina bir bax :``Oqtay Əsədov deyib ki, «dövlət başçısına deyilən və yazılan hər bir gədə sözünə dövlət başçısı cavab vermir»
bunun kimilerdi olkemizi berbad gune qoyan.....................

Kimdən: EL OGLU Haradan: BAKU
18.03.2010 02:04
CENAB ELIYEV ANCAQ VE ANCAQ CIBIN GUDUR O NE SAGIN NE SOLUN NEDEKI XALQLN DUWUNUR

Kimdən: Rasim Haradan: buralardan
17.03.2010 22:04
Yani prezident bu deyilenleri hec .... almir, xalqi da "tembolee"!

Kimdən: Eldar Haradan: Rusiya
17.03.2010 20:51
Yadından çıxır sözləri rastamojkadan keçirmək, ona görədə hakimiyyət üçün sözlər baş ayaq alınır. Amma təntidiyindən sözün düzünü deyir. Bir məsələdə var ki, birdən zəmanə dəyişər sorğu-sual olunar. Bax onda deyəcək ki, balam hamı qorxurdu səsini şıxartmağa. Müxalifət zəif idi, məndə sizə vəziyyəti üstü örtülü çatdırırdım. Neynim tədbir görə bilmirdiniz.
Səhifə (4)
    Növbəti