Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:29

Verilişlər / Korrupsiometr

İmişli sakini evinin çardağında etiraz aksiyasına başlayır

Rahim Musanın 2007-ci ildə evinin çardağında təşkil etdiyi etiraz aksiyası, 30 may 2007

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
İmişli rayon sakini Rahim Musa təzədən evinin çardağında etiraz aksiyasına başlayır. O, AzadliqRadiosuna bildirib ki, tələbləri üç il əvvəlki kimi qalır: ölkədə insan haqlarının pozulmasına və korrupsiyaya son qoyulsun!

Rahim Musa 2007-ci ildə bu tələblərin əks olunduğu şüarlarını yazıb evinin damına yapışdıraraq etiraz aksiyası keçirəndə medianın gündəminə çıxmışdı. Az sonra isə onu polisə müqavimət ittihamı ilə həbs ediblər. İmişli rayon məhkəməsi onu beş illiyə azadlıqdan məhrum edib. Amma prezidentin keçən il dekabrın 25-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

44 yaşlı, üç uşaq atası Rahim Musa bugünlərdə köhnə tələblərlə etiraz aksiyasını davam etdirmək qərarına gəlib: “Mən şüarları yazdırmışam və evimin üstünə vurmağa hazırlaşıram. Şüarlarım da belədir: “Özəl məmləkətin kölə vətəndaşlığına yox deyirəm”, “Ramiz Mehdiyev bu millətə azadlıq ver!”

Rahim Musa deyir ki, bu istəyindən xəbər tutan rəsmi qurumlardan artıq xəbərdarlıq da alıb. Ona deyiblər ki, həmin şüarları evinin damına assa, yenidən həbs ediləcək. Xəbərdarlığa baxmayaraq, keçmiş məhbus ikimərtəbəli evinin çardağında aksiyanı keçirməkdə israrlı olduğunu deyir.

Rahim Musanın bir tələbi də - telefonunu özünə qaytarsınlar. Dediyinə görə 2007-ci ildə İmişli rayon məhkəməsində proses zamanı onun mobil telefonunu da müsadirə ediblər. İndi onu geri qaytarmalıdırlar.

Rahim Musa ilə müxbirimiz Maarif Çingizoğlunun telefon söhbətini dinləyin.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ədalət Haradan: Sumqayıt
18.03.2010 00:33
Bu İNSANIN adı Azərbaycanın azadlıq və korrupsiyaya qarşı mübarizə tarixinə düşəcək, övladları onunla fəxr etsinlər.

Kimdən: RAFAEL Haradan: Azərbaycan
16.03.2010 11:03
halaldı ,ama mən heç nə edə bilmirəm

Kimdən: haqq Haradan: baku
16.03.2010 04:37
QURANın tövbə surəsində deyilir ki,rüşvətlə yığılan qızıl və s.o kəsin böyrünə və belinə əridilərək töküləcək,damğalanacaq.O kəslər cəhənnəm odunda yananda,beləlkəri(haqq tərəfdarları)cənnətdə əbədi qalacaqlar.

Kimdən: Türkün fədaisi Haradan: vugara.livejournal.com
16.03.2010 01:41
Özünü kişi sayanlar baxın görün əsl kişi necə olur. Tək canı ilə bütün mafiyaya meydan oxuyur.

Kimdən: azeriden Haradan: moskva
16.03.2010 00:36
Azerbaycanin senin kimi oqullara ehtiyaci var halal olsun sene

Kimdən: Men
15.03.2010 23:00
Bu adama regbet filannan ish bitmez. Bu aksiyaya hami goshulmalidir.

Kimdən: Pronobis Haradan: Napoli
15.03.2010 22:41
Bu shexse tukenmez regbetim var. Onun ovladlarinin bashi daim digerlerininkinden uca olacaq. Tanri ozu ona komek olsun
Cavab

Kimdən: Arix oglan Haradan: BedbexStorun yaninan
28.03.2010 08:07
Bu aksiyaya bu gun Qezetderin birinde ras geldim Cox qururlandim
aksiya men nece qowula bilerem dedim oz-ozume
bir az ke4medi Ypx saxladi ozunu teqdime edtdi fikrini bitirmiwdiki men qayitdimki Ozelle$drilmiw memleketimin Kole Vetandawi Filankesov..Flankes
Cavan kadir idi Menim kimi Kadirida ilk defe idi deyesen Gorurdu