Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:56

Siyasət

«Bloqqerlərin həbsdə saxlanılması cəmiyyətin ən son məğlubiyyətidir»

Şriftin ölçüsünü dəyiş - +
«Gənc bloqqerlərin həbsdə saxlanılması Azərbaycanın müstəqil mətbuat və vətəndaş cəmiyyətinin ən son məğlubiyyətidir».

Amerikanın Helsinki Komissiyasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komitəsinin sədri, senator Bencamin Kardin belə deyib.

Helsinki Komissiyası martın 15-də bəyanat yayıb. Sənəddə bloqqerlərə qarşı hökmün qüvvədə saxlanılmasına görə Azərbaycan hökuməti kəskin tənqid edilir.

«AYDINDIR Kİ, NƏYƏ GÖRƏ AZƏRBAYCAN BELƏ SƏCİYYƏLƏNDİRİLİB»

Senator Kardin deyib: «Aydındır ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi nəyə görə Azərbaycanı ATƏT regionunda ən çox jurnalistləri həbsdə saxlamaqla səciyyələndirib».

Bloqqerlər – Emin Milli və Adnan Hacızadə ötən ilin iyul ayında həbs ediliblər. Dövlət Departamentinin insan haqları hesabatında onların həbsi hökumətin təşkil etdiyi kobud bir insident kimi görünür. Hücuma məruz qalan şəxslər insident barədə polisə xəbər versələr də, qarşı tərəf sərbəst buraxılıb. Əvəzində şikayətçilər həbs edilib.

Noyabrın 11-də məhkəmə Millini 2 il yarım, Hacızadəni isə 2 il azadlıqdan məhrum edib, onları xuliqanlıq etməkdə ittiham edib.

Helsinki Komissiyasının sədri Floridadan konqresmen Əlsi Heystinqs deyib: «Bu hadisə, Azərbaycanda müstəqil məhkəmə sisteminin kifayət qədər azad olmadığını göstərir».

Dövlət Departamentinin hesabatına görə, hakim müdafiə tərəfin təqdim etdiyi sübut və şahidlərin ifadələrini nəzərə almayıb.

AZƏRBAYCANA DAHA BİR ŞANS


Əlsi Hestinqs deyib ki, «bloqqerlərin Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyəti, bu prosesə düzgün baxılması üçün Azərbaycana daha bir şans verə bilər».

Helsinki Komissiyası dekabrın 11-də prezident İlham Əliyevə məktub göndərib, gənclərin həbs olunmasından dərin narahat olduqlarını bildirib və apelyasiya şikayətinə ədalətli baxılmasına çağırıb. Hökumətdən hələ də məktuba cavab gəlmədiyi qeyd olunur. Məktubu imzalayan senatorlar Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı qərarı «biabırçı məhkəmə səhvi» adlandırıblar.

Helsinki Komissiyasının üzvü, konqresmen Robert Aderholt deyib ki, Azərbaycan rəhbərliyinin ATƏT-in mətbuat azadlığı haqda tənqidlərinə ciddi yanaşmadığını görmək narahatedicidir: «İki fəalın həbsi və məhkumluğu builki parlament seçkilərindən əvvəl ölkədə fərqli düşünənləri boğmaq əzminin göstəricisidir».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: NC Haradan: Stat
16.03.2010 12:57
Bir dövlətin icra hakimiyətinin bagindan 5 ton qizil cixarilirsa və unutmayaq ki Azərbaycanin illik qizil ixracati 250-300 ton arasidadir.Yəni qisaca bu ölkədə daha nələr olur

Kimdən: Lufthansa
16.03.2010 09:24
Siz azad olunacaqsiz ushaqlar ! Biz Azerbaycan gencleri ebedi olaraq demokratiya ugrunda mubarize aparacagiq ve olkemizin adi Azerbaycan Respublikasi deyil onun banisi olan M.Resulzadenin yaratdigi kimi Azerbaycan Demokratik Respublikasi olacaq ! Eshq olsun bu ideyani qelbinde alovlandiran genclere ! Demokratiya ateshi bir azadliq ateshidir ki, o hansisa bir qigilcim deyil ! O ezemetli, budaqlanan bir ALOV dur !

Kimdən: Zaur Haradan: sankt-peterburg
15.03.2010 22:54
Men inanmiramki,bloggerlerin hebsde saxlanmasi cemiyyetimizin en son meglubiyyetidir.Beli azerbaycanli genclerin bu hadiseye soyug munasibeti xoshagelmezdir.Amma unutmayagki,cemiyyetimizde ciddi ideoloji catishmamazliglar hokum surur ve bu catishmamazliglar vaxt kecdikce daha ciddi nogsanlarla evez olunur.Mene ele gelir her hansi cemiyyetin mutlegiyyet garshisindaki meglubiyyeti o vaxt bash veririki,hemin cemiyyet ozune inami itirsin...Bu cox ciddi haldir.Bu hal hele bizde bash vermayib...
Cavab

Kimdən: Mövlana Yusif Haradan: Böyük Turan
16.03.2010 10:10
Zaur bey, mənə elə gəlir ki, burada söhbət ondan gedir ki, blogegrlərin həbsdə saxlanması cəmiyyətin son məğlubiyyətidir və bundan sonra bu cəmiyyət gücünü toplayıb daha məğlub olmayacaqdır. Məlubiyyət təkrar olunmayacaqdır.
Cavab

Kimdən: Ulvi Haradan: USA
16.03.2010 06:35
Zaur men raziyam seninle. bizim gencler cox soyuq yanasir bu movzuya. menim ozumun 19 yasim var ve Adnan kimi Statlarda oxuyuram. Adnani uzaqdanda olsa taniyiram. Men her il Bakiya qayidanda bizim qenclerin bu movzuya hec maraq qostermediyini qorurem. Halbuki men burda ola ola Azerbacanda ne bas verdiyini daha yaxsi bilirem. Bu cox boyuk bir problemdir. Bizim qeleceyimiz genclerimizden aslidir. azerbaycanin daha parlaq qeleceyi olmalidir ve biz elimizden qelen her seyi etmeliyiq ki bunlari heyata kecirek.
Hami ne ede bilirse etsin. Ve bu butun hamiya aiddir. Qelin ilk addimimizi indi ataq ki bizden sonrakilara cetin olmasin.