Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:04

Rubrikalar / Qarabağ

Nazir «Madrid prinsipləri»nin detallarını açıqladı

Elmar Məmmədyarov
Şriftin ölçüsünü dəyiş - +
Qarabağ nizamlanması üzrə «Madrid prinsipləri»nin yenilənmiş variantı birinci mərhələdə Azərbaycan ərazilərinin 5+1 düsturu üzrə azad edilməsini nəzərdə tutur. Bu barədə martın 15-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «Turan» agentliyinin sualına cavab verərkən bildirib.

«Praqa prosesi» münaqişənin mərhələli həllini nəzərdə tutur, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən ilin sonlarında tərəflərə təqdim etdiyi «Madrid prinsipləri»nin yenilənmiş variantında əksini tapıb, deyə Məmmədyarov Slovakiyanın Xarici İşlər naziri ilə danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bildirib.

Birinci mərhələdə Ermənistanın işğal etdiyi 5 rayonu - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını, həmçinin Laçın rayonunun 13 kəndini azad etməsi nəzərdə tutulur.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, doğma yurdlarına qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək.

Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.

Bu zaman Dağlıq Qarabağa, məsələn, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilə bilər.

Məmmədyarov hesab edir ki, Ermənistanın Azərbaycan ərazisindən qoşunlarını çıxarmaqla bağlı ardıcıl addımları region üçün yeni iqtisadi və siyasi imkanlar aça bilər. Ərazilərin işğaldan azad edilməsi hərbi ritorikanı da aradan qaldıra bilər, deyə nazir bildirib.

Ermənistan bu variantla razılaşmasa necə olacaq? Bu suala cavabında E.Məmmədyarov deyib ki, əvvəlcədən bu məsələ ilə bağlı şərh vermək çətindir. Eyni zamanda, «Madrid prinsipləri»nin qəbul edilməsi münaqişənin nizamlanması üzrə böyük sazişin hazırlanması üçün imkanlar açardı.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Unutdm
16.03.2010 14:42
Eevvela icimizdeki "düsmenleri" temizlemeli.En yuxaridan.

Kimdən: Bakili Haradan: Xaric
15.03.2010 19:36
Ay azerbaycan milleti oyan,bunlara inanmag olarmi?Bu tayfa garabagi ermenlere hediyye edecek,bunlar bizlere yalan deyir.Indiki hakimiyet ancag oz tayfa menafeyini gudur.onlara garabag hec lazim da degil.onlarin esas fikri omurluk hakimiyetde olmagdir.Can Azerbaycanim.
Cavab

Kimdən: azeriden Haradan: rusiyadan
15.03.2010 22:57
hakimiyyet bilmelidir ki,Qarabagi verseler xalq onlari hakimiyyetden birdefelik supurub atacaq qoy qulaqlarinda sirga olsun bu memurlarin.

Kimdən: Xeyal Haradan: Baki
15.03.2010 19:14
Primsiplerin bizim xeyrimize olmadigini evvel bir nece rayinun, sonra ise qalanlarinin qaytarilmasi teklifi gosterir.Bu lap usaq oyunu "pazl"-i xatirladir.Biz Azerbaycani ermenilerden hisse-hisse alib(eger razi olsalar) yigib qurasdirmaliyiq.Azerbaycanin 1 metr torpagi da ermenilerde qalmamalidir.Bele getse ermeniler gelib Abseron yarmadasinda oturacaqlar.
Cavab

Kimdən: başqa bir müellim Haradan: mançestr
11.04.2010 19:44
qardaş ele danışırsanki guya abşeronda oturmayıblar

Kimdən: azira Haradan: paris
15.03.2010 18:27
Gorasan doqrudurmu yoxsa naqil teki duz olaydi yalan olmayaydi
Alah bizim milalata yaziqin galsin amin.
Cavab

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
16.03.2010 10:02
Allah sənin öz daxilindədir. Onu kənarda axtaranlar ömrlərini puç edərlər. Allah - hərəkətdir, gücdür, səbrdir, rəhmdir, ədalətdir və s. vəs. və bunların hamısı səndə olmalıdır! Özünə qayıt da o gücü və digər keyfiyyətləri oyat özündə! Onda sən yenilməz olacaqsan! Motalpapaq mollalar hökmdarların xatirinə savadsız kütlələri alladırlar neçə əsrdir: guya Allah hardasa başqa yerdədir, hər şeyi görür və zalımın cəzasını axirətdə verəcək. Cəfəngiyyatdır, xurafatdır hamısı! Zülmə tabe olanla zülm edənin günahı eynidir!

Kimdən: AMIN Haradan: BELASUVAR
15.03.2010 17:28
Qarabaq munaqishesi Azerbaycani ve rus vassali ermestani oz tesirinden buraxmamaqdan otru rus imperiyasi terefinden yaradilmishdir.Qarabaq munaqishesi ruslar terefinden Gurcustana qarshi Abxaziya ve Osetiya,Moldaviya qarshi Pridinestrovye ,Ukraniya qarshi Krim kimi munaqishelerin kreml terefinden hazirlanmish eyni ssenariyasidir.Butun bu munaqisheler ruslar terefinden qesden yaradilib ki,butun bu olkeler rus imperiyasinin tesiri altinda saxlanilsin.Tessufler olsun ki,bunu qesden basha dushmeyen ,Azerbaycan milletinin Qarabaqda ermeniye qarshi yox rus imperiyasina qarshi vurushmasini gizleden adamlar var.Qarabaq ve Azerbaycanin itirilmish rayonlari rus imperiyasi terefinden ishqal olunub ,sonradan oraya rusun vassal olkesinin ermeni qoshunlari yerleshdirilib.
Cavab

Kimdən: azeriden Haradan: rusiyadan
15.03.2010 22:51
haqlisan.imperiyanin "parchala ve hokumranliq et" prinsipi davam edir.

Kimdən: ali Haradan: Eskişehir
15.03.2010 17:08
Ermenistandaki veya dünyanın diğer taraflarındaki ermenilerin niyeti nedir??...onlar kendilerini kaçıncı yüzyılda sanıyolar? Biz işgal ettik burası bizim olacak mı sanıyolar?....veya bilmemkaç yılında bizi öldürdüler söylemleriyle yeni yerler işgal etmeyi mi düşünüyolar??...Türkiyede ermeniler yaşıyo biz buna niye müsaade ediyoz??...Azerbaycanda ermeniler yaşıyo biz buna niye müsaade ediyoz?...Ermenistanda 1 tane Türk var mı??? yaşayabilir mi...Allahın enayisi bizmiyiz hem insanlık yap hem suçlama gör...besle kargayı oysun gözünü....

Kimdən: Sarxan Haradan: fransa
15.03.2010 17:02
Hörmätli nazir deyir kim sitat : Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. (yeni referondum keciriläcäk vä referondumun näticälärinä görä Garabagin statusu müäyänläsäcäk!)
Onda belä cixir ki biz garabagi onlara veräcäyik ! Cün ki män bilän münagisädän gabag garabagda yasayan Azärbaycanlilar sayca ermänilärdän az idi ! Yoxsa män särf ediräm? Kimsä deyä bilär gabag Garabagda nä gädär Azärbaycanli nä gädär ermäni yasayib ?Ägär Azärbaycanlilar ermänilärdä sayca az olublarsa näyä görä biz buna gedirik hörmätli nazir ? Bu yenilänmis madrid princibi kimä lazimdir ?

Kimdən: emrah
15.03.2010 16:54
Nazir yalan deyir. Fransali hemsedr dedi ki, Qarabagin yekun statusu muharibeye qeder Qarabagda yashamish ehalinin arasinda kecirilen referendumla mueyyen edilecek. Ermeni tebii ki, referendumda musteqilliye ses verecek. Bunlar milleti aldatmaqla meshguldur.

Kimdən: Ramil Haradan: Bakı
15.03.2010 16:44
Bu ustaca hazırlanmış tələdir.Tatarıstan səviyyəsindən daha üstün status bugün də Azərbaycan tərəfindən təklif olunur. Amma razılıq yoxdur.

Kimdən: Lufthansa
15.03.2010 16:40
Gerek ki, bu shertleri Ermenistan qebul etmese Azerbaycan muharibe elan etmish olsun ve torpaqlarini herbi yolla azad etsin...Chun ki, nece deyeller diplomatiya bu halda dalana direnir...indi nehayet goreceyik Azerbaycanin herbi qudretini...mence ise hech ne olmayacaq chun ki, Azerbaycan hemishe rus demishken blefovat eleyib...muharibe aparmaga gucu yoxdur.
Səhifə (2)
    Növbəti