Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:34

Siyasət

ATƏT-in Parlament Assambleyasının sədri Bakıda görüşlər keçirir

ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş
x
ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş
Şriftin ölçüsünü dəyiş - +
Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş martın 15-də Milli Məclisdə Azərbaycanın bu qurumdakı nümayəndə heyəti və Dağlıq Qarabağ icmasıyla görüşüb.

Ötən gün Parlament Assambleyasının sədri Joao Soareş və qurumun Qarabağ münaqişəsi üzrə nümayəndəsi Qoran Lenmarker ölkədəki bir sıra siyasi partiya nümayəndələrilə görüşüblər. Görüşdə iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, onlar Qarabağ münaqişəsinin həlli və ölkədəki seçkiqabağı vəziyyəti müzakirə ediliblər. Partiya sədri deyir ki, müzakirələr zamanı onlar qurumun fəaliyyətini tənqid ediblər.

«Görüşdə iştirak edən partiyalar Ermənistan Azərbaycan münaqişəsinin həllində ATƏT-in tutduğu mövqeyi və Azərbaycanın haqq işini müdafiəsində ikili standartlarla yanaşmasını, problemlərin həllində hüquqdan çox, siyasi yol axtarmaları ATƏT-in diqqətinə çatdırdı və qurumun fəaliyyətinin qənaətbəxş olmadığı fikrini bildirdilər».

Joao Soareşin Milli Məclisin sədri Oktay Əsədov, Xarici İşlər Naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşləri gözlənilir.

Joao Soareş Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana gəlməzdən əvvəl Gürcüstan və Ermənistanda olub.

Səfər martın 16-da başa çatır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azeriden Haradan: rusiyadan
15.03.2010 23:21
bu novbeti avropa numayendesi AZERBAYCANA yeyib ichmeye gelib.

Kimdən: AMIN Haradan: BELASUVAR
15.03.2010 14:24
Qarabaq meselinde indiye kimi Azerbaycanin diplomatik uduzmasinin bir nomreli gunahkari bu gun ki,yap partiyasidir.Korrupsioner hakimiyyet ozunde rehmetliy Elcibey kimi curet ,qeyret tapib deye bilmir ki,biz ermeni ile yox ishqalci rus imperiyasinin qurbani olmushuq.Bu gun ki,yap hakimiyyeti oz shexsi menafelerini gudub deye bilmir ki,azadliq uqrunda,veten ,torpaq , Qarabaq uqrunda doyushde Azerbaycan milleti vurushub sheid verib , ermeni ise ruslarin Kavkazda ara qarshdiran bir vassal olkesidi.Eyer Qarabaqa ,milletine qarshi yap hakimiyyetinde hec olmasa bir az veten sevgisi olsaydi biz bu gun Qarabaq danishiqlarinin bizim xeyrimize olduqunu gorerdiy.

Kimdən: Adem Haradan: Hamburg
15.03.2010 12:47
Qarabag meselesini ya indi hel et ya da gelib ara qizishdirma. Cix get bizim olkeden!!! Sen bizim dost deyilsen. Seni maraqlandiran yalniz insanlari aldatmaqdir.