Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:14

Verilişlər / Qafqaz Qovşağı

Azərbaycanda alimin qiyməti – 90 manat

Azərbaycan Milli Elmlər Akademiyasının binası
x
Azərbaycan Milli Elmlər Akademiyasının binası

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«12 manat işıq pulu, 2 manat qaz pulu, 6 manat da su ilə telefon pulu, 20 manat ancaq kommunal xərclərə gedir»

Gənc alim Mahir Şükürlü deyir ki, nə qədər qənaət etsə də, 90 manat maaşının ən azı 20 manatını kommunal xərclərə ödəyir:

BİR TİKƏ ÇÖRƏK AXTARANIN ALİMLİYİ...

«Təkcə bir adamın yeməyi üçün gündə ən azı 5 manat lazımdır. Ailəli adama bir aya 90 manat necə çata bilər».

Ona görə də gənc alim ali məktəblərə hazırlaşan uşaqlara əlavə dərs keçir. Elmdə kəşflər eləmək, oturub yaradıcılıqla məşğul olmaq Mahirin də arzusudur. Ancaq iqtisadi sıxıntı içində arzusu elə arzu olaraq qalır. Çünki o əlavə pul qazanmaq haqqında daha çox fikirləşdiyindən yaradıcılıq haqqında fikirləşə bilmir:

«Axtarışların özü xərclər tələb edir. Belə də deyirlər ki, elm fədakarlar hesabına inkişaf edir. Buna ciddi yanaşmıram. Bir tikə çörək axtaran adam heç vaxt elmi həqiqət axtarmaz»

BÜDCƏDƏN TƏHSİLƏ AYRILAN PUL 76 MİLYON AZALIB

Azərbaycanın bu ilki dövlət büdcəsində təhsil xərclərinə 1 milyard 276 milyon manat ayrılıb. 2009-cu ilin büdcəsində isə bu rəqəm 1 milyard 353 milyon manat idi. Yəni, ötən illə müqayisədə təhsil xərcləri 76 milyon azaldılıb. Elm xərclərinə büdcədən ayrılan vəsait isə 98,2 milyon manatdır.

İqtisadçı Məhəmməd Talıblı deyir ki, bu ilki büdcə layihəsində sosial sahələrə ayrılan vəsaitlərin azaldılması qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına, büdcənin bütün sektorlarına təsir etdiyini göstərir. Onun fikrincə, sosial sahələrdə azalmalar təhsil, elm, səhiyyə sahələrində maliyyə çatışmazlığına, vəsaitin azalmasına gətirib çıxaracaq:

«Bunun daha ciddi fəsadları isə bir neçə ildən sonra baş verə bilər. İnsan inkişafı indeksinə təsir edən adambaşına düşən ümumdaxili məhsul, təhsil səviyyəsi, orta ömür müddətinə bu çox ciddi təsir göstərəcək. İndiki azalmaların bir neçə ildən sonra təhsil və səhiyyə sisteminə ciddi zərbələr vurduğunu görə bilərik».

Təhsil xərclərinə ayrılan vəsaitin azlığı büdcə müzakirələri zamanı deputatların da narazılığına səbəb olmuşdu. Millət vəkili Rəbiyyət Aslanova deyib ki, imkanlar azdır, bu məhdud imkanlar şəraitində elmi inkişafdan danışmaq mümkün deyil:

«Mən deməzdim ki, Azərbaycan elminə ayrılan vəsait bizi qane edir. Ancaq hələ ki, olanımız budur. Xüsusilə Elmin İnkişaf Fondunun yaradılması bizi sevindirir. Əvvəl heç o da yox idi. Dünyada elmin inkişafı üçün vacib olan texnologiyaların qiyməti çox yüksəkdir. Elmlər Akademiyasının 40-dan çox institutu var. Bu institutların hər birinin böyük laboratoriyalara, müasir avadanlıqlara ehtiyacı var. Əgər bütün bunların hamısı üçün 1,9 milyon manat ayrılıbsa, biz hansı yeniliklərdən, hansı kəşflərdən danış bilərik?»

HÖKUMƏT İSTƏSƏ...

... elmin, təhsilin inkişafına pul ayıra bilər. Bunu iqtisadçı ekspertlər deyir. Araşdırmalardan məlum olub ki, Bakıda inşa olunan Heydər Əliyev Mərkəzinin təkcə özülünün inşasına dövlət büdcəsindən son üç ildə üst-üstə 140 milyon vəsait ayrılıb. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, bu pul digər büdcə xərcləri ilə müqayisədə çox böyükdür:

«2007, 2008 və 2009-cu illər ərzində Heydər Əliyev Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən 140 milyon manat vəsait ayrılıb. Birinci il 20 milyon, ikinci il 70 milyon, üçün il isə 50 milyona qədər vəsait ayrılıb. Bütövlükdə götürəndə bu, dövlət büdcəsindən ayrılmış Azərbaycanın bir illik elm xərclərindən 1,5 dəfə çoxdur. Ölkənin elm xərcləri 2010-cu il layihəsində cəmi 98,2 milyon manat nəzərdə tutulub. Bu o deməkdir ki, biz elm xərclərini ən azı 2,5 dəfə artıra bilərdik».

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov isə dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin səmərəli xərclənmədiyini bildirib. O deyib ki, «elmin inkişafına ayrılan büdcə vəsaitini səmərəli istifadə olunmasını təmin etməyə ciddi ehtiyac var. Bunun üçün elmin idarə edilməsində, Mili Elmlər Akademiyasının bir sıra strukturlarında ciddi islahatlar aparılmalıdır».
Əli Əhmədovun fikrincə, indiki şəraitdə elmə ayrılan pulu üç dəfə də artırsan, heç bir nəticəsi olmayacaq.

Millət vəkil Fəzail Ağamalı isə çıxış yolu kimi elm və təhsil sahəsində islahatlar aparılmasını təklif edib:

«Elm və təhsil birləşdirilsin. Digər ölkələrdə olduğu kimi elmin idarəçiliyi təhsil sisteminə verilsin, institutları universitetlərə verilsin. Universitetlər vasitəsi ilə onlar maliyyələşə bilərlər. Çünki universitetlərin dövlətdən başqa öz imkanları var. Başqa tərəfdən, elm müəssisələrində çalışan adamların elmi, intellekti, dünya görüşü daha üstündür. Onlar da öz töhfələrini verə bilərlər. Olsun Elm və Təhsil Nazirliyi. Düşünürəm ki, vəziyyətdən çıxış yolu bu ola bilər».

İqtisadçılar isə deyir ki, elmə ayrılan xərclərin azaldılması tədqiqatların aparılmaması, bu sahənin inkişafının dondurulmasına gətirib çıxara bilər.

Hal-hazırda Azərbaycanda 10 minə yaxın alim var.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: demokrat Haradan: avropa
21.03.2010 22:43
tehsil naziri deyir ki,alim tebeqesinin yashi 60-dan yuxaridir,ve bu meni chox narahat edir))))dogrudanda chox gülmelidi)))insanda biraz arsizliqda yaxshi sheydi)))yaziq genc tebeqenin hardan olsun elme meyli?)-:ay nazir,seni bu mesele bele narahat edirse,onda get ve alimlerin maashini qaldir,ve onda göreceksen elme marqda artir,savadli alimlerimizin sayida!!! dünyanin hech bir yerinde alimler bizdeki kimi acinacaqli veziyetde deyiller.men bir elmler doktoru taniyiram ki,evde oturub shagird hazirlayir.pulla alim derecesi alanlar ise, oturublar rahat kreslolarda.burda rehmetlik Sabir deyib: millet nece tarac olursa olsun ne ishim var, düshmenlere möhtac olursa olsun ne ishim var...)))) buda ulu önderin müdrük siyaseti)))

Kimdən: ali Haradan: Eskişehir
17.03.2010 12:49
Azerbaycan Topraklarının önemli bir kısmının işgal altında olması, insanları tedirgin ettiğinden, hem moral bozukluğuna hem de yatırım azlığına sebep olmaktadır. İnsanlar işimi nece geliştireyim? ne gibi imalathane-fabrika yapabilirim diye düşünemiyo....Devlet Yetkilileri de halkın içinden gelen insanlar olduğu için aynı düşüncede olmamaları mümkün değil....Her an savaş çıkabileceği endişesi, modası geçmiş tank, ağır toplar vs.ye çok fazla para harcanması, halktan toplanan vergilerin, petrol,gaz vergisi gelirlerinin heba olmasına sebep olmaktadır....Silahlanmayıp gelirleri halkın refahını yükseltmek, gelir seviyesini artırmak için yatırım yapmak amacıyla harcansa, veya halktan daha az vergi alınsa, Karabağ'da olan hadise meydanda....bunları belirli bir dengede tutmak gerekir....Halk bizim halkımız...bu kadarda olmaz....özellikle öğretim üyelerine, halkımızın eğitilebilmesi için geçimini temin edecek ücret verilmelidir....

Kimdən: TURAN Haradan: NAXCIVAN
16.03.2010 10:03
Sozum SOVET dovrunde isleyen alimleredir.Kasib usaqlari Ali mektebde oxuya bilmirdi,Rusvet uzunden.O,zaman Isleriniz gozel idi ! Mehv olan gencler haqqinda dusunmurdunuz .Ekdiklerinizin behresini gorursunuz! Savadsizlara "DIPLOM" verende isin sonunun bucur qurtaracagini xeyal bele etmeyirdiniz.Bir defe de olsun Ali mekteblerde rusvet var deye sesinizi cixarmadiniz. Idi sizi necur adlandirim,DOSTMU-YA DUSMENMI ?Size TARIXIMIZI bele umud etmek qorxuludur!!! Ancaq yazmayin ki, biz onlardan deyilik..
Cavab

Kimdən: azeriden Haradan: rusiyadan
16.03.2010 19:12
onlara manqurtlar desen yanilmazsan.indi de ru$vet yigirlar.

Kimdən: Avropali xanim Haradan: Cexiya
14.03.2010 20:24
BDU da sobede bas inspektor isleyirdim.Mudirim Bakida sonuncu qalmis Sovet Ittifaqi qehremani idi.Mene dedi ki,menim heyat yolum haqqinda kitab yaz . Maddi ehtiyacim olduqundan, gecemi gunduze qatib kitabi yazdim. Gozel alindi/sonradan oxuyanlarin qiymetlendirdiklerine gore/. Amma adi,yoxsul ,arxasiz olduqum ucun,kitabi oz qohumunun adina/ dis hekimi/ cixartdi, mene qepik de vermedi.Tapsirdi ki, is yerini itirmek istemirsense sus. Daha sonra, ikinci kitabi yazmaqi teklif etdi. Dedi ki, bu defe basqasina vereceyem.Razi olmadim.Duzdur, isden qovmadi, amma omrunun sonunadek dusmen olduq. Emek haqqim ,2005 -ci ilde 16min /50 manatdan bir az cox / idi.Borclarla yasamaqdan bezib, isimi, yazdiqim dissertasiyami yarimciq qoyub vetenden cixdim.
Cavab

Kimdən: ehli Haradan: baki
14.03.2010 23:41
xilas yolunu cox düzgün tapmishdiz. Gehremani bu gündeydise, gör gehreman olmayanin hansi deleduzlugu var...Bizim elmimizin bashinda bir sürü ezhdahalar oturublar, özleri de iki eshsheyin arpasini böle bilmirler

Kimdən: ehli Haradan: baki
14.03.2010 18:57
Her bir ölkenin gücü, liderliyi onun elme, elm adamlarina diggetinden asilidir. Indi yashli nesil SSRIni xatirlayir ki, o zaman bele gözeliydi, ali tehsili olan shexs yaxshi dolanirdi, kifayet geder maash alirdi, alime gaygi variydi, hörmet variydi. Beli, bu beleydi. Ancag bunu sovet dövletiyle baglamag yanlishdi. Her bir normal ölkede alime, ali tehsilli adam hörmet var, gaygi var. Dövletin inkishafi da, idareciliyi de bu adamlarin üzerindedir. Azerbaycan anormal bir idarecilik var. Ele bil ki, bashda bir xan, bey, axund oturub ölkeni fermanla idare edir. Bele idarecilik ancag orta esrlere aiddir. Normal ölkelerde alimler arashdirirlar, ölcürler, bicirler sonra da bashciya meslehetler verirler. Bu Ilham mellim kimden meslehet alir, yegin ki, Kemaleddin Heyderovdan, hansi ki, bashi mahni bestelemeye ve mügennilerle baş qatmağa garishib. Ziya Memmedovdan, ya da Hacibala Abutalibovdan, hansilar ki, bir yola 25 defe asfalt töküb xezineye od vurub yandirirlar. Budur Ilham mellimimizin meslehetcileri, ... capolcu yigib bashina ölkeni talan edir. Agilli bashlar da tüpürüb ölkeden gedirler. Bu gedishle Azerbaycan xalginin geleceyi tehlüke altindadir. Ne igtidari bir igtidardi, ne de ki müxalifeti bir müxalifet ki, bir geleceye ümid baglayasan. Igtidari talanci, müxalifeti de zeif, rezil olan ölkenin ne geleceyi ola biler ki?

Kimdən: Rasim Haradan: buralardan
14.03.2010 18:42
Yaxshidir, men ele bilirdim hechne vermirler.

Kimdən: Alimden Haradan: Bakı
14.03.2010 15:28
Günümüzde Azərbaycanda olan ən böyük problem QARABAQ dir. 2-ci en böyük problem isə mənəviyyatın səviyyəsinin durmadan aşağı düşməsidir. Bu özünü ən bariz şəkildə Elimlər Akademyasında işləyən söbə müdürü, elmlər doktorunun maaşının, Post-patrul xidməti serjantının maaşının yarısı səviyyəsində olmasinda ğöstərir. Qardaş Türkiyədə bu Generalın maaşı səviyyəsindədir. Buna ğörə dəyərli alimlərimizin coxu Azərbaycani tərk etmişlər və qalanları da müxtəlif (ailəvi və s.) səbəblərdən tərk edə bilmirlər vəya tərk etmək üçün uyğun şərtlər gözləyirlər. Çünki Azərbaycanda elmin inkişafına diqqət veriləcəyinə ümüd ildən-ilə azalır. Baxmayaraq ki, iqtidarımız Azərbaycanda hər sahədə Avropa standartlarına keçmək istəyir, elm sahəsinə diqqətə ğörə, məncə, Nikaragua dan da aşagıdayıq.
Alimlərimizin son ümüdü Akademyanin binasının təmirdən sonra açılışında
Azərbaycan Prezidentinin alimlərə müjdə verərək maaşlarinin 5-10 dəfə artırıldığını elan etməsidir. Belkə ondan sonra Azərbaycanda rusların yaratdiği elmi potensialin qalıq-quluğunu canlandırmaq mümün ola.
Bir möhtəşəm bina bir neçə ilə tikilə bilər, bir önəmli elmi mərkəz isə yuz ilə və böyük vəsait hesabına yarana bilər.
Elimsiz millətin başina isə Xocalı hadisələri durmadan gələcək.
Allah millətimizi gorusun, en yaxşısı "ağıl versin".

Kimdən: ac alimden Haradan: AMEA
14.03.2010 15:28
Azerbaycan aliminin qiymeti 90 qepikdir yazsaniz daha yaxshi olardi!

Kimdən: Cahangir Haradan: Baki
14.03.2010 14:46
Atamın 85 yaşı var. Və pensiyası 90 manatdır. Yaşının çox olmasına baxmayaraq həm akademiyada işləyir (280 manat əməkhaqqı). Nəyə görə??? Ailəni ac qoymamaq üçün.
Akademiyanın rəhbərliyi prezident təqaüdü söz vermişdi. İllər keçir amma səs-səmir yoxdur. Amma sonradan üstü örtülü olaraq bildirdilər ki, H. Əliyev haqqında bir kitab yaz və hər şey bitsin... Yəni əqidəvi və mənliyivi sat. Yuxularında görərlər.
Cavab

Kimdən: Murad
14.03.2010 18:06
Kimdir ki, atanız ?
Cavab

Kimdən: xalq Haradan: Baki
21.03.2010 10:11
kim olur olsun ne ferqi? Birce bir soz deya bilerem o insana esl kishi adamdir ve cox isterdim onun kimileri cox olsun,Zalimxan Yaqub kimiler ise azalsin.
Cavab

Kimdən: mer Haradan: baki
16.03.2010 21:42
adini yazsin, siz de ishden cixarin? merdimazarligdan bashga bir ish gelmez elinizden...savadiniz yoxdu yoxdu, hec olmasa kishiliyiniz olsun