Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:31

Verilişlər / Qafqaz Qovşağı

Ermənistanda alim olmaq istəyənlərin sayı azalır

Alimlərin böyük əksəriyyəti indi ali məktəblərdə dərs deyir, erməni alimlərin bir hissəsi xaricdə işləyir
x
Alimlərin böyük əksəriyyəti indi ali məktəblərdə dərs deyir, erməni alimlərin bir hissəsi xaricdə işləyir

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Son 20 ildə Ermənistanda elmlə məşğul olanların sayı kəskin azalıb, bunun əsas səbəbi isə alimlərə verilən əmək haqlarının az olmasıdır.

İndi Ermənistanda daha çox iqtisadi mövzuda dissertasiya müdafiə edirlər. Sovet İttifaqı dağılandan sonra özəl müəssisələrdə mütəxəssislərə ehtiyac yaranıb deyə, gənclər arasında iqtisadi sahəyə maraq artıb.

Həmsöhbətimizin 39 yaşı var. Biologiya elmləri namizədidir. Özünü təqdim etmək istəmir. Dediyinə görə, 1999-cu ildə dissertasiya işini müdafiə edib bitirəndən sonra çətinliklərlə qarşılaşıb:

«Düz beş il gözlədim ki, məni Yerevan Dövlət Universitetinə işə götürəcəklər. Nə qədər getdim-gəldim, zəng vurdum, alınmadı. Sonra kafedraya elə adamları götürdülər ki, heç elmi dərəcələri də yox idi. Əminəm ki, tanışlıqla keçdilər».

Bu ərəfədə həmsöhbətimizə Elmi-Tədqiqat İnstitutunda cüzi maaşla iş təklif edirlər. Deyir ki, İnstitutda işçilərin çoxu ixtisara düşübmüş deyə, bir nəfər bir neçə adamın yerinə işləməli imiş. Beləliklə, gənc alim qərara gəlir ki, yeni ixtisasa yiyələnsin. İqtisadiyyatı seçir:

«Biologiya elmləri namizədi məcbur oldu hər şeyi sıfırdan başladı. Bax belə. Təzədən iqtisadiyyat fakültəsinə daxil oldum. İndi bankda işləyirəm».

Ermənistanın Ali Attestasiya Komissiyası bu yaxınlarda bir araşdırma aparıb, elmi dərəcəsi olanların hansı işlə məşğul olduğunu müəyyənləşdirib.

Komissiyanın sədri Armen Trçunyan deyir ki, alimlərin böyük əksəriyyəti indi ali məktəblərdə dərs deyir, erməni alimlərin bir hissəsi xaricdə işləyir. Sırf elmi tədqiqatla məşğul olanlar çox azdır.

Amma maraqlı mənzərə yaranır. Məsələ burasındadır ki, indi Ermənistanda ali məktəblərdə dərs deyən müəllimlərin 50 faizdən çoxu elmi təqaüd almır.

«Məncə, bu, Ermənistan üçün vacib problemdir. Bu barədə müxtəlif fikirlər ola bilər, amma mənim fikrimcə, ali məktəblərdə dərs deyənlərə elmi təqaüd verilməlidir».

Ermənistan Milli Elmlər Akademiyası
Arkmenik Nikoxosyan iki il qabaq elmi dərəcə alıb. İndi Ermənistan Elmlər Akademiyasında böyük elmi işçidir, ayda 100 dollar maaş alır. Odur ki, məcbur qalıb iki ali məktəbdə dərs deyir:

«Sadəcə olaraq vaxt itirirəm, o vaxtımı elmə sərf edə bilərdim. Gedib Vardenis rayonunda dərs deyirəm, sonra qayıdıram Yerevandakı universitetə. İmkan düşən kimi kitab redaktə edirəm. Pula görə arabir korrektorluqla da məşğul oluram, amma qoymuram adımı yazsınlar. Çünki şer yazıram, imzam bir az məşhurdur. Amma belə fikirləşirəm ki, alim gərək alimliyini eləsin».

Arkmenik deyir ki, onun vəziyyəti başqalarına baxanda yaxşıdır. Elələri var ki, elmi ümumiyyətlə atıblar. Müəllimlərin maaşı çox olduğundan dostlarının çoxu orta məktəblərdə dərs deyir:

«Mənə normal maaş - ayda 800 dollar versələr, ümumiyyətlə, ermənişünaslıqdan başqa heç nə ilə məşğul olmaram. Siz bilirsinizmi, Ermənistanda nə qədər elmi iş müdafiə olunur və onun neçə faizindən müəllifin heç xəbəri də yoxdur. Alimlər var ki, başqasına pul üçün elmi iş yazır. Belə bir şans düşsə, mən də edərəm. Amma hökumət mənim qayğıma qalsa, problemlərimi həll eləsə, əlbəttə, belə addım atmaram».

Elmlər Akademiyasının prezidenti Radik Martirosyan deyir ki, Ermənistanda alim olmaq istəyənlərin sayının azalmasının iki səbəbi var. Birincisi, əmək haqları aşağıdır, ikincisi, elmi araşdırmalar üçün şərait yoxdur - laboratoriyalar, avadanlıqlar köhnəlib:

«Gəncləri elmə cəlb etmək üçün bu problemləri çözmək lazımdır. Bu gün alimin cəmiyyətdə nüfuzu çox aşağıdır. Əvvəllər elmlər namizədi ailənin fəxri sayılırdı, indi isə təəssüf ki, ailə bir mağazaya sahib olmağı daha üstün tutur, nəinki gəlir gətirməyən elmi dərəcələri».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Qızılüzən Haradan: Bakı
14.03.2010 11:59
Əminəm ki, vaxtilə bizim gəzdiyimiz, böyüdüyümüz torpaqlarda dövlət qurduqları üçün bu günə düşüblər. Bir baxın, görün torpaqlarına göz dikdiyiniz millətin xarakteri nədir də. Özünüz də onun gününə düşmüsünüz axı.

Kimdən: Eldar Haradan: Rusiya
14.03.2010 09:19
Bəs Azərbaycanda elm dalınnan necə gedirlər? Kimlər müdafiə edir və necə müdafiə edir? R. Mehdiyev Azərbaycan elminə qiymət verəndiyindən bir o qədər sübüt və dəlilə ehtiyac yoxdur. Müdafiə eləyən gənc alim görəndə ki, aldığı məvaciblə dost-tanış, ailə yanında dili gödək olur, amma bir o qədər orta təhsil səviyyəsi olmayan və bu gün Azərbaycana məxsus bazarda alver edən ondan ürəkli gəzir onda elmdən qaçacaq. Elmdə normal və elmə xidmət edən islahatlar aparılmasa ən bədbəxt məxluqa elə Azərbaycanlılar çevriləcək.

Kimdən: Firudin Haradan: Keshlaburg
14.03.2010 03:38
Bizimlə savaşa başlayanda bilməliydilər ki, axırda bizim tayımıza çevriləcəklər... Hələ bu harasıdır...
Cavab

Kimdən: Rasim Haradan: buralardan
14.03.2010 10:37
Amma bizde heddinden artiq coxdur, hele bu harasidir, sen deme oftolmaloqiya, seleksiya sahesinde de DUNYA SHOHRETLI alimlerimiz varmish, xeber yoxdur.