Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:28

Xüsusi layihələr / Panorama

«Azərbaycanda insan haqlarının pozulması dövlət siyasətdir…»

Fuad Qəhrəmanlı və Zahid Oruc

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Panorama» verilişində millət vəkili Zahid Oruc və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatını dəyərləndiriblər.

ZAHİD ORUC:

«Biz bu hesabatı qəbul etmirik. Ancaq ona görə yox ki, orada yazılanların heç biri həqiqət deyil. Bəlkə də orada sadalanan bir sıra məsələlər həqiqətdir. Ancaq bu hesabatla qarşıya qoyulan məqsəd düzgün deyil. Bu, lap «soyuq müharibə» dövründəki yanaşmanı xatırladır. Orada bir sıra pozuntuları xatırladaraq, bunu dövlətin siyasəti kimi təqdim etməyin özü yanlışdır. Məqsəd hansısa geosiyasi və ya iqtisadi məsələlər üçün insan haqları mövzusunu istismar etməkdir. Görün iş o yerə çatıb ki, dövlətin mətbuata maddi yardımlar etməsini onun mətbuatı nəzarətə götürməsi kimi dəyərləndirirlər. Halbuki, məqsəd mətbuatı bəzi siyasiləşmiş, lap elə kriminallaşmış dairələrin nəzarətindən çıxarmaqdır».

FUAD QƏHRƏMANLI:

«Dövlətin mətbuata yardımlar etməsinin onu nəzarətə götürmək istəməsi kimi qavranması başa düşüləndir. Bu anlayış dövlətin siyasətindən yaranır. Baxın, jurnalistlərin döyülməsi, öldürülməsi ilə bağlı bir istintaq belə başa çatmayıb. Əslində, Azərbaycanda insan haqlarının pozulmasına, korrupsiya hallarına məmur özbaşınalığı kimi baxmağın özü yanlışdır. Azərbaycanda korrupsiyanın inkişafı da, insan haqlarının daha çox pozulmasının da arxasında hakimiyyətin bütünlükdə özü dayanır...»
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Fazil Haradan: Baki
19.03.2010 23:15
Zahid Oruc sen aciq eshker Ilham rejimine qulluq edirsen yani buqeder xalqin problem yaratmagin terefderi san.

Kimdən: Ferid
15.03.2010 18:47
Men yeniyetme bir genc kimi tek onu deye bilerem ki menim tanidigim dost tanislarimin 80-90%-nin sozde azadliq, demokratiya eslinde ise esil hebisxanani xatirladan, manapolya meskeni olan, gunu gunnen ehalisi pulsuzlasan malini mulkunu ailesinin ehtiyaclarini qarsilamaq ucun satmaq isteyib sata bilmeyen, gunu gunnen pislesen Azerbaycannan qacib getmekdir. Halbuki bu da cox cetin hetda bir coxlari ucun mumkunsuz bir seydir. Amma eminlikle deye bilerem ki en geci 20 ile daha bele olmayacaq. Cunku qarsidan gelen savadli lakin diplomsuz, diplomlu lakin savadsiz, ac ve telebkar gencler indiki qorxaq sovet admlari kimi deyil. Onlar Fransa prezidentini 5 gun icinde verdiyi qerari deyismeye mecbur eden Fransa gencleri kimi gorunurler. Sozlerimin tesdiqi mektebdeki usaqlardadir. Onlarla sohbet eden her bir adam bunu anlayar. Hakimiyyet olkede ele bir veziyyet yaradib ki ozu oz daxilinde ozune dusmen yaradir, boyudur ve gelecek musibetleri xebersiz bir halda gozleyir. Cox teessuf.

Kimdən: Yurdsevən Haradan: Azərbaycan Krallığı
14.03.2010 14:46
Fuad Bəylə tam razıyam. Əliyevlər deyilən rejim nə Azərbaycan Xalqını bir Xalq kimi qiymətləndirir və hesablaşır nədə ki, ABŞ Dövlet Depertamenti kimi nüfuzlu bir qrumun hesabatlarilə hesablaşır.
Zahid Oruc isə həmişəki ampluasındadır. Siz həmişə ki, kimi şablon ifadələrlə yadda qaldız. Təmsil etdiyiniz rejimin yürütdüyü siyasət heç bir zaman Azərbaycan Xalqına xidmət etməyib. Əksinə, ölkədə bütün dəyərləri, insan haqqlarını ciddi surətdə baltalamısız. Zahid bəy siz və təmsil etdiyiniz hakimiyyət bu Xalqdan nə istiyirsiz? nə verib ala bilmirsiz?

Dünyanın heç bir sivil ölkəsində Azərbaycanda olan qədər jurnalist represiyaları olmayıb. Jurnalistlər döyülür, Azadsöz və Fikirinə görə insanlar şər-böhtanla həbslərə atılır. Azadlıq Radiosunun yerüstü efir yayımına qadağa qoyulur. Azadlıq Qəzetinin Baş redaktoru Q. Zahidin həbsə atılması. Digər yandan Əliyevlərin bu Xalqın sərvətini, Neft Fondunun gəlirlərini dədə malı kimi sağa-sola dağıtması hansı demokratik dəyərlərdən sayıla bilər.

Kimdən: soros Haradan: baki
14.03.2010 13:06
ZOrucu qebul etmesem de onu hemise dinlryirem.Ondan sonra inanmaq isteyirəm ki hər şey qaydasindadir.amma bilirik ki elə deyil.onun məntiqi muxalifəti kəsir.O adam udmaqdan zövq alsa da qələbəsi xeyirxahliğa xidmıt eləmir.yüz fuaddansansa bir partiya sədrini göndərin hakimiyyəti tərifləyənlərə yerini göstərsin
Cavab

Kimdən: Wah Ismayil Haradan: Sankt Peterburq
14.03.2010 15:04
Xalq arasinda bosh,menasiz,sozunun bashiynan ayagi duz gelmeyen,meddah,yaltaq adamlara YANSHAQ deyirler.

Kimdən: Əlibəy Haradan: Şirvan
14.03.2010 02:36
Zahid Oruc bir maşın sözü yığır ağzına və gözləyir. Həmsöhbəti sözünü qurtaran kimi o tez ağzındakı sözləri boşaldır. Sözlər də bir-birinin üstünə qalaq-qalaq olur. Heç bilmirsən ki, nə demək istəyir. Həmişə dostlarıma demişəm ki, yaxşı siyasətçi əzbərçi şagird təəsüratı bağışlamamalıdır. Siyasi xadim və ya siyasətçi plitoloq aramla danışaraq ağıllı cavablar verməklə yadda qalmalıdır. Tez-tz danışan adamın fikirləri yadda qalmır və mənasız söz yığnağına cevrilir. Zahid Oruc müstəqil fikirli insan deyil. O hakimiyyətə məxsus qara rənglərin hamısını ağ görür. Onun üçün hakimiyyəti müdafiə etmək həm də biznesdir.

Kimdən: esl naxcivanlilar
14.03.2010 01:39
zahid oruc ozu yalnış danisir deyir ki hesabat yalandir az bele yazilib naxcivanda bas verenler sozun esl menasinda zulm idi ve dovlet bu zulmu toredenlere medal verdi bu edaletsizlik idi fuad bey size hamimizin adindan sevgi sayqi ve tesekkurler arxanizdayiq sizin kimi merd oqullarin qarsisinda zahid oruclar dediyi soze pesman olar sadece aqalarinin qorxusundan sesini cixara bilmez esq olsun fuad beye xalq olaraq arxanizdayiq

Kimdən: Rasim Haradan: buralardan
13.03.2010 22:55
Zahid Oruc kimi insanlar cox qorxunc insanlardir, var TiRANLAR, var onlara QULLUQ edenler, ONLARI yashadanlar, bax bular dehshetli mexluqlardir!

Kimdən: BAKILI Haradan: BAKI
13.03.2010 21:22
Narmal Ölkelerde İqtidar və Müxalifət partiyaları olur Ana vətən partiyası isə nə ətdi nədəki balıq... Necə yəni iqtidar yönümlü müxalifət partiyası .. Bilirsiz bu tip insanların vəzifəsi ancaq MUTİLALIQDAN ibarətdir... Mən əminəmki vaxt gələcək Azərbaycanda narmal ölkəyə çevriləcək .. onu yaxşı bildikləri üçün hərşeyi vəzifə xatirinə və öz maraqları xatirinə satırlar özüdə həyasızcasına

Kimdən: Rasim Aliyev Haradan: Bakıdan
13.03.2010 20:49
Sağ olun Fuad bəy, Zahid Oruca çox gözəl cəvab vermisiniz. Belələrinin qarşısına sizin kimi terminatorları çıxarmaq gərəkdir. Müxalifətin haqlı mövqeyini müdafiə etmək üçün təkcə savad yetərli deyil,həm də cəsarət də gərəkdir.Zahid Oruc özündən zəiflərin yanında natiq kimi görünsə də bu dəfə açıq şəkildə çətin duruma düşüb.