Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:26

Dünya

Qırğızıstanda AzadlıqRadiosunun verilişlərini efirdən çıxardılar

«Manas əks-sədası» adlı telestansiyanın rəhbərliyi bildirib ki, onlar bunu hakimiyyətin təzyiqi ilə ediblər
x
«Manas əks-sədası» adlı telestansiyanın rəhbərliyi bildirib ki, onlar bunu hakimiyyətin təzyiqi ilə ediblər
Şriftin ölçüsünü dəyiş - +
AzadlıqRadiosunun qırğız xidmətinin tele-radio verilişlərinin yayımı dayandırılıb.

Verilişləri yayımlayan «Manas əks-sədası» adlı telestansiyanın rəhbərliyi bildirib ki, onlar bunu hakimiyyətin təzyiqi ilə ediblər.

Bir müddət əvvəl qırğız hakimiyyəti telestansiyanı xəbərdar etmişdi ki, onlar AzadlıqRadiosunun iki populyar verilişi – «Narahat suallar» və «Azadlıq Plyus»u dayandırmasalar, yeni lisenziyanın alınmasında çətinliklərlə üzləşəcəklər.

Azadlıq/Azad Avropa Radioları Korporasiyasının prezidenti Cefri Qedmin hadisəni pisləyib:

«Sonuncu insident azad, qərəzsiz xəbəri məhdudlaşdırmaq üçün son addımdır. Təəssüf ki, «Freedom House»un «Dünyada azadlıq» hesabatında deyildiyi kimi, Qırğızıstanda vəziyyət pisləşir».

ABŞ Dövlət Departamenti də son hesabatında bildirmişdi ki, Qırğızıstanda insan haqları qanunlarla qorunsa da, reallıqda bu qanunlara əməl olunmur:

«Xüsusilə də hökumət media yayım haqlarını pozur və jurnalistlərin gözünü qorxudan addımlar atır».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Natiq Haradan: Baki
14.03.2010 14:47
İnsident baş verən hadisə, bədbəxt hadisə va fəlakət anlamını daşıyır.
Qirğizistandaki bu hadisəyə acıyıram...Azadlıq çox təhlükəlidir..amma bu əslində belə deyil..Nə təəssüf ki azadlıq hissinin boğulmasına hamımız şərikik..Ela öz ölkəmizdə Qafqazda ən çox pul, para burulğanının mövcud olduğu Azərbaycanımızda naə təəssüfki azadlıq məfhumunun qərq olduğunun da şahidi oluruq..məhz belə hadisələrdir ki bu gün avropalılar bizlərə meydan oxuyur...məgər Avropanın hansı ölkəsindən əskik nüanslarımız var??

Kimdən: bakı sakini
14.03.2010 13:44
insident nə deməkdir?