Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:44

Dünya

«İsveçə uşaqca reaksiya. Belə xarici siyasət olmaz»

Bu məsələdə «haqlılıq» yürüdülən xarici siyasətin «doğru» olması demək deyil
Şriftin ölçüsünü dəyiş - +
CENGİZ ÇANDAR («RADİKAL»)

İSVEÇƏ UŞAQCA REAKSİYA. BELƏ XARİCİ SİYASƏT OLMAZ

Təbii ki, yaranmış vəziyyət Türkiyə-Ermənistan münasibətlərini normallaşdırma yolunu Türkiyənin öz əliylə kəsməsinin nəticəsidir.

Protokollarla bağlı cəsarətli addımlar atılsaydı, işi süründürmək yerinə sürətlə hərəkət edilsəydi, bu məsələ nə ABŞ Konqresinə çıxarılar, nə də İsveç Parlamentində qəbul edilərdi.

Yüksək vəzifəli bir nəfər məndən «Türk mediası yaranmış vəziyyətə görə niyə heç İlham Əliyevi tənqid etmir?» deyə soruşur.

2007-ci ilin avqustunda İsveçrənin vasitəçiliyi ilə Ermənistanla məxfi müzakirələr başlayanda, xəritədə Azərbaycan vardı. Azərbaycanın başında da İlham Əliyev. Türkiyədə də CHP və MHP mövcud idi. Azərbaycan-Ermənistan münaqişəsi davam edirdi. Bütün bunlara baxmayaraq, müzakirələr davam etdi. Sürixdə protokollar imzalananda da Azərbaycan, Qarabağ problemi, CHP və MHP - hamısı yerində idi. Qarabağ ağlınıza təzəmi gəldi? Elə isə iki il qabaq Ermənistanla müzakirələrə başlamayaydız...

Ölkə parlamentləri universitetin tarix kafedrası kimi çalışmamalıdır. Türkiyə «soyqırımı» məsələsində həssas olmadıqca, orada qəbul edilən qərarların dəyəri də olmayacaq. Hələ üstəlik, bu reaksiyalar Türkiyədəki «açılım» prosesinə də zərər vurur.

Ancaq bu məsələdə «haqlılıq» yürüdülən xarici siyasətin «doğru» olması demək deyil.

Belə xarici siyasət olmaz...


TUFAN TÜRENÇ («HÜRRİYET»)

DON KİXOTLUQLA OLMAZ.

Qorxuram ki, bu ağılla getsək, «soyqırımı»nı tanıyan ölkələrin sayı daha da artacaq. Biz də Don Kixot kimi tək başına dünya ilə savaşmaq məcburiyyətində qalacağıq.

Qərardan sonra uzun illər Xarici İşlər naziri işləmiş prezident Abdullah Gülün dəyərləndirməsi isə inanılmaz idi: istər Vaşinqtonda, istərsə də İsveç parlamentində qəbul edilən qərarın heç bir etibarı yoxdur.

Yoxdursa, Türkiyə niyə həm Amerikadakı, həm də İsveçdəki səfirlərini Ankaraya çağırdı? Niyə panikaya qapılmışıq?

Hökumət ciddi bir xarici siyasət strategiyası müəyyənləşdirmək məcburiyyətindədir.


MEHMET YILMAZ («HÜRRİYET»)

ANKARADA OTURAN SƏFİR BİR İŞƏ YARAMAZ

Səfirlərin Ankaraya geri çağırılması ağıllı siyasətə yox, Baş nazirin xilas ola bilmədiyi əsəbi vəziyyətin xarici siyasəti əsir almasına işarə edir.

Belə gedərsə, bütün səfirlərimiz yaxın vaxtlarda Ankarada oturmağa başlayacaqlar-bu, çıxış yolu deyil.

Əslində, belə bir vəziyyətdə səfirlərimizin orada olmaları və Türkiyənin reaksiyasını ən yüksək səviyyədə nümayiş etdirmələri lazım idi.

Problem 2015-ci ilə qədər daha da böyüyəcək və bizim bu siyasətə qarşı mövqeyimiz əsəb nümayiş etdirmək olacaqsa, onda daha çox yanacağıq.

Hökumət bu işin bir diplomatiya və piar məsələsi olduğunu anlamalı və lazımi işlər görməlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: Duz Adamdan Haradan: Bakidan
29.03.2010 17:08
diplomata BDU-gorunur siz bu hadiseleri evvelceden hiss etmisizki, Abs Turkiyeye tezyiq vasitesi hazirlayir ve bununlada Azerbaycanla Turkiyenin dostluxun pozmax isteyir. men inanmiramki, serhedler acilsin hetta bunu Turkuye istese bele Rusiya buna imkan vermeyecekdir.Inaniramki, Turkiyeye qarshi boyuk bir konpaniya bashlayib buda Muselman olkesi olduxundan ireli gelir. amma unutmayaqki, Turkiye bu soyqirimi testiq etmese bir bashlayan konpaniya hecne elde etmeyecek. 20 ildirki, butun dunya Qarabaxin ishqalini qebul edib ne olsun ne ede bilir BMT ? menden yaxshi bilirsizki, eger biz muselman dovleti olmasaydix eksine biz ermenilerden bir qarish torpaq olsaydix bashimiz belaya dusherdi, Abs ve Avropa coxdan bashimiza oyun acardilar. Niye Felestin meselesinde Israile Abs hec bir tezyiq yolu tapmir? niye Rusiya Abxaziya ve Osetiyani zebt etdi ve Dunya hecne ede bilmedi bosh bosh danishixlardan bashqa... Neise bir yol var biz birleshmeliyik. Qaldiki Turkiyeye onlar demishken cox duyqusal yanashirlar bu meseleye, eslinde onlarda hemen dovletlere qarshi oz parlamentinde mesele qaldirib onlara oz silahlari ile cavab vermelidirler. her biride vaxtinda sonqirim toredib Abs, Isvec, Ispaniya, Rusiya, Germaniya hec olmasa danishmasin Avropanin yarisin qirib.. Musulmanin sonraki axli eger o vaxt sizin fikrinize ciddi yanashib bir ish gorseydiler bu yere catmazdi bu mesele. Bizim bir yolumuz var oda mubarize ve dushmene qarshi her bir variantda cavabimiz mutleq yubanmadan verilmelidir.

Kimdən: Diplomat - BDU Haradan: Baki
28.03.2010 13:07
2008-ci il aprelin 2-si ya 3u idi, Xarici Diller Univ.de R.T.Erdoganin o donemki musavirine bir konfrasda sual verdim ki, "mence ermeni-turk serhedi acilacaq ve munasibetler duzelecek, bu noqtede Turkiye Qarabagi hadiselerin harasina qoyacaq?" - musavirin dili topuq vura-vura verdiyi cavab gulmeli idi. Hetta o zaman zaldaki iki yuz nefere yaxin TURKCU azerbaycanlilar mene deli kimi baxmisdilar. Cox yox, bir ilden sonra ortaya cixdi her sey. Indi de iddia edirem ki, Turkiye hokumetinin basi cox boyuk beladadir. "Soyqirim"in yuz illiyinde (2015) ipler qoacaq.. Inanin

Kimdən: Duz Adamdan Haradan: Bakidan
25.03.2010 14:17
Azerbaycanli Ali Abbas Dadashov Korol Qustav terefinden Vasa Ordeni ile teltif olub, Gorushduyum adamlar Vasa Ordeninin sahibini Boyuk Shexsiyyet ve Isvec Xalqi ve Dovleti ucun en Eziz Adam hesab edirler. Maraxlidir indi Isvecliler niye dini terefden bu meseleye yanashirlar. Korol Qustav Musulman olan Ali Abbas Dadashova Vasa ordenin teltif ederken, ona Kamandor Rutbesin, ve Isvecin Fexri Qonaxi Titulunda verende onun Dinine Hormetle yanashmishdir.

Kimdən: Mübariz Haradan: Bonn
19.03.2010 23:37
Xanimlar) män sizin tädirginiynizi basha düshüräm.Anamin anasisan Azärbaycan sözdäri älbättäki boshu-boshuna söylänmämish. Häbsdä olan
generallar suchlu olduqlari üchün häbsi boyladilar. Bäli Azärbaycan här zaman arxasni qardash Türkiyäyä söykämish.Gälin birazda insafnan baxaq. Chox uzun illärdirki bugünkü Türkiyädäki iqtidar qädär türk xalqina vä Dagliq Qarabaga sahib chixan iqtidar olmadi.

Kimdən: Seva Haradan: Isvech
19.03.2010 16:56
özum Isvechde yashayiram. Burda hadiselerin gedishatini izleyirem. Görduyum ve bildiyim qederiyle dunyada xristiyan - muselman mubarizesi gedir. ermeniler dunyada özlerini xeyirxah, medeni, agilli millet kimi göstermeye chalishirlar, sanki sulh sever xalkdi. hansi ki medeniyeti, xeyirxah olmagi, kulturu de ele turk halklarindan öyrenibler. meni agridan odur ki musulman öz musulmanin ayaginin altini qazir.....

Kimdən: Naıle Haradan: Bakı
19.03.2010 08:14
Mubariz, sen gel teze qurulmus 9mln-luq Azerbaycanla, koklu 60 mln-luq Turkiyeni bir tutma. Biz hemise arxayinliqla kureyimizi Turkiyeye soykemisik, cunki musteqilliyimizi elan edenden heqiqi desteyi ondan gormusuk. Sen hemise fikirleri qatirsan , men Tirkiyenin ordusundan danismadin , indiki hakimiyyetinin yaratdigi problemlerdem danisdim. Turkiyenin indiki hakimiyyeti turk ordusunun generallarini ne gune saldigindan deyesen xeberin , yoxdur .

Kimdən: Sara Haradan: Ingiltere
19.03.2010 03:57
Mubariz, bes onda gelin sevinek. Turkiyede 100,000 qeyri-qanuni ermeni yashayir ve ishleyir,ustelik kurdler de Almaniyadan Turkiyeye qayidirlar, yolustu Erdoghana shukur da oxuyurlar. Men de buna sevinmeliyem, demeliyem "malades Erdoghan, generallari bas turmeye, ermeni ile kurdu de doldur olkene. Bilirsinizmi ki, Novruz bayramina kurdler hazirlashmishdilar musteqillik elan elemeye, soyqirim ortaya dushdu deye dayandilar. Daha ne deyim, burda mat qaliram bizim dushuncemize..

Kimdən: Mübariz Haradan: Bonn
18.03.2010 18:30
@Nailä
Nailä xanim xatirliyarsiniz bundan bir nechä gün qabaq Dagliq Qarabag münaqishäsinin nizanlanmasi üzrä fransali hämsädri Ermänistana getti torpaqlarmizi ishqal edänläri qähraman elan etti. Bunlar yetmämish kimi birdä bashdadi tähdidä oxshar sheylä savurmaga muharbä yoluynan torpaqlarnizi azad edä bilmäzsäniz Azärbaycan Ordu'sunun sayini azaltmamizi ämr edär kimi bäyanlar verdi. Män bütün yazilara diqqät ettim Hakimiyyätdä daxil hech kim dogru dürüst bir reaksiya vermädi. Äslindä buna än yaxshi reaksiyamiz Azärbaycan Ordusu'nun sayini 400 minä chixartma qarari alaraq verilmäliydi. Olmadi.
Türkiyänin bir Ordu'su var dünyadaki gücü bälli Türkiyä türklärinin tarixi savashdarda däsdanlar yazmaqnan doludur. Inanin qisa zamanda inshallah Türkiyänin iqtisadiyati chox qalxinacaqdir.
Biz öz sorunlarmiza baxaq. Bizim ishmiz dönüb olub özünä umac uma bilmir bashqasina ärishdä käsmäk istiyänlärin misalinä.

Kimdən: Naıle Haradan: Bakı
18.03.2010 18:09
Mubariz , Almaniyadan ele yamisan ki, guya Turkiye bu gun butun daxili ve xarici problemlerini sahmana salib, oturub iqtisadiyyatini yukseldir, Erdogan hakimiyyeti Baki ile Ankaranin arasina serinlik getirdi ,Isvecin qerarindan sonra da aciz durumda qalib bir -bir sefirleri geri cagirmaga baslayib, bu usulla ne qeder davam getirecek indiki Turkiye hakimiyyeti?

Kimdən: Mübariz Haradan: Bonn
18.03.2010 15:08
@Sara x
Sara xanim Ingiltärädä türklär yashiyir bilirik. Ancaq bunu unutmuyun ki Qärbdä än chox Türkiyä vätändashdari Almanyada yashiyirlar. Bu gün istiyi türk olsun istiyir kürd hami bu iqtidardan chox razidir. Hällä Almanyada yashiyan kürd äsilli Türkiyä vätändashdarinin 90% faizi Räcäb Tayyib Ärdofana dua edirlär.Türk-kürd söhbäti salib fitnälär chixardanlara artiq hech kim icazä vermir. Siz bilirmisiniz Almanyadaki statistikaya görä här il Almanyadan Tüprkiyäyä 10000 Türkiyä vätandashi käsin dönüsh alib vätänlärinä geri gedirlär. Demäli kishinin oglu bu ishin ustasidir barishi qurmagi dövläti qaxindirmagi basharir! Buna hirsdänmäk lazim deyil sayqi göstärmäk lazimdir.
Səhifə (4)
    Növbəti