Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:43

İqtisadiyyat

«Dövlət strukturları sahibkarların işinə yersiz müdaxilələrə son qoymalıdır»

İlham Əliyev Bakı Biznes Mərkəzində
x
İlham Əliyev Bakı Biznes Mərkəzində
Şriftin ölçüsünü dəyiş - +
Bunu prezident İlham Əliyev Bakı Biznes Mərkəzində keçirilən «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasına həsr olunan konfransda deyib.

İlham Əliyev bildirib ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır:

«İcra orqanları sahibkarlara kömək etməlidir. Onların işinə qarışmamalıdır. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Buna ehtiyac yoxdur, artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb, biz şəffaflığa nail ola bilmişik. Belə olan halda yersiz yoxlamalar, müdaxilələr əsassızdır. Buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtı-vaxtında ödəməlidir».

Toplantıda dövlət başçısı Azərbaycanın yaxın illərdə əsas ərzaq məhsulları ilə özünü 100 faiz təmin edəcəyini də qeyd edib:

«Əvvəlki illərdə əsas ərzaq məhsulları Azərbaycana gətirilirdi. Bu gün əsas ərzaq məhsulları ilə özümüzü təmin edə bilirik. Bir iki-üç ildən sonra demək olar ki, 100 faiz təmin edəcəyik. Ondan sonra nə olacaq? Biz yeni bazarlar axtarmalıyıq. Ənənəvi bazarlar var, o cümlədən beynəlxalq və xarici siyasətimiz bu bazarları bizim üçün təşkil edir. Ancaq biz yeni bazarlar axtarmalıyıq, keyfiyyətli məhsullarla, onlara uyğun olan standartlarla Avropa bazarlarına çıxmalıyıq».

İlham Əliyev bildirib ki, 2009-cu il sahibkarlar üçün ağır il olub:

«Azərbaycan dövləti və vətəndaşları, demək olar ki, vətəndaşlarımızın mütləq əksəriyyəti bu böhrandan əziyyət çəkmədilər. Çünki inflyasiya cəmi 1.5 faiz oldu. Əhalinin pul gəlirləri 10 faizdən çox artıb, sosial ödəmələr tam şəkildə təmin edilib, maaşlarda, pensiyalarda heç bir yubanma olmayıb. Ancaq sahibkarlar bu böhrandan əziyyət çəkdilər. Bu həqiqətdir və Azərbaycan dövləti onlara - sahibkarlara daha da böyük həcmdə yardım göstərməlidir. Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik, kömək eləyək ki, yerli iş adamlarımız çətin, böhranlı vəziyyətdən tezliklə çıxa bilsinlər».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Vasif Haradan: Bakı
11.04.2010 10:04
Niyə əhali pul qazanmaq üçün xaçpərəst dövlətlərə üz tutur.
Rusiya, Ukrayna, Polşa, Almaniya, Kanada, Avstraliya və s. Çünki bu dövlətlərdə varlı nazir, deputat, polis rəisi və s. yoxdur. Onlarda varlı iş adamı, elm xadimi, sahibkar və s. vardır.
Yəni dövriyyədə olan təbii ehtiyyat, pul, xammal bir qrup adamın əlində deyil xalqın əlində cəmləşmişdir.
Təzad. 16 milyonluq dilənçi İraq xalqı və milyarder Küveyt şeyxləri.

Kimdən: ELVIN Haradan: nerimanov
24.03.2010 14:35
goresen prizdentimiz sahibkarlara yardim etmek deyende neyi nezerde tutur bu bohranin icinde vergi audit yoxlamalar yaziq sahibkarlardan 10.000-15.000 azn pul isteyirler sahibkar arendani vere bilmir bu pulu hardan getirsin vermesen cox pis olacaq deyirler hetta dukani baglayiq getsende bele senden el cekmeyeceyik deyirler bunlari cooox serbest buraxiblar agizdarina ne gelir deyirler ozleride dovletin adi ile eger bizim dovlet budursa ve bunlari bile bile iciza verirse buna yardim yox sahibkarlari yirtin deyerler ve ellerinde esasli bir sebeb de yoxdur mali hardan almisan sualina biz aireportdan deyende senedi hani sorusurlar aireport sened vermir ne bir kassa var nede pecatli nakladnoy bunlarda sen ogrusan deyir ozu aireporta iciza verir sonra bizi ogru adlandiri sual verirem burda ogru kimdir sahibkar yoxsa dovlet 5kopuk pul qazanmaga iciza vermirler ferli bir is yeride yoxdurki isleyesen bir tek care var oda olum .saqolsun vetendasini bele gune salan dovlet her kes bir gun elediklerinin cavabini verecek.saqolun.

Kimdən: Elvin Haradan: Bakı
15.03.2010 17:35
Yarışın qızğın vaxtıdi, prezident nədən danışır.
Cənab prezident belə danışmağınız məmurları həvəsdən sala bilər.İcazə verin yarışı başa çatdırsınlar.Görək bu ilki ""rüşvət yarışması 2010"-un qalibi hansı məmur olacaq....

Kimdən: şəkili balasi Haradan: madə in şəki
15.03.2010 14:29
Şəkidə DYP- un reket dəstəsi var dəstənin rəhbəri Şəkinin polis rəisi Azad Məmmədovdur.dəstənin uzvləri polis leytenanti Fərid Əliyevdir.və Barat adli polis kapitanidir. Nəqədər iş adami var ona haqq qoyublar semiçka satandan peraşki satandan ta yuxari biznes qədər .aşağisi 20manatdan başlayaraq. bunlara bir dur deyən olacaq?

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
15.03.2010 09:58
Türk kardaşlarımız demişkən, şaşırdım: "Möhtərəm Prezidentimiz" hansı böhrandan konuşyor, əcaba? Bizdə böhranmı olmuş? Vay-vay, əgər o söyləyirsə, deməli olmuş. Lap başımı itirdim, axı, dünənə kimi o ösü də başda olmaqla bütün YAP xoru nəqarət oxuyudru ki, İqtisadi böhran bizə neylər ki, neylər ki?! Şoğərib yalan belə şeydir də, bu gün söyləyirsən, uzağı qörx gündən sonra özün-özünü təkzib edirsən!

Kimdən: ali Haradan: az-n
15.03.2010 01:39
Hamsi bogazdan yuxari olan sheylerdi
Gorersiz bir hefte sonra yene de hemen adamlar yoxlamalari ile gelecekler qapilara. Eyer inkishaf isteyirlerse dogurdanda el ceksinler ish adamlarindan.Bashda Gomruk,vergiler,ves sayi hesabi omayan idareler
Iki -uc ilin icinde baxin gorun ,normal reqabet olan yerde bizim biznesmenler neler edecek.
Qaldi inkishaf meselesine statistika ne verib onu da oxuyur ve ya deyir
Xalqin icinde olanlarin ekseriyyeti bilir ki veziyyet agir olaraq qalir ve deyilenlerin ekseriyyeti heqiqtden uzaqdir.
Meselen,meyveni ve terevezi 100% den artiq techiz edirikse,xaricden gelenleri niye getirirler ve ya kim alib yeyir bunlari, yag meselesi ise lap ag oldu.Bu mumkun olan shey deyil.Inanmirlar,olkedeki inekleri saysinlar
amma gomrukden deseler ki ne qeder quru sud getirilir mesele aydin olardi.eyer bele yagdan danishirlarsa,bu duzgun deyil,
ne ise bu da kecer geder.bir vaxt sonra her shey unudular
Qaldi yoxlamalara,nece deyerler DOJIVYOM DO PONEDELNIKA

Kimdən: Türkün fədaisi Haradan: vugara.livejournal.com
15.03.2010 00:43
Ilham Eliyevin prezident olandan verdiyi ən tutarli qərar maşınlardan plonkaların sökülməsi idi. Sonradan məlum oldu ki, bu qərarında bahalı ciplərə aidiyyatı yoxdur.

Kimdən: Samir Haradan: Baki
14.03.2010 12:13
Yaşimi soruşursan, subay olub-olmamaqimi yox? bu nece ola biler axi, Reyhan xanim! Men de sevindim ki, bu qizin mene gözü düşüb...
Siz nedir, indi İA-ya beraet qazandirmaq isteyirsiniz?
Onlarca vetenperver Prezident adini çekerem! Ele Barak Obamanin özünü götürek! O pis oqlandi, beyem? Tibb sahesinde islahatlar aparmaq isteyir! Ele bunun ozu neye desen deyer! Bu insanlarin qayqisini çekmek demek deyil, bes nedir!?
Size ise meslehet vererdim ki, cinayetkar adamin terefini saxlamayasiniz!

Kimdən: Rasim Haradan: buralardan
14.03.2010 10:48
...YENE DE "REQIONLARIN INKISHAF PLANI", DEMEK HEYDER PEARKLARI, HEYKELLERI AZ OLUB. KECEN IL PREZIDENT DEYIRDIKI, "KRIZIS BIZDEN YN KECIB" INDI DEYIR, 2009 AQIR IL OLUB.

Kimdən: REYHAN Haradan: UKRAINA
14.03.2010 00:25
senin subay olub-olmadigin menim ucun maraqli deyil.men senden sorusdum ki,bilirsense yaz.eyer ozun dediyin kimi yaxsi siyasetle mesgulsansa.yasini ise senin ne geder heyat tecrubevin ne geder oldugunu bilmek istedim.PREZIDENT adi yazzzzzzzzzzz.
Səhifə (2)
    Növbəti