Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:29

Verilişlər / İşdən sonra

«Qaçaq sevgisi dövlət sevgisizliyi deməkdir»

Ağalar Məmmədov
x
Ağalar Məmmədov

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycanda təxminən bir əsr sonra qaçaqları qaçqınlar əvəz etdi». Bunu filosof Ağalar Məmmədov «İşdən sonra»da deyib. Martın 12-də Qaçaq Nəbinin ad günündə qəhrəmanlıq və qaçaqçılıqdan danışılıb.

Xalq nə üçün qaçaqları sevib? Ağalar Məmmədov deyir ki, qaçaqlar Çar Rusiyasına qarşı çıxırdılar, haqsızlığa, ədalətsizliyə etiraz edirdilər:

«Xalq onları evlərində gizləyirdi, onları dəstəkləyirdi. Xalq onları öz qoynunda bəsləyirdi. Bu bəsləmə, bu həyan durma bir mənada da dövləti sevməmə deməkdir. Bu gün əslində eyni prosesdir. Xalqda dövlət sevgisi yoxdur. Qaçaq sevgisi dövlət sevgisizliyi deməkdir».

Yazar Zamin Hacı isə fikirləşir ki, bizim sadə xalq Qaçaq Nəbi kimi adam arzulayır:

«Bizim sadə xalqın ürəyindən keçir ki, Qaçaq Nəbi kimi adam olaydı, hansısa oliqarxın, hansısa nazirin əmlakını dağıdıb bizə verəydi. Bu bir az da uşaq təsəvvürləridir, xəyallardır, arzulardır. Bu da bir az mifikləşdirilir. Qaçaq Nəbi bir şeyi edir, xalq onun üstünə beşini qoyur».

«KOROĞLUNUN DUBAY SƏFƏRİ»

Zamin Hacı deyir ki, bu gün Azərbaycanda real qəhrəmanlar var ki, onlar təbliğ olunmur:

«Çünki bu hakimiyyətin ziyanınadır. Bayaq Koroğlunun adı çəkildi. Koroğluya abidə qoyulması barədə prezidentin sərəncamı var. Amma M. Ə. Rəsulzadə bizim qəhrəmanımız, tarixi şəxsiyyətimizdir. M. Ə. Rəsulzadənin respublikanın quruculuğunda göstərdiyi xidmət bu da həm qəhrəmanlıqdır, daha böyük miqyasda və qlobal qəhrəmanlıqdır».

Xədicə İsmayılova:

«Ehtimalınızı soruşum. Sizcə Koroğlunun heykəlini kimdən yapacaqlar?»

Zamin Hacı:

«Kimə oxşadacaqlar? Burada iki variant ola bilər. Əslində Koroğlu sözündəki oğul sözünü nəzərə alsaq, yəni bu əslində kiminsə varisi olub. Özünüz fikirləşin, kimə oxşada bilərlər. Çünki Koroğlunun da dastanda bir çox əlamətlər var ki, Kor kişinin oğlu olması, birdən-birə Düratı tapması və s. Koroğlu qəflətən bir qəhrəman kimi ortaya çıxır».

Ağalar Məmmədov:

«Həm də bığlı olub»

Zamin Hacı:

«Həm də bığlı olub. Onun aşıq sənətinə meyli vardı, bizdə də indi muğam sənətinə meyl var. Paralellər aparsaq, məlum məsələdir ki, Koroğlu kimə oxşayacaq. Düzdür, orada «Koroğlunun Dubay səfəri» adlanan bir qol yoxdur. «Koroğlunun Bağdad səfəri» var. Amma yəqin ki, dastanın yeni variantlarında Koroğlunun Dubay səfərləri olacaq. Düzdür, Koroğlunun uşaqları olmayıb, amma Koroğlunun 7777 dəlisinin istirahət etməsi üçün Dubayda malikanə alması ilə bağlı dastanda yeni qollar tapılacaq. Çünki dastan elə bir şeydir ki, onun yeni – yeni variantları tapılır. Məsələn birini elə İranda tapmışdılar. Nə bilirik ki, orada nə yazılıb. Ola bilsin, doğurdan da, orada yeni şeylər var».

«İşdən Sonra» proqramının tam mətni ilə BURADA tanış olun.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ehli Haradan: baki
13.03.2010 23:51
Agalar mellim cox heyretamiz fikirleriniz var, yaxshi olardi ki, bunlarin hamisini cemleyib bir kitab yazardiz, yoxsa hamisi gezet sehifelerinde it-bata düshür

Kimdən: elcin Haradan: baki
13.03.2010 18:06
Ağalar müəllimin bu şərhini cox düzgün qiymetlendirirəm. Hətta mən eminem ki hörmetli filosofumuz burda daha dərin metleblere toxunub.
Dünen Qacaqlara olan simpartiya bugun özünü kriminal lotulara olan münasibetde ozun gosterir. Cahil xalqin,əli tesbehli oglanlarin (kuncde-bucaqda qeyret keşişçilerinin) gizli qürur yerlerinden biri de taninmiş kriminalistlərdir. Unutmaq lazim deyil ki,bu cahil dushuncenin sahibleri arasinda ele yuxari başda oturub ideallarini her vechle heyata kecirmek isteyen memurlar da var! Dovlet anlayışının bu insanlara yad oldugunu nezere alsaq...vay o dövletin halına...!
Ne yaziq ki," Anonymus"lar kimi insanlar da bu kütlenin bariz "eqo"larindan biridirler... Movzu qalib kenarda adamin şexsiyetine soz atmaqcun yazir..

Kimdən: filosof Haradan: bakı
13.03.2010 14:20

Doğrudur, Ağalar müəllim! Qaçaqçılıq mövzusu köçkünlük, qaçqınlıqla üst-üstə düşür. Və ya biri o birinin davamı ola bilər. Məni qaçaqlara xalqın münasibəti deyil fərdin özünün öz qaçaq həyatına münasibəti düşündürür. Bir fərd güclüdürsə, iradəlidirsə, insanları özünə inandıra bilirsə niyə qaçsın və elini tək qoysun?! Düşmənləri qarşısında özünü elindən, elini özündən ayırsın. Düşmənlə təkbətək qalmağın acı nəticəsi bununla bağlı deyilmi? Mən Qaçaq Nəbinin halına acımışam həmişə. Eyni zamanda cəmiyyətmizin düşmənlər qarşısında məğlubiyyətinin təməlində də belə təkcələşməni görmüşəm. Mövzuya və maraqlı tezislərə görə təşəkkür!

Kimdən: SUMQAYITLI Haradan: SUMQAYIT
13.03.2010 11:10
DELIDEN DOGRU XEBER BUNA DEYIRLER!!!!!!!

Kimdən: Anonymous
13.03.2010 08:34
ee bu Agalar kimdiye filosof adini da yanina qoymusunuz.Verilishe chagiranda savadli bir adam chagirindaa