Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:51

Verilişlər / Kontekst

120 min tələbənin 90 mini narkomandır?

Rəsmi məlumatlara əsasən, Azərbaycanda 23254 nəfər narkoman qeydiyyatdadır. Amma narkomanların sayı 300 min nəfərə yaxındır
x
Rəsmi məlumatlara əsasən, Azərbaycanda 23254 nəfər narkoman qeydiyyatdadır. Amma narkomanların sayı 300 min nəfərə yaxındır
Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycanda narkomanların 30-35 faizini tələbələr təşkil edir».

Bu məlumat ABŞ Dövlət Departamentinin martın 2-də açıqlanan «Narkotiklərə Nəzarət Strategiyası 2010» hesabatında yer alıb. Sənəddə qeyd edilir ki, Azərbaycanda tranzit əsas problem olsa da narkotik maddələrdən ölkənin özündə istifadə edənlərin sayı durmadan artır. Hesabatda deyilir ki, rəsmi məlumatlara görə, Azərbaycanda 23254 nəfər narkoman qeydiyyatdadır. Amma qeyri-rəsmi məlumatlara görə, narkomanların sayı 300 min nəfərə yaxındır. Hesabatda qeyd edilir ki, narkotik maddə istifadəçilərinin 30-35 faizi də tələbələrdir.

Baş çəkdiyim Azərbaycan İqtisad Universitetində təhsil alan tələbələrdən bəziləri adlarının nüfuzlu hesabata düşməsini eşidəndə sevinsələr də, bunun narkomaniya ilə bağlı olmasından və faiz göstəricisindən razı deyillər. Tələbələr hesab edirlər ki, hesabat reallığı əks etdirmir:

OLA BİLMƏZ

- Mən tələbəyəm, heç siqaret çəkmirəm, ola bilməz ki, narkomanların o qədərini tələbələr təşkil etsin.

- Məncə, bu, heç reallığı əks etdirmir. Çünki tələbələrin yarısı qızlardır, bizdə də qızların narkoman olması onlara yaraşmayan xüsusiyyətdir. Bu fikirlə heç razılaşmıram.

- Mən də inanmıram, ən azından oxuduğum tələbə yoldaşlarımdan götürürəm.

- İnandırıcı deyil, çox şişirdilib, olsa-olsa bu 5 faiz olar.

ETİRAZ AKSİYASI

Martın 11-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Dövlət Departamentinin hesabatında Azərbaycanda narkomanların 30-35 faizini tələbələrin təşkil etməsi barədə yazılanlara etirazlarını bildiriblər. Gənclər bu sənədi «ədalətsiz hesabat» adlandırıblar.

Rəsmi məlumatlara görə, hazırda ölkə üzrə narkotik istifadəçilərinin sayı 24 minə çatıb ki, onların da 42 faizi paytaxt Bakıda yaşayır. Bu məlumatları Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının ötən gün keçirilən iclasında komissiya sədri Əli Həsənov səsləndirib. Amma o real rəqəmlərin daha çox olduğunu bildirib.
Terri Devidson
O həm də təəssüflə ötən il qeydiyyata düşənlərin arasında 5 məktəbli, 498 qadın olduğunu deyib.

Amma komissiyanın ötən ilin yekunları ilə bağlı hesabatında tələbələr arasında narkomaniyanın nə qədər yayılması ilə bağlı məlumatlar səslənməyib.

Təhsil Nazirliyi də hesabatda ölkə üzrə narkomanların 30-35 faizinin tələbələr olması fikirlə razılaşmır. Hətta hesabatdan sonra ABŞ səfirliyinin sözçüsü Terri Devidson nazirliyə dəvət edilib. Məsələ nazir müavini Elmar Qasımovla müzakirə edilib. Nazirlikdə səfirlik nümayəndəsinə deyilib ki, 300 min narkomanın 30-35 faizinin tələbələr olması inandırıcı məlumat deyil. Nazirliyə görə, 300 min narkomanın bu qədərinin tələbə olması o deməkdir ki, Azərbaycandakı 120 minlik tələbə kontingentinin dördündən üçü narkomandır. Bu isə 90 min tələbənin narkoman olması anlamına gəlir.

SƏFİRLİK TƏLƏBƏLƏRƏ GÖRƏ VAŞİNQTONDAN XAHİŞ EDİB

ABŞ səfirliyinin sözçüsü Terri Devidson isə deyir ki, Təhsil Nazirliyinin etirazından sonra nazir müavini Elmar Qasımovla məsələni müzakirə ediblər. Terri Devidsona görə, ola bilər hesabatın tələbələrlə bağlı hissəsi düzgün deyil:

- Mən Vaşinqtondan bir dəyişiklik xahiş etdim. Mən fikirləşirəm ki, balaca bir düzəliş olar. Amma 100 faiz bilmirəm.

Hesabatın hansı mənbələrə istinadən hazırlandığına gəlincə, ABŞ səfirliyinin sözçüsü deyir ki, ümumilikdə sənəddə rəsmi və qeyri-rəsmi mənbələrin məlumatlarından istifadə olunub. Qaldı ki, hesabatın tələbələrlə bağlı hissəsinə, T.Devidson deyir ki, burda yalnız qeyri-rəsmi, QHT-lərin və digər birliklərin məlumatlarından istifadə edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Nemesida Haradan: Baki
17.03.2010 00:16
Ay camaat, ne tumaninizi chekmisiniz bashiniza. O hesabatda deyilir ki, telebelerin narkotik istifadechilerinin (!!!!) umumi sayinin 30-35 faizini teshkil etdiyi ehtimal edilir. Azerbaycan Hollandiya deyil. Bizim CM=yə görə, marixuana da narkotikdir. ..

Kimdən: İlqar Haradan: Bakı
15.03.2010 16:26
Açığı bilmirəm niyə belədir, amma, əksəriyyət bu Dünya xəritəsini doğru-dürüst bilməyənlərdən ibarət olan "departament"in hazırladığı hesabatları ilahi vəhy bilirlər. Ona görə hərəkət edirlər, fikir bölüşürlər. Ey millət, guya bunlar bizim yaxşılığımıza çalışırlar?! Bu tip hesabatların əsas məqsədi insanlarda qorxu, inamsızlıq oyandırmaq və bundan öz məqsədləri üçün istifadə etməkdir.
Məmur balalarının dərdini çəkənlərin nəzərinə! Əgər onlar həqiqətən də narkoman olsalar, bu ölkədəki narkoman tələbələrin sayını artırmaz, çünki, onlar xaricdə oxuyurlar.
Gəlin narkoman olmadığımızı əməllərimizlə özümüzə sübut edək! Bunun kimi boş, mənasız, əsassız məqalələri oxuduğumuza elmimizi möhkəmləndirək!

Kimdən: tiraniyaya_son
15.03.2010 01:42
Hesabat duz basha dushulmeyib. Amerikada "student" tekce universitet teleberine yox mekteb telebelerine de deyilir.
Azerbaycanda 15-19 yas arasi olanlarin sayisi tehminen 800000dir. Bu da demekdir ki narkotik istifade eleyenler olsa olsa 0.5-1%dir.
http://www.state.gov/documents/organization/137429.pdf

Kimdən: Zaur Haradan: Almanya
14.03.2010 18:00
BU hesabati hazirlayan , deyesen bunu hazirlayanda özu narkotikanin tesiri altinda oluf. men bakida teleb olanda hech marixuananin ne oldugunu bilmirdim...

Kimdən: Telebe
14.03.2010 17:01
marixuananin satishini leqallasdirsaydilar, biz de ishimizi bilerdik...

Kimdən: Mededen Haradan: Uzaq sahillerden
14.03.2010 08:41
Bir yerde narkotik satishini polis teshkil eleyirse onda ne olmalidir, inaniram reqemlere, amma mence burda marixuana istifadechileri de sohbete qatilib.

Kimdən: Namiq
13.03.2010 12:23
300 min narkomanin olmasi da inandirici deyil.

Kimdən: Həkim
13.03.2010 12:17
İnsanların heç də hamısına baxan kimi bilmək olmur, bu adam uyuşdurucu işlədir ya yox. Ola bilər ki, bu rəqəmlər şişirdilib. Amma sıravi insanların sandığı qədər də aşağı deyil. AzadlıqRadiosu bu yaxınlarda bir xəbər yaymışdı ki, Azərbaycanın güneyində narkomaniya artıq epidemiya halına keçib və valideynlər qız verməyə sağlam, normal oğlan tapa bilmədiklərindən gileylənirlər.

İranın Güneyində və Quzey Azərbaycanda narkomaniyanın yayılmasında və epidemiyaya çevrilməsində həm İranın, həm Azərbaycanın anti-demokratik rejimləri maraqlıdır. Çünki narkomanın Allahı uyuşdurucudur, onu get-gedə dünyaya marağı, milli-mənəvi dəyərləri, cinsi istəyi ölür və o yavaş-yavaş "yaşayan ölünü", bitkiləri xatırlatmağa başlayır. Narkomanlar uyuşdurucuya görə evdəki əşyaları, hətta ana-bacılarını belə satarlar, ən yaxın insanları öldürərlər. Təbii ki, belə insanların bu rejimlərin haqqsızlıqlarına müqavimət göstərmələri imkansızdır...

Kimdən: Teymur Haradan: Baki
13.03.2010 11:58
Hesen Seninle tam raziyam rushvetxorlarin balalari az deyilki norkamanlarinda sayi az olsun....Amerika sehv ede biler hesabatda..amma mence dogruda ola biler

Kimdən: Xeyal Haradan: Baki
13.03.2010 10:38
Narkoloqlarin dediyine gore,narkomana cevrilmis adamlarin hamisi evvel marixuanadan baslayir ve ele bilirler ki, her sey onlarin kontrolu altindadir-istedikleri vaxt cekerler,istemedikleri vaxt ise ata bilerler.Cox vaxt bele olmur.Azerbaycanin oz verdiyi melumata gore Lenkeranda geydiyyatda 36 nefer narkoman gadin var.Narkomanlar evvel ozlerini adi adamlar kimi aparirlar.Her sey o vaxt uze cixir ki,artiq orqanizmde ciddi deyisiklikler bas verir.Ona gore bu isle teze mesgul olan adamlarin ehatesinde olub onlarin ne ile mesgul oldugunu bilmemek tebiidir.
Səhifə (2)
    Növbəti