Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:43

Verilişlər / Kontekst

Seçki ilə hakimiyyəti dəyişmək olarmı?..

Əli Kərimli
x
Əli Kərimli

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendum və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc yolla dəyişmək hüququ məhdudlaşdırılıb.

Bu fikir ABŞ Dövlət Departamentinin 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatından götürülüb.

Əslində, Bakı küçələrində söhbət etdiyimiz sadə vətəndaşların çoxu da bunun fərqindədir:

SEÇKİ YOLU İLƏ AZƏRBAYCANDA NƏYİSƏ DƏYİŞMƏK MÜMKÜNDÜRMÜ?

- İstəsələr olar…

- Mümkün deyil. Azərbaycanda əvvəlcədən kimin seçiləcəyi bilinir. Bu seçki deyil ki, təyinatdır…

- Mən görməmişəm. Bunun səbəbini də siyasi rejimdə görürəm.

- Niyə olmur ki, elə hər şey seçkilərlə dəyişilir də…

- Legitim yolla hakimiyyətə gəlməyən qüvvələr, heç vaxt azad və ədalətli seçkilərə imkan verməzlər.

- Hamı bir nəfər kimi seçkiyə getsə, vəziyyəti dəyişmək olar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyir ki, 2005-ci ildən sonra ölkədə vəziyyət bir qədər də ağırlaşıb. Artıq bütün seçkilər alternativsiz keçirilir və heç bir mahiyyət daşımır. Bəs görək onun fikrincə, seçkiləri formal bir prosesə çevirməkdə məqsəd nədən ibarətdir?

UZUNÖMÜRLÜ OLMAQ İSTƏYİRLƏR


Zahid Oruc
- Bir anlıq fikirləşin. Ölkədə normal parlament var, müstəqil televiziyalar var. Onda Dubayla bağlı bu mülk qalmaqalının ortalığa çıxması hansı vəziyyəti yaradardı? Hər şey aydındır. Korrupsiyayla oğurlayıblar, hansı cinayətləri işlətdiklərinin fərqindədirlər və istəyirlər ki, həm ölkədə ictimai nəzarət olmasın, həm də korrupsiyalaşmış ömürlərini uzatsınlar.

Əli Kərimli deyir ki, xalqın seçmək hüququnun özünə qaytarılmasının iki yolu var. Birincisi, hakimiyyət iradə nümayiş etdirməli, bu mümkün olmadıqda isə müxalifət birləşərək bütün narazı elektoratın gücünü səfərbər etməlidir.

SEÇKİLƏRİN ALTERNATİVSİZ KEÇİRİLMƏSİ TƏKCƏ HAKİMİYYƏTİNMİ GÜNAHIDIR?

Deputat Zahid Oruc isə düşünür ki, seçkilərin ciddi alternativlər olmadan keçirilməsinin məsuliyyətini elə müxalifətin özündə axtarmaq lazımdır. 2008-ci ilin prezident seçkilərində beynəlxalq təşkilatların da israrlarına baxmayaraq məhz indiki müxalifət boykot taktikasına üstünlük verib:

- Başa düşmürəm, alternativ qüvvələrin hakimiyyət uğrunda mübarizələrini hakimiyyət özümü təmin etməlidir? Özü onları alternativ kimi qeyd etməli, özü onların yerinə imzamı toplamalıdır? Bunun günahını hakimiyyətin üzərinə atmağın, bunu siyasi şəraitin ayağına yazmağın heç bir adı yoxdur.

Anar Məmmədli
Zahid Oruc hesabatı obyektiv saymır. Onun fikrincə, həm bu tip hesabatlarda məlumat mənbələri siyasiləşib, həm də bundan təzyiq kimi istifadə edilir.

HESABATDA VƏZİYYƏT YUMŞALDILIB

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə düşünür ki, əksinə, bu hesabatda Azərbaycandakı vəziyyət bir sıra hallarda olduqca yumşaldılıb. Əslində, söhbət xalqın seçki hüququnun məhdudlaşdırılmasından yox, əlindən alınmasından getməlidir.

Anar Məmmədli deyir ki, ölkədə azadlıqlar tanınmayana qədər heç vaxt azad və ədalətli seçkilər keçirilə bilməz. Odur ki, beynəlxalq təşkilatlar bu məsələlərlə yalnız seçkidən-seçkiyə maraqlanmamalıdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: milli balta Haradan: veten
18.03.2010 07:29
Bu sadece utopiyadir/////////////
Secki sozunun dile getirilmesi bele guluncdur//////////
Hakimiyyete yol secki menteqelerinden deyil, kucelerden kecir///////////////
Bunu derk etmek ucun en uzaqi menim nenem kimi rayonda cobanliq etmek kifayetdir//////////
Secki sousunda istirak onlarla elbir olmaq anlamina gelir/////////
Neticesinin evvelceden belli olduqu, gun kimi aydin olduqu seckiye getmek, elbirliyinden basqa bir sey deyil/////////
Xais edirem psevdo muxalifet muxalifet meni duzgun basa dussun/////////
Besdi artiq yeter////////// Ne olar soularda istirak etmeyin//////////
Yalvariram size//////////
Hec olmasa Siz bir az vicdaninizin sesine qulaq asin//////////////
Tekce ozunuzu fikirlesmeyin//////////////
Bir mandat nedi ki ona gore qos qoca hakimiyyeti guzeste gedirsiniz/////////
Cebhenizi artiq mueyyen etmeyin vaxti deyilmi??????????/

Kimdən: milli balta Haradan: veten
18.03.2010 07:19
Quvvet olumdedir,basqa cur hec kes hakimiyyeti basqasindan ala bilmez

Kimdən: Hemid Haradan: Gence
15.03.2010 19:07
Neyazigki Iqtidar Əliyevıər ailəsini çirkin bir oyuna salıb və onlarda bu oyundan çıxa bilmirlər!!Mən bəzən İlham Əliyevin tarixə bələd olmasından şübhə etməyə başlamışam! Bilmirəm o nə üçün bu .... məmurların oyununa goşulubdur! Nə üçün? Heyifki pərdəarxasının həqiqi vəziyyətini biz bilmirik! Yoxsa inanmıramki İlham Əliyev belə oyuna gedərdi!!

Kimdən: ANAR Haradan: BAKİ
15.03.2010 14:33
Əvvəl negə saxta seçki secipsə indi on-nanda bətər sekəgək.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
14.03.2010 22:58
Əliyevlər hakimiyyəti elə bir vəziyyət yaradıb ki, Azərbaycanda hər şeyin adı var, özü yoxdur. Məsələn, guya bizdə Respublikadır, əslində monarxiyadır, guya bizdə hakimiyyət bölgüsü var, əslndə bütün hakimiyyət Prezidentin əlindədir, guya bizdə ədalətli məhkəmə var, əslində məhkəmələr icra hakimiyyətinin sifarişləri ilə qərar çıxarır, guya bizdə orta məktəb var, əslində böyük əksəriyyət uşağını repetitor yanına qoyur, guya bizdə həmkarlar təşkilatları var, əslində HİK sədrlərini işəgötürən özü təyin edir, guya bizdə neft var, guya biz regionun ən varlı ölkəsiyik, əslində bütün sərvət bir ailənin əlindədir, guya biz seçki keçiririk, guya bizdə Ombudsman istitutu var, guya bizdə insanların mülkiyyət hüququ var, guya bizdə müxalifət var və sair...

Kimdən: Musteqil Haradan: Baki
14.03.2010 21:35
Eli Kerimli cok özunu bu yaxinlarda populyar gösterir.Daha dushunmur Eli Kerimli kimi liderler cokdan Azerbaycan xalqinin qelbinden silinmish.
Dushunulmemish cixishlar edir.

Kimdən: Zaur Haradan: sankt-peterburg
14.03.2010 01:12
Bax bela...nehayetki,Azerbaycanda secki,mehvumuna esil giymet vermayin vaxti catdi. Nehayetki, xalg basha dushmeye bashlayibki, movcut diktatura rejimi dovrunde olkede saglam secki kecirmek mumkun olmayacag. Beli, movcut diktatura rejimini deyishmek ucun olkenin muxalif partiya ve teshkilatlari birleshmelidir. Bu tam shekilde mumkun olmayacag. Cunki,ozunu ciddi muxalifet guvve sayan bezi partiyalar movcut diktatura aparati terefinden idare olunur. bu Heyder Elirza oglunun goyub getdiyi vacib mirasdir. Ancag ve ancag ciddi tezyiglerle movcut hakimiyyeti tutdugu postdan geri cekilmeye mecbur etmek olar. Ancag Vashington post gezetinin acigladigi movcut Dubay mulkleri barede faktlardan sonra muxalifetden yeni bir teleb dalgasinin galxmasi da xoshagelmez haldir. Cunki, hakimiyyete yaxin olan butun shexslerin bu faktlarda xeberi ola ola niye hansisa xarici informasiya menbeyinden bu xeberi almaliyig?

Kimdən: mehman Haradan: moskva
13.03.2010 20:06
bir sheyden eminem. esl sechki olsaydi,zahid oruc hech vaxt deputat olmazdi

Kimdən: Orxanius Haradan: Montin
13.03.2010 02:42
Anar müəllimlə razıyam. O, məsələyə köklü yanaşıb. Məşhur lətifədə deyildiyi kimi, "əşi...gedib gördüm ki, nə cinsi əlaqə... əməlli-başlı..."

Kimdən: arifden
13.03.2010 00:51
BU HAKIMIYYET SAXTAKARLIQDA O QEDER TECRUBE TOPLAYIB KI,REAL SECKIDEN DANISMAQ MENASIZDIR.
Səhifə (2)
    Növbəti