Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:19

Amerika Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumunu kəskin tənqid etdi


(Hesabatla bağlı Bakıdan iki müxtəlif rəylə mətnin sonunda tanış olun)

Amerika Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda İnsan Haqlarının vəziyyətinə dair hesabatını yayıb.

Hesabata görə, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendumu və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc şəkildə dəyişmək hüququ məhdudlaşdırılıb. Bununla bağlı hesabatda qeyd edilir:

"Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində fikir və toplaşmaq azadlıqları ciddi şəkildə məhdudlaşdırılıb.

Referendum əleyhinə təbliğat aparan müxalifət qrupları təzyiqlərlə üzləşdiklərini bildiriblər. Referendumun səsvermə prosedurlarında qüsurlar olub və əksəriyyətin fikrincə səsvermə 2008-ci ilin prezident seçkilərindən də olub".

Hesabatda deyilir ki, Konstitusiyaya dəyişiklik təklifləri arasənda bir nəfərin istədiyi qədər prezident seçilməsinə şərait yaradəlması ilə bağlı müddəa var idi. Dövlət Departamenti məsələ ilə əlaqədar Avropa Şurası Venesiya Komissiyasının rəyini xatırladır və qeyd edir ki, demokratik ənənələrin tam oturuşmadığı ölkələrdə prezidentlik limitinin olması vacibdir.

MÜXALİFƏTƏ OLMAZ, YAP-a OLAR

Dövlət Departamenti deyir ki, hakimiyyət müxalifət partiyalarının yalnız şəhərin mərkəzindən xeyli uzaq yerlərdə kütləvi aksiya keçirməsinə icazə versə də, hakim Yeni Azərbaycan Partiyasına şəhərin mərkəzi meydanı verilib.

Polis Bakıda gül bayramına qarşı çıxan 50-dən çox gənci saxlayıb. 10 may 2009
Il ərzində Bakıda İsrail səfirliyi, Milli Teleradio Şurası, Milli Məclis və başqa binalar qarşısında etiraz aksiyaları keçirmək cəhdlərinin qarşısı alınıb. Polis aksiya iştirakçılarını zor tətbiq etməklə dağıdıb, bəzilərini saxlayıb.

Hesabatda bildirilir ki, qanunlar mətbuata üzərində senzuranı qadağan edir. Amma praktikada hökumət tez-tez bu söz azadlığına hörmətsizlik edir. Ötən il ərzində hökumət media azadlığını məhdudlaşdırmaq üçün yeni addımlar atıb.

"Müxalifət partiyaları öz qəzetlərini çap etməyə və hüquq müdafiəçiləri öz işlərini görməyə davam edə bilsələr də və buna görə repressiyaya məruz qalmaq qorxusu keçirməsələr də, hökumət bəzi hallarda məmurları və hökumətin addımlarını tənqid edənləri cəzalandırıb.

Konstitusiyaya edilən dəyişikliklərə görə, şəxsin icazəsi olmadan onun fotosunu və videosunu çəkmək olmaz.

Hökumət həm də qanuna mətbu orqanlarını bağlamaq imkanlarını daha da asanlaşdıran əlavə edib.

Hökumət həm hökumətyönlü, həm də müxalifət qəzetlərinə (55 mətbu orqanına) büdcədən yardım edib. Amma bəzi şərhçilər bu proqramı hakimiyyətin onsuz da nəzarətdə olan mətbuatı bir az da zərərsizləşdirmək cəhdi kimi qiymətləndiriblər.

Hakimiyyəti tənqid edən bir sıra jurnalistlər təqiblərə və fiziki təzyiqlərə məruz qalıblar.

Elektron media informasiya mənbəyi kimi demək olar ki tamamilə hakimiyyətyönlü mövqe tutur.

CƏMİYYƏT XARİCİ RADİOLARDAN MƏHRUM OLDU

Yanvarın 1-də hökumət Azadlıq, Amerikanın səsi, BBC kimi xarici radiostansiyaları FM tezliyindən məhrum edib.

Bu xarici yayımçılar tezlikdən məhrum ediləndən sonra cəmiyyətin daha tərəfsiz informasiya mənbəyi olan hər hansı kütləvi mediayaya çıxışı yoxdur".

Amerika Dövlət Departamentinin hesabatında bildirilir ki, hökumət bir neçə jurnalisti həbsdən azad etsə də, bəzi jurnalistlər hələ də həbsdə qalır. Hakimiyyət onların jurnalist fəaliyyəti ilə bağlı tutulmadıqlarını bildirsə də, beynəlxalq və yerli şərhçilər hesab edir ki, onlar hakimiyyəti tənqid etdikləri üçün həbsdə oluublar.

Hesabatda deyilir ki, ilin sonunda həbsdəki jurnalist Eynulla Fətullayevin üstündən heroin tapıldığı bildirildi. Amma ATƏT-in yerli nümayəndəliyi buna böyük şübhə ilə yanşdı. Yerli hüquq müdafiəçiləri isə hesab edirlər ki, indi Fətullayevin şikayəti Avropa İnsan Haqları Məhkəməsində baxış ərəfəsindədir və hüquq-mühafizə orqanları bununla onu Avropa Məhkəməsinin qərarından sonra da həbsdə saxlamaq istəyirlər.

Eynulla Fətullayev
"Beynəlxalq təşkilatlar Qənimət Zahidin də siyasi motivlərlə tutulduğunu bildirirlər".

Hesabata görə, Naxçıvanda və Bakıda fəaliyyət göstərən jurnalistlər xəbər verir ki, muxtar respublikada müxalifət qəzetlərinin yayımına qadağa davam edir.
"İl ərzində hakimiyyət gənc bloggerlər Emin Milli və Adnan Hacızadəni dəstəkləyən İnternet saytına girişi müvəqqəti olaraq bağlayıb. Bu halla Seçki Monitorinq Mərkəzi də üzləşib".

DÖYƏN YOX, DÖYÜLƏN TUTULDU

Hesabatda deyilir ki, iyulun 8-də bloggerlər Emin Milli və Adnan Hacızadə restoranda fiziki təzyiqə məruz qalsalar da, özləri davanı başlamaq ittihamı ilə polis tərəfindən həbs ediliblər, onlara hücum edənlər isə azadlığa buraxılıb.

"Müşahidəçilər qeyd edirlər ki, hücum edənlər Milli və Hacızadədən xeyli cüssəli imişlər. Müşahidəçilər inanırlar ki, hakimiyyət provakasiya yoluyla Milli və Hacızadəni İnternet vasitəsilə islahataların aparılmasının vacibliyini dinc formada ifadə etdikləri və hakimiyyət əleyhinə iddia edilən fəaliyyətlərinə görə cəzalandırmaq istəyib".

Hesabata görə, ölkədə azi 4 nəfər isgəncələrdən ölüb. Bu barədə QHT-lər məlumat verib.

"Yanvarın 14-də Vaqif Süleymanov Biləsuvar rayonunda polis məntəqəsində dünyasını dəyişib. Mötəbər mənbələr onun döyülüb öldürüldüyünü deyir.

Mayın 19-da Ədliyyə Nazirliyinin tibb müəssisəsində 70 yaşlı Toğrul Məmmədzadə vəfat edib. Nazirlik onun ölümünü intihar kimi təqdim etsə də, mötəbər mənbələr onun döyülərək öldürüldüyünü bildirir.

Iyunun 11-də Rüstəm Əliyev Lənkəranda polis məntəqəsində ölüb. Onu bir həftə əvvəl saxlamışdılar.

Prezident İlham Əliyev referendumda. Bakı, 18 mart 2009
Mötəbər mənbələrə əsasən onun özünü məntəqədə asması haqqında polisin dediklərini mümkünsüz saymaq olar və tibbi sübutlar onun döyülərək öldürüldüyün göstərir.

Avqustun 2-də Ağa Turabov Bakının Nərimanov rayonunda polis tərəfindən döyülüb. Bunun nəticəsində o, hadisə yerindəcə ürəyi dayanaraq ölüb.

Hüquq-mühafizə orqanları bu ölümlərə görə məsuliyyət daşımayıb".

DAĞLIQ QARABAĞ VƏ ƏTRAF 7 RAYON - AZƏRBAYCANIN ƏRAZİSİ

Hesabata görə, ümumilikdə həbsxanalarda şərait ağır və təhlükəli olaraq qalır.

Korrupsiyanın miqyası genişdir.

Hesabatda deyilir ki, "erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinə və Azərbaycanın bölgə ətrafındakı 7 rayonuna nəzarət etməkdə davam edirlər".

Qoşunların təmas xəttində baş verən atışmalar hər iki tərəfdən çoxlu ölümlərlə nəticələnib. Xarici İşlər Nazirliyi təmas xətti ətrafında 2 dinc sakinin ölümü haqqında da məlumat yayıb.

Hökumət münaqişə nəticəsində 4133 nəfərin itkin düşdüyünü bildirir.

Hesabata görə, hökumət qeydiyyata alınmayan bəzi müsəlman və xristian təşkilatlarının fəaliyyətinə məhdudiyyət qoyub.

Bu hesabatla bağlı iki müxtəlif rəylə tanış olun.
Leyla Yunus


1. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus



Azay Quliyev


2. Millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev

XS
SM
MD
LG