Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:36

Xüsusi layihələr / Bloqqerlərin həbsi

Azərbaycan hakimiyyəti fərqli fikri boğmaqda ittiham edilir

x
Şriftin ölçüsünü dəyiş - +
Həbsdə olan bloqqerlər – Adnan Hacızadə ilə Emin Millinin apelyasiya şikayətinin təmin edilməməsindən sonra «Amnesty International» Təşkilatı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini fərqli fikri boğmaqda ittiham edib.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktorunun müavini Andrea Huber bildirb ki, «Adnan Hacızadə və Emin Milli hakimiyyətin onu tənqid edənlərin səsini batırmaq üçün gördüyü repressiv tədbirlərin qurbanı olublar. Onlar öz fikirlərini bildirdiklərinə görə, beynəlxalq standartlara uyğun gəlməyən mühakimə yolu ilə qondarma ittihamlar əsasında məhkum olunublar».

Bəyanatda deyilir ki, Apelyasiya Məhkəməsinin 7 iclasının heç birində şahidlər ifadə vermək üçün çağırılmayıblar. Məhkəmə heç bir izahat vermədən sübutları, o cümlədən bloqqerlərin xəsarət aldıqlarını sübut edən fotoşəkilləri və hadisənin video görüntüsünü qəbul etməyərək, aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

«Azərbaycanın ifadə azadlığı ilə bağlı beynəlxalq öhdəliklər götürməsinə baxmayaraq, bu ölkədə müstəqil jurnalistlər və fəallar təzyiqlər və həbslərlə üzləşməkdə davam edirlər»- deyə, Andrea Huber bildirib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mikayil Haradan: Uzaqlardan
11.03.2010 13:35
Bizim mehkemeler hakimmiyyetin elinde oyungaqdir. Adam bunlarin ne oyun cixardiglarini gorende xecalet cekir. Vaxt qelecek Aliyevlerin hakimmiyyeti Azerbaycanda son qoyulanda bele qerarlar cixardan hakimler and-aman eleyecekler ki, bu qerarlari tezyiq neticesinde veribler.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
11.03.2010 11:37
Fərqli fikirdən güclü intellekt sahibləri çəkinməz. Zəif ağıl sahibləri (geri zəkalılar) fərqli düşüncədən qorxarlar, çünki fərq olanda kənardakılar üçün müqayisə etmək imkanı, dəyərləndirmək imkanı yaranır. İqtitardakıların ağıl və düşüncə səviyyəsi isə istənilən müqayisədə onların uduzacağını ortaya qoyur və onlara hansısa polemikaya girməyə imkan vermir. Onlar bu psixoloji qorxu sindromuna davam gətirə bilmirlər və dərhal zora əl atırlar. Nəticəsi də göz qabağında: cəmiyyətin 90 faizinin nifrətini qazanıblar. Hər addımbaşı Dövləti, cəmiyyəti qarət edən bu iqtidardakıların atdığı hər addım cəmiyyətin nifrətini daha da artırır və bunu onlar özləri də müşahidə edirlər. Cəmiyyət ilə onlar arasındakı psixoloji uçurum getdikcə dərinləşir.