Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:35

Verilişlər / Oxu zalı

“Bütün dinləri puç və əfsanə saydığı” üçün Mirzə Fətəli öldümü?

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
MÜZAKİRƏ - YAZININ SONUNDA

AXUNDZADƏ FOREVER

Azərbaycan Cümhuriyyəti adlı bir fenomen qəti şəkildə onun 160 il əvvəl irəli sürüb hərarətlə müdafiə etdiyi ideyaların əsəridir.

10 martdakı doğum günü üçün hazırlanan bu fraqmentlər nə “çox olmaq iddiasındadır, nə də yaxşı”.

Çünki bir toplumu “icma”dan “millət” durumuna keçirmək üçün əlindən gələn hər şeyi edən bir insan o toplumun bütün nəsilləri üçün həmişə yeni olmalıdır; buna görə də Allah-Taala ağlımızı əlimizdən almadığı müddətcə biz Axundzadə barədə yazacaq, onu yenə və yenidən öyrənəcəyik.

Elə məktublarını da yenə və yenidən oxuyanda görürük ki, o, son dərəcə ardıcıl və sistemli çalışan bir mütəfəkkir olub.

“Kəmalüddövlə”ni çap etdirmək üçün bütün əlaqələrindən istifadə edib; yeni əlifbanı həyata keçirmək üçün İstanbulda baş nazir Keçəcizadə Məhmət Fuad paşa ilə görüşməyə gedib (Məhmət Fuad paşadan soruşublar ki, neçə sədaqətli dostun var? Deyib ki, hələlik vəzifədə olduğuma görə, sədaqətli dostlarını müəyyənləşdirə bilməmişəm).

Təşəbbüs və ciddi-cəhdləri nəticə verməyəndə məyusluğunu məktublarında əks etdirsə də, buraxdığı yerdən yenə və yenidən mübarizəsinə davam edib.

Onun arzuladığı dövlət üsuli-idarəsinə özünün maraq dairəsində olan coğrafiyanın heç bir xalqı, hələ ki, nail ola bilməyib: ran, Azərbaycan, Türkiyə.

 
“Mirzə Fətəli Axundzadə barədə ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundzadə barədə ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”

Cəlil
Məmmədquluzadə
 
Mustafa Kemal Atatürkün inqilabi xarakterli islahatlarına və 60 illik çox partiyalı sisteminə baxmayaraq, 150 il əvvəl Mirzə Fətəli Axundzadəni təhdid edən faktorlar bu gün dünyəvi Türkiyə Cümhuriyyətini və Türk ziyalısını təhdid edir.

Məktublarının birində “Kəmalüddövlə”nin altında imzasının olmamasını istəyir - çünki onun “məqsədini başa düşməyən həmdinlərinin ədavətindən xatircəm deyil”.

Axundzadənin Türkiyədəki davamçılarından olan Əziz Nesin onun yaşadığı təhlükələri 100 il, 130 il sonra yaşamışdı.

Salman Rüşdünün “Şeytan ayələri” kitabını Türkiyədə çap etdirmək istədiyini açıqlayanda başına qoyulan 250 min dollar pul mükafatına Nesinin reaksiyası bu şəkildə olmuşdu: “Yaxşı puldur.

Məni öldürmək üçün özləri niyə zəhmət çəkirlər? 250 min dolları bank hesabıma köçürsünlər-o dəqiqə özüm intihar edərəm”.

Gürcü tədqiqatçısı Vaso Çaçanidze 30 il qabaq “Axundzadənin meyidinin bir neçə gün ortada qaldığını və din tacirlərinin cənazə namazı qılınmasına icazə vermədiklərini” iddia etsə də, professor Vilayət Quliyev bu iddianın düz olmadığını isbatlamışdı.

Ancaq hardan baxsaq, din tacirlərinin Axundzadənin fiziki varlığı və əsərləri üçün ən böyük təhlükə mənbəyi olduğunu görürük.

Məktublarını yenə və yenidən oxuyanda görürük ki, Allaha və millətə Axundzadə qədər xidmət etməyi qarşısına məqsəd qoyan heç bir din taciri bu dünyaya gəlməyib və gəlməyəcək.
“Əkinçi”nin mühərriri Zərdabiyə məktubu Axundzadənin öz yazdıqlarını özləri də anlamayan və xalqa qətiyyən dəxli olmayan “müasir şizofren intel-dantellərə” verdiyi əlifba dərsidir.

28 may 1918-də elan edilən Şərqin ilk Cümhuriyyəti 1848-də yazılmağa başlanan “Təmsilat”ın 70 il sonra çatdığı zirvə idi.

“Məni nadanlıq vurdu” - doktor Nərimanın 1895-dəki bu fəryadı “Təmsilat”ın və “Kəmalüddövlə”nin “exo”sundan başqa bir şey deyildi.

Əslində onun əsəri olmayan nəyimiz var ki?

Onun barəsində həm çox, həm də yaxşı yazmaq ümidi ilə...

MƏKTUBLARINDAN PARÇALAR

“Kəmalüddövlə” çapdan çıxandan sonra Melkum xana yazacağım məktubun surəti

“Mənim bu məktubumun surətini bir kitabçaya köçürüb saxlayın!

Barı, qoy gələck nəsil bilsin ki, mən və siz bu xüsusda nə qədər zəhmətlər çəkmişik, lakin səyimiz heç bir nəticə verməmişdir.

Bəlkə onlar bizim bu arzumuzu həyata keçirsinlər.

Lakin mənim onlara da ümidim yoxdur, çünki onların özü də bizim müasirimiz olan bu eşşəklərdən əmələ gələcəkdirlər”

Oğlu Rəşidə

“Ələkbərlə birlikdə vaxtımızı keçirərək, “Kəmalüddövlə”nin nəşr ediləcəyinə və ümumdünya şöhrəti qazanacağına ümid bəsləyirik.

Bilmirəm, mən ölüncəyə qədər bu arzuma çatacağammı?

Yoxsa o da köhnə müsəlman əlifbasını dəyişmək kimi bir arzu olaraq qəlbimdə qalacaq və bu iki ümidimi həyata keçirmək məndən sonra sənin öhdənə düşəcəkdir?”

Fransanın Rəştdəki keçmiş baş konsulu müsyö Nikolaiyə

“Mənim əsas məqsədim bu əsəri (“Kəmalüddövlə məktubları”nı nəzərdə tutur - M.Ə.) həm farsca, həm fransızca, həm də başqa Avropa dillərində çap etdirməkdən ibarətdir.

Mən özüm rus dilindən başqa Avropa dillərindən heç birisini bilmirəm.

Mənim yeganə arzum budur ki, həmin əsər Avropa dillərinə tərcümə edilsin, tərcümələr də heç bir dəyişikliyə və təhrifə yol verilmədən əslində yazıldığı üslubda çap edilsin.

Əsərin orijinalında mənim adım çəkilməməlidir.

Çünki mən hələ məqsədimi başa düşməyən öz həmdinlərimizin mənə qarşı ədavətindən xatircəm deyiləm.

Lakin tərcümələrdə adımı açıq-aydın yaza bilərsiniz.

Əgər əsəri sizə göndərməli olsam, onunla birlikdə tərcümeyi-halımı da göndərə bilərəm.

Bu tərcümeyi-haldan bilərsiniz ki, mən istər dram, istərsə də tənqid və başqa mövzularda yazılmış bir çox əsərlərin müəllifiyəm.

Həmin tərcümeyi-halı əsərin tərcümələrinin əvvəlində çapa verə bilərsiniz”

Mirzə Melkum xana

“Bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir.

Bakıda Mirzə Fətəli Axundov adına Milli kitabxana.
Biz istəyirik ki, Osmanlı xalqı bizim səyimizlə xoşbəxt və səadətli bir xalq olsun.

Lakin bizim bu arzumuz Osmanlı nazirlərinin şəxsi zərərinədir.

Biz ümumun mənfəətini istəyirik, onlar isə şəxsi mənfəətlərini güdürlər.

Doğrudur, bizim fikrimiz həyata keçirilərsə, vəziyyət daha yaxşı olacaqdır, despot hakimiyyət əvəzinə mötədil və azadlıq hakimiyyəti qurulacaqdır, hər kəs öz bacarığı və biliyinə görə vəzifə sahibi olacaqdır.

Lakin hal-hazırda Osmanlı dövlətinin başçıları olan elmsiz və hünərsiz adamlar buna müxalifdirlər”

Qeyd

“Böyük bədbəxtlikdir ki, insan belə bir millətin içərisində yoxluq aləmindən varlıq aləminə qədəm qoysun və haqqı anlasın, ancaq öz nadan həmvətənlərinə onu anlada bilməsin və bu dünyadan qüssə və həsrətlə getsin”

Fransanın Rəştdəki keçmiş baş konsulu müsyö Nikolaiyə (Mart 1874)

“Bundan sonra isə əsərin (“Kəmalüddövlə” nəzərdə tutulur - M.Ə.) orijinalını, yəni onu fars dilində çap etdirməyə çalışmaq lazımdır.

Kitabın əslini, yəni orijinalını çap etdirdiyiniz təqdirdə, kitabsatanlardan aldığınız qazancı da cənabınıza bağışlayıram.

Əgər ondan da bir pay ayırıb mənə göndərmək istəsəniz, o da öz insafınıza qalıbdır.

Ancaq olmaya-olmaya mənim tərcümeyi-halımı, yəni, bioqrafiyamı fars dilində çap edəsiniz və olmaya-olmaya farsca işarə edəsiniz ki, bu əsəri Axundzadə yazmışdır.

Çünki mənim xalqım hələ fikir azadlığına malik deyildir.

Mənim həmməzhəblərim elə bir kitabın mənim tərəfimdən yazıldığını bilsələr, mütləq mənə qarşı şiddətli ədavət bəsləyəcəklər”

Ağamirzə Məhəmmədrəfi Sədrül-üləmaya

Bilirəm ki, bu kimi böyük fikirləri həyata keçirmək, mənim və sizin kimi adamların qüvvəsindən xaricdir.

Belə bir fikri icra etmək, qüdrət və iradə sahibi olan bir padşahın əzm və iradəsindən asılıdır.

İndiyə qədər bizdən baş verən hər bir yaxşı iş, məsələn, xeyrat, ehsan və sairə, hamısı behişt əldə etmək tamahı xatirinə olmuşdur.

İndi də gəlin, bir qədər şəxsi mənfəət güdmədən, vətənimizin azadlığı, xalqımızın tərəqqi və səadəti yolunda yaxşı işlərə iqdam edək! Mənə belə gəlir ki, bu kimi işlər həm insanların, həm də Allahın yanında hər cür ibadətdən daha yaxşıdır”

Həsən bəy Zərdabiyə

“Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır.

Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azırbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.

Mən sizin qəzetinizdə əməkdaşlıq etməkdən boyun qaçırmıram.

Qəzetinizin proqramını mənə göndərin”

Şahzadə Etizadüssəltənəyə

“Ola bilsin ki, deyəcəksiniz: Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir işdir.

Bəli, bunu mən də başa düşürəm.

Lakin yenə də yazıram və nə qədər ki, sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun.

Məlumdur ki, 15 ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda və Osmanlı torpağında səpirəm.

Şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir”.

Mirzə Mustafaya

“Kafirliyi və xəbərsizliyi özünüzə din və əqidə kimi qəbul etməyin!

Kafirlik, yəni, haqqı inkar etmək, xəbəsizlik, yəni qəflətdə olmaqdır.

Bunların hər ikisi mənim zövqümə və məsləkimə zidd olan şeylərdir.

İnsan nə haqqı inkar etməli, nə də mərifət aləmindən bixəbər olmalıdır. “Xəbərsizlik aləmi-qəribə behiştdir”- deyənlər cəfəng danışmışlar.

Ata-babaların məzhəbindən qaçmağın da lüzumu yoxdur.

Zahirdə və həmməzhəblərimizlə qardaşcasına yola getməliyik; batində isə haqq yolunun yolçusu olmalıyıq”

“Kəmalüddövlə məktubları”nın nəşri barədə İsakova yazdığı məktubdan

“Müəllif axirət haqqında düşünənlərdən deyil; o, bu kimi şeylərə heç bir əhəmiyyət vermir.

O, ancaq o dinə üstünlük verir ki, insanı bu dünyada azad və xoşbəxt edə bilsin.

Əgər mənim arzularıma rəğmən, senzura orijinalda, ya da tərcümədə dəyişiklik əmələ gətirmək fikrində olarsa, o zaman əsəri məndən aldığınız vəziyyətdə mənə qaytarmağınızı xahiş edirəm.

Çünki mən bu dəyişikliklə razılaşa bilməyəcəyəm”
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (9)
    Növbəti 
Kimdən: Cavid
31.03.2010 16:42
Umumiyyetle bu dini Allahdan ayirmaq lazimdir. Bu dindarlarda momin olsunlar. Onad biraz bu islam dininin caynagindan cixa bilsinler
Cavab

Kimdən: qerib Haradan: kanada
06.04.2010 00:38
qaqa sen get 1 soyuq dush al, 1 az ozune gel. ne danisdigini bilmirsen.

Kimdən: Tebiet
27.03.2010 21:38
Mirze Feteli Olmuyan Allah sene rehmet elesin!
Cavab

Kimdən: celil Haradan: gululzaseh
28.03.2010 10:14
mence bu gun yasasaydi putin onu" te kto sakalit u inostranniv poslov" deye xarakterize etmis olardi
mene ele geir ki her seyde ifrata varmmak lazim deyil. Fetelinin dovrunde , Mirze Jelilin dovrunde adamlar bezmisdiler Deli Kur kinosunda tesfir olunan mollar kimi mollardan. Ama bu hech de o demek deyildi ki Ataturk dini elifbayai gadaga goysun. Bu bize cox baha basa geldi. Gurculer ve ermeniler ise hech kimin danisa bilmeditikleri dillerinin elifbasini goruyub saxladilar. Indi de biz bezmisik Allahsizligdan. Yaratan olmasaydi DNA yin sirrinin, beynin sirrini acardilar da indiki alimller. heleki acan cixmayib ortaya. Bele mubahiseler olanda hemise olmez Javidimiz yadima dusur: " Ne xelq olaydi ne xaliq ne derd olaydi ne derman", ish de orasaindadir ki bu dunya 2 li yaradilib ki biz secim edek Allahlayikmi yoxsa Rushdu kimi Alahhsiz miyig deye? Ifrata varmadan her 2 sinin balansi daha ireli getmeye imkan yaradardi. Men Fetelini hec de dahi saymiram, uzaggoren cox amerikalilar sayagi cox praktic sekili balasi vesselam . Ama adi gizil fondumuza gizil herflerle yazilan olmez Musfigimiz heyif ki praktik ola bilmedi bax ina hemise hayiflaniram...
Cavab

Kimdən: Tebiet
31.03.2010 21:28
Axundov deyir: Insanin tebietine elm covheriyle ne qeder artiq cila verilerse,insan elminin qudretiyle hem de tebietinin komeyiyle bir oqeder pis emellerden cekiler. elmin terbiyesine dinini terbiyesi catmaz (yeni Exlaqi). Insanin da uzagi gormesi onun elmli olmasidir. hec bir dini mocuzeden soz gede bilmez.

Kimdən: Qeribe Haradan: Kanada
27.03.2010 21:20
uztunuze caniniza sagliq Allah olub. Insan rehmet eylesin
Cavab

Kimdən: qerib Haradan: kanada
31.03.2010 09:33
If u cant explain in ur own language I mean correct way, try it in english, but logicly

Kimdən: kohna azarbaycanli Haradan: azarbaycan
27.03.2010 13:50
manim inandiqim bir shey var oda markazi sinir sistemi .yani beyin har shey onun yaradilishidir .dinlar- yashamin manasi-hayat- axirat va hatta yaradan -insan olmakdan pucholmagdan bilinmayan galacakdan gorxur bu onun shurunun omasi sababindan irali galir va hayati boyu ozuna boyuk bir quvvani dayaq axtarmaq sababi ila naticada allahi yaradib ki oboshluqunu belalikla doldurmush olsun ardincada dinlari va inanclari yaradib ki abadi hayatini garanti itsin va puc olmaqdan qurtarib birshakilda abadi va bir sozla olumsuz olsun hata agar bu azabli cahannamda olsa.

Kimdən: Həvəskar Haradan: Bakı
27.03.2010 11:44
İnsan ilk dəfə meydana gələndə, indi başa düşdüyümüz mənada elmli olmadığı vaxtlar ətrafında baş verən əksər hadisələrə möcüzə kimi baxmış, daşı daş üstünə qoymadıqda bina əmələ gəlmədiyini dərk etdiyindən, təbii olaraq, Yaradanın olmasına inanmışdır. İnsanlar (şüurlu insanlar) ilk vaxtlar inanclı olmuşlar.
Çox-çox sonralar, müəyyən təbiət elmləri yaranıb inkişaf etdikcə bir çox hadisələrin, zahirən də olsa, təbiətini anlamağa başlamış, bəzi qanunauyğunluqları kəşf etmiş ( bu qanunların necə əmələ gəldiyinin fərqinə varmadan) , tədricən özünə, elmin gücünə inamı artmışdır. Bu isə bəzi fikir sahiblərini yavaş-yavaş bütün sahələrdən Allahı sıxışdırıb çıxarmağın mümkün olacağı qənaətinə gətirmiş, materializm və onun törəməsi olan ateizmin meydana gəlməsinə səbəb olmuşdur.
Elmdə bir çox uğurların şahidi olanlar hər şeyi bildiklərinə o qədər inamlı olmuşlar ki, hətta indi “atom” adlandırdığımız cisimciyin son hədd olduğunu hesab edərək ona “atom”, yəni “bölünməz” adı vermişlər. (Bir çox alimlərin şərəfinə demək lazımdır ki, hətta elmin eyforiya dövrünü yaşadığı vaxtlarda da , onlar inanclarından dönməmişlər).
Bu eyforiya halı çox uzun müddət – XX əsrin əvvəllərinə, atomun mürəkkəb quruluşa malik olması aşkar olunana kimi davam etmiş, 1950-ci ildə elektron mikroskopun ixtira edilməsindən sonra canlı təbiətin molekulyar səviyyədə öyrənilməsinin mümkün olması, DNK və s. aşkar edilməsi bu prosesə son nöqtəni qoymuşdur. (Yarımçıqlıq sindromu).
Artıq obyektiv, köhnə stereotipləri sındırmağa özündə güc tapan həqiqi alimlər ateizmdən uzaqlaşmağa, düzgün yola gəlməyə başlamışlar. Hazırda alimlər 11 ölçülü fəzadan, paralel dünyalardan, anticisimlərdən və s. danışmağa başlamış, Bibliyaya, Qurana müraciət etməyin vacibliyini anlamışlar.
Döğrudur, hələ də köhnə stereotiplərdən əl çəkməyi bacarmayanlar, yaxud eqoizm üzündən özlərini sındırmayanlar az deyildir. Lakin elmin inkişafının tendensiyası göstərir ki, elmin inkişafı insanı Allahdan uzaqlaşdırmayacaq, əksinə, Ona daha da yaxınlaşdıracaqdır.
Atalar əbəs deməyib: Qanana da qurban olum, qanmayana da. Dad yarımçıq əlindən.
Dünənə kimi namaz qildığına, “axmaqcasına” özünü bəzi nemətlərdən saxlayaraq oruc tutduğuna, bəzilərinin başlarına papaq qoyduqlarına görə və s. ikrah, bəzən də nifrətlə baxdığın insanların, sən demə, səndən daha düzgün yolda olduqlarını etiraf etmək, özünə sındırmaq həqiqətən də çətin işdir. Ona görə də həqiqəti görmək istəməyənlərin inadkarlığını müəyyən qədər başa düşmək olar.
Allah hidayət etsin. SON.

Cavab

Kimdən: Anonymous
29.03.2010 11:12
Nə danışırsınız... Atom da təkamül prosesini keçərək mürəkkəbləşib (amma nədənsə şəklini dəyişməyib).
Əvvələr sadə bir şey olub. Sonra isə alimlər tərəfindən "təkmilləşməyə" uğradılaraq təkamül prosesini keçib və mürəkkəbləşib.
Maraqlıdır görəsən insan bu "təkamül" prosesinin sonunda nəyə çevriləcək? Və yaxud timsah, şir, at və s.?
Bəs bir hüceyrəli orqanizmlər görəsən nəyə görə "təkmilləşə" bilməyiblər? Yəqin "dindar" olublar ona görə, heç elmlə maraqlanmayıblar.

Kimdən: Mübariz Haradan: Bonn
26.03.2010 18:25
@Kemsavad
Mänim alman din shäxsiyätläri vä bilimchilär haqqinda yetärincä qädär bilgim var. Siz elä tutmushsunuz din. Almanlar sizin düshündüyünüz qädär hechdä az dindar deyillär. Män 20 ildir ki bu millätin ichindä yashiyiram bunu havadan söylämiräm. Alman filozof, dilbilimci ve devlet adamı. Wilhelm von Humboldt. Berlin Universitetinin qurucularındandır (bugünkü Humboldt-Universität zu Berlin). Fransa -Avstriya Prusya muharbäsi(1792-1793) Prusya dövläti muharbädä mäglub olmush. Humboldt dövlätdän asli omuyan arashdirma universiteti qurmagi täklif edib vä qurublar. Marshall proekti här hansisa bir rol oynamish ola bilär. 2-ci Dünya Muharbäsindän sonra ABSH- Qärbä 30-milyard dollar gätirib bundanda Almanyanin payina cämisi 1.500.000 pul düshübdür. Bu pulnan dövläti cämisi 16-il ärzindä qalxindirmaq mümkün görünmür. Äyär belä bir mäblägnän dövläti qalxindirmaq mümkün olardisa inan ki Azärbaycandaki hakimmiyät bunu choxdan basharmishdi. Vätänmizin nä qädär gäliri oldugu göz qabagindadir. Almanyanin Humboldt deylän bir proekti var muharbäyi uduzan kimi bu proekti devräyä soxurlar vä tez bir zamanda dövlätdärinin qalxinmasina nail olurlar. Israil (Allaha chox qulluq edän shäxs,ya da Yaqub (as) demäkdir) yahudilärdä öz dinlärinä bagli yashiirlar. Kiminsä dindar olub olmuyacagi özünün biläcäyi bir ishidir män ona görä insanlara ön yarqili davaranmiram.
El-Enem süresi.
108 - Onların Allah'tan başqa yalvardıqlarına(tapdiqlarina vä putlarina) söymeyin ki, onlar da bilmeyerek sınırı aşıb Allah'a söymesinler. Biz, her ümmete ettikläri işi belä bäzäkli gösterdik. Sonunda dönüşleri Rablerinädir. O, onlara nä ettiklärini xaber verir..
Män Azäri-türkcäsiynän Quran'da oxuyuram duada ediräm.
Namazda isä äräb dilindän azäri-türcäsindä mänalarini bildiyim süräläri oxuyuram genäldä.
Ancaq yenädä atesh böcäyi necä olurda 18-km uzaqliqdan od yandigini bilir göräsän?)

Kimdən: Həvəskar
26.03.2010 18:21
Alimlərin Allah barədə fikirlərini bilmək istəyənlərə mövcud mənbələrdən biri:
www.creationism.org/crimea/text/248.htm
Qeyd edim ki, bu mənbədə Harun Yəhyanın adı yoxdur.
Xudahafiz.
Cavab

Kimdən: Anar
26.03.2010 21:08
@Heveskar
1) Kimin allaha inandigini yox, iddia etdiyin novleshmenin mumkun olmadigini gosteren elmi menbeni gostermeni istedim. Tapa bilmirsen deyesen...

2) Gosterdiyin menbe amerika dindarlarinin (creationist) menbesidir. Etibarli deyil. Ustelik alimler natamam adlari ile gosterilib, adlar metn boyu 4-5 yerde tekrarlanir ve agnostik olan Einsteni siyahiya gatiblar.

Yeri gelmishken, Harun Yahyanin butun materiallari amerika creationist teshkilatlarindan kocurulmedir. Turkiyede Harun Yahyanin temsilcisi oldugu yaratilishci teshkilatin amerika yataishcilarindan nece destek alarag yarandigini oyrenmek isteyen, Acts and Facts jurnalinin 1992 Dekabr sayini oxusun.

Kimdən: kemsavad
26.03.2010 13:44

@Mubariz
"Almanlar 1871-ildä Qurulush zaman stili vä yaxud Zaman Qurulush stili deylä indisturi inqilabi eylämishdär".

hormetli Mubariz,
almanlar industri inqlabdan 500 il evvel dinlerinde inqlab-reform edibler.
Martin luter haqqinda eshitmemish olmazsan. Kimdi bu adam?
Martin Luter o zamanlar movcud olan Roma-Yunan xristianizmden yeni bir din-anlayish terzine kecmek ucun mucadile etdi. neticede, roma-yunan xristianizmini alman xristianizmi ile evez etdi.Marin luterden sonra indiye kimi protestant-luterant kilselerinde dini ayinler alman dilinde verilir. yani ki, katoliliklerden ferqli olaraq almanlar oz kilselerini,luteran kilselerini yaratdilar. almanlarin katolik hisseside var. ama 50 milyondan artiq alman luterantdir.

sen dediyin indistri inqilabin menbeyi burdan qaynaqlanir qardashim.
ulu Ataturk de bele bir reform etdi turkiyede. Azanlar turkce verilirdi, dualar turkce edilirdi. Adnan menderes prezident olan kimi hamisini legv etdi.
sence Allah seni basha dushmezmi deyirsen, eger sen azeri dilinde temiz- aydin ona dua etsen? yoxsa dualari, namazi ozunun de anlamadigin sinig-salxaq erebcenlemi catdirmaqi uygun bilirsen?
vaxt kecir qardashim, siz ise hele ozunuzu oyalamaqla meshgulsunuz.

@Anar,

Heveskara men cavab yazmaq istedim. senin cavabin tam oldugundan
fikrimden dashindim.
bu insanlarin bedbechtciliyinin sebebi hele de yagishin yagma sebebini "yagish dualarnda" gormek istemeleridir.

Kimdən: Həvəskar
26.03.2010 09:08
Elektron mikroskop kəşf edildikdən sonra canlı orqanizmləri genetik, hüceyrə, molekulyar səviyyədə öyrənən müasir elm bütün canlıları təşkil edən hüceyrənin nə qədər mürəkkəb quruluşa malik olduğuna heyran olmaya bilmir. Ən adi bir hüceyrə öz quruluşu etibarilə müasir kompüterlərlə təchiz olunmuş limuzindən də təkmil quruluşa malikdir. Özü də bir-biri ilə əlaqəli sistemlərin hər hansı biri çatmasa, o sistemin yaşaması mümkün deyildir. Başqa sözlə, həmin sistem tam mürəkkəbliyi ilə kompleks şəkildə eyni anda ( daha milyardlarla il “təkamül” nəticəsində yox) yaradılmış olmalıdır.
Elə bir dəli təsəvvür edək ki, o, mağazada olan ehtiyat hissələrinin milyard illər ərzində təsadüf nəticəsində öz-özünə bir yerə yığışaraq işlək vəziyyətdə olan bir avtomobil əmələ gətirə bilməsinə inanır. Bəs bu avtomobilin artım mexanizmi haradan əmələ gəldi? Artmaq bu şüursuz məxluqun nəyinə lazım idi ki? Və necə oldu ki, təkamül ilə müqayisədə sonsuz dərəcədə qisa olan müddətdə həmin məxluq tamamilə özünə oxşar olan məxluqu doga bilməyi öyrəndi? Ağılsız toyuq nə bilir ki, onun artmasına ehtiyac var, bunun üçün yumurtlamaq (mayalanaraq) lazımdır, yumurtaların üstündə 21 gün oturmaq lazımdır, arabir o yumurtaları tərpətmək lazımdır? Və o yumurtadan çıxan cücə dərhal həyat qabiliyyətinə malik olur.
Bütün bunların təsadüf nəticəsində əmələ gğldiyini, bu işdə Ali Şüurun, Yaradanın əlinin olmadığını zənn etmək üçün burada “dəli” ifadəsi daha yaramır, gərək “zır dəli” deyəsən. Yaxud, elə qüvvələr vardır ki, qəsdən, bilərəkdən insanları aldadaraq onları Allahdan uzaqlaşdırmaq, hansısa məqsədlərinə çatmaq üçün onlar arasında təfriqə yaratmaq istəyirlər.
Görəsən, sonsuz elm və zəkaya, ən böyük qüvvət və qüdrət sahibi olan Allaha qul olmaq daha şərəflidir, yoxsa yalançı, son nəticədə ziyana uğramağa məhkum olduğu üçün gerizəkalı hesab edilə bilən məxluqların təqlidçisi, qeyri-ixtiyari qulu olmaq?
Cavab

Kimdən: Anar
26.03.2010 12:14
@Heveskar
Harun Yahyadan bashga hec ne oxurmursan deyesen. Dunyadan xeberin yoxdur.
Huceyrenin kompleks olmagindan, onun allah terefinden yaradilmasi neticesine hansi mentigle geldin? Sen suala cavab vermek evezine daha boyuk bir suali meydana cixardirsan. O komplex huceyreni yaradan allah hardan cixdi? Senin mentigine onu da bashga bir "agilli" nese yaratmish olmalidir. Yadda saxla, bu yetersiz, natamam mentigdir.

Deyirsen huceyrenin komponentlernde biri calishmasa, sistem yashamaz. Bu da bir daha gosterir ki Harun Yahya-dan bashga hec bir melumat menbeyin yoxdur. Fikir kokunden sehvdir. Modern tekamul sintezi, bunun eksini soyleyir. Istesen, sene gozun ve diger "mukemmel" dediyin organlarin nece formalashdigina aid menbeler yaza bilerem. (Hercend dushunmurem ki Harun Yahya- dan bashga nse oxumag isteyesen).

Magazadan yigilan aletlerle gosterdyin misal, savadsiz argumentdir. Ozunu kocure bilmeyen sistemler, hec vaxt burada analog kimi gosterile bilmez. Ilk organizimlerin, ve ozunu kocure bilen organizmplerin yaranmasina dair bir nece nezeriye var. Bilgi ucun oxuyun: Abiogenesis

Mene ele gelir, eger Allah varsa, (ki mence yoxdur), o heyatini dunyani ve prosesleri basha dushmeye serf etmish, bunun ustunde illerle bash sindirmish ateisti, butun gunu basha dushmediyi dilde quran oxuyan, menfeeti ve cennet xetrine ona bash eyen muselmandan ustun tutar.

Kimdən: Mübariz Haradan: Bonn
25.03.2010 21:26
@Kemsavad bey.
Almanlar 1871-ildä Qurulush zaman stili vä yaxud Zaman Qurulush stili deylä indisturi inqilabi eylämishdär. Loru dildä desäk antiq devrini geridä buraxib atdan eshshäkdän düshüb arabaya minmishdär.
Bu gün bir alman(qadin-kishi) 60-70 il ömür sürürlär. Här bir alman(qadin-kishi) ömrü boyunca 10-dänä yeni arabadan istifadä edirlär.
1871-ildä Kopf,Simes, Borsis(qatar stesalati), Kimya.Böyük pul univeriseti qurmushdar. Bir söznän indisturiläshdirilä biläcäk näyä imkan varsa bütün sahälärä yatrimlar eylämishdär vä säfärbär olmushdar. Bugünün moderin almanyasinin tämällärini qoymushdar.
Israil dövlätidä eynisini edir. Israil balaca bir dövlätdä olsada dünyada Israildän chox icatdara pul ayiran dövlät yoxdur. Bizim isä vätänmizin imkanlari Israildän daha genish oldugu halda bizim vätänmizdä bu görünmür. Öncäki yazimda män bunlari söylämäk istämishdim sözdärim acili chixib üzür istäräm.
Səhifə (9)
    Növbəti