Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:27

Verilişlər / Oxu zalı

Erotik romana görə Türkiyənin əleyhinə qərar çıxardılar

Apollinerin portreti
x
Apollinerin portreti

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Avropa İnsan Haqları Məhkəməsi fransız erotik romanını qadağan etdiyi üçün Türkiyənin əleyhinə qərar çıxarıb.

Məhkəmə Türkiyə nəşriyyatlarının birinin rəhbəri Rəhmi Akdasın şikayətini əsaslı sayıb. (DPA)

O, 2004-cü ildə fransız yazarı Giyom Apollinerin (1880-1918) «11 min çubuq» romanını Türkiyə türkcəsində çap etdiyi üçün 684 milyon lirə (təxminən 1500 dollar) məbləğində cərimə edilmişdi.

Ona qarşı ittiham “əxlaqsız materialların çapı və insanların seksə meylini qızışdırmaqla bundan sui-istifadə etmək” idi.

«11 min çubuq» romanı ilk dəfə 1907-ci ildə Fransada nəşr edilib.

İndi də onu Qərb ölkələrində və on-line satış şəbəkələrində almaq olar.

Giyom Apolliner
Məhkəmənin qərarına görə, “əsərdə seksual əlaqənin açıq şəkildə təsvir edildiyi səhnələr var və həmin səhnələrdə sadomazoxizm, yaxud vampirizm məqamları mövcuddur”.

Amma məhkəmə iddiaçının izahını qəbul edib.

Nəşriyyat rəhbəri öz iddiasında bildirirdi ki, “bu bir bədii əsərdir və onun yumoristik və mübaliğəli xarakterinin seksə meyli qızışdırmasını yox, əksinə azaltmasını güman etmək olar”.

Amma Avropa İnsan Haqları Məhkəməsi naşiri haqlı saysa da, Türkiyənin ona kompensasiya ödəməsi haqda tələbini yerinə yetirməib.

Apolliner 20-ci əsrin əvvəli Avropa avanqardının tanınmış simalarından sayılır. O həm də şeirləri ilə tanınır.

"Sürrüalist" termini ona məxsusdur.

Apolliner 1916-cı ildə 1-ci Dünya Müharibəsi zamanı cəbhədə başından yaralanıb.

Cərrahiyyə əməliyyatlarından zəifləmiş yazar 1918-ci ildə ispan qripindən vəfat edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Lara
12.03.2010 14:25
11 min çubuğu Azərbaycanca oxumaq istəsək, ölkədən deportasiya etməzlər ki bizi?
Cavab

Kimdən: satici Haradan: disk dukani
12.03.2010 20:41
Lara onu oxumaqa ehtiyac yoxdur.Her hansi bir disk maqazasina yaxinlash ve oradan erotik disk iste.Problemsiz olaraq boyuk memnuniyyetle sene teqdim edecekler... Ondan sonra ne qeder isteyirsen bax :))) nece deyerler KEF ELE ))))