Cümə, May 24, 2013 Bakı vaxtı 23:36

Verilişlər / İşdən sonra

«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var»

Osman GündüzOsman Gündüz
x
Osman Gündüz
Osman Gündüz

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var». Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz «İşdən sonra»da belə deyib:

- Əsas məsələ odur ki, iki nəhəng dövlət provayderi hegemonluq edir. Vətəndaş ADSL xidmətini ATS-dən keçməklə ala bilər. O birinə bir qədər dolayısı ilə yanaşırlar. Bu ona görə belədir ki dövlət provayderi var. Biz məsələ qaldırmışıq ki, dövlət provayderi məsələsinə son qoyulmalıdır və onlar özəlləşməlidirlər. ATS-lərin bəzilərində ADSL xidməti almaq üçün provayderlərin orada yerləşmək istədikləri texnikaya yer yoxdur. Ya özəlləşdirmə getməlidir ya da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi buna son qoymalıdır.

Anar Orucov isə deyir ki, uzaqda yaşadığı üçün ADSL provayderi ondan əlavə xətt pulu alır:

- Dövlətə məxsus olan provayderlərdə internetə qoşulmaqda çox vaxt problem yoxdur. Mən yaşadığım ərazidən uzaq olan şirkətdən internet alıram və onlar hər ay məndən 2 manat xətt pulu alırlar.

Qonaqlar həftə sonundan başlayaraq AzadlıqRadiosunun veb-səhifəsində yaranan problemə də münasibətlərini bildiriblər:

Osman Gündüz:

- Biz bilmirik ki, problemin kökü haradadır. Bu, provayderlərin səhvi deyil, bu, ifrat dərəcədə texniki problemdir. Versiyalar var ki, Azərbaycan internetində yenidənqurma işləri gedir, yaxud hansısa texniki avadanlıqlar yerləşdirilir. Amma hər halda bu informasiya bizdə yoxdur, ona görə də problemin nədən ibarət olduğunu deməyə çətinlik çəkirik.

Anar Orucov:

- Amma məncə, bir şey dəqiqdir ki, problem Azərbaycanın daxilindədir. Hətta Asiya ölkələrindən də yoxladıq - hər yerdən daxil olmaq normaldır. Hətta son vaxtlar yahoo– da problemlərin olması ilə bağlı ora zəng vurduq, dedilər ki, bizim problemimiz yoxdur, problem sizdədir.

Azərbaycanda internet provayderlər istehlakçıları necə aldadırlar?

İstifadəsində problemlər yaranan saytlardan hansı yollarla istifadə etmək olar?

DİNLƏYİN.

/ Hazırladı: Gülər Qasımova /
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: tenha oglandan Haradan: bakidan
10.03.2010 13:32
ozleri kasib tebeqenin yerinde olsalar neyleyerler

Kimdən: Naseh Haradan: Türküstan
09.03.2010 13:04
Bizdə hər şey keyfiyətsizdir. Ərzaqda, geyim mallarıda.Nazirlərdə, məmurlarda keyfiyətsizdir.
İnternetdə ona görə belədir.
QİYMƏT BAHADIR, ON DƏFƏ BAHADIR.HƏR BİR XİDMƏTİ ELİYİBLƏR OD QİYMƏTİNƏ İNTERNETİ HEÇ OLMASA UCUZ EDİN.

Kimdən: FERZELIYEV Haradan: BAKI
09.03.2010 02:55
mene ele gelirki domaine blog qoyulub bezi praverderlerde shexsen mende uninetdi yani delta telekom dandi men apa.az a gire bilmirem bura girirem
Cavab

Kimdən: bakili Haradan: baki
10.03.2010 02:08
Azerbaycan delta telecomdan olmayan provayder vaR ?
Cavab

Kimdən: FERZELIYEV Haradan: BAKI
25.03.2010 02:11
beli var amma download verir upload yox deltada catdira bilmir adsl uzre en BABATI UNINETDI